Azərbaycan tarixi və arxeoloji tədqiqatlar.

Description
Tarix, arxeologiya, antropologiya ilə maraqlanan hər kəs üçün yaradılmış bir kanal.

Abidələr dilsiz-ağızsız ola bilər! Amma onları xalq olaraq müdafiə etsək, tariximizi gələcəyə mükəmməl daşıyacağıq!

Kanalımıza dəstək https://kofe.al/@iravan-azerbaijan
Advertising
We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )

Last updated 4 days ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 11 months, 1 week ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
💡 Doğrunu bizdən öyrənin
🔹 Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 8 months, 2 weeks ago

1 month, 1 week ago

Xızı
©️Qulamhüseyn Xəlifəəlili
@IravanAzerbaijan

1 month, 1 week ago

Yardımlı rayonu, Urakəran kəndi, Antik nekropol

Yardımlıda aparılan arxeoloji qazıntılar zamanı gördüyümüz (və artıq heç kimin görə bilməyəcəyi ☹️) bəzi maraqlı məqamları videoda izləyə bilərsiniz.

©️Faiq Nəsibov
@IravanAzerbaijan

1 month, 2 weeks ago

Türkan, Kurqan çölü və daş yollar

Yaşı 4-5 min olan Abşeronun arxeoloji abidələri qədim tariximizi və mədəniyyətimizi əks etdirir. Daş yollara, kurqanlara, qədim yaşayış yerlərinə dünyada maraq çox böyükdür və turizm obyekti kimi bu abidələr ölkəmizə xeyli pul qazandıra bilər. Lakin baxımsızlıq və biganəlik nəticəsində bu tarixi obyektlər zibilliyə çevrilib və məhv olur. Problemlə əlaqədar bir çox dövlət qurumlarına müraciət etsəm də, bir nəticəsi olmadı. Arxeoloq İdris Əliyevlə Türkanda yerləşən abidələrdə öz təşəbbüsümüzlə təmizlik işləri apardıq. Bir gündə çox iş görmək mümkün deyil, lakin damla-damla göl olar. Gördüyümüz işləri videoda izləyə bilərsiniz.

©️Faiq Nəsibov

@IravanAzerbaijan

9 months, 3 weeks ago
Azərbaycan tarixi və arxeoloji tədqiqatlar.
9 months, 3 weeks ago
Azərbaycan tarixi və arxeoloji tədqiqatlar.
9 months, 3 weeks ago
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin …

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 15 noyabr 2023-cü il tarixli qərarı ilə Azərbaycanda arxeologiya elminin inkişafındakı səmərəli fəaliyyətini nəzərə aləraq, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktor v.i.e. tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri Fərmanı ilə təltif edilmişdir.
@IravanAzerbaijan

9 months, 4 weeks ago

Abşeronun Kələzaq kəndində aşkarlanan qədim yaşayış yeri.

Tapılan abidə Tunc dövrünə məxsusdur və Abşeronda qalan ən son abidələrdən biridir.

©️Faiq Nəsibov
@IravanAzerbaijan

10 months ago

TALIŞ BÖLGƏSİ ARXEOLOJİ TƏDQİQATLARDA

Yunan dilində "arxayos" (qədim) və "loqos" (elm) sözlərinin birləşməsindən yaranaraq, Azərbaycan dilinə tərcümədə "qədim elm" mənasını verən Arxeologiya tarixə köməkçi fənnlərdən biri olmaqla qədim tarixi maddi-mədəniyyət nümunələri əsasında öyrənən elmdir. Bu elm sahəsinin mütəxəssisi isə arxeoloq adlanır.

Talışda ilk dəfə arxeoloji tədqiqat işləri 1890-cı ildə fransız Jak de Morqan tərəfindən indiki Lerik rayonu ərazisində aparılmışdır. O, rayonun dağlıq ərazisində 220-yə qədər müxtəlif qəbir abidələri açaraq, Son Tunc - İlk Dəmir dövrünə aid zəngin maddi-mədəniyyət qalıqları əldə etmişdir. Jak de Morqan əldə etdiyi maddi-mədəniyyət qalıqlarının ən nəfislərini Fransaya, Sen-Jermen muzeyinə göndərmişdir.
Jak de Morqandan sonra bölgə yerli arxeoloqlar tərəfindən tədqiq edilmişdir. İlk arxeoloji tədqiqat işləri Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyəti tərəfindən 1924-1928-ci illərdə Talışa ezam olunmuş İsa Əzimbəyov, V.Sısoyev, Ə.Ələkbərov və İ.Salamov tərəfindən aparılmışdır.
Arxeoloji tədqiqat işləri (arxeoloji kəşfiyyat və arxeoloji qazıntı) sonrakı mərhələlərdə də davam etmiş və Talışda Məmmədəli Hüseynov, Fərman Mahmudov, Əsədulla Cəfərov, Qoşqar Qoşqarlı, Abuzər Ələkbərov, İdeal Nərimanov, Tufan Axundov, Anar Ağalarzadə və digərləri tərəfindən arxeoloji kəşfiyyat və ya arxeoloji qazıntı işləri aparılmış və aparılmaqdadır.
Fərman Mahmudov və Əsədulla Cəfərovun arxeoloji tədqiqatları Azərbaycan arxeologiyasında böyük nailiyyətlərdən sayılır. Ötən əsrin 60-cı illərinə qədər tarixi ədəbiyyatda güman edilirdi ki, "Talış mədəniyyəti" "Muğan mədəniyyəti"ndən (arxeoloji mədəniyyət tipi) fərqli olmuşdur. Bununla əlaqədar olaraq tarixşünaslıqda "Muğan mədəniyyəti" və "Talış mədəniyyəti" özlərinə yurd salmışdır. Arxeoloq Fərman Mahmudov 1964-cü ildən etibarən Azərbaycanın cənub-şərq (Talış-Muğan) ərazisində aşkar edilən mədəniyyət nümunələrinin kompleks şəkildə öyrənilməsi nəticələrinə əsaslanaraq Talış və Muğandan üzə çıxarılan maddi abidələrin tiplərinə, xarakterlərinə, tarixi inkişafına və s. xüsusiyyətlərinə görə oxşar və yaxın olduqlarını müəyyən etdi. O, əsaslandırdı ki, bu regionda iki mədəniyyət yox, məhz vahid bir mədəniyyət - "Talış-Muğan mədəniyyəti" olmuşdur. Bu mədəniyyət e.ə. XIV əsrdə təşəkkül tapmış , VII əsrə qədər davam etmiş və Son Tunc dövrü üçün səciyyəvi olan mədəniyyət tiplərindən biri olmuşdur.
AMEA-nın Tarix İnstitutunun Əsədulla Cəfərovun rəhbərliyi altında 1985-ci ildə yaradılmış "Paleolit arxeoloji ekspedisiyası" Lerik rayonu ərazisində Büzeyir (Bızəy) mağarasını aşkar etmişdir. 1990-cı ilin iyun-iyul aylarında mağarada arxeoloji qazıntı işləri aparılmışdır. Arxeoloji qazıntı işləri zamanı mağaradan Paleolitin (Qədim Daş dövrü; ən qədim zamanlardan başlayıb, e.ə. XII minilliyə qədər davam etmişdir) Orta Paleolit və ya Mustye dövrünə (100 min il bundan əvvəl başlanmış, e.ə. 35-ci minilliyə qədər davam etmişdir) aid maddi-mədəniyyət nümunələri aşkar olunmuşdur.
Büzeyir mağarası aşkar (tədqiq) olunana qədər Talış bölgəsində insanların yaşaması 10-15 min il bundan əvvələ aid edilirdisə, mağaradan əldə edilmiş arxeoloji nümunələr Talışda Paleolit dövrü adamlarının hələ 120 min il bundan əvvəl yaşadıqlarını sübut etmişdir.
Respublikamızın cənub-şərq bölgəsinin arxeoloji cəhətdən öyrənilməsi baxımından AMEA-nın Tarix İnstitutunun Qoşqar Qoşqarlının rəhbərliyi altında 1986-1990-cı illərdə fəaliyyət göstərən "Talış-Muğan arxeoloji ekspedisiyası"nın mühüm xidməti olmuşdur. belə ki, ekspedisiya tərəfindən Talış və Muğan ərazisində müxtəlif dövrlərə aid 300-dən çox abidə qeydə alınmış və xəritələşdirilmişdir.

©️İldırım ŞÜKÜRZADƏ,
Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin müəllimi, tədqiqatçı-tarixçi

@IravanAzerbaijan

10 months ago

Bir Azərbaycanlının İrəvana gizli səfəri. 17-ci əsrə aid Təpəbaşı məscidinin axtarışı.

@IravanAzerbaijan

10 months ago
Azərbaycan tarixi və arxeoloji tədqiqatlar.
We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )

Last updated 4 days ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 11 months, 1 week ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
💡 Doğrunu bizdən öyrənin
🔹 Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 8 months, 2 weeks ago