Last updated 1 month, 2 weeks ago
سيرافقك قلبي إلى اخر العمر
- لطلب تمويل تواصل ← : @ooooow
- قناة التمويلات : @xxxxzz
Last updated 3 weeks ago
https://t.me/hjjhhhjjnkkjhgg1234
Last updated 2 months, 2 weeks ago
🏴"Hz,Fatimənin(ə) baxışında İmamət".
✍️Allah təala Həzrəti Muhəmmədi(s.a) Peyğəmbərliyə seçərək bütün bəşəriyyətin O həzrətə iman gətirməsini əmr etdi. Və hər kim ki, Allah Rəsuluna(s.a) iman gətirsə, onu öz Peyğəmbəri bilib O həzrətin itrəti olan Əhli_beytə(ə) məhəbbət bəsləyib, Peyğəmbərin(s.a) haqq canişinlərini öz İmamı bilməsi ona vacibdir. Allah Rəsulu(s.a) hər bir şəxsin öz zəmanə İmamını tanıması barəsində belə buyurur:
من ماتَ و لم يعرف امام زمانه فقد مات ميتةً جاهلية
📜"Kim öz zəmanəsinin imamını tanımadan ölərsə, cahiliyyət ölümü ilə ölmüşdür".¹
Hz,İmam Sadiq(ə) Allah Rəsulunun(s.a) buyurduğu "Cahiliyyət ölümünü" təfsir edərək belə buyurdu:
جاهليّة كفرٍ و نفاقٍ و ضلَال
📜"Cahiliyyət ölümündən məqsən küfr, nifaq və zəlalətdir".²
🔸İmamı tanımaq hər bir zamanda vacibdir.Hətta bir gecə belə İmamı tanımadan yatmaq insanın zəlalətlə ölməsinə səbəbdir.
📖Əhli sünnə alimi Fəxri Razi belə deyir;
Allah Rəsulu(s.a) buyurur:
من مات و لم يعرف امام زمانه فليمت ان شاء يهوديا و ان شاء نصرانيا
📜"Kim öz zəmanəsinin imamını tanımadan ölərsə, ya Yəhudi ya da Nəsrani kimi ölmüşdür".³ (Müsəlman olaraq ölməmişdir)
.
✒️Şiə və Əhli sünnənin bir çox mənbələrində bu hədis nəql olunmuşdur. Nəticədə bu sual meydana gəlir ki Peyğəmbərin(s.a) itərti Hz,Fatimə(ə) öz cəddinin buyurduqlarını inkar etmişdir!?
🔺Bu məsələni sizin əqliniz necə qəbul edir!?
✍️Bir halda ki sizin öz Əhli sünnə alimləriniz bir çox yerdə Peyğəmbər(s.a) Əhli beytinin(ə) paklığına və xətadan uzaq olduqlarına şəhadət vermişlər.Bəzi yerlərdə də mübahisədən qaçaraq öz məğlubiyyətlərini izhar etmişlər.Nəticədə Hz, Fatimənin(ə) öz zəmanə İmamını tanımamsı əsassız bir şübhədir.Ən əsasıda Peyğəmbər(s.a) qızının Əbu Bəkrə beyyət etməməsi və ömrünün son anlarında belə onu danışdırmamsı məlum məsələdir.Əgər iddia etsəz ki Hz,Fatimə(ə) Əbu Bəkrə beyyət etmişdir,bəs niyə beyyət edənin evin yandırırsınız!?
🔰Sizin öz kitablarınız "Səhih Müslim"və "Səhih Buxari" də Peyğəmbər(s.a) qızı Xanım Fatimənin(ə) Əbu Bəkrə qəzəblənməsini belə bəyan edir:
انٍّي اُشهدُ الّله وَ مَلاىِٔكتهُ اَنّكُما
اَسخَطتُمانى وَ ما اَرضَيتُمانى و لَىِٔن الَقِيتُ النَّبِىَّ لَاشكُوَنَّكُمَا
📜"Allah və onun Mələklərini şahid tuturam ki siz iki nəfər məni qəzəblədirdiniz.Peyğəmbərə(s.a) sizdən şikayət edəcəyəm".⁴
♻️Hz, Fatimə(ə) ömrünün sonunda belə Əbu Bəkr və Ömərə qəzəbli oldu və heç bir halda onlarla danışamdı. İmamı Həzrəti Əlini(ə) müdafiə etmək üçün öz canından keçrək İmamət yolunda şəhadətə çatdı.
🏴Salam olsun sənə Peyğəmbərin(s.a) ciyər parəsi.
------------
📚Mənbə:
1.Mənaqib Ali Əbitalib c,1 səh,246, Biharul Ənvar c,32 səh,331
2.Üsuli Kafi c,1 səh,377
3.Məcmuğətül Rəsail səh,384
4.İmamət və Siyasət c,1 səh,20,31.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
Bağışlayan və mehriban Allahın adı ilə.
🏴"Hz,Fatimə(ə) Quranın bənzəridir".
▫️Hz,Fatimənin(ə) mübarək vücudu Quranla bərabərdir.Çünki Quranda elə bir həqiqət yoxdur ki Hz, Fatimə(ə) bilməsin və Hz,Fatimənin(ə) elə bir əməli, rəftarı yoxdur ki Quran onu deməmiş olsun.Nəticədə Hz, Fatimə(ə) bütün vücudu ilə Quranın bənzəridir.
▫️Əgər bir şəxsin vücudu İncilin bənzəridirsə və hal_hazırda bütün aləmi özünə cəzb edibsə,bu məsihiyyətin Hz,Məryəmi(ə) aləmə tanıtdırmasından ibarətdir.Amma biz hələ də o göz yaşlarında qalmışıq.
Əza məclisləri qurub göz yaşı tökmək bizim milli və mənəvi dəyərlərimizdir. Əlbəttə böyük səvabı vardır.Amma bu məclislərdə bizim ən mühüm vəzifəmiz Əhli_beyti(ə) bütün insanlara tanıtmaqdır.Bu mühüm vəzifəni də bizə Allah Rəsulu(s.a) buyurumuşdur:
یا اَیُّها النّاسُ اِنّى قَدْ تَرَکْتُ فِیکُمْ ما
اَخَذتُمْ بِهِ کِتابَ اللهِ وَ عِترَتِى، اَهْلَبَیْتِى
📜"Ey camaat! Mən sizin aranızda iki əmanət qoyuram. Əgər onlardan yapışsanız (onlara sarılsanız), heç vaxt zəlalətə düşməzsiniz. (O iki əmanət) Allahın kitabı və Əhli-beytimdir!"¹
✍️Allah Rəsulu(s.a) Quran və İtrətini(Əhli beyt) birgə zikr edərək bu iki əmanətin bir birindən ayrı olmadığını və Qurandan yapışmağın eyni Əhli_beytdən yapışmaq olduğunu bəyan etmişdir.Allah Rəsulunun(s.a) itrəti olan Hz,Fatimə(ə) heç bir halda Qurandan ayrı düşməmiş və Quran da daim onunla olmuşdur.
-----------------
📚Mənbə:
1.Səhihi-Termizi", 5-ci cild, səh. 662, "Əhli-beytin fəzilətləri" bölümü, hədis: 3786
2.Fatimə Üsve Bəşər_səh,73
3.Şəriət Ayne Mərifət_səh,144
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
Bağışlayan və mehriban Allahın adı ilə.
🏴"Əhli_beyti tanımağın vacibliyi".
✍️İnsan nəfsinin islahı və səadətə çatmağın ən dəyərli anları cavanlıq vaxtlarıdır.İnsan gərək bu anların qədrin bilsin, çünki cavanlıqda pak olan fitrətinin vasitəsi ilə hidayət yolunu tapa bilər və müxtəlif elmləri, saleh əməl sahiblərini və ilahi rəhbərləri tanımış olar.Bu hidayət yolunda İlahi Rəhbərlərin buyurduqları və əməlləri həqiqətə çatmaq üçün ən doğru vasitədir.Bunun bariz nümunəsi isə Hz,Siddiqə Tahirədədir(s).Çünki yalnız hidayətə qovuşmuş şəxs digərlərini hidayət edə bilər.Əks halda bu mümkün deyildir.Bəşəriyyətin əbədi hidayətə qovuşması Allah Rəsulu(s.a) və onun Əhli_beytinə(ə) məhəbbət bəsləyib, onları özlərinə nümunə qərar verilməsindən ibarətdir. Allah təala bu barədə öz Rəsuluna(s.a) belə buyurur:
ذَٰلِكَ الَّذِي يُبَشِّرُ اللَّهُ عِبَادَهُ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ ۗ قُلْ لَا أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا إِلَّا الْمَوَدَّةَ فِي الْقُرْبَىٰ ۗ وَمَنْ يَقْتَرِفْ حَسَنَةً نَزِدْ لَهُ فِيهَا حُسْنًا ۚ إِنَّ اللَّهَ غَفُورٌ شَكُورٌ
📜"Bu, Allahın, iman gətirərək yaxşı işlər görmüş bəndələrini müjdələdiyi həmin şeydir. De: «Sizdən bunun (ilahi tapşırıqların çatdırılmasının) müqabilində qohumlarım barəsində (qəlb və əməldə olan) məhəbbətdən başqa bir muzd istəmirəm.» Kim bir yaxşı iş görsə, Biz onun üçün həmin işdə yaxşılıq artırarıq. Həqiqətən Allah bağışlayan və qədirbiləndir".¹
✒️Bəşər əgər dünya və axirət səadətinə nail olmq istəyirsə, Allah Rəsulunun(s.a) Əhli beytini(ə) tanımaqdan və onları özlərinə nümunə qərar veməkdən başqa çarələri yoxdur.Çünki Quran ayələrinin əsasında İsmət və Təharət sahibi olan və Allahın yer üzərində xəlifəsi Peyğəmbər(s.a) və Əhli_beytidir. Bəşəriyyətin bu ilahi rəhbərlərin müqabilində vəzifəsi onlara məhəbbət bəsləyib, itaət etməsidir.Allah təala bu barədə öz müqəddəs kitabında belə buyurur:
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا أَطِيعُوا اللَّهَ وَأَطِيعُوا الرَّسُولَ وَأُولِي الْأَمْرِ مِنْكُمْ
📜"Ey iman gətirənlər, Allaha itaət edin, Onun peyğəmbərinə və (Peyğəmbərin məsum canişinləri olan) öz əmr sahiblərinizə tabe olun".²
📖 Bir çox ayə və rəvayətlər əsasında Peyğəmbər(s.a) qızı Xanım Zəhranın(s) bütün bəşəriyyətə nümunə olması aşkar bir məsələdir.Aişə Hz,Zəhranın(ə) bir çox cəhətdən atası Rəsuləllaha(s.a) oxşamasını belə bəyan edir:
📜"Simada, danışıqda, rəftarda, oturub və durmaqda Peyğəmbərə(s.a) Fatimdən(s) başqa oxşayan görmədim".³
🔸Sonra Aişə belə dedi:
📜"Peyğəmbərdən(s.a) başqa Fatimə(ə) qədər doğru danışanı görmədim".⁴
♻️Biz həqiqətən Peyğəmbər(s.a) qızının məqamını dərk etməkdə acizik.Bəşəriyyətin vəzifəsi ismət sahibi olan Əhli_beytin(ə) həqqaniyyətini əql vasitəsilə qəbul etməsidir.
-------------------
📚Mənbə:
1.Şura surəsi Ayə/ 23.
2.Nisa surəsi Ayə/59.
3.Sünəni Termizi c,5 səh,361
4.Mənaqib Ali Əbi Talib c,3 səh,341
Salam Aleykum əzizlər. Sizlər üçün teleqramın gözəl kanallarını bir araya toplamışıq. Bu kanallara abunə olmaq üçün altdakı butonlara toxunun 👇
✅ Hazırladı: @hesen_1214
🌙🌙🌙🌙🌙🌙
🚩Zəhra(s) balası İmam Həsən Əskərinin(ə) mövludu münasibətilə hər birinizi təbrik edirik!
🌙🌙🌙🌙🌙🌙
🔺Linkləri paylaşaraq dəstək ola bilərsiz.
🔗https://chat.whatsapp.com/KzZPAUm0iz7CSJG77ARoek
🔗https://www.instagram.com/p/CqkcDvrunIo/?igshid=YmMyMTA2M2Y=
🏴 Allah yolunda öldürülənlərə “ölü" deməyin! Əksinə, onlar diridirlər, lakin siz bunu hiss etmirsiniz.
#Salam olsun Zəhra(s) balasına.
? Nəzr orucu və nəzr namazının qəzası;
⁉️Sual:
Bir şəxs nəzr edir ki müəyyən bir vaxtda ibadət edəcək,məsələn nəzr orucu tutacaq,amma bu nəzri yerinə yetirmək yaddan çıxır.Bu əməlin qəzası var?
✍️Cavab:
?Ayətullah Xamenei(h);
Nəzr orucunun qəzasın yerinə yetirməsi həmin şəxsə vacibdir.Amma digər ibadətləri əgər qəsdən tərk edibsə kəffarəsin ödəyəcək.
?Ayətullah Məkarim Şirazi(h);
Ehtiyatı vacibə əsasən qəzasın yerinə yetirəcək və əgər qəsdən tərk edibsə, kəffarəsində verəcək.
?Ayətullah Xamenei(h) və Ayətullah Məkarim Şirazi(h), suallara cavab bölməsi.
┄┅─İlahi_Hökm─┅┄
? Cümə namazından əvvəl zöhr namazını qılmaq.
? Sual:
❇️ Bir şəxs zöhr və əsr namazını cümə namazından əvvəl qıla bilər yoxsa gözləməlidir ki, cümə namazı bitsin sonra qılsın?
✍?Cavab:
?Ayətullah Xamenei(h):
Cümə namazını gözləməsi ona vacib deyil.Cümə namazından qabaq zöhr və əsri qıla bilər.
?Ayətullah Məkarim(h):
Cümə namazından qabaq zöhr və əsri qılsa namazı düzdür.Amma yaxşı olar ki,cümə namazının hörmətini qorumaq üçün zöhr namazını təxirə sala.Məxsusən məsciddə olduğu halda.
? Ayətullah Xamenei(h) suallara cavab bölməsi.
Last updated 1 month, 2 weeks ago
سيرافقك قلبي إلى اخر العمر
- لطلب تمويل تواصل ← : @ooooow
- قناة التمويلات : @xxxxzz
Last updated 3 weeks ago
https://t.me/hjjhhhjjnkkjhgg1234
Last updated 2 months, 2 weeks ago