✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )
Last updated 2 months, 3 weeks ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 5 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 1 year, 2 months ago
Həmişəki kimi elmi və dini kanallarla qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla telegramın ən faydalı və ən böyük kanallarına abunə ola bilərsiniz.
Sənə lazım olana toxun və abone ol 💫
➪ 𝙰𝚍𝚖𝚒𝚗: @toplu_admini
*Övladlarımıza İmam Zamanı (ə.f.ş) necə tanıdaq ?
Övladlarımız - bizim gələcəyimizdir. Ona görə də onların örnək və nümunəsi elə insanlar olmalıdır ki, gələcəklərini parlaq və ümidli etsin. Hər bir Əhli-beyt davamçısı üçün gözəl örnək İmam Zaman (ə.f.ş) ağadır. Ona görə də bir mənəvi ailədə böyüyən uşaq da İmamı (ə.f) özünə örnək bilməlidir. Bu vəzifə valideynlərin üzərinə düşür ki, İmamı (ə.f) övladları üçün örnək və nümunə qərar verə bilsinlər. Müasir yanlış və göstərişli örnəklər ardınca olmasınlar.
Bəs nə edək ki, övladlarımız İmam Zaman (ə.f) ağaya yaxınlaşsın və onu özünə örnək bilsin?
Ustad Ənsariyanın (ht) valideynlərə bəzi tövsiyyələri vardır ki, onlara əməl edərək bu məqsədə çatmaq olar:
🌸 İmam Zaman (ə.f.ş) haqqında biliyini artırın.
🌸 Əgər evdə kitabxananız vardırsa İmamla (ə) bağlı çoxlu kitablar alın ki, övladlarınız da oxuya bilsinlər.
🌸 Telefonlarınıza İmam Zaman (ə.f) ilə bağlı mahnı və dualar yükləyin.
🌸 İmamla (ə.f) əlaqəsi olan insanların həyat hekayələrini onlar üçün oxuyun.
🌸 Uşaqlarınıza İmama (ə.f) ehtiram göstərməyi öyrədin. Misal üçün, İmamın (ə.f) mübarək adı çəkilən zaman ayağa qalxmağı unutmayın.
🌸 İmamı (ə.f) mehriban ata kimi təqdim edin.
🌸 Uşaqlarınızdan istəyin ki, İmam (ə.f) üçün dua etsinlər.
🌸 Uşaqlarınıza başa salın ki, İmam (ə.f) onların səsini və duasını harada olurlarsa-olsunlar eşidir.
🌸 Onlara deyin ki, siz dua edən zaman, İmam (ə.f) da sizə dua edir.
🌸 Uşaqlarınızın bu mövzunu dərk etməklə bağlı tutumuna diqqət edin və ifrat etməyin.
🌸 Çalışın ki, uşaqlarınız mənəvi olaraq Məhdəviyyət mövzusuna qarşı teşnə olsunlar.
🌸 Ailə mərasimlərində İmamı (ə.f) yada salın və salavat göndərin.
🌸 Övladlarınıza başa salın ki, əgər İmamla (ə.f) dost olmaq istəyirlərsə, yaxşı və bəyənilən işlər yerinə yetirsinlər.
🌸 Uşaqlarınızdan istəyin ki, İmama (ə.f) məktub yazsınlar.
🌸 İmamın (ə.f) uşaqlıq dövründə etdiyi işlərdən onlara danışın.
🌸 Onlara deyin ki, əgər dərsində müvəffəq olsan, İmama (ə.f) yardım etmiş olarsan. Çünki İmamın (ə.f) dostları bilikli insanlar olmalıdır.
🌸 Uşaqlarınızdan istəyin ki, İmamla (ə.f) bağlı təəssüratlarını sizinlə bölüşsünlər.
🌸 Uşaqlarınızla elə rəftar edin ki, İmam (ə.f) kimi bir insanla fəxr etsinlər.
🌸 Uşaqlarınıza öyrədin ki, İmama (ə.f) hər gün hədiyyə göndərə bilərsiniz. Bu hədiyyə İmama (ə.f) göndərdikləri salavatdır.*@usaq_terbiyesi
Telegramın ən böyük və ən faydalı kanalları ilə qarşınızdayıq. Özəlliyimiz hər kanalı topluya almamağımızdır.
ÖVLADI 4 CÜR ÖPMƏK
Ata öz övladını hər gün 4 cür öpməlidir və hər bir öpüşün də xüsusi məkanı vardır:
1) "İftixar öpüşü" - başın üstündən; yəni mən səninlə fəxr edirəm,
2) "Razılıq öpüşü"- alından; yəni mən səndən razıyam,
3) "Şövq öpüşü" - yanaqlardan; yəni mənim sənə şövq və meylim vardır,
4) "Məhəbbət öpüşü" - əllərdən; yəni mən səni çox sevirəm.
Maraqlısı da budur ki, Hz. Muhəmməd Peyğəmbər (s) ciyər parəsi olan Hz. Fatimeyi-Zəhranın (s.ə) ayağına durar, onun alın və əllərini öpər və o səmavi şəxsiyyəti qoxulayardı. Yəni Peyğəmbər (s) demək istəyirdi ki, mən Fatimədən razıyam, siz də ondan razı olun, mən Fatiməni sevirəm, siz də onu sevin. Fatiməni qoxulayarkən peyğəmbərlik və imamət qoxusunu duyuram, qızım Fatiməni razı salmağa çalışın ki, peyğəmbər və imamları razı salmış olasınız. Fatiməni sevin ki, Allah da sizi sevsin.
Valideynlər övladları ilə ünsiyyət qurub həyatlarının necə keçdiyini soruşmurlar. Vaxt tapdıqca bir az sığallayıb əllərinə bir oyuncaq verib, "Uşaqlar, indi gedin özünüz oynayın",- deyirlər. Əslində bu, "Nə edirsiniz - edin, gözümdən itin, təki, bizi rahat buraxın",- deməkdir. Uşaqlıq dövrü, uşaq ağlı və qəlbi baxımsız tarla kimi boş qalır. Çünki ora heç bir yaxşılıq toxumu səpilməyib. Onlara yaxşılıq, dürüstlük və sevgidən bəhs edilsə də bunlar bayagılaşmış, sıxıcı və soyuq ifadələrlə izah olunur. Uşaq zəkasını canlandıracaq və onların marağını çəkə bilən cümlələr qurmağı bacarmırlar. Onların həssas qəlbini isidəcək heç bir şey etmirlər.
Doğrusu uşaqlar ata-anaları, əmiləri və bibiləri, dayıları və xalaları ilə bir evdə yaşasalar da yetim kimi böyüyürlər. Onları yaxşı yedizdirib, yaxşı geyindirib sağlamlıqlarına diqqət edə bilərlər, ancaq uşağın zəkası və qəlbinin təmizliyi mövzusunda başlarını çox az işlədirlər.
#Bəyaz_Zanbaqlar_Ölkəsində
https://t.me/turalceferi
Faydalı və biri-birindən maraqlı olan kanallarla qarşınızdayıq. Buttonlardan birinə toxunmaqla kanallara abunə ola bilərsiniz.
Hazırladı: @toplu_admini
Bəzi valideynlər var ki, övladlarını döyürlər və döyən kimi də dərhal nəvaziş göstərirlər. Təbii ki, uşağı döymək heç bir halda qəbul edilən deyil və tərbiyə metodlarının ziddinədir. Lakin döyülən kimi nəvaziş göstərmək özü də səhv bir şeydir. Çünki uşaqların zehni elə formalaşır ki, əvvəl kötək sonra isə nəvaziş. Buna görə də nəvaziş görməkdən ötrü qəsdən nadinclik edilər ki, döyülüb nəvaziş görsünlər. Bəzi hallarda qız uşaqlarında evlənəndən sonra da bu xüsusiyyət qala bilir.@usaq_terbiyesi
✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )
Last updated 2 months, 3 weeks ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 5 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 1 year, 2 months ago