✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )
Last updated 1 month, 4 weeks ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 1 month ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 11 months ago
Yay mövsümünə dair
7 iyun 2024-cü il, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi: "“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil, Suraxanı rayonunun Hövsan, Xəzər rayonunun Türkan, Sumqayıt şəhəri, şimal bölgəsinin (Yalama, Nabran, İstisu, Seyidli kəndi), cənub bölgəsinin Lənkəran və Astara çimərliklərindən istifadənin müvəqqəti olaraq tövsiyə olunmadığı barədə qərar qəbul edilib". Məlumata görə bu çimərliklərdə dəniz suyunun yüksək bakterioloji çirklənmə göstəricilərinin əhalinin sağlamlığı üçün təhlükə yarada biləcək.
23 iyun 2024-cü il, IDEA İctimai Birliyi: "Nümunəvi ictimai çimərliklər ziyarətçilərin istifadəsinə verilib". Məlumata görə, paytaxtın Şıx, Görədil, Novxanı, Buzovna, Pirşağı və Sahil qəsəbələrində baxımsız sahilyanı ərazilərdə yaradılan pulsuz ictimai çimərliklərdə təmizlik, abadlıq və digər hazırlıq işləri tamamlanıb və ziyarətçilərin istifadəsinə hazır vəziyyətə gətirilib, "IDEA nümunəvi ictimai çimərliklər cəmiyyətdə ekoloji və sosial məsuliyyətin təşviq edilməsinə yönəlib".
Sizcə 16 gün ərzində Şıx və Sahil qəsəbəsinin çimərliklərində bakterioloji çirklənmə göstəriciləri normaya enə bilərmi?...
Sizcə bu işçi qrupunda kim təmsil olunmalıdır? Mənim fikrimcə əmək bazarı nümayəndələri təmsil olunmalıdır. Hələ vaxtilə Beynəlxalq Əmək Təşkilatının təqdim etdiyi modelə görə bu üç institutdur: dövlət, işəgötürən və işçilər. Diqqətlə bu siyahıya baxıb işçilərin təmsilçilərini görə bilərsinizmi? Yəni bu siyahıda hüquqşünaslardan başqa demək olar ki, heç kimi görmürəm. Nə vaxtdan hüquqşünaslar hüquq sahəsindən kənar hər hansı bir təklif ilə çıxış ediblər? Adətən hüquqşünaslar islahat, dəyişiklik və s. məsələlərində konkret olaraq sonuncu mərhələdə qoşulurlar. O zaman onlar təklifləri sadəcə hüquqi formaya çevirirlər. Başqa mərhələlərdə onlar necə iştirak edə bilərlər ki? Yəni misal üçün, audit şirkətinin nümayəndəsi əmək bazarına dair nə təklif edə bilər? Və ya dövlət qurumlarına hüquq xidmətləri göstərən şirkətlər nə təklif edə bilərlər? Onlar iş günü rejiminə dair təkliflər irəli sürəcəklər? Və ya iş şəraitin yaxşılaşdırılmasına nail olmağa çalışacaqlar? Onlar maksimum mövcud olan Əmək Məcəlləsində olan hüquqi problemlərin həlli üçün nəsə təklif edə bilərlər və ya digər qanun aktlarına uyğunlaşdırılmasını irəli sürə bilərlər. Amma əmək bazarında mövcud olan münasibətlərə dair nə deyə bilərlər?
Qeyd olunan siyahıda “Sosial Hüquqların Araşdırılması” İctimai Birliyinin rəhbəri Mais Əliyevin konkret olaraq Əmək Məcəlləsi ilə məşğul olduğunu bilirəm (işçi hüquqlarının müdafiəçisi qismində tez-tez çıxış edir). Müqayisə üçün “ictimai sektor”dan çıxış edən “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın saytında son material “Qərbi Azərbaycanda (İndiki Ermənistanda) məhv edilən, erməniləşdirilən və ya başqa xalqlara aid edilən abidələr”ə həsr olunub. Bu material əmək hüquqları ilə necə kəsişir, məndə məlumat yoxdur.
Başqa sözlə bizə deyirlər ki, hökumət cəmiyyət, ictimaiyyət və biznes ilə dialoqdadır və təklifləri qulaq asmağa hazırdır. Bu məqsədlə “işçi qrupları” yaradıblar. Amma işçi qruplarında cəmiyyətin təmsilçiləri yoxdur. Heç formal olaraq mövcud olan həmkarlar ittifaqının nümayəndəsi dəvət edilməyib, amma bununla belə Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət baş idarəsinin Sosial sığorta və əmək münasibətlərinə nəzarət idarəsinin rəisi dəvət olunub. O əmək bazarına dair hansı təkliflə çıxış edə bilər ki? Maksimum sosial sığorta yığım sistemini təsvir edə bilər (bu sistem özü-özlüyündə artıq problemlidir).
Taksi mövzusuna dair
2023-cü ilin dekabrın 28-i: "Azərbaycanda... fəaliyyətə başlayan “Uklon” bu qısa müddət ərzində artıq yüz minlərlə Bakı sakinin istifadə etdiyi xidmətə çevrilib. Bu uğurun əsasında isə..."
2024-cü ilin aprelin 23-ü: "Azərbaycanda Uklon taksi xidmətinin bağlanması ilə əlaqədar..."
Maraqlı faktlar sırasından: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin verdiyi məlumata görə 2024-cü ilin iyun ayının 1-nə ölkə ərazisində 98 346 ədəd yeni nəsil nəzarət-kassa aparatı (NKA) quraşdırılıb. 2023-cü ilin eyni dövründə ölkə üzrə 90 138 ədəd NKA quraşdırılmışdı. Başqa sözlə NKA-ların sayı 9,1% artıb. Bununla belə may ayında müvafiq kassalar vasitəsilə qeydə alınmış dövriyyənin həcmi isə 1,9 milyarddan 2,06 milyarda kimi artıb. Göründüyü kimi dövriyyənin artımı 7% təşkil edib. Yəni kassa sayının artımından daha aşağıdır.
Əlbəttə ki, bu zaman deyə bilərlər ki, artımın daha az olmasının əsas səbəbi yeni NKA-ların daha kiçik obyektlərdə qoyulması ilə bağlıdır. Yəni müvafiq obyektlərdə dövriyyə daha aşağıdır. Müəyyən qədər bu fakt bir kassaya düşən orta dövriyyə ilə də təsdiqlənə bilər. Belə ki, 2023-cü ilin may ayında bir kassanın ortalama dövriyyəsi 2 130 manat olduğu halda, 2024-cü ildə bu göstərici 2 090 manatdır.
Bununla belə qeyd etmək lazımdır ki, fevral və aprel aylarında müvafiq kassa artımına (hətta müqayisədə sayları 11-12% artmışdı) baxmayaraq, aylıq yeni NKA dövriyyələrin artımı 18,3% və 16,5% təşkil edib. Başqa sözlə may ayında əhalinin istehlakında və ya daha dəqiq desək yeni NKA-ların quraşdırıldığı obyektlər vasitəsilə əhalinin istehlakında azalma qeydə alınıb (bu yeri gəlmişkən ilin əvvəlindən ilk dəfə deyil. Mart ayında da kəskin azalma qeydə alınmışdı).
Bu yaxınlarda Rusiya hökuməti benzin ixracatında dair qadağa müvəqqəti olaraq dayandırdı. Bu qadağa martın 1-dən qüvvəyə minməli idi və 31 avqusta kimi davam etməli idi. Mayın 20-də hökumət bu qadağanın müvəqqəti olaraq aradan qaldırılmasına dair qərar verdi. Nəticə etibarilə indi benzin ixracatına qadağa iyulun 1-dən avqustun 31-nə kimi olacaq.
Bu qadağanın Azərbaycana təsiri haqqında ehtimal edirəm ki, çox yazılıb və deyilib. Amma statistikaya baxmaq maraqlı gəldi. Deməli, 2024-cü ilin ilk rübü ərzində Azərbaycan Rusiyadan 21 min ton benzin idxal edib (bu dövr ərzində Azərbaycan özü 384 min ton benzin istehsal edib). Bizim DGK-nın məlumatına görə bunun 5 minlik hissəsi mart ayının payına düşüb. Təxmin edə bilərik ki, sərhədi martın 1-nə kimi keçib, ondan sonra gömrük rəsmiləşməsi baş tutub (yəni başqa sözlə bir neçə günə 5 min ton benzin idxal etmişik). Keçən ilin eyni dövründə Azərbaycan Rusiyadan 10,9 min ton benzin idxal etmişdi (başqa sözlə faktiki iki dəfə artım qeydə alınıb).
Daha maraqlısı ondan ibarətdir ki, keçən ilin birinci rübündə biz Rusiyadan yalnız “95 və ya daha çox, lakin 98-dən çox olmayan oktan ədədi ilə mühərrik benzini” idxal etmişdiksə, bu il idxalın yarısı “95-dən az olan oktan ədədi ilə mühərrik benzin”in payına düşür. Keçən il biz bu benzini Rusiyadan idxal etmişdik, amma növbəti aylarda qeydə alınmışdı. Maraqlıdır ki, 2023-cü ildə biz bu benzin növünü əsasən Türkmənistan və Litvadan idxal etmişdik.
Azərbaycan maraqlı ölkədir
Dünya üzrə Blablacar adlı bir tətbiq mövcuddur. Bu tətbiq vasitəsilə harasa gedən şəxs yolüstü kimisə götürüb, ən azı xərclərini azalda bilir. Buna görə də sadəcə tətbiqə müəyyən faiz ödəyirsən. Azərbaycana bu tətbiq gəlməyib. Amma niyə məhz Azərbaycanda heç kim belə bir şey yaratmayıb? Vaxtilə Uber, Taxify gələndən sonra hər gün yeni yerli taksi tətbiqi işə düşürdü, amma alternativ nəsə yaranmırdı. Özü də Azərbaycanda bunun üçün şərait də var. Belə ki, gündəlik olaraq biz Sumqayıt, Hövsan və s. istiqamətlərdə gedən manatlıq taksiləri müşahidə edirik. Başqa sözlə bu sahə üzrə bazar var. Amma heç kim niyəsə görə oturub buna dair effektivliyin artırılması imkanlarını yaratmayıb.
Eyni zamanda hətta indiki zamanda belə bir tətbiqlər üçün geniş imkanlar var. Taksilər ilə bağlı məhdudiyyətlərini nəzərə alsaq, məntiq deyir ki, yolüstü kimisə aparmaq artıq taksiyə alternativ kimi ola bilər. Eyni Hövsana gedərkən hər dəfə dayanacağa gəlib, hansısa maşını gözləmək, qiyməti müzakirə etmək və ya digər sərnişini gözləmək bəzən uzun-uzadı məsələdir. Tətbiq olsa, sən əvvəlcədən danışırsan və artıq gözləmədən yola davam edə bilərsən. Niyə bizdə iri holdinqlər belə köhnə ideyaları istifadə etməyə çalışırlar və yeni nəsə bazara təklif etmirlər?
Burada bir məsələni qeyd etmək lazımdır. Şəxsən mən nə birmanatlıq taksi, nə də ümumiyyətlə belə tipli imkanları dəstəkləmirəm. Mən daha çox ictimai nəqliyyat tərəfdarıyam. Amma ictimai nəqliyyatın faktiki öz funksiyasını yerinə yetirmədiyi şəraitdə (yəni əgər heç bir tıxac olmayan dövrdə, səhər saat 6.50-də belə avtobuslar 10-15 dəqiqə gecikirsə, deməli öz funksiyasını, mənə şəxsən bəlli olmayan səbəblərə görə, yerinə yetirmir) digər sahələr üçün geniş imkanlar açılır. Amma bu imkanlardan nəticə etibarilə Estoniyanın Bolt və Rusiyanın Yango (Uber-də ölkəmizdə Yango olaraq faktiki fəaliyyət göstərir) şirkətləri istifadə edir. Yerli təşəbbüslər yaranmır. Bu da həm rəqabətə mənfi təsir edir, həm də xarici şirkətlərə təsir imkanlarını azaldır (müvafiq olaraq superistismara gətirir).
Başqa tərəfdən də maraqlı kitabdır. Kitabın əsas mövzusu ondan ibarətdir ki, mübarizəni iki yolla aparmaq olar - inqilabi və qanuni. Tver quberniyasının mülkədarları əsasən ikinci yolu seçmişdilər. Onlar maksimal olaraq mövcud qanunvericilik şəraitində dəyişikliklərə nail olmaq istəyirdilər. Daimi olaraq yazırdılar ki, indiki şəraitdə bizə söz, fikir, insan azadlığı lazımdır. İnqilabçılar bu yolu qəbul etmirdilər. Faktiki olaraq müəllif də nəticədə o fikrə gəlir ki, qanuni yol - yol deyil, çünki inqilabçıların nail olduqları azadlıqlar uğrunda, Tver mülkədarları 40 il vaxt xərcləmişdilər və heç nəyə nail ola bilmədilər. İnqilabçılar isə hətta II Aleksandrı bir çox addımlara "şövq" edirdilər. Sonradan liberallar birləşib, kadet partiyasını yaratdılar (və məhz Tver mülkədarları bu partiyada vacib rollara yiyələndilər). Amma bu artıq ölkəni xilas edə bilməzdi;
- Хлевнюк О.В. Корпорация самозванцев. Теневая экономика и коррупция в сталинском СССР. Москва. 2023. 214c. - İlf və Petrovun əsərlərindən biz bilirik ki, Sovetlərdə hər hansı bir real olmayan işə görə pul alıb qaçmaq kimi aferistlər var idi (əslinə qalsa onlar daim var. Sadəcə SSRİ şəraitində bu təəccüblü qarşılanırdı). Kimsə gəlib mövcud olmayan qurum adından hər hansı bir vəsait toplayıb aradan çıxırdı. Amma təsəvvür edin ki, insan gəlib, mövcud olmayan qurumun adından sifarişi qəbul edib və əldə etdikləri vəsait ilə qaçmayıb, işi əksinə yerinə yetirib və fəaliyyətini davam etdirib. Bu lap təəccüblüdür. Müharibə zamanı döyüşlərdən qaçmaq üçün Pavlenko rəsmi strukturlara daxil olmayan tikinti batalyonu formalaşdırıb və bu batalyonla Almaniyaya kimi çatıb. Yolüstü isə dövlət sifarişlərini yerinə yetirib. Müasir zamanda bu faktiki olaraq şirkət yaradıb, tenderlərdə qalib gəlmək deməkdir. Amma müharibə dövründə nə tender, nə də özəl şirkət var idi. Amma Pavlenko bunu bacarıb. Təsəvvür edin ki, hərbi struktur çərçivəsində silahlı, tikinti layihələrini reallaşdıran, amma reallıqda adı heç bir sənəddə olmayan qurumla fəaliyyət göstərib.
İnsan müharibə bitəndən sonra belə öz fəaliyyətini davam etdirib və ən maraqlısı odur ki, bu dövrdə çox uğurlu olub. Hesablamalara görə 4 il ərzində 90 km avtomobil yolu, 30 km dəmiryolu tikib, bir neçə zavod təmir edib və s. Bütün bunları etdiyi dövrdə rəsmi hesablardan istifadə edib və heç bir məqamda heç bir qurum onun real olmayan struktur adından çıxış etdiyini başa düşməyib (təxmini 10-15 nəfər bilirdi. Onlar da faktiki payçılar idi). Sadəcə 1952-ci ildə olan bir şikayət nəticəsində fəaliyyəti məlum olub və bütün işçilər həbs edilib (maraqlı məqam ondan ibarətdir ki, qurum həm də vergi və sosial ödənişləri də vaxtı-vaxtında edib). Amma ən maraqlısı odur ki, SSRİ dövründə həbs olunmuş digər sexovik, valyutçik və s. fərqli olaraq, onun mülkiyyətində qızıllar, böyük həcmdə nağd vəsait tapılmamışdı. Yəni insan sadəcə biznes ilə məşğul idi və bütün vəsaitlərini biznesə yatırırdı (4 illik dövriyyəsi 38 milyon rubl idi və onun yalnız 600 mini Pavlenkoya çatıb). Sovet dövründə belə tipli biznes mümkün deyildi.
O. Xlevnyuk da bu hadisəni götürüb, dövrü təsvir etməyə çalışıb. Maraqlı alınıb. Soruşa bilərsiniz ki, Pavlenko faktiki olaraq 9 il fəaliyyət göstərib və bu dövrdə onu niyə heç kim tutmayıb? Müəllif bunu çox gözəl göstərir. Yəni onun rastlaşdığı problemlər, onun mövcudluğu əslinə qalsa zamanın tələbi idi. Moldovada körpü təmir etmək istəyirlər, yerli qurumlarda körpünü təmir etmək üçün vəsait var, amma resurs yoxdur. Həm də hər nazirliyin öz tikinti strukturu, o tikinti strukturun bölmələri və s. Pavlenko da gəlib, bu problemi həll edirdi - o Kiyevdən Kişinyova, Kişinyovdan Estoniyaya texnikanı, işçiləri ata bilirdi. Digər qurumlar bunu edə bilmirdilər və əlbəttə ki, heç kimin vecinə deyildi - o bunu necə edir - təki iş getsin. İş getməsə, plan yerinə yetirilməyəcək. Eyni zamanda repressiyalar onsuzda genişdir - prokurorluqlara da resurs kifayət etmir. Onlar siyasi işlər ilə məşğul olmağa çətinliklə adam tapırlar, burada isə vəziyyət daha da çətindir. Ona görə onların da vecinə deyildi. Nəsə maraqlı araşdırmadır.
- Гиллельсон Н.В. П.А. Вяземский. Жизнь и творчество. Ленинград. 1969. 393c. - Puşkin ilə maraqlananlar Vyazemski haqqında məlumatlıdırlar (yaxın dostu idi). Məhz buna görə o mənə maraqlı idi. Vaxtilə cəmiyyətdə az qala ən radikal dəyişiklikləri tələb edən insan, 1850-ci illərin sonunda təhsil naziri vəzifəsinə yiyələnir və senzuraya dair yeni layihələr ilə çıxış edir (heç də senzuranın yumşalmasına yönəlməmiş). "Квасной патриотизм" (bizdə deyəsən buna vətənşüvənlər deyilir) sözünün yaradıcısı birdən birə Rusiyanı tənqiddən müdafiə etməyə başladı. Bəs bu dəyişiklik necə baş verdi? Kitab da məhz buna həsr olunub. Özündən sonra böyük həcmdə gündəliklər, qeydlər, məktublar saxlayıb və ən maraqlısı odur ki, fikirlərinin dəyişməsinə baxmayaraq, hətta qoca olduğu dövrdə dərc etdiyi əsərlər məcmuəsində əks fikirli dövrə aid əsərlərini də salırdı. Bu materiallara əsasən müəllif Vyazemskinin fikir dəyişikliyini mərhələli (o da 86 il yaşayıb, onun öldüyü dövrdə artıq bütün uşaqları vəfat etmişdi) şəkildə təhlil edir.
Əlbət dərhal deyəcəksiniz ki, o cavan idi və qocaldıqca fikirləri dəyişirdi. Məsələ ondan ibarətdir ki, 50 yaşında belə çox müstəqil fikirli idi (hətta vəzifə verilmirdi) və yalnız bir müddət sonra fikirləri dəyişdi. Bəs bu nə ilə bağlı idi? Müəllif həm ətrafdakı şəraiti göstərir (zastoyda 20 il yaşamaq asan iş deyil), həm də onun şəxsi ətrafını göstərir. İllər keçdikcə yaxın dostları və tanışları vəfat edir və o tədricən tək qalır. Bu da müəyyən izolyasiyaya gətirir. Müəllif maraqlı bir müqayisə göstərir. 20-ci illərdə məktubların birində Vyazemski qeyd edir ki, "Vox populi - vox Dei" doğru tərcümə olunmur. Rus dilinə o zamanlar bu ifadə "Tanrının səsi - xalqın səsi" kimi tərcümə edilirdi. O da buna qarşı çıxış edir. Artıq 60-ci illərdə yazdığı məktubda isə o bunun tam əksini iddia edir. Eyni ifadə 40 illik aralıqda eyni insan tərəfindən fərqli cür qəbul olunur.
Hər bir halda maraqlı kitabdır - insanın izolyasiyaya necə düşdüyünü və eyni zamanda müxtəlif kompromislərə gedərək, fikirlərin necə dəyişdiyini görmək olur. Onun bəzi yaşıdları kompromislərə getmirdilər və sonda yoxsulluqda, tam izolyasiyada vəfat edirdilər. Vyazemski isə həyata qayıtmaq istəyirdi, "nəsə" etmək istəyirdi və nəticə etibarilə kompromislərə gedirdi və bu kompromislər onun düşüncəsini belə dəyişdirdi. Maraqlı kitabdır (əgər Rusiya ədəbiyyatı və ictimai-siyasi tarixi ilə maraqlanırsınızsa);
- Кривонос М.А. Мятежное земство. Тверь. 2001. 328c. - Təhkimçilik hüququ ləğv olunandan bir neçə ay sonra Tver quberniyasında vasitəçi təyin olunmuş zadəgan nəsillərin nümayəndələri yığışıb, imperatora tələbnamə yazıblar. Buraya kimi oxuyandan sonra adətən öyrəşmişik ki, zadəganlar nə tələb edəcəklər ki? Əlbəttə ki, islahata qarşı çıxış edəcəklər. Amma Tver quberniyası fərqli idi. Əksinə tələblərində kəndlilərə təkcə şəxsi azadlığın yox, həm də torpağın (yəni islahata görə mülkədarlara məxsus torpağın) verilməsini tələb edirdilər. Bu fakta rast gələndən sonra tez bir zamanda Tver quberniyasında baş verən hadisələrə həsr olunmuş kitabı tapdım. Kitabın əsas mövzusu yerli özünüidarəetmə (земство) islahatı idi. Amma ona aparan yollar da maraqlı təsvir edilib. Digər quberniyalardan fərqli olaraq burada nisbətən liberal düşünən mülkədar daha çox idi. Onlar islahata (müxtəlif, torpaqdan başlamış məhkəmə islahatına kimi) dair təklifləri də 1861-ci ildən əvvəl bir neçə dəfə göndərmişdilər. Hər dəfə hökumət bunu narazı qəbul edirdi və bir neçə nəfəri sürgün edirdi. Buna baxmayaraq onlar davamlı olaraq tələb edirdilər. Hətta yerli özünüidarəetmə qurumun ilk tərkibi sonradan həbs olunub, sürgün olunacaq idi.
Deyəsən nəhayət öz aylıq kitab oxuma normama qayıda bildim (7 kitab və ya 1500-1800 səhifə). İlin əvvəlindən ən azı buna riayət edirəm və iş prosesində də bunu hiss edirəm (daha effektiv işləyirəm, ideyaların çoxdur, amma BŞBPİ növbəti dəfə çağırmasa). Keçən ay oxuduğum yeddi kitabdan, üçünü ümumiyyətlə tövsiyə etmirəm və həm də nəsə yazılmalı bir kitablar da deyil (bunlar X. Murakami "Norveç meşəsi" (özüm də bilmirəm niyə oxumağa qərar verdim), В. Серж "Сопротивление" (şeir məcmuəsi) və Polad Həşimov haqqında xatirələr kitabı (düzünü desəm məni burada maraqlandıran mif və simvolların yaranmasıdır. Yəni bir neçə gün ərzində müəyyən mənada cəmiyyət üçün simvola çevrilən şəxsdir (2019-cu ildə Polad adında doğulmuş uşaqların sayı heç 100-ə çatmırdı, amma eyni göstərici 2020-ci ildə 193, 2021-ci ildə 306, 2022-ci ildə 196 və 2023-cü ildə 153-ə bərabərdir). Onun haqqında əfsanələr necə formalaşır? Sadəcə bu cəhətdən maraqlı idi). Keçək digər kitablara:
- Станкевич Н.В. Избранное. Москва. 1982. 256c. - 1830-ci illərdə Rusiya imperiyasında bütün azadlıqların boğulduğu dövrdə (o dövrlə müqayisədə 10-20-ci illər söz azadlığı dövrü kimi təsvir oluna bilər) ali təhsilli, intellektual insanlar krujok (dərnək demək düzgün olmazdı) yaratmaqdan başqa variant tapa bilmirdilər. Səbəb çox sadə idi. Qəzet, jurnal, teatrlarda senzura və hökumətyönümlü jurnalistlər və yazıçılar absolyut çoxluq təşkil edir, ədəbiyyat əsasən ucuz fransız romanların tərcüməsindən (hətta bu günə yadda qalan o vaxtdan nisbətən məşhur yazıçı və şair azdır. Hətta Lermontov o dövrdə yaşayırdı, amma demək olar ki, heç nə dərc etmirdi) ibarətdir, məmurlar yalnız korrupsiya ilə məşğuldular, real həyat faktiki "zastoy"dadır.
Bəs nə edəsən? O zaman universitet tələbələri kiminsə evində görüşüb, qadağan olunan ədəbiyyatı bir-biriləri paylaşıb, müzakirələr aparırdılar. Bir neçəsi haqqında bizə nisbətən ətraflı məlumat çatıb. Biri Qertsen ətrafında birləşmiş Moskva Dövlət Universitetinin tələbələri idi, başqasının mərkəzində isə Stankeviç dururdu. Özü-özlüyündə Stankeviç çox da yazmırdı və bizim dövrümüzə çatan əsasən onun məktublarıdır. Amma öz ətrafında çox ciddi təsirə malik olan insan idi. Məhz Stankeviç öz ətrafının müasir alman fəlsəfəsi ilə tanış etdi (onun krujokuna daxil olanlar isə M.A. Bakunin (anarxist), İ.S. Turqenyev (yazıçı), V.Q. Belinski (tənqidçi), T.M. Qranovski (tarixçi) və s.) və bununla da ciddi təsir göstərdi (təxmini 5 il sonra artıq alman fəlsəfəsinə dair müzakirələr müxtəlif salonlarda normaya çevrildi). Hər bir dövrdə belə bir insanlar var və əslinə qalsa onlardan sonra hər hansı yazı və ya material qalmır. Bununla belə faktiki sonraki həyata və cəmiyyətin fikirlərinə (40-ci illərin cəmiyyəti Belinski, Bakunin və Qranovskinin fikirləri əsasında formalaşırdı və bu da məşhur 60-ci illərə səbəb oldu) ciddi təsir edirlər (çox adam onları heç tanımasa da və həm də birbaşa təsir olmasa da. Yəni Stankeviçin fikirləri Belinski və Bakuninin fikirlərindən ciddi sürətdə fərqlənirdi. Sadəcə müzakirələr fikirləri formalaşdırır);
Qiymətlər haqqında
Bu yaxınlarda Veysəloğlu Şirkətlər Qrupu məlumat verib ki, 2023-cü il ərzində 113 fermerdən 57 milyon manat dəyərində 53 min ton kənd təsərrüfatı məhsulu satın alıb. Eyni zamanda keçən ilin iyul ayında isə şirkət bəyan etmişdi ki, altı ay ərzində 105 fermerdən 23.8 milyon manat dəyərində 29.5 min ton kənd təsərrüfatı məhsulu satın alıb. Beləliklə 2023-cü ilin ikinci yarımilliyinə 23,5 min ton və 33,2 milyon manat düşür.
Düzdür bu dövrlərə aid olan meyvə və tərəvəzlər qismən fərqlənə bilər, amma açıqlanan məlumatlardan elə alınır ki, 2023-cü ilin birinci yarısında meyvə və tərəvəzin 1 kiloqramının orta qiyməti 0,81 AZN, ikinci yarısında isə 1,41 AZN təşkil edib və ən bahalı dövr iyul-oktyabr arası olub. O zaman orta qiymət 1,5 AZN idi.
✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )
Last updated 1 month, 4 weeks ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 1 month ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 11 months ago