El Muqatil

Description
بسم الله الرحمن الرحيم
De: "Haqq (islam) gəldi, batil (şirk və küfr) yox oldu. Çünki batil (öz-özlüyündə) yoxluğa (heçliyə) məhkumdur!" (İsra 17:81)

İnstagram hesabımız: el_muqatil
Advertising
We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )

Last updated 4 days ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 2 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 12 months ago

1 year, 2 months ago

Hansı ki, eyni şeyi ermənilər də deyirdi və siz İran tulaları bu sözlərlə suyunu içdiyiniz, havasını udduğunuz Azərbaycana xəyanət edirdiniz! Lakin elə həmin vaxtlarda da Azərbaycan Respublikası hökumət rəhbərlərinin "İranla Azərbaycan arasında problem yoxdur" deyən videolarını da bəh-bəhlə paylaşırdınız. Başa düşmədim, ey İran tulaları, sizlər Azərbaycan rəhbərliyinin (ya da siz İran zinadan əmələ gələnlərinin dili ilə desək, Bakı hökumətinin) sözlərini sübut kimi qəbul edirsinizmi, etmirsinizmi? Siz İran malı çaqqallar buna qərar verməkdə olun, mən isə ağıl sahibi olan həmvətənlərimə gerçəyi izah edim. Bəli, Fələstinlə Ermənistan arasında heç bir diplomatik yaxınlıq yoxdur. Lakin Qarabağda hər iki müharibədə (yəni 88-90-cı illər l Qarabağ və 44 günlük ll Qarabağ savaşı) Suriyadan, Fələstindən, hətta Livandan və digər yerlərdən gələn ermənilər Azərbaycan oğullarına, özü də "YA MUHƏMMƏD, YA ƏLİ, KİMDİ AXI ERMƏNİ?" deyən, əksəriyyəti Şiə olan Azərbaycan ordusuna qarşı döyüşüb cəhənnəmə vasil oldular. O ermənilər Qarabağa necə gəlmişdi? Madam ki, Fələstin Ermənistanın yanında deyildisə, o erməniləri Qarabağa kim ötürmüşdü? Əgər İran tulaları müsəlmanların yanındadırsa, bəs Ermənistan sərhədlərini qırmızı xətt elan edən, Zəngəzur dəhlizinə qarşı çıxan kim idi? Mən idim? ?
Nəysə, ey Əhli-Beyt (ə.s) aşiqləri və səhifəmizin dəyərli izləyiciləri. Sizlərə Əhli-Beytin (ə.s) qapısının nökəri olan bir Azərbaycan türkü kimi səslənirəm: Bu siyasi oyunlara alət olmayın! İmkan verməyin ki, dini duyğularınızı və dəyərlərinizi kimlərinsə siyasi güc, nüfuz, iqtisadi maraq yarışında yanacaq kimi istifadə etsinlər. Savadlanın və sevdiklərinizi savadlandırın. İmamlarımız (ə.s) bizə fitnə zamanında minilməyən və südü sağılmayan dəvə balası kimi, evlərimizin fərşi (xalçası) kimi sakit olmağımızı, fitnə çıxaran tərəflərə oyuncaq olmamağımızı əmr ediblər. Bu savaş haqq ilə batilin savaşı deyil, iki batilin güc savaşıdır. Unutmayın ki, bütün batil olanlar özlərinə tərəfdar toplamaq üçün haqq olan şeyləri özlərinə şüar qərar verirlər. Vəlhəmdulilləh.

1 year, 2 months ago

İsrail-Fələstin məsələsi ilə bağlı mövqeyimiz

Gələk hal-hazırda gündəm olan İsrail-Fələstin məsələlərinə. Gördüyüm qədərilə, sosial şəbəkə istifadəçilərinin tez qızışdırıla bilən kütləsi İsrailçi və Fələstinçi olaraq bölünüblər, qalan hissə isə bunların heç birinə münasibət bildirməyən neytral kəsimə çevrilib. İslamı və haqqı təbliğ etdiyimizə görə, üstəlik, bu məsələ müsəlmanları hamıdan qabaq əlaqədar etdiyinə görə, mövzu ilə bağlı şəxsi münasibətimizi bildirmək istəyirik. Öncəliklə, Qüds bizim üçün böyük önəmə sahibdir. İslamın müqəddəs məkanlarından sayılan Məscidi-Əqsa oradadır. Qüdsün hal-hazırda əsl varisləri və qoruyucuları müsəlmanlar olmalıdır. Qüdsdə əhalinin çoxu da (sünni olsalar belə) müsəlmanlardırlar. Lakin mən hal-hazırda nə İsrailin, nə də Fələstinin yanında deyiləm, bu ikisindən birini dəstəkləyən həmvətənlərimizin də siyasətə qurban getdiklərini düşünürəm. Çünki hal-hazırda heç bir dünya dövlətinin marağı o deyil ki, bölgədə Qüdsə müsəlmanlar sahib oldu, yoxsa İsrail sahib oldu. Yəni məsələ İslamın güclənib-güclənməməsi deyil. Məsələ kapitalist ölkələrin siyasi nüfuz davasıdır. Bazarlar əldə etmək üçün və bu bazarları əldə edərkən öz güclərini göstərmək, iqtisadi çıxarlar əldə etmək savaşıdır. Gəlin sizə bunu sübut edim:
1) Fələstindəki müsəlmanları dəstəklədiyini deyən ölkələrdən biri İrandır. Hansı ki burnunun dibində, Əfqanıstanda iki günün biri Şiələri qətl edirlər, Şiələrin toplu olduqları məktəb və s. yerləri partladırlar, Şiələri asıb edam edirlər və s. Amma İran nədənsə illərdir buraya müdaxilə etmək yerinə daim üzünü Fələstinə çevirir. Məgər möminin məqamı Kəbədən də uca deyil? Məgər İran özünə Şiə dövləti demir? Məgər əsl müsəlmanlar olan Şiələri qorumaq dini məkanların önəmini qorumaqdan dahamı aşağıdır?
2) İkinci ölkə Türkiyədir. Hansı ki, bölgədə Amerikanın siyasətinin davamçısı olduğunu hər kəs çox yaxşı bilir. Türkiyənin Amerika, İsrail və s. dövlətlərlə çıxar əlaqələri az deyil ki, dəhşətli dərəcədə çoxdur. Türkiyənin Suriyaya müdaxiləsinin problemlərini sadə Türkiyə xalqı hələ də çəkməkdədir. Yaxşı, nə Türkiyənin sadə xalqına, nə də Suriya xalqına dinclik gətirməyən bu müdaxilənin səbəbi nə idi? O müdaxilənin səbəbi nə idisə, Fələstin məsələsində də Türkiyənin məqsədi məhz odur. Ağıl sahibləri düşünsünlər.
3) Pakistan. Daim öz varlığını İslam ölkələri içərisində göstərməyə çalışsa da, təəssüf ki, Pakistan da Türkiyə kimi Amerika siyasətinin davamçılarındandır. İndi kimlərsə gəlib mənə deyəcəklər ki, Muqatil, axı Türkiyə də, Pakistan da dəfələrcə İsrailə və Amerikaya etirazlar edib, problemlər yaşayıb, nə üçün belə deyirsən? Mən də onlara cavab verərəm ki, istər Türkiyə, istərsə də Pakistan rəhbərlərinin Amerika, İsrail və ya Amerikanın digər kuklası olan Səudiyyə vəhhabi rejimi rəhbərləri ilə qucaqlaşıb-öpüşmək videolarını, şəkillərini də mi görməyibsiniz? Əlinizin altında internet dura-dura bu qədər fil qulağında yatmaqdan heçmi utanmırsınız?
Nəhayət bir qeyd də etmək istərdim, son zamanlar görürəm, İran tulaları durmadan Azərbaycan rəsmilərinin "Fələstinlə Ermənistan arasında heç bir diplomatik bağ yoxdur" sözlərini paylaşaraq manipulyasiya yaratmağa, insanları öz siyasi maraqlarına uyğun yönləndirməyə çalışırlar. Onlara buradan səslənib deyirəm ki, nə üçün siz özünüzə xeyir eləyənləri daim paylaşır və doğru sayır, özünüzə xeyir eləməyən şeyləri yalanlayırsınız? Sizin videosunu paylaşdığınız Azərbaycan Respublikasının rəhbərliyi vaxtilə Türkiyə ordusunun Qarabağda döyüşmədiyini, Türkiyədən Qarabağda döyüşmək üçün heç bir hərbi qüvvənin gəlmədiyini, geri alınan torpaqların şərəfli Azərbaycan ordusu tərəfindən geri alındığını deyirdi. Lakin siz isə iddia edirdiniz ki, Qarabağda Türkiyə ordusu bir yana, hətta guya Türkiyənin Azərbaycana göndərdiyi terrorçu dəstələr də Azərbaycan ordusu ilə birlikdə ermənilərə qarşı döyüşürmüş.

1 year, 5 months ago

? "AŞURANIN DEYİLMƏYƏN HƏQİQƏTLƏRİ" KİTABI - PDF FORMATINDA

◾️ İmam Zamanın (ə.f.) qeyb dövründə dini qorumaq və onu düşmənlərin hiylələrindən amanda saxlamaq ixlaslı alimlərin öhdəsinə düşən vəzifədir. Bu dövrə nəzər saldıqda çoxlu fədakar və ixlaslı alimlərimizin yaşadıqları zamanın müxtəlif çətinliklərinə baxmayaraq, meydana atılmış müxtəlif şübhələrə gözəl və dərin araşdırmalarla cavab verdiklərini və bu barədə çoxlu dəyərli kitablar yazaraq bizlərə irs qoyduqlarını görürük.
İmam Hadidən (ə) nəql olunmuş hədisdə deyildiyi kimi: “Əgər Qaimimizin (ə.f.) qeybətindən sonra ona doğru çağıran, yol göstərən, Allahın höccətləri vasitəsi ilə onun dinini qoruyan, Allahın (elmdə) zəif olan bəndələrini iblisin toruna düşməkdən və nasibilərin (ƏhliBeyt (ə) düşmənlərinin) hiylələrindən xilas edən alimlər olmasaydı, Allahın dinindən çıxmamış bir nəfər belə qalmazdı. Lakin, gəmi sahibi gəmini və onun əhlini qoruyub saxladığı kimi, onlar da zəif qəlbli şiələrimizi qoruyub saxlayarlar. Onlar Allah yanında ən fəzilətli şəxslərdir”.

▪️ Yuxarıda qeyd olunan vəsflərə malik alimlərimiz günümüzdə də mövcuddur. Onlar müxtəlif məzhəb və cərəyanların ortaya atdıqları yeni şübhələrə və onların müzakirəyə çıxartdıqları müxtəlif məsələlərə böyük zəhmətlər çəkərək tam dolğun cavablar verirlər və öz ömürlərini Əhli-Beyt (ə) məktəbini müdafiə etməyə sərf edirlər. Bu alimlərdən biri də sizə təqdim etdiyimiz bu kitabın müəllifi Ayətullah Seyid Əli Milanidir. Müəllifin müxtəlif mövzularda qələmə aldığı və ya etdiyi çıxışlardan toplanan onlarla kitabı mövcuddur. Sizə təqdim etdiyimiz “Aşuranın deyilməyən həqiqətləri” kitabı da həmin kitablardan biridir.

Qeyd: Kitabın PDF formatı http://Besiret.az saytı tərəfindən təqdim olunmuşdur. Allah haqq təbliğə bərəkət versin. Amin ??

besiret.az

Ana Səhifə

We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )

Last updated 4 days ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 2 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 12 months ago