Munacat TV

Description
Allahla söhbət etmək üçün ən yaxşı dil🤍🕊
Allahla münacat etmək insan ruhuna elə təsir qoyur ki, insan var olduğunu unudur və özünü İlahi feyzə təslim edir.
Advertising
We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )

Last updated 3 weeks, 2 days ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 3 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 1 year ago

1 Monat, 1 Woche her

"Əvvəl qonşular sonra ev " - Ayətullah Seyyid Əli Xamenei

http://t.me/MunacatTV

1 Monat, 2 Wochen her

**Şəhidin anası: İbrahimin əxlaqi xüsusiyyətlərindən nə desəm azdır. O uşaqlıqdan evdə eynən Quran kimi idi. Sübhlər oyatmaq istəyərkən bir öpüşlə oyadırdım. Bəzi vaxtlar atası etiraz edirdi ki, daha öpmə, İbrahim artıq böyük oğlandır.3 ay yay tətili zamanı küçəyə çıxıb uşaqlarla oturmur, ‘vaxtımı niyə hədər edim, mən usta yanında sənət öyrənmək istəyirəm’ deyirdi.Deyirdik, axı bizə yaraşmaz sən gedib əl altında işləyəsən, axı kimin yanında işləyəcəksən? Cavab verirdi ki, gedib bir meyvə satanın əli altında işləyəcəm. Gedirdi və o qədər işləyirdi ki, gecə evə qayıdan zaman daha taqəti qalmırdı. Ona deyirdim axı sənə kim deyib ki, özünə bucür həlak edəsən? Cavab verirdi ki, işləmək də bir növ ibadətdir, axı kimdir zəhmət çəkib iş görməyən? Hz.Əli (ə) nə qədər zəhmət çəkirdi, quyu qazırdı, ağac əkirdi. Məgər biz bu dünyaya sadəcə yeyib yatmaq üçün gəlmişik?!...Bu uşağın aramlığı yox idi, mən evdə olmadığım zamanlarda süpürgəni götürüb evi süpürürdü, ya da kirli paltarları yuyurdu. Elə bir əxlaqı var idi ki, hər zaman hər kəs ondan razı qalırdı.
Şəhidin atası:Həmişə deyirdi: Bu iki il əsgərlik günləri ömrümün ən pis günləri oldu. Bunu təqva cəhətindən deyirdi. Əsgərlik dövründə fərasətinə görə mətbəxdə müdir olmuşdu. Özü danışırdı ki, Ramazan ayı idi, mən mətbəxdəkilərə dedim ki, əsgərlər üçün imsak hazırlasınlar. Təxminən 300 nəfərlik. Zabitlərdən biri bu hadisədən xəbərdar oldu və sübh əmr etdi ki, bütün əsgərlər sıraya düzülsünlər. O su gətirmişdi və əsgərləri məcbur edirdi ki, hər kəs bir-bir su içsin. O gün hər kəsin orucu batil oldu və mən ömrümdə belə bir dinsizlik görməmişdim. Allaha dedim: İlahi, əgər biz sənin üçün oruc tuturuqsa, bu dinsiz burda nə danışır? İlahi, Özün onun bəlasını ver və Allah da onun bəlasını verdi...Növbəti gün əmr etdim ki, mətbəxi hər tərəfli təmizləsinlər. Mətbəxin giriş hissəsi təmizləndikdən sonra getdim yağ gətirdim və mətbəxin girişinə tökdüm.Bilirdim ki, həmin zabit imsaka yemək bişməməsindən əmin olmaq üçün mütləq ora nəzarətə gələcək. Elədə oldu. Gəlib yeməyin bişmədiyini görüb rahat oldu, qayıdan zaman elə möhkəm sürüşdü ki, yıxıldı vəayağı sındı. Onu xəstəxanaya apardılar və biz Ramazan ayı boyunca onun əlindən amanda qaldıq. Hər gecəəsgərlər üçün imsak hazırladıq və orucumuzu axıra kimi tuta bildik.

📚Kitab: Şəhid Məhəmməd İbrahim Himmətdən Xatirələr**http://t.me/MunacatTV

1 Monat, 2 Wochen her

**1954-cü ilin payız fəsli idi. Yoldaşım və yaxınlarımız ilə İmam Hüseynin (ə) ziyarətinə getməyi niyyət etdik və Kərbəlaya yola düşdük. O zamanlar İbrahimə hamilə idim. Çoxları bizi bu səfərdən yayındırmaq istəyirdi, amma Allaha təvəkkül etdik və şövq ilə Əba Əbdillahın ziyarəti üçün Kərbəlaya yola düşdük.Kermanşaha qədər avtobus ilə gəldik və oradan Xosrəvi sərhəddinə getdik. Torpaq yol tökülmüş maşın iləçox çətin və yorucu idi. Səhəri gün sübh İraq sərhəddinin əsgərləri icazə verdilər ki, hərəkət edək. Hava çox isti və yollar maneələrlə dolu idi. Digər tərəfdən də maşının içinə dolan toz-torpaq yavaş-yavaş halımı dəyişirdi. Bütün günü yolda idik və nəhayət qürubdan əvvəl Kərbəlaya çatdıq.Gözlərim qaralır və halım tamamilə pisləşirdi. Əziyyətlə bizi bir həkimin yanına apardılar. Həkim müayinədən sonra dedi: Uşaq tələf olub. Bir miqdar dəva-dərman yazdıqdan sonra bildirdi ki, əgər uşaq bunlarla düşməsə mütləq yanıma gəlin ki, əməliyyatla götürüm.Həkimin sözləri daş kimi başıma çırpıldı. Çox narahat və qəlbi sınıq olmuşdum. Yoldaşım Əli Əkbər hərəmin ətrafında bir ev kirayə götürmüşdü və mən 15 gün sadəcə evin bir küncündəki yataqda yatdım. Dilimə də heç bir dərman vurmadım.Ürəyim çox sıxılırdı. Əli Əkbərə dedim ki, hərəmə getmək istəyirəm. Amma o etiraz etdi və dedi: Halın münasib deyil, çoxlu istirahət et ki, tam sağlamlığına qovuşasan.Hər nə qədər israr etsə də faydası olmadı. Getdikcə hərəmin istəyi daha da artırdı və artıq evdə qalmağa taqətim yox idi.Nəhayət Əli Əkbər məni hərəmə apardı. Gecə yarısına qədər orada qaldıq. Sınmış qəlb ilə İmamı səslədim və ondan şəfa istədim. İmam Hüseynə (ə) dedim ki, Ağacan mən şəfamı səndən istəyirəm, həkimlə işim yoxdur. Mən sizin görüş və ziyarətiniz üçün bütün çətinlikləri gözə aldım, indi də sizdən mənə nəzər etməyinizi xahiş edirəm.Biraz yüngülləşdim və evə qayıtdıq. Yorulmuşdum, yuxum gəlirdi və yatdım. Yuxuda ərəb libası geyinmiş bir xanım gördüm. Hər kəs kimi İmamı ziyarət edirdi. Uca boy olan o xanım əlində olan körpə ilə mənətərəf gəldi və uşağı mənə tapşırıb dedi: Bu uşağı çadranın altında saxla və heç kəsə vermə. Götür və get.Mən uşağı gizlətdim və gəldim. Həmin an yuxudan ayıldım. Ağlamaq tutmuşdu məni, sevincdən gözyaşlarına qərq olmuşdum. Yuxunu Əli Əkbərin anasına danışanda, bu yuxu bir nişanədir dedi və əlavəetdi ki, arxayın olun, bu uşaq salamatdır, sadəcə niyyət edin ki, əgər uşaq oğlan olsa adını Muhəmməd İbrahim qoyasınız. O gündən sonra daha heç bir ağrı-acım olmadı. Heç kəs buna inanmırdı. Yenidən həkiməgetdik. Həkim müayinədən sonra təəccüblə dedi: Mümkün deyil, burda mütləq bir möcüzə olub. Biz ərəb dilini bilmirdik və həkimin dediklərini bizim üçün dostlardan biri tərcümə edirdi. Həkim soruşdu: Siz hara gedib dərdinizə dərman tapdınız? Bu hansı təbibin işidir? Bu zamana qədər həm ana, həm də uşaq həyatda olmamalı idi. Ən azından uşaq dünyadan getməli idi. Siz nə etdiniz? Əli Əkbər dedi: Biz əsil təbibin yanına getdik. Həkim eşidəndə ki, İmam Hüseyn (ə) şəfaət edib, bütün yoxlanış və dərman pullarını qaytardı vəinkişaf üçün bəzi dərmanlar da yazaraq dedi:-Özünüzdən müğayət olun...Uşağın sağlamlığından əmin olduqdan sonra Əli Əkbərdən istədim ki, Kərbəlada qalaq. İrəli gələn bu məsələlərdən sonra buradan ayrılıb getmək çox çətin idi. Bir neçə dəfə icazə müddətini artırdıq və 4 ay sonra İrana qayıtdıq.1955-ci il, Aprel ayının 2-i oğlumuz dünyaya gəldi. Özü də nə oğul! Düzdür ki, övladlar arasında fərq yoxdur, amma bu başqalarından fərqlənirdi. Gözəl, sakit, sevimli və hamısından mühüm olanı İmam Hüseynin (ə) nəzər etdiyi bir oğlan. Gördüyüm yuxuya görə dünyaya gəldiyi zaman adını Muhəmməd İbrahim qoyduq...

📚Kitab: Şəhid Muhəmməd İbrahim Himmətdən Xatirələr**http://t.me/MunacatTV

1 Monat, 2 Wochen her

QADINLARIN ÜÇ MÜHÜM VƏZİFƏSİ

İslamda vəzifə məsuliyyət deməkdir. Hər kim öz vəzifəsini yaxşı yerinə yetirsə - istər kişi olsun istərsə də qadın - onun məqamı Allah yanında çox böyükdür. Qadın öz iffət və hicabını qorumaqla mühüm işlərdə iştirak edə bilər. Lakin onun mühüm və daha vacib olan üç vəzifəsi var:
1. Evdarlıq, ailədəki səfa səmimiyyəti qoruyub saxlamaq.
2. Övladın təlim-tərbiyəsi ilə məşğul olmaq, yə`ni pak və kamil insan yetişdirmək vəzifəsi.
3. Ərə qayğı və onunla uyğunlaşma. (Əlbəttə kişilər də qadınlara qayğı göstərməkdə İslami qayda-qanunlara riayət etməlidir).

📚 Kitab: İslamda Qəhrəman Qadınlar (pdf- si var)

1 Monat, 3 Wochen her

**🔹️* İmam Zamanın (ə) hüzurunda “Camiə” ziyarətnaməsi

Böyük islam alimi və mərifət əhli olan mərhum birinci Əllamə Məclisi belə buyurur: Nəcəf-Əşrəfdə Həzrət Əlinin (ə) hərəminin kənarında sakin olduğum vaxt öz nəfsimlə cihad edir və mübarizə ararırdım. Nəhayət Allah-taala Həzrət Əlinin (ə) bərəkətilə mükaşifə qapılarını üzümə açdı. Bəzi dar düşüncəlilərin bu həqiqəti düzgün dərk edə bilməyəcəkləri üçün, onu nəql etməkdən pəhriz edirəm. Amma bir gecə mükaşifələrimin birində Samirra şəhərində İmam Hadi (ə) ilə İmam Həsən Əsgərinin (ə) hərəmini son dərəcə əzəmət və gözəllik içində gördüm. O iki imamın qəbrinin üstünə behiştin yaşıl rəngli parçalarından örtülmüşdü ki, mən heç vaxt onun mislini görməmişdim. Həzrət Sahibəzzaman (ə) arxası qəbrə və üzü qapıya tərəf əyləşmişdi. O həzrəti gördüyüm zaman uzaqda durub “Camiə” ziyarətnaməsini məddahlar kimi, uca səslə axıradək oxudum. İmam ziyarət bitəndən sonra dedi: Yaxşı ziyarətnamədir. Mən, İmam Hadinin (ə) qəbrinə işarə edərək dedim: Ağa, cəddinizi ziyarət etməyə izin verirsinizmi? İmam buyurdu:
Bəli, gəl içəri. Hərəmə daxil olub qapının kənarında durdum. Buyurdu:
Yaxın gəl. Dedim: Ağa, qorxuram sizin hüzurunuzda ədəb qaydalarına düzgün riayət edə bilməyib küfrə batam. İmam buyurdu: Əgər bizim icazəmizlə olsa, eybi yoxdur. Mən bir az qabağa getdim, amma qorxudan bədənim əsirdi. Yenə buyurdu: Yaxın gəl, yaxın gəl. Mən asta-asta gedib İmama yaxınlaşdım. Dedi: Otur. Dedim: Ağa, qorxuram. Dedi: Qorxma, hər halda mən də zəlil bir bəndə kimi cəlil Allahın qarşısında oturmuşam. İmam buyurdu: Piyada və ayaqyalın yol gəlmisən, yorğunsan. Rahat əyləş və istirahət et. İmam (ə) mənim üçün saysız-hesabsız dəqiq, elmi mətləblər açıqladı ki, onların çoxu yadımdan çıxıb. Mükaşifə halından adi hala qayıdandan sonra mövlam İmam Zamanın (ə) dediyi kimi piyada və ayaqyalın İmam Hadi (ə) və İmam Həsən Əsgərinin (ə) ziyarətinə gedib o hərəmdə yenidən “Cameə” ziyarətnaməsini oxumağı qərara aldım. Hərəmdə olduğum vaxt daha heyrətli kəramət və möcüzələri müşahidə etdim ki, əgər onlar haqqında danışsam çox uzun çəkər. Bütün olub-keçənlərdən sonra bu ziyarətnamənin (duanın) İmam Hadiyə (ə) mənsub olduğunu yəqin etdim. Həmçinin İmam Zamanın (ə) bu ziyarətnamə (dua) haqqında söylədiyi bəyanından sonra başa düşdüm ki, o mühüm və kamil ziyarətnamələrdən biridir.

📚 KİTAB: ALİMLƏRİN KƏRAMƏTLƏRİ
HAQQINDA MARAQLI ƏHVALATLAR***http://t.me/MunacatTV

1 Monat, 3 Wochen her

😢

1 Monat, 3 Wochen her
***📲*** Əziz Izləyicilər, Aşağıdakı kateqoriyada olan …

📲 Əziz Izləyicilər, Aşağıdakı kateqoriyada olan Çooox gözəl kanallar tapmışam.
Vaxt azdır, Abunə olmağa tələsin.
🔺🔺🔺🔺🔺🔺🔺🔺🔺🔺

Foto : ‼️ @dahilerden_kelamlar

🔻🔻🔻🔻🔻🔻🔻🔻🔻🔻

1 Monat, 3 Wochen her
***📲*** Əziz Izləyicilər, Aşağıdakı kateqoriyada olan …

📲 Əziz Izləyicilər, Aşağıdakı kateqoriyada olan Çooox gözəl kanallar tapmışam.
Vaxt azdır, Abunə olmağa tələsin.
🔺🔺🔺🔺🔺🔺🔺🔺🔺🔺

Foto : ‼️ @dahilerden_kelamlar

🔻🔻🔻🔻🔻🔻🔻🔻🔻🔻

1 Monat, 4 Wochen her

**XANIM FATİMEYİ-ZƏHRANIN (S.Ə.) MƏQAMI

Məhşər səhrasında uca məqamı

İmam Səccad (ə) buyurmuşdur: “Qiyamət günü Həzrət Fatimeyi-Zəhra (s.ə.) məhşər səhrasına daxil olduğu zaman, belə bir nida eşidilər: “Əhli-beytə (ə) məhəbbət bəsləyənlərdən başqa, hamılıqla başınızı aşağı dikin (ki, Fatimə (s.ə.) gəlir). Budur Muhəmmədin (s) qızı Fatimə!”
Həzrət Fatimeyi-Zəhra (s.ə.) və onunla birgə olanlar Cənnətə doğru hərəkət edərlər. Allah-Taala bir mələyi onun hüzuruna göndərib deyər: “Nə istəyirsənsə, Məndən istə!”
Həzrət Fatimeyi-Zəhra (s.ə.) ərz edər: “İlahi! Mənim istəyim odur ki, mənə və övladlarıma yardımçı olanları əfv et.”
Bu məzmunda (azacıq fərqlə) imam Baqirdən (ə) də başqa bir hədis nəql olunmuşdur (Əvalimul-ülum”, c.11, səh.2, hədis: 1779-1780; “Şəvahidut-tənzil”, c.1, səh.153.)**#fatimiyyə_günləri#həzrətfatimə#xanımzəhrahttps://t.me/MaideTV

We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )

Last updated 3 weeks, 2 days ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 3 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 1 year ago