Why Pay for Entertainment? Access Thousands of Free Downloads Now!

Məhbus Məktubu

Description
Bu kanalda, Azərbaycanın zalım rejimi tərəfindən, şərlənərək həbs olunan dindarlar haqqında məlumat verilir.
Advertising
We recommend to visit

تنها کانال رسمی گوناز تی‌وی
Güney Azərbaycan Televizyonu


Admin: @gunaztelevision

www.gunaz.tv

https://facebook.com/gunazTv

https://www.youtube.com/@guneyazerbaycanteleviziyasi/

صفحه جدید اینستاگرام 👇👇
https://instagram.com/gunaztv247

Last updated 2 weeks, 1 day ago

@Bahzadmolamvardi
مالک کانال = بهزاد مولام وردئ
09127932251

Last updated 2 days, 6 hours ago

العبـ.ـرة ليـ.ـست بعـ.ـدد المتـ.ـابعيـ.ـن
إنمـ.ـا العبـ.ـرة هـي فهـ.ـم مـ.ـا ننشـ.ـره . .💔🥀

مسؤول القناة
@khitabkataabbot

𓅇꙰᭄💔آּا̍ڷــمۘ ا̍ڷــڣــڕٰا̍ڦ💔𓅇꙰᭄
https://t.me/xxZrbjddbd99

Last updated 1 month, 2 weeks ago

1 month, 2 weeks ago
**Bakı şəhər sakini, Kərbəlayi Elşad adlı …

Bakı şəhər sakini, Kərbəlayi Elşad adlı inanclı, zalım hakimiyyət tərəfindən qondarma narkotik ittihamı ilə şərlənərək həbs edilib. Kərbəlayi Elşada azadlıq tələb edirik!#آزادی_زندانیان#الحرية_للسجناء#freedom_for_prisoners#свобода_политзаключённых#Azerbaijan#öldürməazadet#dindarlariazadet#mehbuslara_azadlıq#əliyev_rejiminə_son#məhbus_məktubuT.me/Mehbus_Mektubu

1 month, 3 weeks ago

Xəyyam Kərimov 5 il müddətinə azadlıqdan məhrum edilib.

1 month, 3 weeks ago

Rüfət Qurbanov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

3 months, 2 weeks ago

10 il sonra, 2020-ci ildə Avropa Konvensiyasının 5-ci maddəsinin pozulması adı ilə haqsızlıq olunmasını tanıdılar. Fikrimcə, daha zəif maddələr seçilmişdi. Digər məhbuslarda isə pozulan hüquqları tam tanındı, mexanizm sürətli işlədi, daha qətiyyətli qərarlar alındı. Görünür ki, münasibət eyni deyil. Bununla bağlı məsələlərin, fikirlərin dəyişməsini də istərdik. (Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hesabatı pisləyib, Azərbaycanın xüsusi izləmə siyahısına salınmasını "siyasi manipulyasiya vasitəsi" adlandırıb –red.)

- ABŞ\-dan söz düşmüşkən, yanvarın 23\-də X (keçmiş Twitter) platformasının Amerika seqmentində bir video yayılıb və videodakı şəxsin siz olması ilə bağlı iddialar var. (Sözügedən videoda bir şəxs amerikalılara xəbərdarlıq edir ki, "tezliklə mənim kim olduğumu biləcəksiniz". – red.)

- Video ilə yenicə tanış olmuşam. Əvvəla, o şəxs mənə oxşamır. Müqayisə edəndə görərsiniz ki, zahirən oxşarlıq çox azdır, eynək istisna. Digər vacib məsələ, mənim ölkədən çıxmaq qadağam var. İki dəfə ziyarətə getmək üçün cəhd eləmişəm, izn verilməyib. Ölkədən çıxa bilmədiyim üçün mənim ora getməyim mümkün deyil. Orada bir terror söhbət atılıb ortaya. Amerikada keçmiş rəhbərlər arasında da terror ittihamı olurdu, özlərinə xas ittihamdır. Əsl islam terrora meylli olmayıb, tam əksinə, terrorun hədəfində olub. Cəsur insanlar mülki camaata heç nə eləməz, islam həmişə belə şeylərin zərərini çəkib, hədəfində olub. Mən hicab məsələsi, digər problemləri gündəmə gətirdiyim üçün tutulmuşdum, indi iqtidarın özü də bu məsələlərin bəzilərini həll edib, hicab məsələsini və s. Mənə verilən haqsız ittihamlar bunlar idi... Videonun Amerikada geniş yayıldığı deyilir. Niyə yayılıb, bilmirəm. Seçkilər ərəfəsində nələrəsə təsir etmək üçün ola bilər. Təsadüfi deyil, seçkiqabağı prosesdir. Mən burdayam, başqa yerdə yox. Ola bilər ki, Azərbaycanda olan proseslərə də təsir etmək üçün ortaya atılıb. Dəqiq bir şey bilmirəm, proses göstərər.

3 months, 2 weeks ago

Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov 2011-ci ildə dövlət çevrilişinə cəhd ittihamı ilə həbs edilib. O, 12 il azadlıqdan məhrum edilib və 2023-cü ilin yanvarında azadlığa çıxıb.

AzadlıqRadiosunun M.Səmədovla müsahibəsini təqdim edirik:

- 12 illik həbs həyatından sonra azadlığa çıxdınız. Adaptasiya prosesiniz necə keçdi?

- Azadlığa çıxmağımın bir ili yanvarın 19-da tamamlandı. Az vaxt deyildi. Həmin illər ərzində Azərbaycanda dəyişikliklər olmuşdu, bununla uyğunlaşmaq müəyyən vaxt tələb edirdi, asta-asta uyğunlaşmağa davam edirəm. İctimai-siyasi həyatda, cəmiyyətdə baş verənləri də izləməkdəyəm. Səhhətimdə də müəyyən problemlər var idi, həbsdən çıxdıqdan sonra müalicə olunmağa başladım. Ötən bir ilim belə keçib.

- Səhhətinizdə problemlərin yaranmasına həbsxanadakı saxlanma şəraitinin hansı təsiri olmuşdu?

- Yaş da özünü göstərir. Lakin gəncliyimdə zərərli vərdişlərdən uzaq olmuşam. Buna görə də, zindandakı problemlər səhhətimə ciddi problem göstərməsə də, təsirsiz də ötüşmədi. Məhbus həyatımın altı ilini qapalı şəraitdə olmuşam, hərəkətsizlik, passiv həyat tərzi sağlamlığımda müəyyən fəsadlar yaratdı. Qaraciyərimdə bəzi problemlər yaranmışdı, həbsxanada olanda da bayırdan kömək edirdilər, lakin əsas ciddi müalicəni azadlığa çıxdıqdan sonra eləməyə başladım. Hazırda daha yaxşıyam.

- Həbsdə olduğunuz müddətdə məhbuslar arasında dindarlar var idimi?

- 2010-cu ildən bu yana çoxlu dindar haqsız yerə həbs edildi. Bu şəxslər zindanda da öz dini fikirlərini təbliğ edir, orada digər şəxslərin də buna meyli olur. Öz sıxıntılarının səbəblərini axtaran və bundan xilas olmaq istəyənlər arasında dinə marağı olanlar çox idi. Zindanda məhbusların təxminən yarısı dinə meylli şəxslər idi. Dinin yayılması baxımından da problem yox idi, hər hansı təzyiq olmurdu. Kitablar da var idi.

- Bəzən həbsxanalarda yaxınlarının göndərdiyi kitabların məhbuslara verilməməsindən şikayətlər olur. Belə hallar dini kitablara şamil edilirdi?

- Əvvəllər yox idi, lakin son illərdə bəzən maneələr yaradılırdı, qadağalar ortaya çıxmışdı. Dəqiq səbəbini bilmirəm, amma qadağalar dindarların ictimai-siyasi proseslərə meylinin artmasından dolayı ola bilərdi. Məsələn, vəhhabilik ilə bağlı kitabları tapmaq, ya da gətirməkdə problemlər olurdu. Ümumilikdə vəziyyət o qədər də pis deyildi.

- Son illərdəki qadağalara toxundunuz. Son dövrlər narkotik ittihamı ilə həbs edilən inanclıların sayının artdığı bildirilir. Həmin şəxslər narkotik ittihamlarını inkar edir, bunu dini fəaliyyətləri ilə bağlayırlar. Siz necə düşünürsünüz?

- Təəssüflər olsun ki, 12 il ərzində də az dindar tutulmayıb. Həm də absurd maddələr ilə. Məsələn, narkotik, silah kimi maddələr qoyurlar. Halbuki, biz bilirik ki, dindar cameəsi nəinki narkotikdən, pis vərdişlərdən də uzaqdır. Aralarında narkotik satışı ittihamı verilənlər belə var. Dindarlara belə ittiham verilməsi heç yaraşmır. Düşünürəm ki, bu ittihamların verilmə səbəbi dindarların nüfuzunun aşağı salınması ilə bağlıdır. Bu şəxsləri tanıyanlar da ittihamların yalan olduğunu düşünür. Narkotik ittihamı ilə tutulan bir məhbusun yaxını demişdi ki, "tünd çay içmirdi ki, ona pis təsir edər". Yəni belə insanlara neçə qramla narkotik istifadəsi, ya satışı ittihamı qoymaq ağ yalandır. Təəssüf ki, bizim hüquq-mühafizə orqanları bu ittihamlar ilə həbslərə bugünə kimi davam edir. Həbs etmək istəyirlərsə, heç olmasa, yaraşacaq ittiham qoyulsun. Dindara narkotik ittihamı sadəcə absurddur.

- Bu ilin əvvəlində Birləşmiş Ştatlar Azərbaycanı və daha üç ölkəni din azadlığını "ağır şəkildə" pozması, yaxud buna tolerant yanaşmasına görə nəzarət siyahısına salıb. Azərbaycan Mərkəzi Afrika Respublikası, Komoros (Şərqi Afrika ölkəsi) və Vyetnamla bir siyahıda yer alıb. Bu barədə fikirlərinizi bilmək istəyirik.

- Hesabatla və məsələ ilə tanış deyiləm, təəssüf ki. Siyasi məhbuslar arasında dindarlar da kifayət qədər çoxdur. Amma Qərbin, Amerikanın dindarlara dəstəyi, digərlərinə dəstəkdən fərqli olub, daha az dəstək verib. Biz Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmişdik.

3 months, 2 weeks ago

♨️ Aşağıdakı butonlardan hazırlaşdığınız qrupu seçin və keçirilən bütün imtahanlarda istifadə edilmiş sualların paylaşıldığı kanallarımıza üzv olaraq imtahanlarınıza ödənişsiz şəkildə hazırlaşın, 2023 - 2024-cü tədris ili üçün keçid ballarını əldə edin.

➪ K𝚊𝚗𝚊𝚕: @islamda_suallar

➪ 𝙰𝚍𝚖𝚒𝚗: @toplu_admini

3 months, 3 weeks ago

17 Yanvar 2024-cü il tarixində Bakı ağır cinayətlər məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə Ruhani Ağayev Ruslan Muxtar oğlunun növbəti məhkəməsi keçirilib

Məhkəmədə şahidlər dindirilib.
Şahid qismində dindirilən bandatelin əməkdaşı Şıxıyev Əmrə:

Biz Ağayev Ruslanı şəhərin mərkəzdə həbs edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə apardıq və idarədə üzərinə baxış keçirən zaman üzərindən külli miqdarda narkotik aşkar etdik.

Vəkil Zibeydə Sadığova bandatelin əməkdaşına:

Nə üçün yerindəcə uzərinə baxış keçirtməyib idarəyə apardınız?

Şiriyev Əmrə:

Ətrafda çoxlu adamlar var idi, ona görə uzərinə baxış keçirə bilmədik.

Ruhani Ruslan Ağayev, Şıxıyev Əmrəyə:

Sən özün də bilirsən ki, mənim heç bir günahım yoxdur, məni sifarişlə həbs etmisiz və mənim üzərimdə heç nə olmayıb, o narkotiki özünüz qoymusuz və mənim haqqım olan azadlığımı əlimdən almısız, az yaşlı övladımın yanında qollarıma qandal vurmusuz və övladımla məni görüşməyə qoymayanda, onu gözü yaşlı qoyanda vicdanın sızlamadı?

Bandatelin əməkdaşı:

Susur və başını aşağı salır.

Sonra ikinci şahid qismində digər bandatel əməkdaşı dindirildi.
Birinci şahidin əzbərləyib dediklərini ikinci şahid də təkrar etdi.

Hakim Novruz Kərimov Ruslana:

Şahidin dedikləri doğrudur?
Kərimov Ruslan:

Xeyr, doğru deyil. Bu şahidləri ilk dəfə mənə işgəncə verəndə görmüşəm və cibimə narkotiki bunlar qoydu. Mənə işgəncə verərək deyirdilər ki, əgər bu narkotikin sənin olduğunu qəbul edib kağıza qol çəkməsən ailəni bura gətirəcəyik.

Hakim Ruslana:

Bunların səninlə nə şəxsi qərəzliyi var ki, sənə şər atsınlar?

Ruslan:

Mən də başqa dindarlar kimi ölkədə şiələrə qarşı olan repressiyanın qurbanıyam.

Növbəti məhkəmə Fevral ayının 8-nə təyin olundu.

Rejim tərəfindən haqsız yerə həbs olunan Ruhani Ruslan Ağayevlə birlikdə bütün Ruhani və dindarlara azadlıq tələb edirik!

#آزادی_زندانیان#الحرية_للسجناء#freedom_for_prisoners#свобода_политзаключённых#Azerbaijan#öldürməazadet#dindarlariazadet#mehbuslara_azadlıq#əliyev_rejiminə_son#məhbus_məktubuT.me/Mehbus_Mektubu

3 months, 3 weeks ago

😊 Sualımız bu səfər kitab sevərlərədi

Ən çox hansı məzmunlu kitabları oxumaqı sevirsiniz ?

Hazırladı: @Dini_toplu

3 months, 3 weeks ago

Kursların sınaqları, Yeni nəşr edilmiş Kitabların / I, II hissə Topluların / Universitet Dərsliklərinin / 2024-cü ildə bütün imtahanlara düşmə ehtimalı yüksək olan sualların Çapa Yararlı Tam PDF-ləri, 2024 İmtahanlarına hazırlaşa biləcəyiniz təmənnasız kanallar, Sınaqlara düşmüş suallar, Müzakirələr, Videoizahlar, Hər kəsin faydalana biləcəyi Ən Keyfiyyətli Elmi, Maarifləndirici Kanallar, Kanallar haqqında məlumatlar aşağıdakı butonlarda

➪ K𝚊𝚗𝚊𝚕: @islamda_suallar

➪ 𝙰𝚍𝚖𝚒𝚗: @toplu_admini

5 months, 2 weeks ago

Polis: "Xoşunuza gəlmir gedin başqa ölkədə yaşayın"

"Polis yaxınlarımı narkotiklə şərləyəcəyi ilə təhdid edir."

Azərbaycanda Fələstinə dəstək verən vətəndaşlar və ailələri ciddi təzyiqlərə məruz qalır.

Bu barədə Fələstinə dəstək aksiyası təşkil etdiyi üçün həyatı yoldaşı həbs olunan Venera Quliyeva xanım danışır.

We recommend to visit

تنها کانال رسمی گوناز تی‌وی
Güney Azərbaycan Televizyonu


Admin: @gunaztelevision

www.gunaz.tv

https://facebook.com/gunazTv

https://www.youtube.com/@guneyazerbaycanteleviziyasi/

صفحه جدید اینستاگرام 👇👇
https://instagram.com/gunaztv247

Last updated 2 weeks, 1 day ago

@Bahzadmolamvardi
مالک کانال = بهزاد مولام وردئ
09127932251

Last updated 2 days, 6 hours ago

العبـ.ـرة ليـ.ـست بعـ.ـدد المتـ.ـابعيـ.ـن
إنمـ.ـا العبـ.ـرة هـي فهـ.ـم مـ.ـا ننشـ.ـره . .💔🥀

مسؤول القناة
@khitabkataabbot

𓅇꙰᭄💔آּا̍ڷــمۘ ا̍ڷــڣــڕٰا̍ڦ💔𓅇꙰᭄
https://t.me/xxZrbjddbd99

Last updated 1 month, 2 weeks ago