Unlock a World of Free Content: Books, Music, Videos & More Await!

Sevdalı kino

Description
Advertising
We recommend to visit

لَستَ مَهزومًا ما دُمتَ تُقاوِم 𓂆.

.𓂆 𝟏𝟗:𝟒𝟖

لِلتبادُل: @malak_1948_bot

Last updated 1 month, 2 weeks ago

1 Monat her

Erməni-fransız rejissoru Aleksis Pazumyanın Qarabağdan bəhs edən The Black Garden tammetrajlı filminin yaxınlarda Kopenhagen beynəlxalq sənədli film festivalında premyerası olub. Fransa və Belçikanın birgə istehsalı olan filmin bir hissəsi Talış kəndində çəkilib və Azərbaycan əleyhinədir.
İordaniya əsilli erməni rejissoru Sarin Xayrabedyan My Sweet Land tammerajlı sənədli filmində İkinci Qarabağ müharibəsi fonunda 11 yaşlı uşaqdan danışır. Nare Leone Ter Qabrielyanın Silenced filmi də eyni mövzudadır.
Dövlət büdcəsi hesabına - 1 milyon manata çəkiləcək “Borc” tammetrajlı bədii filminin nümayişini gözləyirəm. Bir daha xatırladım, süjetə görə, kredit borcu olan şəxs müharibəyə könüllü gedir ki, borcu bağlansın. Müharibədə həqiqi borcun vətənə borc olduğunu anlayır. Klişe bir süjet və klişe olduğu üçün də rejissura baxımından yüksək peşəkarlıq tələb edən iş... Əslində Qarabağ haqda bu məzmunda bir filmin çəkilməsini dövlət maraqlarına uyğun saymıram. Üstəlik, “Borc”un ssenarisi film müsabiqənin qaydaları pozularaq pitçinq günü təqdim edilmişdi və nəticədə digər iştirakçıların hüququları pozulmuşdu. Əgər film alınmazsa, məsuliyyətini hər şeydən əvvəl Orxan Fikrətoğlu və Ekspertlər Şurası daşıyacaq.

1 Monat her

Kino ilə ədəbiyyatın “əlaqəsi”
Kino Agentliyinin audiovizual təhlil və strateji inkişaf şöbəsinin müdiri Rüfət Qarazadənin “Sinema Radio”ya müsahibəsi Agentliyin yaydığı press-relizlərin məzmunundan fərqlənmədi və o, suallara dolğun cavab verə bilmədi. Cümlələrindən bəlli oldu ki, Rüfət bəyin kino savadı və bu sahədə deyə biləcəyi konseptual fikirləri, strateji düşüncəsi yoxdur.
Sonra Rüfət bəy dedi ki, Semih Kaplanoğlu bizim rejissorlara, onun kimi böyük rejissor olmağa zəmin yaratdı. Rüfət bəy, siz Semih Kaplanoğlunun hansı filminə baxmısız? Təklif edirəm, onun kinokonsepsiyası ilə bağlı analitik məqalə yazasız. Kaplanoğlunun Berlində “Qızıl Ayı” almağı hələ onun usta rejissor olması demək deyil. Kaplanoğlu sırf müəllif filmləri çəkir. O, ümumilikdə ssenari sahəsində master klass verəcək potensiala malik deyil. Hətta axtarsaq, onun öz ssenarilərində redaktələrə ehtiyac var.
Sonda Rüfət bəy, kino icitmaiyyətinin ARKA-ya dəstək göstərməsini stimullaşdırmaq üçün babası Musa Yaqubun bir şeirini dedi. Şeiri də deyəsən, əzbər bilmirdi, telefondan oxuyurdu.
Gəlin, yola çıxaq, bir gəlin yaxın,
Hələ bizimkidir bu yer, bu hava,
Yol üstə bu ölüm-itimə baxın-
Bu gözəl dünyamız insafa qalsa,
Ürəkdə məhəbbət ayağa qalxsa,
Ürəkdə ülviyyət ayağa qalxsa,
Bəlkə bir bənövşə kövrəkliyilə,
Nə bilim bir çəmən çiçəkliyilə,
Bir gül baxışıyla, yarpaq diliylə,
Mehr olsa, bir məsum uşaq əliylə
Dünyanı idarə eləmək olar.
Rüfət bəy, şeiri bitirəndən sonra şairanə duyğusallıqla dedi:
“Bir məsum uşaqla, bir kövrək çiçəklə desək, onlar da (yəni kino ictimaiyyəti) öz kövrəklikləri ilə bizim yanımızda olsunlar. Mən elə bilirəm ki, böyük uğrular əldə edəcəyik”.
Bütün intellektual potensialımı səfərbər etsəm də, Rüfət bəyin bu cümləylə nə demək istədiyini anlamadım. Belə başa düşdüm ki, müsahibə verməkdə əsas məqsədi elə sonda Musa Yaqubun şeirini deməkmiş. Musa Yaqubun poeziyasını mən də sevirəm. Amma Allah haqqı, səslənən şeirin kino ilə, aparıcının verdiyi suallarla heç bir əlaqəsi yoxuydu.
Ədəbiyyatdan söz düşmüşkən, lap yaxınlarda medadan xəbərim oldu ki, yazıçı, şair Səxavət Sahil
ARKA-nın kino mədəniyyətinin təbliğatı şöbəsinin müdiri imiş. Səxavət Sahilin kino ilə necə bir əlaqəsi olduğundan məlumatsızam. Amma burası dəqiqdir ki, ARKA kino ilə ədəbiyyatın əlaqəsini çox yanlış anlayıb.
p.s. Bir ağıllı adam demiş, kinoidarəçiliyini Rüfətlərdən xilas edə bilmirik.

1 Monat, 2 Wochen her

Cabbarlının "Almaz" pyesinin motivləri əsasında "Vətəndaş A" serialının treylerinə baxdım.Treyler ictimailəşməyib deyə burda yayımlaya bilmirəm. Hər mənada çox keyfiyyətli iş təsiri bağışladı. Prodüser Sevinc Əliyeva başda olmaqla yaradıcı heyəti(ssenarist Asiman Ağa,rejissor Elvin Rüstəmzadə,operator Vasif Vəlizadə) təbrik edirəm. Düşünürəm ki,serial sektoruna "Vətəndaş A" yeni keyfiyyət gətirəcək.
Ssenarist Asiman həm istedadlı aktyor,həm maraqlı insandı. Atası Rövşən müəllim 'Lətifə" filminin ssenaristi olub. Asiman yaxşı kinotənqidçi də ola bilərdi.Təəssüf ki,istəmir.İti analiz qabiliyyəti, sərrast düşüncələri var.Bəzi resenziyalarım onunla polemikanın nəticəsidir. Həm də buna görə serialın keyfiyyətinə inamım var

1 Monat, 2 Wochen her

İTV-də yayımlanan “Gündəlik” serialının hələ ki 5 bölümünə baxmışam. Serialda jurnalistlər təhqir edilmir, heç reket jurnalistikası da hədəfdə deyil. Eyni redaksiyada çalışan iki fərqli mövqeli jurnalist tipi göstərilir: onlardan biri (Elşən Hacıbabayev) manipulyativ jurnalistikayla məşğuldur ki, bu, ümumiyyətlə dünya mediasında yayılmış tendensiyadır. Mətnlə üst-üstə düşməyən, çığıran, qeyri-etik başlıqlı məqalələrlə, mövzunu araşdırmadan,mahiyyəti bilmədən səthi, şişirdilmiş, savadsız mətnlərlə oxucu, izləyici yığmaq.
Serialın ssenari müəllifi Qan Turalı uzun müddət Kulis-in baş redaktoru olub və biz birgə işləmişik. Elə Turalın rəhbərliyi dövründə də -xüsusən, məqalələrin başlığı mənasında-oxucu yığmağa yönəlmiş məqalələr Kulis-də az yayımlanmayıb. Düzdür, Kulis-in ən keyfiyyətli dövrü də elə Tural redaktor olanda idi. Kulisin sonrakı dönəmində isə başlıqlara, məqalələrin səviyyəsinə görə dəfələrlə mübahisələrim, narazılığım olub. Peşəkarlıq mənasında arxayınlıqla işlədiyim – yalnız AzLogos və 525-ci qəzetdir...
Serialda ikinci tip jurnalistlər (Türkay Cəfərli, Rasimə Abbasova) dürüst, savadlıdırlar və situasiyalar həm də bu iki mövqenin konflikti üzərində qurulur. Müəllimlərlə jurnalistlər serialda qarşı-qarşıya gətirilmir, cəmiyyətdəki problemlərin məsuliyyəti müəllimin üzərinə qoyulmur, əksinə baxdığım bölümlərdə müəllimlər müsbət tərəfdən göstərilir. Serialın heç olmasa bir bölümünə tam baxın ki, həqiqətin harda olduğunu görəsiniz. Qısası, özünüzdən Amerika açmayın))
Serialdan ayrıca yazacam...

1 Monat, 2 Wochen her

Bugün "Səma ilə görüş" fiıminə baxdım. Yaxşı işdir.Yaradıcı heyəti Orxan Mərdan başda olmaqla təbrik edirəm.Ssenaristlər Vüqar Hüseynov və Talıb Əhmədovun tandemi yaxşı alınır,hər ikisi istedadlıdır. Vaxtınız olanda gedin,baxın. Yazım olacaq film haqda.

1 Monat, 2 Wochen her

Kinematoqrafçlar İttifaqı “Arxa cəbhənin insanları” adlı qısametrajlı ssenari müsabiqəsi elan edib. İlk yer üçün mükafat 2000, digər yerlər üçün 1500 və 1000 manatdır. İttifaqın rəsmi saytında ətraflı məlumat var bu haqda. Srağagün İTV -nin “Sabaha saxlamayaq” verilişində Orxan Mərdan dedi ki, AKİ-nin müsabiqəsində qalib olmuş ssenarilərə film çəkiləcəyi halda, o, postprodakşn xərclərini üzərinə götürəcək. Bundan başqa, Orxan Mərdan Qarabağ mövzusunda, mükafat fondu 5000 manat olan, tammetrajlı ssenari müsabiqəsi keçirməyi planlaşdırır, qalib layihəyə filmi özləri çəkəcək. Və bu layihənin daha keyfiyyətli, məhsuldar olması üçün təmənnasız filansız istənilən əməkdaşlığa hazıram. Bunlar öz yerində. Kinomuzda nəsə əldə etmək üçün mütləq şəkildə qarşılıqlı, səmimi əməkdaşlığa ehtiyac çoxdur. AKİ-nin planında konkret, produktiv nəticələrə hesablanmış əməkdaşlığın genişləndirməsinə dair planları var. ARKA-nı da qapılarını açmağa, əməkdaşlıqda açıq və səmimi olmağa, kino cameəsindən, müzakirələrdən qorxmamağa çağırıram. Bayramınız mübarək!

p.s. Kinonun problemlərini diqqətdə saxlayan İTV nin rəhbərliyinə, “Sabaha saxlamayaq” verilişinə, Vüsalə xanıma və Ürfan bəyə təşəkkür edirəm.

3 Monate her

Rejissorlarla tənqidçilər arasında konfliktlər həmişə olub. Bizdə problem ondadır ki, kinorejissorlardan fərqli olaraq teatr rejissorlarının çoxu tənqidə heç hazır deyillər. Ötən həftə mədəniyyət yazarı, uzun illərdir teatrdan peşəkar məqalələr yazan Həmidə Rüstəmova fesybuk səhifəsində qısa mətnlə Musiqili Teatrın səhnəsində İradə Gözəlovanın quruluş verdiyi “Qadınım” tamaşasını tənqid edib. Həmidə Rüstəmova əvvəllər İradə Gözəlovanın digər işlərindən müsbət təhlillər yazıb və onun rejissor kimi təbliğində rolu böyük olub. Tənqidin məğzi odur ki, tamaşa zövqsüz, qeyri-estetik hazırlanıb və rejissor ideyaya yox, məna yükü olmayan şəhvətə, ehtirasa vurğular edib. İradə Gözəlova bu qeydləri niyəsə şəxsiyyətinə hörmətsizlik kimi qəbul edib. Və jurnalistləri tum çırtlayıb qeybət edən nənələrə bənzədib. Üstəlik, Həmidə Rüstəmovaya təhqiramiz şərhlər yazan, onu “razborkaya” çağırmaq istəyən dostlarını dəstəkləyib. Bu, bir daha o faktı ortaya çıxarır ki, bir qism rejissor tənqidi yaradıcı, produktiv müzakirəyə çevirmək mədəniyyətinə və intellektinə malik deyil. Ona görə tənqid eşidəndə modern görünüş və davranışlarının arxasından mütəq bir Fatmanisə peyda olur.

Bu hal eyni zamanda teatr tənqidi sahəsindəki boşluğun nəticəsidir. Kinoda pis-yaxşı davamlı tənqid xətti var, biz ən azı kinorejissorları üzlərinə tərifləyib, gizlində tənqid etmirik. Teatrşünaslıqda isə tənqid yox, üç nöqtəli esse fason,oxşar fəlsəfi-poetik mətnlər üstünlük təşkil edir. Ona görə ümumilikdə teatr tənqidi mühiti yoxdur. Bu mənada Həmidə Rüstəmova davamlı tənqid-təhlil xəttini saxlayan, peşə əqidəsinə sadiq və ona xəyanət etməyən, demək olar ki, yeganə teatr yazarıdır.

3 Monate, 1 Woche her

Sevda xanım yazısında çox dəqiq məqamlara toxunur. Elə Orxan Fikrətoğlunun özü pitçinqlər zamanı deyirdi ki, iki il sonra daha dövlət ARKA-ya istehsal üçün pul ayırmayacaq. Bu, qəbuledilməzdir. Bizim kimi ölkələrdə dövlət maliyyəsi mütləqdir. Rejissorlarımız, prodüserlərimiz isə heç nə danışmırlar. İstəyirlər onların əvəzinə hər şeyi biz danışaq. Onlar isə üç meymunu oynasınlar, arada da öz aralarında mızıldansınlar. Nə vaxta qədər sizin yerinizə Aygün Aslanlı, Sevda Sultanova danışacaq? 🙈🙉🙊

Telegram

Sevdalı kino

Kinoinfo.az saytının məlumatına görə ötən il yerli kinoteatrlarda 29 yerli film göstərilib. Amma bu filmlərin hamısı 2023-cü ilin istehsalı deyil. 29 filmdən hardasa 11 -i ötən ilin istehsalıdır və onlardan heç biri Mədəniyyət Nazirliyinə dövlət büdcəsindən…

3 Monate, 1 Woche her

Vallah da,hər şeyi biz yazası deyilik ki.Arada siz də qımıldanın,ay kino adamları

3 Monate, 1 Woche her

Deyton Universitetinin professoru Mişel Potzun rəhbərliyi altında Mərkəzi Kəşfiyyat İdarəsinin dəstəyi ilə çəkilmiş bədii filmlərin ictimai şüura təsiri haqda araşdırma aparılıbmış. Ketrin Biqelounun “Zero Dark Thirty” və Ben Afflekin “Argo” filmlərinə baxan respondentlərin MKİ-ə inamı artıb və onlar Ağ evin siyasətinin doğru yöndə olduğu qərarına gəliblər. Respondentlərin 30 faizinin MKİ-ə münasibəti isə müsbət istiqamətdə dəyişib. İkinci Qarabağ müharibəsində DTX-nin fəaliyyəti haqda İctimai TV (Mədəniyyət nazirliyi və Azərbaycanfilmin birgə istehsalı), Real TV və Xəzər TV-də sənədli filmlər çəkilib. Təsirli, ideoloji baxımdan vacib hekayələr üzərində qurulub və bədii film üçün əla materiallardır. Kino siyasətinə məsul şəxslər isə ölkəmizdə bu qədər həyat materialı olduğu təqdirdə düşünür (ümumiyyətlə düşünürmü-bunun özü də sualdır) ki, ideoloji kontekstdə necə filmlər çəkək.

We recommend to visit

لَستَ مَهزومًا ما دُمتَ تُقاوِم 𓂆.

.𓂆 𝟏𝟗:𝟒𝟖

لِلتبادُل: @malak_1948_bot

Last updated 1 month, 2 weeks ago