Dive into the Ultimate Free Library: Your One-Stop Hub for Entertainment!

📚Hədislər dünyası💜

Description
⭐Böyük İslam Peyğəmbəri (s) öz Ulu Yaradanından belə istəyir:
🤲"İlahi! Elmimi artır"
«ربّ زِدْنِی عِلْماً»❤️
📜"Ta Ha" surəsi, ayə 114.
Advertising
We recommend to visit

Gülüşü gözəl olanın acısı çox olarmış🥀

Last updated 2 days, 13 hours ago

لَا اِلَهَ اِلَّا اللهْ مُحَمَّدُ الرَّسُولُ اللهْ

La ilahə illəllah Muhəmmədən RəsulAllah 🤲🏻

Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur və Həzrəti Muhəmməd (səllallahu əleyhi və alihi və səlləm) onun elçisidir☝🏻

Əsas kanal: @cennetesqi 🕋

Last updated 1 month, 3 weeks ago

2 months, 1 week ago

Cümə günündə 1000 salavatın təsiri

Allahın Rəsulu (s.a.s) buyurdu:
“Hər kəs cümə günündə 1000 dəfə mənə salavat göndərsə,
onun 80 illik xətaları bağışlanar.”

Artıq Cümə günü daxil oldu zikrə başlaya bilərsiniz.
----------------------------
🕌Kanalimizin Linki🤲🌹
👉t.me/hedislerdunyasi👈

2 months, 3 weeks ago

•┈┈•• ❁﷽❁ ••┈┈•❁﷽❁ ••┈┈•

İmam Rza (ə) buyurur:

"Allah-taala dünyanı həm sevdiyinə, həm də sevmədiyinə verər. Dini isə yalnız sevdiyinə verər".

📔 "Fiqhur-Rza", səh. 360

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
🕌Kanalımızın linki📚❤️
👉 t.me/hedislerdunyasi 👈

2 months, 3 weeks ago

İmam Kazım (ə) "Böyük günahlar insanı imandan çıxarırmı?" sualının cavabında belə buyurmuşdur:

"Əlbəttə. Hətta böyük günahlardan qeyriləri də (kiçik günahlar da). Peyğəmbər (s) buyurub ki, zina edən şəxs mömin olduğu halda zina, oğru isə mömin olan halda oğurluq etməz".

(Biharul-ənvar, cild 66, səh 63, hədis 7.)
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
🕌Kanalımızın linki📚❤️
👉 t.me/hedislerdunyasi 👈

3 months, 2 weeks ago

Ənəs ibn Malikə və Zübeyr ibn Əvvama istinadla belə nəql olunur: “Allah elçisi (s) buyurdu:

“Mən elmin tərəzisi, Əli tərəzinin iki gözü, Həsən və Hüseyn tərəzinin ipləri, Fatimə orta nöqtəsi, onların övladlarından olan imamlar isə tərəzinin dirəyidirlər. Qiyamət günü bu tərəzi qoyulacaq. Bizi sevənlər və bizə nifrət edənlər həmin tərəzi ilə ölçüləcəklər”.

(Ər-Ravzatu fi Fəzaili Əmiril-Muminin, səh 188.)

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
🕌Kanalımızın linki📚❤️
👉 t.me/hedislerdunyasi 👈

3 months, 2 weeks ago

İmam Məhdi (ə.f) buyurub:

Sizin hər biriniz Bizimlə dostluq üçün vasitə olan şeylərə əl atmalı, Bizi qəzəbləndirəcək şeylərdən uzaq olmalısınız!

Təhzibul-əhkam; c.1, səh. 38

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
🕌Kanalımızın linki📚❤️
👉 t.me/hedislerdunyasi 👈

3 months, 2 weeks ago

Əban Əhmər bir ravidən İmam Sadiqin (ə) belə buyurduğunu nəql edir:

“Əgər Allah-taala bu dünyada küləyi həbs etməsəydi, yer üzü boş qalardı. Əgər buludlar olmasaydı, yer üzü xarabalığa çevrilər və heç nə bitməzdi, lakin Allah buludlara əmr edər, onlar da suya çevrilər və damcı-damcı tökülərlər, amma Allah-taala Nuhun (ə) qövmünə göndərdiyi yağışı buludsuz göndərmişdi”.

(Əl-Məhasin, səh 348, hədis 1107.)

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
🕌Kanalımızın linki📚❤️
👉 t.me/hedislerdunyasi 👈

3 months, 3 weeks ago

Zürarə İmam Baqirin (ə) belə buyurduğunu rəvayət edir:

“Kim Allaha qarşı üsyan etməyə cürət edər və böyük günahlara mürtəkib olarsa, kafirdir. Həmçinin, kim Allahın dinindən başqa dinə mənsub olarsa, müşrikdir”.

(əl-Məhasin, səh 214, hədis 673.)

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
🕌Kanalımızın linki📚❤️
👉 t.me/hedislerdunyasi 👈

3 months, 3 weeks ago

İmam Rza (ə) buyurub. ✍️

Kim onun (Xanım Məsumənin) haqqını tanıdığı halda onu ziyarət etsə, mükafatı cənnət olar.

📗Biharul-ənvar, cild 102, səhifə 266.

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
🕌Kanalımızın linki📚❤️
👉 t.me/hedislerdunyasi 👈

3 months, 3 weeks ago

Ənəs ibn Malik belə nəql edir: “Peyğəmbər (s) buyurdu:

“Kim Rəcəb ayında iman və qürbət qəsdi ilə (Allaha yaxın olmaq üçün) bir gün oruc tutarsa, Allah-taala Qiyamət günü onunla cəhənnəm odu arasında yetmiş xəndək fasilə yaradar ki, hər bir xəndəyin eni göylə yer arasındakı məsafə qədər olar”.

(Fəzailul-əşhuris-səlasə, Rəcəb ayının fəzilətləri, səh 5.)

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
🕌Kanalımızın linki📚❤️
👉 t.me/hedislerdunyasi 👈

3 months, 4 weeks ago

Əmirəl muminin (ə) buyurub:

Tövbədən daha çox nicat verən şəfaətçi yoxdur. (Yəni, nicat tapmaqda tövbə kifayət edər).

Biharul ənvar c.6, səh.19, h.6

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
🕌Kanalımızın linki📚❤️
👉 t.me/hedislerdunyasi 👈

We recommend to visit

Gülüşü gözəl olanın acısı çox olarmış🥀

Last updated 2 days, 13 hours ago

لَا اِلَهَ اِلَّا اللهْ مُحَمَّدُ الرَّسُولُ اللهْ

La ilahə illəllah Muhəmmədən RəsulAllah 🤲🏻

Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur və Həzrəti Muhəmməd (səllallahu əleyhi və alihi və səlləm) onun elçisidir☝🏻

Əsas kanal: @cennetesqi 🕋

Last updated 1 month, 3 weeks ago