✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )
Last updated 3 days ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 2 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 12 months ago
Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatı
Sentyabrın 17-də Baş prokuror Xızıda vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il sentyabrın 17-də, saat 10:00-da Xızı rayon prokurorluğunun inzibati binasında Xızı, Siyəzən və Şabran rayon sakinlərinin qəbulunu keçirəcək.
Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Xızı rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-01-07 nömrəli telefonu, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.
#hüquqimaarifləndirmə#hüquqiyardım - Cinayət işlərinə dair hüquqi yardımın əsasları (2)
Hüquqi yardımın göstərilməsindən bu hallarda imtina edilir:
hüquqi yardımın göstərilməsinin Azərbaycan Respublikasının suverenliyinə, təhlükəsizliyinə və başqa mühüm maraqlarına ziyan vuracağını güman etməyə kifayət qədər əsaslar olduqda;
hüquqi yardımın göstərilməsinə dair sorğu Azərbaycan Respublikası tərəfindən siyasi xarakterli cinayət sayılan əməllərlə bağlı verildikdə;
hüquqi yardımın göstərilməsinə dair sorğu hərbi xidmət əleyhinə cinayət barəsində verildikdə;
hüquqi yardımın göstərilməsinə dair sorğu Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən cinayət hesab edilməyən əməllə bağlı verildikdə;
hüquqi yardımın göstərilməsinə dair sorğunun şəxsin irqinə, milliyyətinə, dilinə, dininə, vətəndaşlığına, siyasi baxışlarına və ya cinsinə görə təqib edilməsi məqsədi ilə verilməsini güman etməyə kifayət qədər əsaslar olduqda;
hüquqi yardımın göstərilməsinə dair sorğu Azərbaycan Respublikasında istintaq edilən və ya məhkəmə baxışında olan cinayət barəsində verildikdə və həmin sorğunun icrasının təxirə salınması mümkün olmadıqda;
hüquqi yardımın göstərilməsinə dair sorğunun forması və məzmunu Cinayət işlərinə dair hüquqi yardım haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə cavab vermədikdə.
Hüquqi yardım cinayət işi üzrə Azərbaycan Respublikasında aparılan istintaqa və ya məhkəmə baxışına maneçilik törədərsə həmin yardımın göstərilməsi təxirə salına bilər.
Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatı
“Respublika Perinatal Mərkəzi” PHŞ-də baş vermiş yanğınla bağlı başlanan cinayət işinin istintaqı tamamlanıb
Xəbər verildiyi kimi, yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında baş vermiş yanğınla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb. (https://genprosecutor.gov.az/az/post/7192)
İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.
Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci il tarixdə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.
Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.
Sentyabrın 9-da iş üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyatı üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
#hüquqimaarifləndirmə #cinayəthüququ - Tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin əsasları
Məhkəmə aşağıdakı şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir:
- Şəxsin psixi pozuntusu ilə əlaqədar özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yaratdığı halda psixi pozuntusu olan şəxslərə;
- cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə.
Şəxsin psixi pozuntusu ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən təyin edilir:
- Cinayət Məcəlləsinin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə;
- cinayət törətdikdən sonra cəzanın təyin edilməsini və ya onun icrasını istisna edən psixi xəstəliyə düçar olmuş şəxslərə;
- cinayət törətmiş və anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olan şəxslərə.
Yuxarıda qeyd olunan bənddə nəzərdə tutulmuş şəxslərə tibbi xarakterli məcburi tədbirlər o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yaradır.
Tibbi xarakterli məcburi tədbirlərin tətbiqi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur.
Baş prokuror Rusiyada işgüzar səfərdədir
Sentyabrın 4-də Rusiyanın Baş prokuroru İqor Krasnovun dəvəti ilə Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Vladivostok şəhərinə işgüzar səfərə gəlib.
Primorsk diyarının prokuroluğunda hər iki dövlətin baş prokurorları arasında ikitərəfli görüş keçirilib.
Nümayəndə heyətini salamlayan İqor Krasnov ölkələrimiz arasında yüksək xətlə inkişaf edən tərəfdaşlıq münasibətlərindən məmnunluğunu ifadə edərək, sahibkarlıq üçün münbit şəraitin formalaşmasında prokurorluq orqanlarının önəmini qeyd edib.
Kamran Əliyev rusiyalı həmkarına Şərq İqtisadi Forumunda iştirak üçün dəvətə görə təşəkkürünü bildirib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan mütərəqqi islahatlar, biznes və investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlığa dövlət dəstəyi və milli iqtisadiyyatın sürətli inkişafı barədə məlumat verərək, Rusiya Prezidenti cənab Vladimir Putinin avqust ayında ölkəmizə dövlət səfərinin ikitərəfli münasibətlərin möhkəmləndirilməsində önəmindən bəhs edib.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilməklə gələcək əməkdaşlığın fəaliyyət istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra Baş prokurorlar mövcud sahəvi əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Rusiya Federasiyasının Baş Prokurorluğu arasında hərbi prokurorluq orqanlarının əməkdaşlığına dair Anlaşma Memorandumunu imzalayıblar.
Nümayəndə heyətinin səfəri davam edir.
Vətəndaş Azər İsmayılovun barəsində hökmdən apellyasiya protesti verilib
Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq bildirilir ki, bəzi sosial media səhifələrində İsmayılov Azər Sərhəd oğlu barəsində Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən bəraət hökmü çıxarılması barədə məlumatlar yayılıb.
Bildiririk ki, Azər İsmayılovun Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi Binəqədi RPİ-də istintaq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 avqust 2024-cü il tarixli hökmü ilə Azər İsmayılova bəraət verilib, qeyd edilən bəraət hökmündən sentyabrın 3-də dövlət ittihamçısı tərəfindən apelyasiya protesti verilib.
Bərdə rayon prokurorluğunun məlumatı
Ehtiyatsızlıqdan adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb
Avqustun 27-də saat 22 radələrində Bərdə rayonu ərazisində 2000-ci il təvəllüdlü Bəhmən Hüseynovun almış olduğu xəsarətlərdən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 2008-ci il təvəllüdlü Mirsaleh Hüseynovun aralarında yaranmış mubahisə zamanı Bəhmən Hüseynova bıçaqla xəsarətlər yetirməsi nəticəsində sonuncunun müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işinin istintaqı aparılır. Mirsaleh Hüseynov iş üzrə şübhəli şəxs qismində tutulub.
Şəkidə elmi-praktiki konfrans keçirilib
Şəkidə "İqlim dəyişikliyinə qarşı yaşıllıqların qorunmasının akademik-elmi əsaslarının formalaşması” mövzusunda Elmi-Praktiki Konfrans keçirilib
Avqustun 27-də Şəki şəhərində "Ətraf mühitin gücləndirilməsi: Maarifləndirmə və hüquq mühafizə tədbirlərinin rolu" ECOLEAD layihəsi çərçivəsində "İqlim dəyişikliyinə qarşı yaşıllıqların qorunmasının akademik-elmi əsaslarının formalaşması” mövzusunda Elmi-Praktiki Konfrans keçirilib.
Konfransda Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, Beynəlxalq Prokurorlar Assosiasiyasının (İAP) Baş katibi Roel Dona, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, habelə müxtəlif dövlət qurumlarının rəhbər vəzifəli şəxsləri iştirak edib.
Tədbir başlamazdan öncə Ulu Öndər Heydər Əliyev və vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi konfrans iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfrans iştirakçılarını salamlayan Baş prokuror Azərbaycan xalqının və dövlətçiliyinin inkişafında misilsiz xidmətləri olan ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikamızda ekoloji problemlərin həlli, ekoloji mühitin sağlamlaşdırılması istiqamətində görülən titanik fəaliyyətdən bəhs edib.
Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi və güclü siyasi iradəsi sayəsində ölkəmizin beynəlxalq miqyasda qlobal iqlim dəyişikliyinə qarşı mübarizədə öndə yer aldığını qeyd edən Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi və birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaxından iştirakı və dəstəyi ilə ekosistemin, eləcə də nadir flora və fauna növlərinin yaşaması və inkişaf etməsi üçün həyata keçirilən layihələrdən danışıb.
Elmi-praktiki konfransda çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov mötəbər tədbirin Şəki şəhərində təşkilindən məmnunluğunu ifadə edib, ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfə verdiyini, aparılan kompleks tədbirlərin Şəki şəhəri ərazisində də davam etdirildiyini qeyd edib.
Beynəlxalq Prokurorlar Assosiasiyasının (İAP) Baş katibi Roel Dona Azərbaycan Prokurorluğunun ekoloji hüquqpozmalara qarşı mübarizə təcrübəsinin beynəlxalq və regional təşkilatlar, həmçinin digər ölkələrin prokurorluq qurumları tərəfindən təqdir olunduğunu qeyd edərək qlobal iqlim dəyişikliyinə qarşı birgə mübarizənin əhəmiyyətindən bəhs edib.
Konfransda Baş prokurorun müavini Heydər Məmmədov, Elm və təhsil nazirinin müavini İdris İsayev, Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Milli Elmlər Akademiyasının vitse-prezidenti İradə Hüseynova, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev və idarənin böyük prokuroru Şəbnəm Məmmədova tərəfindən çıxışlar edilib, mövzu ətrafında səmərəli müzakirələr aparılıb.
Daha sonra, konfrans iştirakçıları tərəfindən “Azərbaycan Respublikasında ekoloji siyasətə dair” və “Azərbaycan Respublikasında ekoloji hüquqpozmalara qarşı mübarizə” mövzularında vidoçarxlar izlənilib.
Sumqayıt şəhər prokurorluğunun məlumatı
Qəsdən adam öldürmə faktına görə cinayət işi başlanıb
İyunun 9-da saat 2 radələrində Sumqayıt şəhəri ərazisində 1995-ci il təvəllüdlü Nicat Bayramovun öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1999-cu il təvəllüdlü Nüsrət Həsənəlilinin şəhərin H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən kafelərdən birində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Nicat Bayramovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Nüsrət Həsənəlili iş üzrə şübhəli şəxs qismində tutulub.
✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )
Last updated 3 days ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 2 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 12 months ago