Şəhadət Yolu

Description
Biz sinəmizə döydük
Onlar səssizcə yağdılar
Hər nədən dəm vurduq
Onlar gördülər
Biz ön cərgənin iddiyaçıları idik
Məclisin axırından şəhidləri seçdilər…🕊️
We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )

Last updated 2 months, 4 weeks ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 5 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 1 year, 2 months ago

1 month, 3 weeks ago

🖤🥀

1 month, 3 weeks ago

Yermi batdı, göymü uçdu,
Söküləndə qırmızı dan?
Yer kürəsi iki rəngdən yoğrulmuşdu,
Qara ilə qırmızıdan.
Üfüq gümüş, torpaq qızıl,
Neftimizlə varlananlar
Görün necə qaytardılar haqqımızı...
Döz, ürəyim, döz ürəyim!
Pəncərəmə gəlib qonan günəş, aydı,
Muğamatın sədaları
Əsrlərin ağısıydı,
Ürəklərə səbir dedi, dözüm yaydı,
Döz, ürəyim, döz, ürəyim!

Dinlədikcə bircə anlıq
Dəhşətləri unudursan.
Sağ ol, mənim muğamatım,
Ey varlığım, ey həyatım,
Tarixlərin qucağından
Yenə gəlib əllərimdən sən tutursan.
Döz, ürəyim, döz ürəyim!
Oğul cəsədini tapmayan ana,
İndi də şəhəri ağlar dolanır.
Sanki dərd əlindən gəlib tüğyana,
Dünyanın başına dağlar dolanır.
Bir gəlin-körpəsi imanı, dini,
Yudu uşağının ağ köynəyini,
Zivəyə sərməkçin eyvana çıxdı,
Tuşlandı gəlinə qatil gülləsi.

Evdə haray çəkdi körpənin səsi,
Yerə mərcan-mərcan al qanlar axdı.
Ölümə mərdanə getdi cavanlar
Qızardı göy rəngi asimanın da.

Əgər bir məcrayla axsaydi qanlar,
Xəzər yaranardı Xəzər yanında.
İnsan iradəsi dəmir olsa da,
Zirehli tanklara neylər dünyada?

Gör necə bənzərdir biz bunu gördük,
Qara əməllər də qara gecədir.
Düşmənlər gəlsəydi sinə gərərdik
Bəs "dost" dediyin nə,
Bu qırğın nədir?

Matəmə boyanmış doğma evim var,
Kədərim sonsuzdur, səbrim möhtəşəm.
Mənim silahım yox, tək qəzəbim var,
Güllə bir yol atar, qəzəb həmişə!

Neçə neçə cavanlarin toy gecəsi
Dönüb oldu vay gecəsi.
Qara geymiş anaların yaş qurudu gözlərində
Qızıl-qızıl kəcavələr üzdü şəhər üzərində...

O gün fəda etdi mərdlər baxtını,
İzdiham yarıldı xiyaban kimi
Ulduz-qərənfilli insan axını,
Düzüldü yer üstdə kəhkəşan kimi.

Sahildə dalğalar coşdu, çağladı,
Gəmi harayıyla Xəzər ağladı.
Dünyanı çulğayan fəryad səsidir,
Bundan hali edin gedib-gələni!

Zəlzələ təbiət faciəsidir,
İnsanlar gətirdi bu zəlzələni.
Anaların ahı, mərdlərin qanı,
Yerdə qalmayacaq heç zaman, heç vaxt!

Məgər ki, sabahın məğrur insanı,
Qatil boğazından yapışmayacaq?!
Qonur hər məzara göyün ulduzu,
Necə ağır olur gecə matəmi...

Kim deyir dünyada şəhidlər susur?!
Şəhidlər dillənir şahidlər kimi!
"Ey qanlı yanvar,
Əlində qan var.
Nə qədər torpaq var,
Göy, asiman var
Sən elə qanlısan,
Ey qanlı yanvar.
Nə qədər rica et, nə qədər yalvar,
Səni bağişlamaz el, qanlı yanvar".
Allah, sanki birdən zaman dayandı,
Gördük neçə vəhşi ölümü, Allah.
Al qandan torpaq da od tutdu, yandı,
Sən necə götürdün bu zülmü, Allah!

İnsan doğma yurdda sanki qəribdir,
Qanlı fəlakətin susmur fəryadı.
Kim ki, ölümlərə fərman veribdir,
Bu gün necə görən o, rahat yatır?

...Deyirlər, qaranlıq çökəndə yerə,
Astaca yarılır şəhidlər qəbri.
Sükutla gedirlər onlar evlərə,
Ssəhər sükutla da dönürlər geri.

Allah, şəhidlərim ölməz, müqəddəs,
Nuru məzar üstdə yandıran sənsən!
Sonra da əl tutub dinməz-söyləməz,
Onları evlərə aparan sənsən.

Onlar asta keçir çəndən, dumandan,
Boynuma dolanmır qolları əfsus,
Onlar ki, hər şeyi görür cahanda,
Biz isə görmürük onları, əfsus!

Yenə çıxsın Günəş, parlasın ulduz.
Necə tapdalandı ədalət, qanun!
...Ərşə çəkilmişdir bizim yuxumuz,
Siz ana torpaqda rahat uyuyun!

Bizim vicdanimiz, qeyrətimiz siz,
Sizə səcdə edir bir ulu millət!
Şəhidlər sizsiniz, şahidlərsə biz,
Rəhmət oxuyuruq sizlərə...rəhmət!

N. Xəzri

2 months, 2 weeks ago

İftardan qabaq yaxınlarımızla ayətullahın evinə kəbin kəsdirməyə getdik. Ora çatanda Əli məni kənara çəkib dedi:
- Eşitmişəm ki, gəlinin kəbin süfrəsindəki duası mütləq qəbul olar.
Nə istəyəcəyini təxmin edirdim. O, əlavə etdi:
- Allahdan mənə şəhadət istə.
Bəlkə də bir qız üçün, özü də həyatının ən önəmli günündə ən çətin olan işi məndən istəyirdi. Ağlayıb yalvararaq dedim ki, bunu məndən istəmə. O isə razılaşmayıb dedi:
- Elə bilmə ki, eqoistlik edirəm; yox, məsələ bu deyil. Əgər məni səmimi-qəlbdən sevdiyini iddia edirsənsə, mənim üçün bu xoşbəxtliyi də istəməlisən.
Belə bir dua etmək asan deyildi, çünki onsuz yaşamağın çətin olacağını bilirdim. Nəfəsim ona bənd olmuşdu, fikirləşirdim ki, o olmasa, mən də yoxam. Lakin onu həddən artıq sevdiyimə və özünü xoşbəxt hiss etməsini istədiyimə görə bunu etdim. Ağa Mədəni nikah əqdimizi oxuyanda mən ağlayıb dua edirdim ki, İlahi, Əlini arzusuna çatdır.

Eşqin Təcəllası - Nəsibə Əbdüləlizadə

4 months, 2 weeks ago

Şəhadətin 4-cü ili…
Əbədiyyətin mübarək, şəhidim Əli Mehdizadə!
?*♾️*

4 months, 3 weeks ago

Dünəndən bu günə Vətən uğrunda canından keçən igid qəhrəmanlarımızın xatirəsini hörmətlə anırıq!
"Hər səcdədə məscidin torpağı məni buraxmaq istəmirdi. Qeyri-ixtiyari torpağı öpürdüm ki, məni buraxsın. O da məni bağrına basıb öpürdü. Hey qulağıma pıçıldayırdı: "Xoş gəlmisən, məni tək qoyub getmə. Məni də düşməndən azad edin..." İndiyədək o minarədən ucalan azanların səsini, namaz qılanların pıçıltısını, o qəbirlərdə yatan əcdadlarımızın hənirtisini eşidirəm. Dağların, dərələrin, çayların iniltisini... Qasım, biz buraları azad etməliyik. Eşidirsən? Ölmədən azad etməliyik."
Rövşən Abdullaoğlu - Koramal kitabından.

Unutmayın…?

5 months, 3 weeks ago
Vətənimiz uğrunda canından keçən şəhidlərimizin xatirəsini …

Vətənimiz uğrunda canından keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla anırıq!

27.09.2020
Ruhunuz şad olsun..

7 months, 3 weeks ago
Vidadi Vaqif oğlu Xəlilov 1982-ci il …

Vidadi Vaqif oğlu Xəlilov 1982-ci il iyulun 16-da Göyçay şəhərində anadan olub. 1999–2003-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. 2 övladı yadigar qalıb. Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Vidadi Xəlilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, QubadlınınLaçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vidadi Xəlilov oktyabrın 30-da Laçın döyüşlərizamanı şəhid olub. Göyçay şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə", "Hərbi xidmətlərə görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

#Göyçay

8 months, 1 week ago

Məcmə əl-bəyan təfsirində deyilir ki, Allah yolunda vuruşanlar cəbhəyə getmək qərarına gələndə Allah cəhənnəmi onlara haram edir. O, cəbhəyə hazırlaşanda Allah mələklər qarşısında belə insanla fəxr edir. Allah yolunda vuruşanların döyüş yerindəki birgünlük ibadəti min insanın minillik ibadəti qədər savabdır; özü də hər günü dünyanın ömrünə bərabər olan min il! Allah yolunun döyüşçüləri düşmənin qarşısına çıxdıqda isə dünya elmi onun savabını hesablamağa qadir olmur.
Şəhid Əli Təcəllayi

We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )

Last updated 2 months, 4 weeks ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 5 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 1 year, 2 months ago