✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )
Last updated 1 week, 1 day ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 2 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 1 year ago
?????? İranın İrəvandakı səfiri: "İran Ermənistanın Fələstini rəsmi olaraq tanımasını cəsarətli addım hesab edir"
İSNA xəbər verir ki, İranın Ermənistandakı səfiri Mehdi Sübhani Ermənistanın Fələstini rəsmi şəkildə tanıması ilə bağlı "Armen Press"in müxbirinə müsahibəsində deyib:
“İran artıq bu məsələdə öz mövqeyini açıqlayıb və Tehran Fələstinin rəsmi şəkildə tanınması prosesinə dair prinsipial mövqeni təsdiqləyib. İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani də bir müddət öncə bəzi ölkələrin, o cümlədən Ermənistanın Fələstini dövlət olaraq tanıması ilə bağlı suala cavab olaraq bildirib ki, İran İslam Respublikası Fələstin xalqının qanuni hüquqlarını, o cümlədən öz müqəddəratını təyin etmək və paytaxtı Qüds olmaqla müstəqil Fələstin dövlətinin yaradılmasını dəstəkləmək üçün dünya ölkələrinin mövqe və addımlarını müsbət qarşılayır".
Kanala abunə olun
?? İranlı nazir: “Təhlükəsizlik baxımından yeni seçkilərin keçirilməsinə şərait tam hazırdır”
SEPAH-ın rus dilində yayımlanan “Telegram” kanalı xəbər verir ki, İranın Daxili işlər naziri Əhməd Vəhidi deyib:
“Təhlükəsizlik baxımından prezident seçkilərinin yeni turunun keçirilməsi üçün şərait tam hazırdır”.
#İran #nazir #prezident_seçkisi #təhlükəsizlik
Kanala abunə olun
?? İran parlamentinin keçmiş sədri xalqa xəbərdarlıq edib ?
Sabiq parlament sədri Əli Laricani ötən gün xalqa müraciət edib:
“O ölkələr diktaturaya doğru gedir ki, xalqın küskünlüyü ilə bir azlıq hakimiyyətdə bütün sahələrə nəzarəti ələ keçirir və ya hökumət strukturları bəzən insanları yanlış yol seçməyə məcbur edir və xalq siyasi səhnədn uzaqlaşdırılır.
Dövlətin hansısa strukturu səhv edirsə, xalq öz varlığı ilə həmin səhvi düzəltməli və deməlidir ki, biz öz yolumuzu tapmışıq. Səs verməmək ölkəni bir azlığın hakimiyyətdə dominantlığına aparacaq yoldur. Problemlər varsa, səsvermə yolu ilə aradan qaldırılmalıdır. Allah eləməsin, səs verməmək diktaturaya gətirib çıxarsa, böyük zərər olar.
Şübhəsiz ki, xalqın böyük hissəsinin etirazı düzdür, əgər işlər düzgün aparılsaydı, xalq ümidsizliyə düçar olmazdı. Amma sual yaranır ki, bu ümidsizlik necə aradan qaldırılmalıdır? Daha zəif insan prezident olanda, təbii ki, ölkədə iqtisadi problemlər həllini tapmayacaq”.
Kanala abunə olun
YouTube
İranın ali rəhbəri seçkilərə müdaxilə etdi
https://t.me/AzadIranTelegram İranda növbədənkənar seçkilərə üç gün qalmış ölkənin ali rəhbəri Ayətullah Əli Xameneyi seçki prosesinə birbaşa müdaxilə sayıla biləcək çıxış edib. Görünür, seçki öncəsi təbliğat-təşviqat kampaniyasının gedişi, xüsusən islahatçı…
?? Səudiyyə Ərəbistanı ?? iranlı zəvvarlara qadağa qoydu ?️❌
“Mashregh News” xəbər verir ki, Səudiyyə Ərəbistanı hökuməti #Məkkə və #Mədinədə olan iranlı zəvvarların səsverməsinə qarşı çıxıb.
Məlumata görə, bu hesabla Səudiyyə Ərəbistanında olan 50 minə yaxın iranlı zəvvar prezidentliyə namizədlərə səs verə bilməz.
Bildirilib ki, bir müddət öncə İranın #Seçki_Qərargahının mətbuat katibi Möhsün Eslami bildirmişdi ki, seçki günü çox sayda İran vətəndaşı Həcc ziyarətində olacaq və hökumət iranlı zəvvarlardan səs toplamaq üçün lazımi addımlar atıb.
#Səudiyyə_Ərəbistanı #İran #zəvvar #prezident_seçkiləri #qadağa
Kanala abunə olun
?? ABŞ neftin bahalaşması qorxusuna görə ?? Rusiya və ?? İrana sanksiya tətbiq edə bilmir ❗️
“The Wall Street Journal” qəzetində bu gün “ABŞ qazın qiyməti qalxmasa, Rusiya və İranla sərt danışar” başlıqlı məqalə dərc edilib.
Məlumata görə, ABŞ neftin bahalaşması qorxusuna görə Rusiyanın və İranın enerji sektoruna qarşı daha sərt sanksiyalar tətbiq edə bilmədiyi yazılıb.
Qeyd olunub ki, Bayden administrasiyası neftin qlobal bazarlara axmasını təşviq edərək, seçki öncəsi qaz qiymətlərini sabit saxlamaq istəyir.
Bununla yanaşı, ABŞ-nin səyləri başqa bir prioritetlə qarşı-qarşıya qalıb. Bu proritetə isə düşmənlərə Rusiya, İran və Venesuelaya qarşı sərt olmaq var.
#ABŞ #Rusiya #İran #neft #sanksiya
Kanala abunə olun
Güney Azərbaycanın Ərəblər (Poldəşt) şəhərinə leysan yağıb ?*?
?***فیلم بارش شدید باران در پلدشت اذربایجان غربی
#Güney_Azərbaycan #Ərəblər #Poldəşt
Kanala abunə olun
?? İranın Fənuc şəhərində havanın temperaturunun həddən artıq yüksəlməsi Pride markalı avtomobilin alışaraq yanmasına səbəb oldu ??
در پی گرمای هوا یک دستگاه خودرو پراید در فنوج دچار حریق شد
#İran #hava #avtomobil #yanğın
Kanala abunə olun
?? İranda prezident seçkilərində iki rəqibin səslərinin sayı artdı ?️?
“Shenaakht Center”in apardığı son rey sorğusuna görə, İran prezidenti seçkilərində parlamentin sədri mühafizəkar namizəd Məhəmməd Baqir Qalibaf və Təbrizdən olan millət vəkili isıahatçı namizəd Məsud Pezeşkiana verilən səslərin sayı artıb.
Belə ki, Məhəmməf Baqir Qalibaf 34%, Məsud Pezeşkian isə 21% səs toplayıb.
Bundan əlavə, 21% səs toplayan İranın dini rəhbərinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlilinin göstəricisi hələ də dəyişməyib.
#İran #prezident_seçkiləri #rəqib #səs
Kanala abunə olun
*??*?? İran və Ermənistan media sahəsində əməkdaşlıq sazişi imzalayıb**
İranın "Mehr" Media Qrupu və Ermənistanın "Armenpress" xəbər agentliyi beynəlxalq əməkdaşlıq və xəbər mübadiləsini təşviq etmək məqsədilə Əməkdaşlıq Memorandumu imzalayıb.
Virtual görüşdə sənədi Mehr xəbər ajansının rəhbəri Məhəmmədmehdi Rəhməti, onun müavini Hüseyn Taheri və "Tehrantimes" nəşrinin baş redaktoru Məhəmməd Sərfi, Ermənistan tərəfindən isə "Armenpress" xəbər agentliyinin direktoru Nazaryan, müavini Kasiyan və agentliyin baş redaktoru Xalqtyan imzalayıblar. (Econews.ir)
✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )
Last updated 1 week, 1 day ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 2 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 1 year ago