Infinite Entertainment, Zero Cost: Get Your Free Books, Music, and Videos Today!

📝 text

Description
"Text" Media Monitorinqi və Təhlili Mərkəzi
Advertising
We recommend to visit

⭐️ Premium Emojis

Mix: @Tengen
MHA: @MyHeroAcademia
Stickers: @TodorokiShouto

Buy ads:
telega.io/c/ShoutoEmoji
adsly.me/m/ShoutoEmoji

Last updated 1 month ago

Last updated 6 months ago

දිනපතා අදි මාත්‍රාවෙන් ස්ටේටස් වීඩියෝ බලන්න 🌺🤍✨

අප හා රැදී සිටින්න........🌝🍃🖤

🎧Adhi Mathra♥️ Links - @athalsurapurayalinks

Buy Ads - https://telega.io/c/adhimathra

Last updated 5 days, 13 hours ago

1 month, 2 weeks ago

Gənclər! Mənə təhsilə, yazıya, söhbətə, öyrənməyə maraqlı gənc lazımdır. Bir layihəm var və məsuliyyətli biri ilə iş görmək istəyirəm. Heç nə bilməməyinin önəmi yoxdur. Onları mən öyrədərəm. Amma insani keyfiyyəti olması mütləqdir.

1 month, 2 weeks ago

Gənclər!

Mənə təhsilə, yazıya, söhbətə, öyrənməyə maraqlı gənc lazımdır. Bir layihəm var və məsuliyyətli biri ilə iş görmək istəyirəm. Heç nə bilməməyinin önəmi yoxdur. Onları mən öyrədərəm. Amma insani keyfiyyəti olması mütləqdir.

2 months ago

Ötən əsrin əvvələrində Azərbaycanda təhsil almaq, maarifçiliklə məşğul olmaq, xüsusilə, qadınlar üçün çox çətin idi. Buna baxmayaraq, qarşılaşdığı bütün problemlərin öhdəsindən gələn, ilkləri həyata keçirən qadınlar da var idi. Şəfiqə Əfəndizadə XX əsrin ilk türk dili müəlliməsi və azərbaycanlı qadın jurnalist, publisist olub. Şəfiqə xanım jurnalistika fəaliyyətinə "Şərqi-rus" qəzetində başlayıb. Sonralar "Dəbistan", "Məktəb", "Füqara füyüzatı", "Dirilik" jurnalları və "Açıq söz", "Azərbaycan" qəzetləri ilə əməkdaşlıq edib. Onun yazılarının əsas hissəsini qadın azadlığı, qadının təhsili və onun cəmiyyətdəki yeri tuturdu. Şəfiqə xanım bütün qadınlara müraciət edərək deyirdi: "Analar! Qızlarınızı oxudun!"

1923-cü ildə "Şərq qadını" jurnalı təsis olunur və Şəfiqə xanım jurnalın bədii ədəbiyyat şöbəsinin müdiri təyin edilir. O, siyasi fəaliyyətlə də məşğul olurdu. "Şamaxıda qadınlar seçkisi” adlı məqaləsində qadınların seçkidə iştirakının təşkili problemlərini şərh edib.

@tekstmedia

2 months, 2 weeks ago
2 months, 2 weeks ago

Afina demokratiyası bizə məlum olan ilk inkişaf etmiş demokratiyadır. İfadə azadlığının tarixinə baxdıqda da Afinada istifadə olunan iki prinsipi görürük ki, bu iki prinsip dövrümüzdə də ifadə azadlığının kökünü təşkil edir: isegoria və parrhesia.

İsegoria ekklesiyalarda (yığıncaq) hər kəsin çıxış etmək və məclisə xitab etmək hüququ olduğunu bildirən sözdür. “İsegoria” sözü bərabərlik mənasına gələn “isos” və nitq, məclisdə çıxış etmək mənasına gələn “agora” sözlərindən əmələ gəlib. Bu prinsip hər bir vətəndaşa öz fikirlərini sərbəst ifadə etmək və ictimai müzakirələrdə iştirak etmək imkanı verirdi.

Parrhesia isə həqiqəti demək mənasına gəlir. Parrhesia təkcə həqiqəti söyləmək deyil, bu həmçinin təhlükəli və çətin olsa belə, həqiqəti açıqca deməyi ifadə edir. Parrhesia tez-tez güclü fikirləri sorğulamaq və ya qeyri-populyar fikirləri səsləndirmək üçün istifadə olunur.

Təbii ki, Afinada ifadə azadlığının bugünkü dünya üçün nümunə sayıla biləcəyini, mükəmməl səviyyədə olduğunu deyə bilmərik. Əks halda Sokrat ölümə məhkum edilməzdi.

Kornfordun sözü ilə desək, Sokrat gənclərə bir insanın tam azadlığını qazanmaq üçün qəbul edilmiş bütün davranış qaydalarını sorğulamalı və bütün əxlaqi məsələləri özü-özünə mübahisələndirməli olduğunu deyirdi. (“Before and After Socrates”)

Tam oxumaq üçün keçid edin

@tekstmedia

2 months, 2 weeks ago

Ötən həftə Azərbaycan mediasının gündəmi:

Bakıda 5 nəfər ailə üzvünü qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. (Report)

Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibini təsdiqlədi. Yeni kabinetdə ədliyyə naziri Fikrət Məmmədov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı təmsil olunmayıb. (Azərtac)

Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin törətdikləri təxribata cavab olaraq “qisas əməliyyatı” keçirilib. (Azərtac)

XİN: “Aİ Missiyası himayəsi” altında yerləşdirilmiş muzdlular Azərbaycan hərbçilərinin və mülki əhalisinin həyatına təhdiddir". (APA)

Almaniya kansleri Olaf Şoltsun təşəbbüsü ilə Münxendə İlham Əliyev və Nikol Paşinyan arasında görüş keçirilib. Tərəflər sülh sazişi üzrə danışıqları davam etdirmək barədə razılığa gəliblər.

Münxendə İlham Əliyev ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinken arasında görüş keçirilib.

@tekstmedia

4 months, 3 weeks ago

Layihədə qalib gələn çap mediası subyektlərinin (qəzetlərin) adları:

"525-ci qəzet" (Həftədə 5 nömrə)
"Şərq" qəzeti (Həftədə 5 nömrə)
"Səs" qəzeti (Həftədə 5 nömrə)
"Bakı-Xəbər" qəzeti (Həftədə 5 nömrə)
"Yeni Müsavat" qəzeti (Həftədə 5 nömrə)
"Yeni Azərbaycan" qəzeti (Həftədə 5 nömrə)
"Xalq Cəbhəsi" qəzeti (Həftədə 1 nömrə)
"Azernews" qəzeti (Həftədə 1 nömrə)
"Novoye Vremya" qəzeti (Həftədə 1 nömrə)
"Həftə içi" qəzeti (Həftədə 1 nömrə)
"Hürriyyət" qəzeti (Həftədə 1 nömrə)
"Ədalət" qəzeti (Həftədə 1 nömrə)
"Türküstan" qəzeti (Həftədə 1 nömrə)
"Olaylar" qəzeti (Həftədə 1 nömrə)
"Nedelya" qəzeti (Həftədə 1 nömrə)
"Unikal" qəzeti (Həftədə 1 nömrə)
"Hərbi and" qəzeti (Həftədə 1 nömrə)

@tekstmedia

4 months, 3 weeks ago

Medianın İnkişafı Agentliyi (MEDİA) çap və onlayn media subyektlərinə dəstək layihəsinin nəticələrini açıqlayıb. Medianın İnkişaf Agentliyinin açıqlamasına görə, layihə media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə elan olunub. Layihədə qalib gələn onlayn media subyektləri aşağıdakılardır:

İctimai-siyasi məzmunlu

  1. Anews.az
  2. Azxeber.com
  3. Azpolitika.info
  4. Azpost.info
  5. Avtosfer.az
  6. Bakivaxti.az
  7. Bakupost.az
  8. Bizim.media
  9. Bizimyol.info
  10. Cebheinfo.az
  11. Day.az
  12. Demokrat.az
  13. Globalinfo.az
  14. Ganunsesi.info
  15. Konkret.az
  16. Qafqazinfo.az
  17. Qaynarinfo.az
  18. Manset.az
  19. Medianews.az
  20. Metbuat.az
  21. Minval.az
  22. Moderator.az
  23. Modern.az
  24. News.az
  25. Pravda.az
  26. Publika.az
  27. Redaktor.az
  28. Sfera.az
  29. Sia.az
  30. Yenicag.az
  31. Yenisabah.az
  32. 1news.az

İdman məzmunlu:

  1. Azerisport.com
  2. Football-plus.az
  3. Futbollinfo.az
  4. Futbolpress.az
  5. Qol.az
  6. Sportinfo.az

@tekstmedia

4 months, 3 weeks ago

Sovet propaqandaçıları Azərbaycan insanının, qafqazlının necə düşündüyünü çox yaxşı bilirdilər. Buna görə də filmdə Qatır Məmmədi arxadan vurularaq öldürülən mübariz insan kimi təqdim etmişdilər. Bu səbəbdən o, hələ də çoxları tərəfindən xalq qəhrəmanı kimi tanınır. Təəssüf ki, Azərbaycan televiziyaları da çox vaxt bu propaqandaya alət olurlar.

t.me/tekstmedia

5 months ago
"2023-cü ildə 94 jurnalist öldürülüb" - …

"2023-cü ildə 94 jurnalist öldürülüb" - Beynəlxalq Jurnalistlər Federasiyası

2023-cü ildə 9-u qadın olmaqla 94 jurnalist və media işçisinin öldürüldüyünü qeyd edir. Oktyabrın 7-dən etibarən Qəzzada gedən müharibə zamanı gündə birdən çox jurnalist həyatını itirib. BJF 10 dekabr Beynəlxalq İnsan Hüquqları Günü ərəfəsində jurnalistlərin həyatlarını qorumaq və onlara hücum edənlərin cavabsız qalmaması üçün beynəlxalq ictimaiyyətdən daha böyük addımların tələb olunduğunu vurğulayır.

Bu il öldürülən jurnalistlərin 72 faizi Qəzza münaqişəsində həlak olub.

Qeyd: Ötən gün Jurnalistlərin Müdafiəsi Komitəsi 2023-cü ildə 81 jurnalistin öldürüldüyünü bildirmişdi.

@tekstmedia

We recommend to visit

⭐️ Premium Emojis

Mix: @Tengen
MHA: @MyHeroAcademia
Stickers: @TodorokiShouto

Buy ads:
telega.io/c/ShoutoEmoji
adsly.me/m/ShoutoEmoji

Last updated 1 month ago

Last updated 6 months ago

දිනපතා අදි මාත්‍රාවෙන් ස්ටේටස් වීඩියෝ බලන්න 🌺🤍✨

අප හා රැදී සිටින්න........🌝🍃🖤

🎧Adhi Mathra♥️ Links - @athalsurapurayalinks

Buy Ads - https://telega.io/c/adhimathra

Last updated 5 days, 13 hours ago