Qəlbin Nuru

Description
Kanalı paylaş xeyrin açarı ol 🌱

kanalımız: https://t.me/mefatihul_khayr

Kanalın sahibi: Mədinə islam universiteti və Tayyibə universitetinin məzunu Ubeydullah Balaşov.
We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )

Last updated 4 months ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 6 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 1 year, 3 months ago

2 months, 1 week ago

Qəlbin nuru:
Allahın rəhmətindən ümidsiz olma!🌿
Allah Bağışlayan və Rəhmlidir
🌿*

Allah Təala Zumər surəsi 53-cü ayədə belə buyurur:
"De: Ey öz nəfslərinə qarşı həddi aşan qullarım! Allahın rəhmətindən ümidinizi üzməyin! Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. Həqiqətən, O, Bağışlayandır, Rəhmlidir."

İbn Teymiyyə rahiməhullah belə demişdir:
"Heç kimin Allahın rəhmətindən ümidsizliyə düşməsi halal deyildir, hətta günahları nə qədər böyük olsa belə." (Məcmu'ul-Fətəva, 16/19)

Allah bizi və sizi tövbə edənlərdən və ən Rəhmli Olan Allahu Taalanın rəhmətinə yaxşı zəndə olanlardan etsin!*
https://t.me/mefatihul_khayr

2 months, 1 week ago

🌿 Qəlbin həyatı 🌿***
İbn Qəyyim rəhmətullahi aleyh belə deyib:

"Həqiqi mömin heç vaxt günahdan tam bir ləzzət ala bilməz. Əksinə, günahı edərkən qəlbində bir narahatlıq və hüzn hiss edər. Çünki iman nuru onun içində günahı rahatlıqla qəbul etməyə imkan verməz. Əgər bir insan günah edərkən qəlbində bu narahatlıq yoxdursa, demək ki, onun qəlbi ölmüşdür. Belə bir halda qoy insan qəlbinin ölümü üçün ağlasın və onu diriltməyin yollarını axtarsın."

📚 Mədaricu’s-Salikin, 1/180

Allah Təala bizi və sizi günahların qəlbi örtməsindən, imanın zəifləməsindən və qəlbin ölümündən qorusun! 🌿*https://t.me/mefatihul_khayrhəyatı

2 months, 1 week ago

Qəlbin sağlam olmasının əlamətlərindən

🌿 İmam İbn Qeyyim rahiməhullah belə deyib:
"Qəlbin sağlam olmasının əlamətlərindən biri də odur ki, insan zikrini (gündəlik ibadətini) qaçırdıqda, bunun ağrısını hiss edər. Bu ağrı, malını itirmiş və onu əldə edə bilməmiş həris insanın çəkdiyi acıdan daha böyükdür."

📚 İğasətul-Ləhfan 1/147

Allahdan istəyirəm ki, bizə və sizə sağlam və saf qəlblər nəsib etsin. Və qəlblərimizi şübhə və şəhvət xəstəliklərindən qorusun.
https://t.me/mefatihul_khayr

4 months ago
İslamda qadağan olunan on peşə 2 …

İslamda qadağan olunan on peşə 2 Narkotik, siqaret və nargilə satan satıcı Allah Təala buyurur: “Öz əlinizlə özünüzü təhlükəyə atmayın” (Bəqərə/195). Alimlər siqaret və nargilə kimi məhsulların satılmasını, insanların sağlamlığına zərər verdiyi üçün haram…

4 months ago
***İslamda qadağan olunan on peşə 2**

İslamda qadağan olunan on peşə 2*
Narkotik, siqaret və nargilə satan satıcı
Allah Təala buyurur:
“Öz əlinizlə özünüzü təhlükəyə atmayın” (Bəqərə/195). Alimlər siqaret və nargilə kimi məhsulların satılmasını, insanların sağlamlığına zərər verdiyi üçün haram sayırlar. Allahu Təala bizə sağlamlığımıza diqqət yetirməyi, beləliklə bizə zərərli olan hər şeydən uzaq durmağı əmr etmişdir.
Siqaret və nargilə insanın bədəninə ciddi zərər verir, uzun müddətli istifadəsi tənəffüs və ürək-damar xəstəliklərinə, xərçəngə səbəb olur. Peyğəmbər sallallahu aleyhi və səlləm,
"Bədəninizi zərərdən qoruyun"** (əl-Buxari və Muslim) deyərək sağlamlığın qorunmasına böyük önəm vermişdir.

Həmçinin, Quranda Allahu Təalə belə buyurmuşdur: "Öz əllərinizlə özünüzü təhlükəyə atmayın" (Bəqərə/195).

Sələflərdən olan İbn Qudamə Allah ona rəhmət etsin demişdir: “Haram olan bir şeyi yaymaq və başqalarına satmaq, onu birbaşa etməkdən daha böyük bir günahdır." Bunların hər biri siqaret və nargilə kimi zərərli maddələrin ticarətinin haram olduğunu göstərir.

Sonda Allahu Təalaya dua edərək ondan istəyirik bizi, özümüzə və cəmiyyətimizə faydalı olanlardan etsin. Bizi özümüzə və cəmiyyətimizə zərərli olan söz və əməllərdən qorusun. Amin*https://t.me/mefatihul_khayr

4 months ago
*Qəlbin nuru:

Qəlbin nuru:
İslamda qadağan olunan on peşə...*

İslam, insanların həm dünyada, həm də axirətdə yaxşı yaşaması üçün bir çox qaydalar və sərhədlər müəyyən etmişdir. Bəzi peşələr isə dinimizə görə qadağan edilmişdir. Çünki onlar insanlar və cəmiyyət üçün zərərli günahlar və faydasız işlərdir. Gəlin indi o, haram edilmiş peşələrlə tanış olaq.

1. Qadına Bərbərlik Edən Kişi
İslamda naməhrəm kişi və qadın arasında birbaşa ünsiyyət və yaxınlıq qadağan edilmişdir. Kişinin qadına bərbərlik etməsi, İslamın kişilərlə qadınlar arasında qoyduğu əxlaqi sərhədləri pozur. Peyğəmbər sallallahu aleyhi və səlləm bu haqda belə buyurmuşdur:“Sizdən birinizin başına dəmir iynə ilə vurulması, ona halal olmayan bir qadına toxunmasından daha yaxşıdır” (ət-Təbərani və əl-Beyhəqi). Bu hədis, qadına toxunmağın nə qədər böyük bir günah olduğunu vurğulayır.

Sələflər bu mövzuda çox diqqətli idilər. İbn Teymiyyə Allah ona rəhmət etsin belə demişdir: “Qadın və kişi arasında qeyri-halal münasibətlərin qarşısını almaq, İslamın əsas əxlaqi qaydalarından biridir.”

Qeyd: İslam, cəmiyyətin əxlaqi dəyərlərinin qorunmasına xüsusi əhəmiyyət verir. Hər bir addım, hər bir peşə insanın təməl əxlaqını, şəxsiyyətini və cəmiyyətin bütövlüyünü formalaşdırır. Əgər biz, bunlara sadiq qalarsaq, həm fərdi, həm də ictimai həyatımızda əxlaq və ədaləti bərqərar edərik. Unutmamalıyıq ki, hər bir haram olan şeydən qaçmaq, bizi, Allahın razılığını qazanmağa bir addım daha yaxınlaşdırır.*https://t.me/mefatihul_khayr

6 months, 2 weeks ago
*Qəlbin nuru:*

Qəlbin nuru:
Əslində insan, doğulduğu gündən etibarən ölməyə başlayır. Günlər ayları bitirir, aylar illəri, illərdə ömürü bitirir. O günlərdə Allahın rizasını axtarmalıyıq.
Bəzən bir dəqiqəlik ibadət, onun gətirdiyi bərəkət illərdən daha dəyərli, bir loxma çörəkdə olan bərəkət, növbənöv nemətlərlə zəngin süfrədən daha bərəkətli və daha ləzzətli, bəzən isə bir dini nəsihət, ömrünün bütün danışqlarından daha xeyirli və faydalı olur. Allah bizi ömrümüzün hansı çağında oluruqsa olaq mübarək qullarından etsin.

https://t.me/mefatihul_khayr

6 months, 3 weeks ago

DİQQƏT DİQQƏT

?? Əssələmu Aleykum dəyərli  müsəlmanlar

Aşağıdakı linkə daxil olub bu kanalı şikayət etmək lazımdır.

t.me/QuranicSongs

Kanal Quran ayələrini musiqi kimi oxuyub paylaşır.

Rəbbim islam düşmənlərini zəlil etsin.

  1. Linkə daxil olun
  2. Yuxarı sağ küncdə 3nöqtəni basın
  3. "Bildir" ⚠️ düyməsinə daxil olun
  4. Ən sonda "digər"i seçib aşağıdakı yazını kəsib-yapışdırın

Dini değerlerin alçaltılması
Осквернение религиозных ценностей
Desecration of religious values

6 months, 4 weeks ago

İbni Useymin (Allah ona rəhmət etsin) demişdir:
"Əyər görsən Allah səndən başqasına mal dövlət, elm, sağlamlıq, vəzifə, övladlar yada başqa hər hansı bir nemət bəxş edib, o zaman belə de:
"Allahım mən sənin fəzilətindən istəyirəm" necə ki, Allahu təalə bu haqda buyurur:
"Allahın fəzilətindən istəyin".*

Yoxsa, bunlara görə dərdli, üzüntülü olmağın, hər dəfə Allahın kiməsə nemət verdiyini gördüyündə kədərlənməyin, yalnız sənin özünə zərər verər, başqasına deyil.

Əlliqauş şəhri (39).*https://t.me/mefatihul_khayr

We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )

Last updated 4 months ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 6 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 1 year, 3 months ago