Adil Əhmədov

Description
Kanalın fəaliyyəti:
Adil Əhmədovun dini mövzularda söhbətləri, yazıları
Canlı bağlantılar
Vebinarlar
Sualarınızı adminə ünvanlaya bilərsiniz:

@AdilAhmadov


@pakheyat
Advertising
We recommend to visit

Ədalətli və vicdanlı xəbərlərin ünvanı
Reklam və əməkdaşlıq, məlumat göndərmək, əlaqə yaratmaq üçün instagram @arazaxmadov (direktə)

Last updated 1 day, 19 hours ago

𐍃ᥲᥒκi ɦᥱç δiᴛⲙəsiᥒi isᴛəⲙəɗiyiᥒ ⲙᥙsiqiᥒiᥒ s᧐ᥒ ᥒ᧐ᴛᥣᥲrı ᧐ᥣ göᤁüⲙɗᥱ🪐

¹⁵'⁰¹'²⁰²³🪐

Last updated 2 months, 4 weeks ago

?️ Kitabları sevin, onlardan sizə zərər gəlməz...

? PDF kanalımız: @kitabchi
?️ İstək və müzakirə qrupumuz: @kitabseverler

? Ödənişli reklam qəbul olunur - @HiDearly

Last updated 2 months, 4 weeks ago

1 week, 6 days ago
İlahi, səbr qalasının qəbrin qoru!

İlahi, səbr qalasının qəbrin qoru!

#YaZeynəb

2 weeks, 2 days ago
1 month ago

"Durğun islamın sonu küfrdür". Əli Səfai

Neçə gün öncə məşhur amerikalı müğənni Ərəbistanın paytaxtı Riyazda konsert keçirtdi. Sabah, biri gün Məkkə və Mədinədə də bu işi görsələr, təəccüblü deyil.

İslamda hərəkət olmasa, artıq zülmlə mübarizə, məzlumu müdafiə öz mənasını itirir. Hərəkətsiz durğun islamda insanlıq da sanki ölür; bir halda ki müsəlman olmayan insanlar vicdanlarının səsini eşidərək Qəzzədə olan soyqırıma biganə qalmır, etiraz edir; amma qeyrətsiz ərəb rəhbərlərindən səs çıxmır...

3 months, 2 weeks ago

Örtülü çılpaqlar

Peyğəmbərimiz (s) axirəz-zamanın bəzi qadınları haqda belə bir ifadə işlədir: örtülü çılpaqlar (کاسیات عاریات).Yəni həm hicabı var, həm də yoxdur!
Mənim bacım hicab, daxili həyanın zahiri göstəricisidir; hicab stil üçün, mod üçün, dəb üçün deyil. Hicabın fəlsəfəsi, ictimai-əxlaqi aramlıq yaratmaq, qadın cazibələrini azaltmaqdır. Stilin məqsədi isə bunun tam əksinədir, odur ki həm hicab var, həm də yoxdur; yəni həqiqəti yoxdur.
Örtülü çılpaqlardan olmayaq. Qadın güldür, gül güldanda gözəl görünür. Ortalığa, ayaq altına düşsə, tapdaq altında qalacaq. Cismi də əziləcək, ruhu da.

4 months, 2 weeks ago

Gələcəkdə İranla İsrail birbaşa üz-üzə gələcək

Mərhum Ayətullah Haeri Şirazinin 1981-ci ildə etdiyi çıxışından:

"Hazırda dünyada iki vilayət vardır: xalis müsəlmanlar üçün Əhli-Beyt (ə) vilayəti və xalis olmayan müsəlmanlar üçün yəhudi vilayəti. Bu iki vilayətin hər ikisi inkişafdadır, özü də birlikdə inkişaf etməlidir. Görün nə deyirəm! Bu tərəfdə İmamın vilayəti baş qaldırır, o tərəfdə də İsrailin vilayəti baş qaldırır. Ortada elə adamlar vardır ki, bu iki vilayətdən hər hansı birinə tərəf çəkilməlidirlər. Əgər çəkilməyiblərsə, bu ona görədir ki, bu iki vilayət hələ son inkişaf mərhələsinə çatmayıb. Hələ İsrail öz inkişafının son həddinə çatmayıb; İmam da inkafının son həddinə çatmayıb.
İmamla müxalifətçilik edənlər, qalıb-qalıb sonda İsrailin bayrağı altından baş qaldıracaqlar! Çünki aləmdə iki vilayətdən başqası olmayacaq. Gələcəkdə bu ikisi tam inkişaf edərək böyüdükdə, bir-biri ilə qarşı-qarşıya gələcəklər. Bu mənada ki, İmamla (onun inqilabı ilə) İsrail arasında heç bir ölkə vasitə, fasilə salmayacaq. İndi Suriya, Livan vasitədir; amma gələcəkdə islam höküməti ilə İsrail (birbaşa) toqquşacaqlar; yəni Əhli-Beytin vilayəti bir tərəfdə, yəhudun vilayəti də digər bir tərəfdə!

Yəhudinin vilayətini qəbul edə bilməyənlərin hamısı, görəcəklər ki Əhli-Beytin vilayətini qəbul etməkdən başqa çarə yoxdur. O zaman artıq Əhli-Beyt inkişaf edəcək. Belə olduqda yəhudisifətlərdən başqa bütün xalqlar İmam Zamana (ə) tərəf üz gətirəcək, bu isə İmam Zamanın zühurunun müqəddiməsi olacaq.

Soruşa bilərsiz ki, niyə Əhli-Beyt vilayəti müqabilində olan qütb, yəhudilər olacaq? Hədislərimizdə var ki, Əhli-Beytlə müxalifətçilik edən, onlara nifrət edənlər bu ümmətin yəhudiləridir.

Elə həmin bu məhərrəm və səfər günlərində Zeynəbi-Kübra bir çıxış elədi. Xanım Kufə əhlinə xitabən belə dedi: "sizin alnınıza zəlillik, miskinlik damğası vuruldu". Yəni Quranın yəhudilərə dediyi sözü, Xanım Zeynəb kufəlilərə deyir! Burada məqsəd təkcə Kufə əhalisi deyil. O zaman Kufə, İmam Hüseyni (ə) tərk edənlər üçün bir. nümunə idi. Quran yəduhilərə belə deyir:
"Onlara zəlillik, miskinlik damğası vuruldu və Allahın qəzəbinə düçar oldular". (Bəqərə, 61) Zeynəbi-Kübra da İmam Hüseyni (ə) tək qoyanlara bu sözü deyir. Bu gün də vilayəti-fəqih, Əhli-Beytin vilayətinin bir şüasıdır. Vilayəti-fəqihi qəbul etməyənlərin vilayəti, yəhudun vilayəti ilə sonlanacaq!

Bu inqilabın taleyini sizə dedim ki, sıxıntılar, çətinliklər qarşıya çıxdıqda, bilin ki, Əhli-Beyt cərgəsində olanları sıxacaqlar. Belə bir şəxs əgər Əhli-Beyt üçün gərəkli olmasa, düşmənlərinin cərgəsinə qoşulacaq. Qarşı tərəfdən də çoxsaylı insanlar düşmənin cərgəsindən çıxaraq, sizin cərgənizə qoşulacaqlar. Bilin ki bu inqilabın cərgəsidir. Bu problemlər (inqilab) cilvəsini göstərənə kimi davam edəcəkdir".

Ayətullah Haeri Şirazi
İsfahan, 1981-ci il.

4 months, 4 weeks ago

Salam olsun sənə ey böyük qəhrəman
(Su girdi qaba oldu içməli)

Neçə il öncə Ərbəin səfərinə hazırlaşırdıq. Ustad Dadaşi ilə rastlaşdıq, nəsihət istədim. İki söz dedi. Biri dedi ki özünlə kamiluz-ziyarat kitabını götür, ordan camaata hədis oxu. İkincisi Hürrün qəbrini ziyarət elə, sonra yenə gəl İmamın ziyarətinə. Bizim üfüqümüz Əbəlfəzlin (ə) üfüqünə çatmır, bizlər Hürr kimi tövbə qapısından daxil olmalıyıq.

Bir rozəxan deyirdi ki, mən Hürrün İmam Hüseynin yolunu kəsməsini oxuyurdum. Yuxuda Hürrü gördüm, dedi ki, o hissəni oxuma, mən xəcalət çəkirəm, vallah İmam Hüseyn məni bağışladı!

Böyük alimlər Hürr ibn Yəzid Riyahiyə təvəssül etməyi tövsiyə edirdilər. Mən özüm şəxsən dəfələrlə bu təvəssüldən hacət almışam. Hürr (azad) adını da İmam şəxsən təsdiqlədi və beləliklə "qiyamın azadəsi" adına layiq görüldü.

Ziyarətnaməsində diqqəti çəkən sözlər var:
Salam olsun tağutdan ayrılıb, vahid Allahın itaətinə qoşulana.
Salam o şəxsə ki İmam Hüseyn (ə) ona ağlayaraq dedi: anan Hürr adını səhvən qoymayıb, sən dünyada azad, axirətdə xoşbəxtsən.
Salam olsun Yəzidin beyətini sındırıb, öz canını Hüseynə qurban edən şəxsə.
Salam olsun sənə ey böyük qəhrəman.

Qəbrinin ayrı düşməsi də bir ilahi lütf, bir ilahi hikmətdir; ayrıca ziyarət olunsun deyə. Alimlərdən biri Hürrün qəbrində deyirmiş ki, sən sadəcə bir hərbi komandir olmusan. Mən müctehidəm, illərdir ki elm oxumuşam. Neylimisən ki, mən bu yaşımda səni ziyarət etmək üçün sıraya durmalıyam?! (Diqqət elə)

Nəticə: Hürr qapısı açıqdır; bu qapı tövbə qapısıdır. Tağutdan üz döndərib, Yəzidin beyətini sındırıb İmam Hüseynin karvanına qoşulma qapısıdır. Bu qapı azadəlik qapısıdır.
Bu qapı həm də ağıl, mərifət qapısıdır. Çünki Hürr kimi kimlə dəyişmək lazım olduğunu yaxşı başa düşdü. Rəhbərlik etdiyi min nəfərlik qoşuna başçılığı atıb, İmam Hüseynə (ə) nökərçiliyi seçdi. Hansı ki elə bu ən böyük padşahlıqdı, ağıl sahibləri üçün. Ağıl deyəndə savadı nəzərdə tutmuram, mərifət bir başqadı. Arif adam nə etməli olduğunu bilən adamdı. Əbədi axirəti qazanmaqdan daha ağıllı hansı addım ola bilər?!
Bir sözlə qapı açıqdır. Allah İmam Hüseynə (ə) xatir bizi bağışlasın, əlimizi üzməsin. İlahi amin.

We recommend to visit

Ədalətli və vicdanlı xəbərlərin ünvanı
Reklam və əməkdaşlıq, məlumat göndərmək, əlaqə yaratmaq üçün instagram @arazaxmadov (direktə)

Last updated 1 day, 19 hours ago

𐍃ᥲᥒκi ɦᥱç δiᴛⲙəsiᥒi isᴛəⲙəɗiyiᥒ ⲙᥙsiqiᥒiᥒ s᧐ᥒ ᥒ᧐ᴛᥣᥲrı ᧐ᥣ göᤁüⲙɗᥱ🪐

¹⁵'⁰¹'²⁰²³🪐

Last updated 2 months, 4 weeks ago

?️ Kitabları sevin, onlardan sizə zərər gəlməz...

? PDF kanalımız: @kitabchi
?️ İstək və müzakirə qrupumuz: @kitabseverler

? Ödənişli reklam qəbul olunur - @HiDearly

Last updated 2 months, 4 weeks ago