⭐️ Premium Emojis
Mix: @Tengen
Stickers: @TodorokiShouto
Buy ads:
telega.io/c/ShoutoEmoji
adsly.me/m/ShoutoEmoji
Last updated 2 days, 10 hours ago
Last updated 1 year ago
දිනපතා අදි මාත්රාවෙන් ස්ටේටස් වීඩියෝ බලන්න ??✨
අප හා රැදී සිටින්න........???
?Adhi Mathra♥️ Links - @athalsurapurayalinks
Buy Ads - https://telega.io/c/adhimathra
Last updated 2 months, 2 weeks ago
Məncə, söz azadlığına ən yaxşı nümunə Qalileyin kilsə əyanlarına verdiyi cavabdır. Kilsənin "Əgər dünyanın düz olduğunu və dönmədiyini desən, gilyotindən xilas olacaqsan" təklifinə Qaliley "Mən dönmür desəm də, dünya dönür" deyə cavab verib. Söz azadlığı var olan bir şeyi ifadə edə bilmə azadlığıdır. Həqiqət həqiqət olaraq qalır.
Bu gün Söz və Mətbuat Azadlığı Günüdür. Daha yaxşı dünya üçün, daha sağlam cəmiyyət üçün sözünüzün azadlığını qoruyun, azadlığınızın məsuliyyətini dərk edin.
✒️ Fredrik Şauer deyir ki, "ifadə" sözünün mənbəsi düşünməkdir. İnsanı digər canlılardan ayıran ən önəmli xüsusiyyət onun düşünməsidir. Azad fikrin, azad düşüncənin, azad sözün olmadığı cəmiyyətlər ifadə edə bilmədiyi duyğuların içində boğulur. Azad sözü boğan yalnız siyasi iqtidarlardır? Bir çox ölkələrdə bunun tam da belə olmadığını görürük. Azad sözü boğan daha çox xalqın özü olur. İnformasiyanın sürətlə yayılması, dezinformasiyalar, qaragüruhun səs-küyünün içində 1-2 sağlam fikrin əriyib yox olduğunu, heç nəzərə də çarpmadığını görürük. Bəs onda nə etməli? Təbii ki, hər kəsin söz azadlığı hüququ var. Ancaq bununla birlikdə hər kəs dediyi sözün məsuliyyətini də dərk etməlidir. O zaman hansısa siyasətçi çıxıb xalqı təhqir edə bilməyəcək, o zaman hansısa deputat insanların heysiyyətinə toxunmaq cəsarəti görməyəcək özündə.
Söz və Mətbuat Azadlığı Gününüz mübarək. Sözünüzü hər zaman azad deməyiniz diləyilə.
"Hər kəsin fikir və ifadə azadlığı hüququ var; bu hüquq, müdaxilə olmadan fikir yürütmək azadlığına, məlumat və fikirləri istənilən media vasitəsi ilə axtarmaq, almaq və yaymaq azadlığına təminat verir". (BMT Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, 1948)
Gənclər! Mənə təhsilə, yazıya, söhbətə, öyrənməyə maraqlı gənc lazımdır. Bir layihəm var və məsuliyyətli biri ilə iş görmək istəyirəm. Heç nə bilməməyinin önəmi yoxdur. Onları mən öyrədərəm. Amma insani keyfiyyəti olması mütləqdir.
Gənclər!
Mənə təhsilə, yazıya, söhbətə, öyrənməyə maraqlı gənc lazımdır. Bir layihəm var və məsuliyyətli biri ilə iş görmək istəyirəm. Heç nə bilməməyinin önəmi yoxdur. Onları mən öyrədərəm. Amma insani keyfiyyəti olması mütləqdir.
Ötən əsrin əvvələrində Azərbaycanda təhsil almaq, maarifçiliklə məşğul olmaq, xüsusilə, qadınlar üçün çox çətin idi. Buna baxmayaraq, qarşılaşdığı bütün problemlərin öhdəsindən gələn, ilkləri həyata keçirən qadınlar da var idi. Şəfiqə Əfəndizadə XX əsrin ilk türk dili müəlliməsi və azərbaycanlı qadın jurnalist, publisist olub. Şəfiqə xanım jurnalistika fəaliyyətinə "Şərqi-rus" qəzetində başlayıb. Sonralar "Dəbistan", "Məktəb", "Füqara füyüzatı", "Dirilik" jurnalları və "Açıq söz", "Azərbaycan" qəzetləri ilə əməkdaşlıq edib. Onun yazılarının əsas hissəsini qadın azadlığı, qadının təhsili və onun cəmiyyətdəki yeri tuturdu. Şəfiqə xanım bütün qadınlara müraciət edərək deyirdi: "Analar! Qızlarınızı oxudun!"
1923-cü ildə "Şərq qadını" jurnalı təsis olunur və Şəfiqə xanım jurnalın bədii ədəbiyyat şöbəsinin müdiri təyin edilir. O, siyasi fəaliyyətlə də məşğul olurdu. "Şamaxıda qadınlar seçkisi” adlı məqaləsində qadınların seçkidə iştirakının təşkili problemlərini şərh edib.
Bu gün Məhəmməd Əmin Rəsulzadənin anım günüdür. Rəsulzadə son çıxışlarının birində demişdi:
"Dünya tarixinin xülasəsi haqq ilə batil, hürriyyətlə əsarət mübarizəsinin bir ifadəsidir. Bir yanda hürriyyət və demokratiya, o biri yanda isə totalitarizm ilə kommunizm cəbhəsinə ayrılan bugünkü dünya mənzərəsi həmin mübarizədə tərəflərin yenidən, daha ciddi qarşılaşması deməkdir. Bu, bəlkə də son qarşılaşmadır.
Müqəddəratını hürriyyətsevər millətlərin və mədəniyyət dünyasının müqəddaratı ilə bağlamış Azərbaycan hürriyyət və demokratiya cəbhəsinin son və qəti zəfərinə əsla şübhə etməz! Yaşadığı min bir iztirabdan sonra arzuladığı hürriyyət və istiqlalına qovuşacaq, şair Gültəkinin bu beytini zəfər sevincləri içində təkrar edəcək:
Sən bizimsən, bizimsən, durduqca bədəndə can,
Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!.."
"Rəsulzadə belə deyirdi" kitabından
@tekstmedia
⭐️ Premium Emojis
Mix: @Tengen
Stickers: @TodorokiShouto
Buy ads:
telega.io/c/ShoutoEmoji
adsly.me/m/ShoutoEmoji
Last updated 2 days, 10 hours ago
Last updated 1 year ago
දිනපතා අදි මාත්රාවෙන් ස්ටේටස් වීඩියෝ බලන්න ??✨
අප හා රැදී සිටින්න........???
?Adhi Mathra♥️ Links - @athalsurapurayalinks
Buy Ads - https://telega.io/c/adhimathra
Last updated 2 months, 2 weeks ago