Orkhan Shahbaz

Description
Sitatlar və fikirlər
We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )

Last updated 1 month, 3 weeks ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 4 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 1 year, 1 month ago

3 weeks, 1 day ago

Koreyanın "Kalmar oyunu" serialına çoxunuz baxmısız. Ordakı kimi bir qanlı seçimə razı olarsız? Elə bilin ki, Prezident çıxış edib deyir ki, Azərbaycana 10 milyon çoxdur, 5 milyonunu qıraq, sağ qalan 5 milyonu "əmin-amanlıq"da yaşayacaq.

Məncə razı olarsız. Çünki əhalinin çox hissəsi Sovet üçün darıxır. Soyqırımlarda, edamlarda, düşərgələrdə, deportasiyalarda, mənasız savaşlarda qırılanlar heç kimin vecinə deyil, heç kim xatırlamır. Xatırlanan kolbasa və kvasdır. Azərbaycanın oğurlanan trilyonluq sərvətini heç kim saymır, pulsuz evləri xatırlayırlar.

Elə belə göz gəzdirək.

  1. Azərbaycan Cümhuriyyətinin süqutu ilə Bakı, Şəki, Şamaxı, Lənkaranda qırğınlar törədilib. Dəqiq rəqəmlər yoxdur. Amma Gəncədə 1917-ci ildə 60.291 nəfər yaşayıbsa 1923-cü ildə 38.800 nəfərə düşüb. "Gəncə üsyanı — 1920" kitabında statistik göstəricilər yazılıbdır. Şəhərin dinc əhalisinin 36%-ni qırıblar. Aşağı yuxarı, çox şəhərdə belə qırğınlar gerçəkləşdi.

  2. Əsilzadələr, bəylər, Qovanlı kimi şəhzadə nəsillər tamamən qırılır. Cümhuriyyətçilərdən qaçan qaçır, qaça bilməyən edam edilir. Hamısı təhsilli, yaradıcı təbəqə idi, xalqın intellekt səviyyəsinə böyük zərbə vurulur.

  3. Arxasınca Zəngəzur, Dərəlyəz, Tavuş, Göyçə, Vedi, Lori və Şirak mahalları Azərbaycandan kəsilib Ermənistana verilir. Kəndləri, meşələri, düzənlikləri saymıram. Şirin su ehtiyyatı, təbi sərvətləri ilə zəngin ərazilərimiz əbədiyən əlimizdən çıxdı.

  4. Hakimiyyətə Stalin gəlir. Xruşovun dövründə yaradılmış komissiyanın məlumatına əsasən, 1921-1953-cü illərdə SSRİ-də 26 milyon insan repressiyaya məruz qalıb. 17 milyon insanın cəzasını QULAQ düşərgələrində çəkdiyi, onlardan onda birinin oradaca öldüyü qeyd olunur.

Bu illərdə Azərbaycan intellektinə, elminə, incəsənətinə növbəti sağalmaz zərbə vurulur. Avropada ən aşağı İQ bizim ölkədədir. İQ hardan olsun? İntellekt min illər boyu irsən yetişib, ötürülür. Onlar represiyalarda qırılıb.

  1. Gəldi II Dünya savaşı. Ən qanlı savaş gedib Polşada. 6 ilə yaxın almanların və sovetin işğalı altında olan polyakların sayı həmin illərdə 16,5% azalmışdır. Bu səbəbdən hər il dünya Polşaya baş sağlığı verir.

Azərbaycan isə 5 illik müharibə dövründə döyüş meydanlarında 275 min nəfər itki vermişdisə, mülki əhalinin aclıqdan, xəstəlikdəm itkisi təxminən 500 min nəfər olmuşdur. Bütövlükdə Azərbaycan əhalisi bu 5 ildə 780 min nəfər və ya 23% azalmışdır. “Azərbaycan Respublikasında etno-demoqrafik proseslər” adlı kitabında rəqəmləri tapa bilərsiz.

Bizdən daha az fazilə qırılan polyak, ukrain, latışı hamı xatırlayır, Azərbaycanın adını belə çəkən yoxdur. Çünki biz halımızdan, başımıza gələnlərdən razıyıq.

  1. Sovetlər neft qaz yataqlarını az sayda Başqırdıstandan 1932, çox sayda Sibirdən 1960-cı ildən başlayıb çıxarmağa. 1960-cı İlə qədər Bütün Sovetlərin texnikasını, avtomobilini, zavodunu, büdcəsini Bakı nefti formalaşdırıb. Almanlar bizim benzinimizi tanklarına, təyyarələrinə töküb Avropanı işğal ediblər. Sovetlə müttəfiq idilər. 1920-1990 arası Bakıdan 1 milyard ton neft daşınıb. Bu indiki pul ilə trilyondan çoxdur.

Bizim sərvətlə bütün Sovetlərdə minlərlə şəhər qəsəbə salınıb. Siz yazırsız Sovet bizə metro, bina tikib....

© Orxan Atabəy

3 weeks, 6 days ago

İllərlə gerçək kimi qəbul etdiyin bir şeyin bir gün "əslində bildiyini zənn etmisən..." həqiqətini öyrənmək, çox sevib inandığın birinin xəyanətini bənzəyir.

öyrənəndə sarsılırsan,
başa düşəndə güclənirsən.

#ZİDD

1 month ago

- bir kişi qadının özgüvənini qəbul
edəcək qədər cəsarətli olmalıdır.

- bəylər, indiki qızlara güvən yoxdur,
ehtiyatlı olun.

birinci cümlədə qadınlara,
ikincidə kişilərə uyğunlaşdırılan cümlə var, ümumi olaraq isə həqiqi görünən "manipulyativ" cümlədir.

sözlər hisslərimizin etiketidir.
hisslərinə xoş təsir sözlər haqqında iki dəfə düşün, sui-istifadə oluna bilərsən.

#ZİDD

2 months, 2 weeks ago

Düşünən qurur gələcək,

yaşayır anda,

Çoxu görmür özünü,

yaşayır keçmiş zamanda,

Əzəldən belə yoğrulub xəmir,

Bu millət axtarır əxlaqı,

süddə, qanda...

2 months, 2 weeks ago

Dekabrın ilk 10 günlüyündə #ZİDD kitabımın ön satışı başlayacaq.

ön satışa özəl olaraq maraqlı hədiyyələr olacaq ?

daha sonra çap olunacaq kitablar sahiblərinə təqdim ediləcək.

2025 ci ilin əvvəlində Bakıdan başlayaraq Azərbaycanın hər bölgəsində təqdimatlar edəcəyik.

İmza günləri, seminarlar, görüşlər ümumiyyətlə kitabla bağlı demək olar ki, hər şey olacaq

Bakı küçələrində hər yerdə zidd olacaq :)

#ZİDD #28dekabr #kitab

2 months, 2 weeks ago

Milyonlarla insanın saxtakar hesab etdiyi milyonçu qarşısında aciz qalmasına sürü psixologiyası deyilir.

sürüdə hər kəsin bir reallığı var, həqiqət isə onların idarə edilməsində gizlənir.

#ZİDD #28dekabr #kitab

5 months, 2 weeks ago

Qiymətləri yüksək olan restoran əməkdaşları üçün kommunikasiya təlimi keçirdik.

Kiçik amma önəmli bir problem var idi. Bu restoranın gəlir səviyyəsinə də təsir edirdi (araşdırmadan sonra bildik).

Proses belə olurdu.

Müştəri:

İsti yeməklərdən nəyiniz var? Sizin xüsusi bir yeməyiniz olsun.

Süfrəçi (ofisiant):

Müəllim, xüsusi nəsə yoxdur amma isti yeməklərdən menyuda olanları məsələn...

qeyd - burda müştəri və süfrəçi arasında kommunikasiya itirdi və müştəri neqativə fokuslanırdı.

Belə bir həll tapdıq.

Müştəri:

İsti yeməklərdən nəyiniz var? Sizin xüsusi bir yeməyiniz olsun.

Süfrəçi:

Cənab, xüsusi yeməklərdən nümunə olaraq vişnəli can ətini təklif edə bilərəm, əlavə olaraq isti yeməklərdən...

Hər iki variantda məqsəd müştərinin sifarişini qəbul etməkdir amma 2 ci variantda nitqdə müsbət yönümdə yanaşma var deyə daha yaxşı münasibət qurulur.

Effektiv kommunikasiya - lazım olan anda, lazım olanları deməkdir.

6 months ago

Gün gəlir:

Xüsusi etdiklərin həyat tərzin olanda, bir vaxtlar xüsusi etdiyinin əslində yanlış olduğunu anlayırsan.

#ZİDD

6 months, 2 weeks ago

Xoşbəxt insanın 2 özəlliyi olur:

- ondan istəmədən məsləhət vermir,
- kiminsə şəxsi həyatına müdaxilə etmir,

özündə olmaqdır - xoşbəxtlik.

bu qəbul imtahanındakı həyəcana bənzəyir.
əgər özündəsənsə sualları cavablandırmağa fokuslanırsan, əksidirsə başqalarını da narahat edirsən.

#ZİDD

8 months, 2 weeks ago

ZİDD də belə bir fikir yazmışam:

Yüksək IQ ilə alınan nəticələr kütlə üçün lazımdır, uğurlu olmaq üçün isə yüksək EQ.

İkisinin balansı ola bilərmi?

- Bəli. Amma EQ həyatda bir addım öndədir.

#ZİDD

We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )

Last updated 1 month, 3 weeks ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 4 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 1 year, 1 month ago