Baku Airport

Description
Heydər Əliyev Beynəlxalq Hava Limanının rəsmi Telegram kanalı.
http://airport.az/
We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )

Last updated 1 month, 3 weeks ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 4 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 1 year, 1 month ago

2 weeks ago

Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni terminal kompleksi inşa ediləcək.

Prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə Azərbaycanın hava nəqliyyatının inkişaf perspektivlərini açıqlayıb:

“Heydər Əliyev Beynəlxalq Hava Limanı keçən il rekord sayda - yeddi milyondan çox sərnişin daşıyıb. Mənə verilən məlumata görə, nazirlik tərəfindən aparılan təhlil göstərir ki, bu rəqəm daha da artacaq və təklif verildi ki, yeni terminal kompleksi Heydər Əliyev Beynəlxalq Hava Limanında inşa edilsin. Mən də öz dəstəyimi verdim. İndi bu yeni terminal kompleksinin layihəsi və texniki-iqtisadi əsaslandırılması hazırlanır. Artıq buna start verilmişdir və bu da gələcək sərnişinlərin sayını qəbul etmək üçün bizə imkan yaradacaq. Yəni ki, biz, o cümlədən hava nəqliyyatı üzrə beynəlxalq mərkəzə çevriləcəyik”.

Ətraflı: https://azertag.az/xeber/neqliyyat_meselelerine_hesr_olunmus_musavire_kechirilib__prezident_ilham_eliyev_musavirede_chixis_edib_yenilenecek-3392143

2 weeks ago

Bu il Azərbaycanın aviasiya tarixində daha bir mühüm səhifə yazılacaq – doqquzuncu beynəlxalq hava limanı Laçında istifadəyə veriləcək.

Prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə bu barədə danışaraq bildirib:

"Son 20 il ərzində Azərbaycanda səkkiz beynəlxalq hava limanı inşa edilib. Onların dördü var idi, amma vəziyyəti qənaətbəxş hesab edilmirdi. Bakı, Naxçıvan, Gəncə və Lənkəran hava limanları yenidən quruldu. Lənkəran hava limanı faktiki olaraq istifadə edilmirdi. Amma Bakı, Naxçıvan, Gəncə istifadə olunurdu. Bu dörd hava limanının həm zolaqları, həm terminal kompleksləri ən müasir standartlara cavab verir. Bununla bərabər, dörd yeni hava limanı inşa edilmişdir - Qəbələ, Zaqatala, Füzuli və Zəngilan. Doqquzuncu beynəlxalq hava limanı bu il Laçında istifadəyə veriləcək. Bütün bu hava limanları istənilən ağırlıqda yük və sərnişin təyyarələrini qəbul etməyə qadirdir. Uçuş-enmə zolağı minimum üç kilometr səviyyəsindədir. Beləliklə, indi dediyim kimi, doqquzuncu bu il istifadəyə veriləcək və bu məsələni də tam bağlayırıq”

✈️ #Azərbaycan #LaçınHavaLimanı #BeynəlxalqHavaLimanı

Daha ətraflı: https://azertag.az/xeber/neqliyyat_meselelerine_hesr_olunmus_musavire_kechirilib__prezident_ilham_eliyev_musavirede_chixis_edib_yenilenecek-3392143

1 month, 2 weeks ago

Bu gün Bakı aeroportunda J2-8243 nömrəli Bakı-Qroznı reysinin qəzaya uğraması nəticəsində həyatlarını itirən pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və təyyarə bələdçisi Hökumə Əliyeva ilə vida mərasimi keçirilib. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, ekipaj üzvlərinin ailələri, dövlət rəsmiləri və AZAL əməkdaşları iştirak ediblər.

Həlak olan ekipaj üzvləri II Fəxri xiyabanda torpağa tapşırılıblar.

Onların cəsur və fədakar xidmətləri heç vaxt unudulmayacaq. Allah hər birinə rəhmət eləsin, ruhları şad olsun!

A farewell ceremony was held today at Baku Airport for the pilots Igor Kshnyakin, Aleksandr Kalyaninov, and flight attendant Hokuma Aliyeva, who tragically lost their lives in the crash of the flight numbered J2-8243 on the Baku-Grozny route. The ceremony was attended by the President of the Republic of Azerbaijan Ilham Aliyev and First Lady Mehriban Aliyeva, the families of the crew members, state officials, and AZAL employees.

The deceased crew members were laid to rest in the Second Alley of Honor.

Their brave and selfless service will never be forgotten. May they rest in peace, and may their souls be blessed!

3 months ago

Due to the COP29 Conference in Baku and traffic restrictions on the main streets and avenues of the city, passengers are advised to use alternative routes and public transportation to reach the airport on time and comfortably.

Drivers heading to the airport from the city center can take the Zigh Highway. Those coming from Bilgah and Mashtaga can use the route through the settlements of Mardakan and Shuvelan, leading onto the Zigh Highway.

During COP29, express buses H1 and H2 will operate continuously for passenger convenience. Bus H1 departs every 10 minutes from the “28 May” metro station, and H2 departs every 15 minutes from the “Ahmedli” metro station. Please note that travel on these buses will be free until November 14.

Considering potential traffic restrictions, passengers are recommended to arrive at the airport at least 3 hours before their flight.

Let us remind you that the parking area in front of the Baku airport is reserved for special-purpose vehicles until November 14, so parking of private cars is prohibited here.Only drop-off and pick-up of passengers are permitted. Additionally, only ticketed passengers are allowed to enter Terminals 1 and 2. Those accompanying passengers are kindly asked to refrain from coming to the airport.

3 months ago

Bakıda keçirilən COP29 konfransı ilə əlaqədar şəhərin əsas küçə və prospektlərində tətbiq edilən nəqliyyat məhdudiyyətləri səbəbindən sərnişinlərə hava limanına vaxtında və rahat çatmaq üçün alternativ marşrutlardan və ictimai nəqliyyatdan istifadə etmələri tövsiyə olunur.

Şəhər mərkəzindən hava limanına gələn sürücülər Zığ şosesi ilə hərəkət edə, Bilgəh və Maştağa istiqamətindən gələnlər isə Mərdəkan və Şüvəlan vasitəsilə Zığ şosesinə çıxa bilərlər.

COP29 müddətində sərnişinlərin Heydər Əliyev Beynəlxalq Aeroportuna rahat çatması məqsədilə H1 və H2 ekspress avtobusları fasiləsiz fəaliyyət göstərəcək. H1 avtobusu “28 May” m/s-dan 10 dəqiqəlik hərəkət intervalı ilə, H2 isə “Əhmədli” m/s-dan hər 15 dəqiqədən bir yola düşür. Qeyd edək ki, 14 noyabra qədər bu ictimai nəqliyyat vasitələrində gediş haqqı ödənişsizdir.

Sərnişinlərə mümkün nəqliyyat məhdudiyyətlərini nəzərə alaraq uçuşdan ən azı 3 saat əvvəl hava limanında olmaları tövsiyə olunur.

Xatırladaq ki, Bakı hava limanının qarşısındakı dayanacaq zonası 14 noyabr tarixinədək xüsusi təyinatlı nəqliyyat vasitələri üçün ayrıldığından burada şəxsi avtomobillərin park edilməsinə icazə verilmir. Yalnız sərnişinlərin mindirilməsi və düşürdülməsi mümkündür. Həmçinin, Terminal 1 və Terminal 2-yə yalnız aviabileti olan sərnişinlər daxil ola bilərlər. Yola salan və qarşılayan şəxslərdən hava limanına gəlməmələri xahiş olunur.

3 months ago

Heydər Əliyev Beynəlxalq Aeroportuna çatmaq üçün H1 və H2 marşrutlarının 11-22 noyabr tarixləri üçün hərəkət cədvəlini təqdim edirik! Ətraflı məlumat üçün hərəkət cədvəlinə nəzər salın və tıxacdan yan keçərək vaxtınıza qənaət edin!

? 11-22 Noyabr
? Marşrutlar: H1 - “28 May” m/s, H2 - “Əhmədli” m/s
? Yalnız 11-14 Noyabr gediş haqqı ödənişsizdir

We present the schedule for the H1 and H2 routes to reach Heydar Aliyev International Airport on November 9-10! Check the schedule for detailed information and save time by avoiding traffic!

? November 11-22
? Routes: H1 - “28 May” metro station, H2 - “Ahmedli” metro station
? Fare-free travel available exclusively from November 11-14.

3 months ago
8 Noyabr - Qürur və birlik …

8 Noyabr - Qürur və birlik günümüzdür! ?? Bu gün Şuşanın azadlığı ilə qazandığımız zəfəri, torpaqlarımıza geri dönüşümüzü və milli ruhumuzu qeyd edirik.

November 8 - Our day of pride and unity! ?? Today, we celebrate the victory gained with the liberation of Shusha, our return to the homeland, and our national spirit.

3 months ago

In connection with the COP29 international conference taking place in our country, Heydar Aliyev International Airport will implement temporary changes to ensure a comfortable and safe travel experience for passengers.

From November 10 to 14, access to Terminals 1 and 2 will only be granted to passengers with a valid airline ticket. To avoid overcrowding in the waiting areas, accompanying persons are requested not to come to the airport.

From November 10 to 14, parking on airport grounds will not be permitted, allowing only for passenger drop-off. Drivers planning to use long-term parking before November 10 are advised to consider these restrictions; otherwise, their vehicles will be removed from the area.

Drivers traveling from the city center to the airport are advised to follow the route: Nizami Street → Yusif Safarov Street → Izzet Orucov Street → Fazail Bayramov Street → 8 November Avenue → Zigh Road. Those arriving from Bilgah and the Mashtaga settlement are advised to go through Mardakan and Shuvalan to reach Zigh Road. The cost of travel will be free.

November 10-22 H1bus will operate every 10 minutes to the "28 May" metro station, and the H2 bus will operate every 15 minutes to the "Ahmedli" metro station.

3 months ago

Ölkəmizdə keçiriləcək COP29 beynəlxalq konfransı ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərimizin rahat və təhlükəsiz səyahətini təmin etmək məqsədilə müvəqqəti dəyişikliklər tətbiq edəcək.

10-14 noyabr tarixlərində yalnız aviabileti olan sərnişinlər Terminal 1 və Terminal 2-yə daxil ola biləcəklər. Yola salan və qarşılayan şəxslərdən gözləmə zallarında sıxlıq yaranmasının qarşısını almaq üçün hava limanına gəlməmələri xahiş olunur.

Hava limanının qarşısındakı dayanacaq zonası yalnız xüsusi təyinatlı nəqliyyat vasitələri üçün ayrılacaq. Bu səbəbdən 10-14 noyabr tarixlərində hava limanı ərazisində nəqliyyat vasitələrinin park edilməsinə icazə verilməyəcək və yalnız sərnişinlərin düşürülməsi mümkün olacaq. Avtomobillərini 10 noyabr tarixindən əvvəl uzunmüddətli park etməyi planlaşdıran sürücülərdən bu məhdudiyyətləri nəzərə almaları xahiş olunur, əks halda avtomobilləri ərazidən evakuasiya ediləcək.

Şəhər mərkəzindən hava limanına gələn sürücülərə Nizami küçəsi → Yusif Səfərov küçəsi → İzzət Orucova küçəsi → Fəzail Bayramov küçəsi → 8 Noyabr prospekti və Zığ şosesi marşrutunu izləmələri tövsiyə olunur. Bilgəh və Maştağa istiqamətindən gələnlər üçün Mərdəkan və Şüvəlandan keçərək Zığ şosesinə çıxış məsləhət görülür.

10-22 noyabr H1 avtobusu 10 dəqiqəlik intervalla "28 May" metro stansiyası, H2 isə 15 dəqiqəlik intervalla "Əhmədli" metro stansiyası marşrutları üzrə fasiləsiz xidmət göstərəcək. Gediş haqqı ödənişsiz olacaq.

Sərnişinlərdən mümkün nəqliyyat məhdudiyyətlərini nəzərə alaraq, uçuşdan ən azı 3 saat əvvəl hava limanında olmaları və vaxt itkisini azaltmaq üçün onlayn qeydiyyatdan keçmələri xahiş olunur.

3 months, 1 week ago

A media tour was organized at Heydar Aliyev International Airport ahead of the 29th session of the Conference of the Parties (COP29) to the United Nations Framework Convention on Climate Change, set to take place in Baku. During the tour, media representatives gained an in-depth look at the preparations underway to welcome COP29 attendees.

At the conclusion of the tour, a briefing was held with airport management, representatives from the State Migration Service, the State Agency for Public Service and Social Innovations (ASAN), official representative of Azerbaijan Airlines, and members of the media. Comprehensive information on the preparations for COP29 was shared during the briefing, and journalists’ questions were addressed.

We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )

Last updated 1 month, 3 weeks ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 4 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 1 year, 1 month ago