✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )
Last updated 2 months ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 4 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 1 year, 2 months ago
AZAL rəhbərliyi və kollektivi II Fəxri Xiyabanda Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın məzarını ziyarət edib.
Bu gün, fevralın 6-da Hökumə xanımın dəfn olunmasından 40 gün keçir.
AZAL olaraq qəzada həlak olan qəhrəman ekipaj üzvlərimizə və sərnişinlərə Allahdan rəhmət diləyir, yaxınlarına və ailə üzvlərinə dərin hüznlə başsağlığı veririk.
Şirkətimizin inkişaf prinsipinə əsaslanaraq rəqəmsallaşma və proseslər sahəsində yeni bacarıqların qazanılmasını və çevikliyini təmin etməyi vacib bildiyimizdən “Sky Academy” adlı yeni “Learning Management System” (LMS) - Öyrənməni İdarəetmə Sistemini əməkdaşlarımıza təqdim etdik. Bu sistem AnzerA şirkətinin “Softinya LMS” platforması ilə əməkdaşlıq nəticəsində yaradılıb və əməkdaşlarımız üçün LinkedIn Learning, Udemy Business, Harvard Manage Mentor, müxtəlif kitablar, podcast-lar və TED videolarını özündə birləşdirən geniş resursları əlçatan edir.
Artıq öyrənmək daha asan, rəqəmsal və hər kəs üçün əlçatandır!
Bizimlə inkişaf etməyə və Fərq Yaratmağa davam edin!
✈️ AZAL-da bu vəzifə üzrə sizə də yer var!
?Layihələrin idarə olunması üzrə Analitik
Son müraciət tarixi: 08.12.2024
Müraciət üçün link: https://bit.ly/3AVIMiL
AZAL-ın İnsan Resursları İdarəsinin rəhbəri Ellada Alışova COP29 iqlim konfransı çərçivəsində keçirilən 'Davamlı İnkişaf üçün İstedadların Gücləndirilməsi' mövzusundakı panel müzakirəsində iştirak edib.
Müzakirədə o, təşkilatlar üçün insan kapitalının vacibliyindən bəhs edərək əməkdaşların peşəkar inkişafını dəstəkləyən təşəbbüslərin uzunmüddətli uğur üçün əsas olduğunu qeyd etdi.
Panel müzakirəsi zamanı xüsusilə yeni texnologiyaların və rəqəmsallaşmanın insan resursları proseslərindəki rolu, işçilərin potensialını artırmaq və şirkət daxilində daha çevik bir mühit yaratmaq üçün innovativ həllərin əhəmiyyəti vurğulandı.
AZAL olaraq insan resurslarının inkişafına davamlı dəstək verərək istedadların gücləndirilməsi ilə ölkənin gələcəyinə töhfə verməyə davam edəcəyik. ?✈️
? Əgər AZAL adından işəqəbul ilə bağlı şübhəli zəng və ya email qəbul etmisinizsə, bu barədə hüquq mühafizə orqanlarına müraciət etməyiniz xahiş olunur.
✈️ AZAL-da karyera qurmaq istəyirsinizsə, sizi yalnız qeyd olunan mənbələrə istinad etməyə çağırırıq.
“Azərbaycan Hava Yolları”nda karyerasını başlatmaq istəyən namizədlər şirkətin vakansiyaları ilə aşağıdakı rəsmi üsullar vasitəsilə tanış olub uyğun müraciətləri edə bilərlər:
? AZAL-ın veb-saytının “Karyera” bölməsi - www.azal.az/az/airline/career/
? AZAL-ın sosial media səhifələri, belə ki: “Instagram”, “Facebook” və “Linkedin” səhifəsi (Life at AZAL)
? AZAL-ın CV-lərin qəbulu üçün nəzərdə tutulan elektron poçt ünvanı: [email protected] (vakansiya veb-saytda “Mövcud vakansiyalar” siyahısında olmadığı təqdirdə)
? AZAL-ın əməkdaşlıq etdiyi rəsmi tərəfdaşların veb-saytları, bunlardan: www.glorri.az və s. (orada qeyd olunan vakansiya linki mütləq sizi AZAL-ın veb-saytına yönləndirməlidir)
⚠️ AZAL-ın adı ilə dərc olunan və digər üsul və mənbələr vasitəsilə vakansiyalar haqqında yayılan məlumatlar qeyri-rəsmi hesab olunur, AZAL işəgötürən olaraq buna hüquqi cavabdehlik daşımır.
“Dəyərlərimizlə Səmada Fərq Yaradaq” şüarı altında təşkil etdiyimiz “Team Building” tədbirində birlikdə çalışaraq hər birimiz yeni üfüqlər kəşf etdik, fərqli ideyalarla zənginləşdik və özümüzü daha da inkişaf etdirdik. ✨✈️
Əməkdaşlığımızın gücləndirilməsi, kollektiv potensialımızın işıqlandırılması və birgə irəliləmək istiqamətində təşkil etdiyimiz bu təşəbbüs vasitəsilə bir araya gələrək güclü komanda ruhunu bir daha təcəssüm etdirdik. ???
Səmada dalğalanan üç rəngli bayrağımızla qürur duyuruq. Hər uçuşda Azərbaycanı zirvələrdə təmsil edirik! ??
Dövlət Bayrağı Günümüz mübarək! ?
✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )
Last updated 2 months ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 4 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 1 year, 2 months ago