Mühasib vakansiyaları

Description
Mühasib vəzifəsi üzrə iş elanları, vakansiyalar
Advertising
We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )

Last updated 3 days ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 2 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 12 months ago

3 months, 2 weeks ago

Mühasib tələb olunur (Cəlilabad)

İşəgötürən: Zarat Group of Companies

İş yeri: Cəlilabad rayonu;

İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 3 il;

Təhsil: Ali;

Vəzifə öhdəlikləri:

Debitor və kreditorlarla hesablaşma uçotunun aparılması, debitor borcları ilə bağlı danışıqların aparılması, borclara nəzarət və təhlil
Avans sahiblərinin balanslarına nəzarət etmək
İşçilərlə hesablaşmaların təmin edilməsi
Bank, Kassa, Əmək haqqı sənədlərinin işlənməsi və uçotunun aparılması
E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi
Bank və kassa əməliyyatları üzrə pul vəsaitlərinin hərəkətinin hesabatını hazırlamaq
Müştərilər ilə üzləşmə aktlarını / hesabatlarını hazırlamaq
Hesabların müxabirləşməsini nəzərdən keçirmək, araşdırmaq, səhvlikləri və uyğunsuzluqları aradan qaldırmaq
Mühasibatlıq sənədlərinin saxlanılması, rəsmiləşdirilməsi və müəyyən olunmuş qaydada onların arxivə təhvil verilməsi işlərini aparmaq
Bütün növ mühasibat əməliyyatlarının mühasibatlıq proqramına daxil edilməsi
Maliyyə hesabatlarının tərtib edilməsi
Digər gündəlik və aylıq debitor hesablar üzrə əməliyyatların yerinə yetirilməsi
Müəssisələrdən gələn hesabatlara əsasən məlumatların uçota alınması;
Maliyyə ehtiyaclarının və maliyyə xərclərinin analiz edilməsi;
Mənfəət və zərər hesabatının, kapitalda dəyişikliklər haqqında hesabatın hazırlanması.

Tələblər:

1C proqramından istifadə bacarığı;
MS Excel proqramından istifadə bacarığı;
ACCA sertifikatı olması üstünlükdür;
Problem həll etmə qabiliyyəti;
Komandada işləmək bacarığı;
Əməkhaqqı: 800 AZN

İş şərtləri

6 günlük iş həftəsi;
İstirahət günü: Bazar
Müraciət qaydaları:

CV-nizi hr@an-agro.com elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını – “Mühasib-Cəlilabad” yazıb göndərməklə müraciət edə bilərsiniz

3 months, 2 weeks ago

Aparıcı mühasib tələb olunur

İşəgötürən: Referans Klinik Laboratoriya Mərkəzi

- Əmək haqqı-1500-1800 azn.

Namizədə aid tələblər:

- Ali Təhsil (Mühasibatlıq, maliyyə, iqtisadiyyat) ;
- Minimum 3 il mühasibat sahəsində iş təcrübəsi;
- AR Vergi Məcəlləsi,Əmək Məcəlləsi və mühasibat uçotu üzrə biliklər;
- Microsoft Office proqramları üzrə biliklər;
- 1 C 8.3 proqramında sərbəst işləmək təcrübəsi;
- E-taxes.gov.az və digər portallardan istifadə etmək yüksək bacarığı;
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti;
- Dövlət hesabatlarının tərtib olunması;
- İdarəçilik və təşkilatçılıq bacarıqları;
- Məsuliyyətli, dəqiq və peşəkar;

Əsas vəzifə və öhdəliklər:

- Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ-hüquqi aktların tələblərinə uyğun olaraq uçotun təşkil edilməsi;
- Aylıq, rüblük və illik ƏDV, Mənfəət, Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi;
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtlı-vaxtında mühasibat uçotunda əks etdirilməsi;
- İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsinin təmin edilməsi;
- Təsdiqedici sənədlərin vaxtlı-vaxtında və lazımi qaydada təqdim edilməsi üçün yazışmaların aparılması;
- Hesab və elektron qaimə-fakturaların yazılması;
- Daxili mühasibatlıq sistemində köçürmələrin idarə edilməsi;
- Əmək haqlarının, məzuniyyətlərin, ezamiyyələrin hesablanması və köçürülməsi;
- Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtlı-vaxtında və dəqiqliklə yerinə yetirilməsi.

İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;

Maraqlanan şəxslər öz CV-lərini mövzu hissəsində vəzifəninin adını "Aparıcı mühasib" qeyd edərək [email protected] elektron ünvanına göndərməlidirlər.

3 months, 2 weeks ago

Mühasib tələb olunur

İşəgötürən: Qafqaz NET LLC

Gənc və dinamik komandada özünü inkişaf etdirmək və karyerasında yeni addım atmaq istəyənlər üçün fürsət!

“QAFQAZNET” MMC Mühasib vakansiyasın aktiv elan edir.

Vəzifə öhdəlikləri:

Sorğu üzrə göstərilən xidmətlərin və anbardan çıxan malların aylıq hesabatını hazırlayaraq təqdim etmək;
Servis və avadanlıq sənədlərin, xidmətlərin və müştəriyə aid olan məlumatın düzgünlüyünü sorğuya əsasən yoxlamaq;
Gündəlik debitor,kreditor əməliyyatlarını izləmək,səhvlər aşkar olunduğu halda Xidmət, Satış və Müştəri Əlaqələri, Təchizat, Anbar şöbələri ilə əlaqə saxlayıb səhvləri düzəltmək;
E-qaimələri ERP sistemində əvəzləşmə bölümünə mədaxil etmək;
1C proqramı və qiymətli aktlar sənədlərinə əsasən Qaimə-faktura hazırlayıb aidiyyəti üzrə göndərmək;
1C proqramı və qiymətli aktlar sənədlərinə əsasən anbarda zay,nümunə və digər səbəblərdən malların silinməsini təmin etmək;
Gündəlik bank,kassa,ədv depozit hesablarındaki vəsaitləri 1 c proqramına mədaxil etmək;
Əmək haqqı və digər xərclərin mühasibat yazılışlarını 1 c proqramına mədaxil etmək;
Xarici vendorlardan alınan malların Gömrük bəyannaməsini 1C proqramına işləmək;
Xaricdən gələn malların maya dəyərini əlavə xərclər əsasında formalaşdırmaq;
Həmçinin, özünün birbaşa və ya daha üst müdirlərinin tapşırıqlarını yerinə yetirmək;
Departamentin, habelə özünün əmək fəaliyyəti üçün yaranan əngəllərin, habelə icra dövründə yaranmış çətinliklər və ya suallarla bağlı rəhbərini məlumatlandırmaq;
Şirkətin strategiyası ilə tanış olmaq;
İcra qərarlarına düzəliş vəya dəyişikiklər ilə təmin olunmaq;
Fəaliyyəti çərçivəsində müvafiq sənədlərin arxivi , həmçinin cari ödənişlərə dair sənədləri vəya onların nüsxələrini əldə etmək;
Zəruri məlumatları rəhbərlik vəya xidmət göstərənlərlə bölüşmək;
Bank əməliyyatlarının həyata keçirilməsi - Onlayn bankçılıq ilə ödənişlərin həyata keçirilməsi
Gələn e-qaimələrin yoxlanılması və 1C proqramına işlənilməsi
Debitor və kreditor hesablaşmaların aparılması və üzləşmə aktların tərtib edilməsi
Xarici vendorlardan alınan malların Gömrük bəyannaməsini 1C proqramına işləmək
E-qaimələri ERP sistemində əvəzləşmə bölümünə mədaxil etmək
Xaricdən gələn malların maya dəyərini əlavə xərclər əsasında formalaşdırmaq
Əmək haqqı,Məzuniyyətlərin hesablanması
BTP, 1C(ERP), Excel, Word proqramlarından yaxşı istifadə etmək
E-taxes.gov.az, stat.gov.az portallarindan yaxşı istifadə etmək bacarığı
Vəzifəsi ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq;
İş prosesində məlumatların məxfiliyinin saxlanılması;
Öhdəsinə düşən digər əmək funksiyalarının yerinə yetirilməsi
Analitik düşüncə və təhlil bacarığı

Tələblər:

Ali təhsil və ya müvafiq ixtisas
Minimum 2 illik təcrübə
Kompüter bilikləri: 1C, MS
İngilis, Rus və Azərbaycan dillərində həm şifahi, həm də
Yazılı şəkildə mükəmməl danışıq
İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti.
Səlis və aydın nitq qabiliyyəti;

İş rejimi:

İş yeri – Bakı şəh.,Çinar Park Biznes Mərkəzi.
İş günləri – həftənin 5 günü
İş qrafiki – 09:00 – 18:00

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Mühasib” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

3 months, 3 weeks ago

Gəlirlərə və Xərclərə nəzarət üzrə mütəxəssis tələb olunur

İşəgötürən: Resant Group

Vəzifə öhdəlikləri:

• Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitləri, şirkətə çəkilən xərclərini, təsərrüfat- maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması) yerinə yetirmək;
• İşçilərin əmək haqqı və mükafatlarının verilməsi, ezamiyyət və digər xərclərin ödənilməsi;
• Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlamaq, mühasibat sənədlərinin saxlanılmasına nəzarət etmək, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirmək;
• Pul vəsaitlərinin mədaxili və məxarici üzrə əməliyyatların yerinə yetirmək;
• Müştəri hesablaşmaları üzrə əməliyyatları yerinə yetirmək;
• Gün ərzində xəzinəyə daxil olan nağd vəsaitlərin qəbul etmək və aparılan əməliyyatlar üzrə mədaxil sənədlərinə əsasən xəzinə qalığının çıxarmaq;
• Gündəlik yığım hesabatların tərtib edərək müvafiq şöbələrə təqdim etmək;
• Pul vəsaitlərinin və qiymətli kağızların qorunub saxlanmasını təmin edən qaydalara mütləq riayət etməklə onların qəbulu, hesabı, verilməsi və mühafizəsi üzrə əməliyyatları yerinə yetirmək.

Tələblər:

• Ali təhsil (iqtisadiyyat sahəsi üzrə olanlara üstünlük verilir);
• Restoran sahəsində 1 ildən yuxarı təcrübə;
• Azərbaycan dili səlis, Rus dili arzuolunandır;
• MS office proqramları ilə sərbəst şəkildə işmək bacarığı.
Bəy namizəd tələb olunur.
İş qrafiki: 5 günlük, 09:00 - 18:00
Əmək haqqı: 900 - 1000 manat

Uyğun namizədlər CV-lərini "Gəlirlərə və Xərclərə nəzarət üzrə mütəxəssis" başlığı altında [email protected] e-mail adresinə və ya 055-455-00-17 nömrəsinin whatsappına göndərə bilərlər.

3 months, 3 weeks ago

Mühasib köməkçisi tələb olunur

İşəgötürən: Alldoors MMC

- İş yeri Sumqayıt şəhərində ALLDOORS MMC qapı fabrikidir.

İş barədə məlumat:

- Əmək haqqı: 600 - 800 azn
- İş qrafiki: 6 günlük
- İstirahət: Bazar
- İş saatı: 08:00-dan - 17:00-dək
- Günorta yeməyi şirkət tərəfindən təmin olunur.
- İşlə bağlı ətraflı məlumat müsabiqə əsnasında veriləcəkdir.

Namizədə tələblər:

- İş təcrübəsi: minimum 1 il
- Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli
- Vergi, əmək qanunvericilikləri üzrə məlumatlı olmalı
- Kompyuter bacarıqları: Microsoft Office, Internet Explorer, 1 C proqramı ilə işləmə bacarığı.
- Ofis avadanlıqlarından sərbəst şəkildə istifadə etmək bacarığı
- Office proqramlarını ilə işləmə bacarığı (Word, Excel)
- Məntiqi və riyazi bilik
- Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır
- Rəhbərliyin verdiyi tapşırıqları vaxtında və keyfiyyətli icra etmək.

Tələblərə uyğun namizədlər CV formasını [email protected] elektron poçt ünvanına, mövzu hissəsinə ”Mühasib köməkçisi” yazaraq göndərə bilər.

3 months, 3 weeks ago

Mühasib tələb olunur
İşəgötürən: NOVCO Group of Companies

Vəzifə öhdəlikləri:
· Mühasiblər tərəfindən hazırlanmış hesabatların yoxlanılması
· 1C-də bütün hesabların müxabirləşməsini yoxlamaq
· Şəxsi vərəqəni və gələn məktubları gündəlik yoxlamaq və cavablandırmaq
· İdxal sənədlərinin yoxlanması və maya dəyərinin formalaşması
· Debitor Kreditor borcların aylıq üzləşməsi
· Xərc hesabının detallı yoxlanması
· Əsas vəsaitlərin 1C-ə daxil olunması, istifadəyə verilməsi və kateqoriyalara görə amortizasiyası
· Gələn e-qaimələri 1C-dəki qaimələrlə yoxlanması.
· ÖMV, ƏDV və Vahid bəyənnamənin verilməsi

Tələblər:
· Təhsil: Ali (Maliyyə, Mühasibat, İqtisadiyyat)
· Komputer bilikləri: MC Office- sərbəst işləmək bacarığı, 1C (8.3) proqramı – sərbəst işləmək bacarığı.
· E-gov, e-taxes portalları ilə işləmək bacarığı.
· Əmək və vergi qanunvericiliyinin əsasları;
· Maliyyə şöbəsində mühasib kimi 2 ildən az olmayan təcrübə
· Diqqətcil, məsuliyətli

CV-nizi [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

3 months, 4 weeks ago

Agro sahəsi üzrə Kredit mütəxəssisi tələb olunur (Bərdə)
İşəgötürən: Merkuri BOKT

“Merkuri” Bank Olmayan Kredit Təşkilatı Bərdə regionunda kənd təsərrüfatı kreditlərinin verilməsi üçün kredit mütəxəssisi vakansiyası üzrə təcrübəli və təcrübəsiz əməkdaşları yüksək əmək haqqı ilə müsabiqəyə dəvət edir.

Vəzifə öhdəlikləri:
Kənd təsərrüfatı kreditlərinin satışlarını həyata keçirmək
Kənd təsərrüfatı kreditləri barədə müştərinin məlumatlandırılması.
Müştəri müraciətlərini qəbul etmək, təhlil etmək, kredit komitəsinə çıxarmaq
Geri ödənişlərin normal axınını təmin etmək
Kredit və girovların monitorinqinin həyata keçirilməsi.
Bu sahədə təcrübəsi olmayan namizədlər təlimləndirmədən sonra işə başlayacaqlar.
İş yeri: Bərdə şəhəri
İş qrafiki (I-V 09:00-dan 18:00-dək, VI 10:00-dan 15:00-dək)

Namizədə tələblər
Ali təhsil
Yaş: 22 – 35
Səlis nitq qabiliyyəti
İnandırma qabiliyyəti və məqsədyönlülük
İnsanlarla ünsiyyət qurma bacarığı.
Azərbaycan dili biliyi – əla
MS Office proqramlarında işləmək bacarığı
Kənd təsərrüfatı kreditləri üzrə iş təcrübəsinin olması arzuolunandır.

Hazır cv formalarınızı “Agro” başlığı ilə [email protected] email ünvanına və yaxud 0502718432 Whatsapp nömrəsinə göndərə bilərsiniz.

3 months, 4 weeks ago

Mühasib (Satış) tələb olunur
İşəgötürən: Askona

Namizəd üçün tələblər:
Təhsil: Maliyyə, mühasibatlıq və iqtisadi yönümlü sahədə ali təhsil;
Təcrübə: Mühasibatlıq sahəsində ən azı 2-4 illik iş təcrübəsi
Yaş: 25-40
Dil biliyi: Rus dili sərbəst bilik
Kompüter bilikləri: MS Office, BTP və 1C mühasibatlıq proqramından istifadə bacarıqları;
Mühasibatlıqla bağlı yerli qanunvericilik və vergi məcəlləsi üzrə biliklər;

Vəzifələr:
Cəmiyyətin pərakəndə satış məntəqələrinin kassalarında Nağd pul vəsaitlərinin hərəkəti ilə bağlı mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılması;
Qaimə-fakturaların uçotunu aparılması, onların elektron informasiya sistemində doldurulmasının düzgünlüyünə, vaxtında verilməsinə və vergi qanunvericiliyinin tələblərinə riayət olunmasına nəzarət edir;
Müştərilərin debitor və kreditor borclarına nəzarət edir;
Onlayn nəzarət-kassa aparatının Fiskal Məlumat Operatoru (FDO) serveri ilə gündəlik uzlaşdırılmasını həyata keçirir və uyğunsuzluqların aradan qaldırılması üçün işləyir;
Bank terminallarından nəticələrin tutuşdurulması ilə cari hesaba daxil olan ekvayrinq, uyğunsuzluqların aradan qaldırılması istiqamətində iş aparır;
Qəbul edilmiş yığılmış nağd pul vəsaitlərinin cari hesaba gündəlik olaraq nəzarət-kassa aparatının məlumatları ilə tutuşdurulmasını həyata keçirir;
Hüquqi şəxslərə mal satarkən, aktivlərin alınması üçün düzgün tərtib edilmiş etibarnamələrin əslini qəbul edir və onlara nəzarət edir. Qəbul edilmiş orijinalların reyestrini tərtib edir və aparır və çatışmayanları tələb edir.
Pərakəndə ticarət obyektinin/anbarın maliyyə məsul şəxsi dəyişdirilərkən qəbul/köçürmə aktına əsasən vəsaitin qəbul edən tərəfə verilməsinə nəzarət edir, doldurulma və imzalanmanın düzgünlüyünü yoxlayır.
Hər ay pərakəndə satış məntəqələrindən ilkin kassa sənədlərinin əslinin mərkəzi aparatın mühasibatlığına göndərilməsinə nəzarət edir. Hesabat ayından sonrakı ayın 30-dək kassa sənədlərinin əslinin və imzalarının olması, habelə rəsmiləşdirilməsinin düzgünlüyü yoxlanılır. Qəbul edilmiş orijinalların reyestrini aparır, çatışmayanları tələb edir, sonra onları arxivləşdirir;
Hər gün pərakəndə satış məntəqələrindən elektron poçt vasitəsilə yazılı şəkildə daxil olan müraciətləri düzgün və vaxtında icra etmək (aşağıdakı hallarda: endirim aradan qalxdıqda, təkrar çatdırılma məbləğinin tənzimlənməsi zərurəti, rəhbərliklə razılaşdırılmış fərdi və unikal vəziyyətlər və s.);
Topdansatışın üzrə vaxtı keçmiş borcların yoxlanılması, menecerlərlə məlumat mübadiləsi və yaranan məsələlərin həlli üçün tədbirlərin əlaqələndirilməsi; imzalanmış müqavilələrin yoxlanılması, aktların müqayisəsinin aparılması və digər müvafiq sənədlərin tərtib olunması.
Müştərilərdən kredit müqavilələrinin yoxlanılması: müştərilərdən alınan kredit müqavilələrinin düzgünlüyünün, eləcə də müvafiq sənədlərin və məlumatların toplanması və idarə olunması.
Hesabların uçotunun yoxlanılması: mühasibatlıq hesablarının dəqiqliyinin və uyğunluğunun yoxlanılması, uçot qeydlərinin və maliyyə hesabatlarının düzgünlüyünün təmin edilməsi.

İş qrafiki: 5 günlük iş qrafiki
Əmək haqqı: 800-900 AZN

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini məktubun mövzu hissəsində “Mühasib” qeyd etməklə [email protected] ünvanına göndərmələri xahiş olunur.

3 months, 4 weeks ago

Mal-Material üzrə Aparıcı Mühasib tələb olunur
İşəgötürən: Sağlam Ailə

Vəzifə öhdəlikləri
Anbarlara malların hərəkətinə nəzarət olunması, açılan Sifarişlərin təqib olunması; Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.; Malların və materialların hərəkəti;
Mal-materialların qəbulu, silinməsinin tam uçotu;
Mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
Əsas vəsaitlərin, mal-materialların inventarizasiyası prosesində fəal iştirak edilməsi, inventarizasiya üzrə cədvəllərdə uçot və faktiki miqdar-məbləğ olmaqla, habelə kənarlaşma miqdarı və məbləğini hesablanmasının həyata keçirilməsi;
İdxal əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin hesablanması;
Gündəlik və aylıq hesabatlarınin tərtib edilməsi;
Aylıq mal-material silgisinin edilməsi və sənədlərin hazırlanması;

Vəzifə ilə bağlı tələblər:
Müvafiq sahədə ali təhsil (Maliyyə, Mühasibatlıq, İqtisadiyyat və ya oxşar sahələr).
Mühasibatlıq sahəsində ən azı 1-3 il iş təcrübəsi.
ERP proqramları və Microsoft Office proqramları ilə iş təcrübəsi (xüsusilə Excel).
Güclü analitik düşüncə və problem həll etmə bacarığı.
Mükəmməl ünsiyyət və təqdimat bacarıqları.
Detallara diqqət və dəqiqlik..
Tibb sektorunda iş təcrübəsi üstünlükdür.

Əlavə məlumat:
Əmək haqqı: namizədin bilik və bacarıqlarına görə müəyyən edilir.
İş saatı: 5 günlük iş qrafiki ilə təyin olunur.
İşçi illik check up paketi ilə təmin olunur.
İşçinin ailə üzvləri və yaxın qohumları tibbi xidmətlərdə 50 faizlik endirim ilə təmin olunur.

CV-lərinizi [email protected] ünvanına "Mal-Material üzrə Aparıcı Mühasib" başlığı ilə göndərməyiniz xahiş olunur. Yalnız qeyd olunan tələblərə uyğun namizədlərlə əlaqə saxlanacaqdır.

4 months ago

Baş Mühasib tələb olunur - MAAŞ 1500 MANAT-DƏK
İşəgötürən: Uni Supply and Services MMC

Əmək haqqı: 1000 - 1500 AZN

Vəzifə təlimatı:
Qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə uçotunun təşkil edilməsi
Hesab-fakturaların və E-qaimələrin hazırlanması, göndərilməsi və təsdiqi
Bank əməliyyatların aparılması
Mal-materialların alışı, satışı, yerdəyişməsi və silinməsi ilə bağlı uçotun aparılması, sənədləşmə işlərinin təmin edilməsi
Alış və satış qaimələrinin 1C ilə düzgünlüyünün yoxlanması
Əmək haqqı kartlarının sifarişinin həyata keçirilməsi
Ödənişlərin nəzarətdə saxlanılması

Tələblər:
Ali təhsil (Maliyyə, İqtisadiyyat, Mühasibat uçotu sahəsində təhsili olan namizədlərə üstünlük verilir)
Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi
1C 8.3 (kompleks avtomatlaşdırma) proqramında sərbəst işləmə bacarığı
Microsoft Office proqramlarını (WORD, EXCEL) əla səviyyədə bilmək
Xanım namizədlərə üstünlük verilir
Yaş: 25-35 yaş
İşinə məsuliyyətli, diqqətli

Əlavə məlumat:
İş qrafiki: Bazar ertəsi – şənbə (8 saat)
AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə

Tələblərə cavab verən namizədlərdən CV-lərini qeyd edilmiş services@unisupply-az.com e-poçta göndərmələri xahiş olunur

We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )

Last updated 3 days ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 2 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 12 months ago