Fərqli Düşüncə

Description
“Şübhəsiz ki, Allah möhkəm bir divar kimi səf-səf düzülüb, Onun yolunda vuruşanları sevir."
(Saff surəsi, 4)
Advertising
We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )

Last updated 3 days ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 2 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 12 months ago

7 months ago

Şəhid Əhməd Məşləb

"Əhməd əgər yenidən dirilsə, bir də ona deyərəm ki, get Həzrəti Zeynəbin (s) yolunda fəda ol"... Bu sözlər hərəm müdafiəçisi Şəhid Əhməd Məşləbin (1995-2016) anasına məxsusdur. Əhməd livanlı zəngin bir ailədə dünyaya gəlmişdi. Maşını, villası və lüks həyat şəraiti var idi. Amma o bütün dünya nemətlərindən əl çəkərək hərəmin müdafiəsinə qalxdı. Zatən Şəhid əlindəki maddi imkanlardan şəriətə uyğun şəkildə istifadə edən və zənginlik səbəbindən tüğyana mürtəkib olmayan biri idi.Yaralanırdı, amma sağalan kimi yenidən cəbhəyə qayıdırdı. O Hizbullahda çox sevilirdi. Yaxın bir dostuna sonuncu döyüş əməliyyatından əvvəl ən böyük arzusunun şəhadət olduğunu bildirmişdi.İmam Rzaya olan dərin məhəbbəti səbəbindən cihad ləqəbini "Ğəribe-Tus" yəni Xorasan Qəribi seçmişdi və İmam Rza kimi qəriblikdə, Suriyanın İdlib vilayətində şəhid oldu. Vəsiyyətnaməsində belə deyirdi;

Hicabınızı qoruyun. Bu ən mühüm məsələdir. Hicaba qarşı laqeyd olmayın. Həzrəti Zeynəb (s) kimi yanaşın ona. Hicab bədəninizi örtməyiniz üçündür. Bəzənib özünüzü nümayiş etdirməklə hicabın hörmətini aradan aparmayın...

40 Şəhid ?**

7 months ago
Fərqli Düşüncə
7 months, 1 week ago

Ömər Muxtar

Liviya xalqının böyük mücahidi, çöl aslanı ləqəbli Ömər Muxtar (1858-1931) 73 illik ömrünün 20 ilini İtaliya işğalına qarşı mübarizəyə həsr etmişdir. O 1911-ci ildə italiyanların Liviyaya hücumuna qarşı mübarizə aparmaq üçün könüllü şəkildə orduya yazılaraq meydana atılmışdır. 1912-ci ildə İtaliya və Osmanlı arasında imzalanan Uşi müqaviləsinə görə meydanda tək qalmış liviyalılar yalnız yerli partizan döyüşçüləri hesabına mübarizə apara bilirdilər. Qonşu ölkələrdən gələn yardımların da bir müddət sonra kəsilməsinə baxmayaraq Ömər Muxtar müqavimət göstərir və təslim olmurdu.Nəhayət bu böyük mücahid döyüşdə yaralanaraq italyanlara əsir düşdü və italyanlar onu asaraq şəhid etdilər. İtalyanlar Liviyada ümumilikdə bir milyondan daha artıq müsəlmanı vəhşiliklə qətlə yetirmişdilər. Məhkəmədə hakim Ömər Muxtara mücahidlərə cihadı dayandırmalarını əmr edən bir sərəncam yazması müqabilində edamdan qurtulacağı və digər bir ölkəyə sürgün ediləcəyi barədə vəd verir. Ömər Muxtar isə həmin o tarixi cavabını verir; "Mənim Allahın təkliyinə şəhadət gətirən barmağım əsla batil bir şey yazmaz"...

https://t.me/ferqlidusunce313

7 months, 1 week ago

Tağut həbsxanaları Biri budur ki, ruhani təcridxanaları əvvəllər çox da çətin olmurdu. Ruhanilər orada çox qalmırdılar, işgəncə də yox idi, lakin şah zindanları üçün saydığım bütün xüsusiyyətlər vardı. İslam hərəkatı gücləndikcə ruhani həbsxanaları da çətinləşdi…

7 months, 2 weeks ago

Sən dəmirçisən niyə qızılı qiymətləndirirsən? Tənqid və təxrib (dağıtmaq) arasındakı fərq nədir? Bəzən dağıdıb adı tənqid qoyula, bəzən də tənqid dağıtmaq kimi dəyərləndirilə bilər. Hansının tənqid və hansının dağıtmaq olması aydınlaşmalıdır. Tənqid, məsələdə…

7 months, 2 weeks ago

Bütün sözləri, tənqidləri dinləmək və ən yaxşısını seçmək Söz deyən şəxs hətta sizinlə eyni fikirdə, eyni cərəyanda, eyni cəbhədə (başqa nə ad istəyirsiniz qoyun) olmasa belə qulaq asın. Əgər görsəniz ki, dediyi söz düzdür "Onlar sözü dinləyər və onun ən…

7 months, 2 weeks ago

Tağut həbsxanaları Gənclikdə İmam Xomeyninin çağırışına qoşulub zalım hakimiyyət əleyhinə mübarizəyə başlayanda bu yolun göz yaşı və qanla dolu olduğunu bilirdim, mənəvi baxımdan hər bir əzab və işgəncəyə hazır idim. Bircənd şəhərində ilk məhbusluq təcrübəsi…

7 months, 2 weeks ago

Alnını göstərərək güllə burdan deyəcək demişdi......

**23 yaşında general rütbəsinə ucalmış bir gənc; Şəhid Mirqasim Mirhüseyni (1963-1987). O, öz əsgərlərinə "irəli" yox, "arxamca gəlin" deyən generallardan idi. Mirhüseyni sərtlik və həlimliyi İmam Əli (ə) kimi öz vücudunda birləşdirmişdi. Səngərdə şücaətli, əsirlərə qarşı isə həlim idi. Hər hansı bir əsir Mirhüseyninin yanında azacıq qaldıqdan sonra onu qucaqlayıb öpürdü. Şəhid Mirhüseyni ağır yaralandığı döyüşlərdə də geri çəkilmir, "Hacı Qasimə nə cavab verəcəm?!..." deyirdi. Elə bir əməliyyat yox idi ki, Mirhüseyni orda yaralanmasın. Beldən aşağısı gipsdə olan zamanlarda belə əlil arabası ilə universitetləri və məktəbləri gəzir, xalqı cəbhəyə səsləyirdi. Bir dəfə yanına bir əsgər almış və motosikletlə düşmən tərəfə keçərək 8 tank məhv etmişdi. Düşmənin ayaq səsləri eşidiləndə də öz gecə namazını saxlamazdı. Şəhadətindən az əvvəl alnını göstərib, güllə burdan dəyəcək demişdi. Necə demişdisə, eynilə o cür də oldu. Burada islamın taleyi həll olunur deyib düşmənə tərəf atılmış və əlbəyaxa döyüşdə alnından güllə yarası alaraq şəhadət mərtəbəsinə ucalmışdı...

40 Şəhid?**https://t.me/ferqlidusunce313

7 months, 3 weeks ago

Bəzən imamla digər alimlər arasında vasitəçi olurdum; İmam bir dəfə məni şifahi bir mesajla Məşhədə ağa Milani və ağa Quminin yanına göndərdi. Bu mesajda mühüm məsələlər yer alırdı. Onların biri digər alimlərlə müştərək idi. O da bu idi ki, İsrail İranın bütün…

We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )

Last updated 3 days ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 2 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 12 months ago