✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )
Last updated 2 months, 1 week ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 4 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 1 year, 2 months ago
Allahın sözünün unikallığı
Quran Allahın kəlamı və o həqiqətin təcəllisidir. Necə ki, Allah-Təala haqqında deyilir
لَمْ یَکُنْ لَهُ کُفُواً أَحَدٌ
"Onun heç-bir tayı bərabəri, bənzəri yoxdur" (tövhid, 4)
Bu kitab da Allahın elminin təcəllisi kimi eyni xüsusiyyətə malikdir, ona görə də elmlər və kitablar içində bənzəri, tayı və bərabəri yoxdur.
Əgər kitab Allahın kəlamıdırsa, Qurani-Kərimdə deyildiyi kimi, ilahi elmlə bağlıdır.
فَاعْلَمُوا أَنَّمَا أُنْزِلَ بِعِلْمِ اللَّهِ
"Bilin ki, Quran yalnız ilahi elmlə nazil olmuşdur".(Hud-14)
Bu səbəbdən sonsuz İlahi elm onda dalğalanmalı və cilvələnməlidir.
İmam Hüseynin (ə) Kərbəla qiyamının ən mühüm məqsədləri:
1️⃣ Müsəlman ümmətini islah etmək
2️⃣ Əmr be məruf və nəhy əz münkər etmək
3️⃣ Peyğəmbərin (s) sünnəsini dirçəltmək
4️⃣ Haqqı dəstəkləmək və batillə mübarizə aparmaq
5️⃣ İslam hakimiyyətini bərqərar etmək
6️⃣ Cahilliklə mübarizə aparmaq
7️⃣ Ədaləti icra etmək
8️⃣ Münafiqləri ifşa etmək və onların mahiyyətini üzə çıxarmaq
9️⃣ Müsəlmanları genişmiqyaslı sınaqdan keçirmək
Bu qiyam yalnız bir dövrə aid deyil, hər zaman və məkanda haqqın batilə qarşı mübarizəsinin simvoludur.
İmam Hüseynin (ə) mövludu ardıcıllarına mübarək olsun
Əssəlamu ələykə ya Əba Əbdillah!
İmam Sadiq (ə) buyurur:
Hər kim səhər vaxtı sədəqə versə, Allah o günün şərrini ondan uzaqlaşdırar.
Məkarimul-əxlaq, səh. 243
Biz təkcə hz Zəhranın (s) müsibətlərini dilə gətirməklə kifayətlənməməliyik, həm də hz Zəhranın (s) dünyadakı mövqeyini elmi nöqteyi nəzərdən izah etməliyik. Hz Zəhra (s) ümumbəşəri bir şəxsiyyətdir onun hərəkatını xırda şeylərdə xülasələşdirməməliyik.
Hz Zəhra (s) tək başına bir ümmət idi, əgər həzrət tək başına bir ümmət olmasaydı, bir ümmət onunla müharibəyə gəlməzdi.
Əllamə Cavadi Amuli.
Əzizim! Birincisi, günah etmə, çünki günah insan üçün ölümcül zəhərdir. Əgər günaha batsan və ya günah içində boğulsan belə, namazı dayandırma və namazı tərk etmə, Allahla sənin aranda olan bu nazik ipi qırma, Allahla bu tək barışıq qapısını öz üzünə açıq saxla.
Ayətullah Ziyaabadi (Allah ona rəhmət eləsin)
Həzrəti Zəhra (s) insan surətində zühur etmiş mələkuti (ilahi) bir varlıqdır.
Ustad Yəzdan Pənah.
Bəzi böyük mərifət sahibləri demişlər: İnsanın qəlbinə yaxın olmaq, insanın qulağına yaxın olmaqdan daha çox məna daşıyır. Ümumiyyətlə, mənəvi yaxınlığın formal və fiziki yaxınlıqdan həmişə daha güclü və şəffaf olduğunu iddia etmək olar.
Üveys Qəraninin Peyğəmbərə (s) yaxınlığı, Peyğəmbərin (s) hüzurunda olan bəzi şəxslərin yaxınlığından qat-qat artıq idi. Üveys Həzrətə (s) o qədər yaxın idi ki, Həzrət Rəsul (s) onun qoxusunu hiss edirdi.
Yəməndən Mədinəyə olan məsafə və məkan baxımından zahiri uzaqlıq, heç bir şəkildə Üveysin Peyğəmbərə olan yaxınlığını azaltmırdı.
İllər öncə verilmiş proqnoz !
Gələcəkdə İranla İsrail birbaşa üz-üzə gələcək
Mərhum Ayətullah Haeri Şirazinin 1981-ci ildə etdiyi çıxışından:
"Hazırda dünyada iki vilayət vardır: xalis müsəlmanlar üçün Əhli-Beyt (ə) vilayəti və xalis olmayan müsəlmanlar üçün yəhudi vilayəti. Bu iki vilayətin hər ikisi inkişafdadır, özü də birlikdə inkişaf etməlidir. Görün nə deyirəm! Bu tərəfdə İmamın vilayəti baş qaldırır, o tərəfdə də İsrailin vilayəti baş qaldırır. Ortada elə adamlar vardır ki, bu iki vilayətdən hər hansı birinə tərəf çəkilməlidirlər. Əgər çəkilməyiblərsə, bu ona görədir ki, bu iki vilayət hələ son inkişaf mərhələsinə çatmayıb. Hələ İsrail öz inkişafının son həddinə çatmayıb; İmam da inkafının son həddinə çatmayıb.
İmamla müxalifətçilik edənlər, qalıb-qalıb sonda İsrailin bayrağı altından baş qaldıracaqlar! Çünki aləmdə iki vilayətdən başqası olmayacaq. Gələcəkdə bu ikisi tam inkişaf edərək böyüdükdə, bir-biri ilə qarşı-qarşıya gələcəklər. Bu mənada ki, İmamla (onun inqilabı ilə) İsrail arasında heç bir ölkə vasitə, fasilə salmayacaq. İndi Suriya, Livan vasitədir; amma gələcəkdə islam höküməti ilə İsrail (birbaşa) toqquşacaqlar; yəni Əhli-Beytin vilayəti bir tərəfdə, yəhudun vilayəti də digər bir tərəfdə!
Yəhudinin vilayətini qəbul edə bilməyənlərin hamısı, görəcəklər ki Əhli-Beytin vilayətini qəbul etməkdən başqa çarə yoxdur. O zaman artıq Əhli-Beyt inkişaf edəcək. Belə olduqda yəhudisifətlərdən başqa bütün xalqlar İmam Zamana (ə) tərəf üz gətirəcək, bu isə İmam Zamanın zühurunun müqəddiməsi olacaq.
Soruşa bilərsiz ki, niyə Əhli-Beyt vilayəti müqabilində olan qütb, yəhudilər olacaq? Hədislərimizdə var ki, Əhli-Beytlə müxalifətçilik edən, onlara nifrət edənlər bu ümmətin yəhudiləridir.
Elə həmin bu məhərrəm və səfər günlərində Zeynəbi-Kübra bir çıxış elədi. Xanım Kufə əhlinə xitabən belə dedi: "sizin alnınıza zəlillik, miskinlik damğası vuruldu". Yəni Quranın yəhudilərə dediyi sözü, Xanım Zeynəb kufəlilərə deyir! Burada məqsəd təkcə Kufə əhalisi deyil. O zaman Kufə, İmam Hüseyni (ə) tərk edənlər üçün bir. nümunə idi. Quran yəduhilərə belə deyir:
"Onlara zəlillik, miskinlik damğası vuruldu və Allahın qəzəbinə düçar oldular". (Bəqərə, 61) Zeynəbi-Kübra da İmam Hüseyni (ə) tək qoyanlara bu sözü deyir. Bu gün də vilayəti-fəqih, Əhli-Beytin vilayətinin bir şüasıdır. Vilayəti-fəqihi qəbul etməyənlərin vilayəti, yəhudun vilayəti ilə sonlanacaq!
Bu inqilabın taleyini sizə dedim ki, sıxıntılar, çətinliklər qarşıya çıxdıqda, bilin ki, Əhli-Beyt cərgəsində olanları sıxacaqlar. Belə bir şəxs əgər Əhli-Beyt üçün gərəkli olmasa, düşmənlərinin cərgəsinə qoşulacaq. Qarşı tərəfdən də çoxsaylı insanlar düşmənin cərgəsindən çıxaraq, sizin cərgənizə qoşulacaqlar. Bilin ki bu inqilabın cərgəsidir. Bu problemlər (inqilab) cilvəsini göstərənə kimi davam edəcəkdir".
Ayətullah Haeri Şirazi
İsfahan, 1981-ci il.
Adil Ahmadov
✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )
Last updated 2 months, 1 week ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 4 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 1 year, 2 months ago