✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )
Last updated 2 months ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 4 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 1 year, 2 months ago
Əttarlar məhəlləsi.
Ümumi məlumat. Xəritə.
Əttarlar Gəncə şəhərinin ən qədim tarixi məhəllələrindən biri olmuşdur. Məhəllənin adı ilk dəfə 1729-cu ildə Osmanlı mənbələrində çəkilir.
Məhəllə şimaldan İmamlı, şərqdən Gəncəçayı, cənubdan Zərrabi, qərbdən isə Şah Abbas meydanını əhatə edirdi. O, indiki Əttarlar, Həsən Əliyev, Mirəli Qaşqay, Həsənəli qardaşları, Sabir küçələrini və həmçinin Heydər Əliyev prospektinin müəyyən hissələrini əhatə edirdi.
Əttarlar məhəlləsinin adı ərəb-fars kökənli söz olan “əttar” (“ittar” “attar”) sözündəndir. Əttar təbii bitkilər və kimyəfi məmulatlardan hazırlanan efir yağıdır. Onu hazırlayana və ətriyyat, rəngsazlıq, əczaxana və hər cür xırda yeyinti malları ilə alver edən tacirlərə də Əttar deyirdilər.
Əttarlar məhəlləsinin ərazisi böyük olduğu üçün onun daxilində ümumi bir toplumun yaşadığı kiçik məhəllə tipli küçələr də vardır. Onlardan Cuhutlar, Davvaxlar və Seyidlər basalağını qeyd edə bilərik.
Həmçinin XIX əsrin sonu XX əsrin əvvəllərində Gəncənin ən müasir inkişaf etmiş küçəsi olan Elisavetinskaya küçəsi də bu məhəllə ərazisində yerləşirdi.
Məhəllə ərazisində bir sıra məhşur binalar yerləşirdi. Onlardan bəzilərini qeyd edək: Zinger tikiş maşını emalatxanası, Karl Qaberlandtın mülkü, Quberniya Bankı, İ.İ.Pitoyevin bankir evi, H.B.Usubbəyovun kredit bankının binaları, «Rəfiyev qardaşlarının» Ticarət evi, Babayev qardaşlarının «Qara» qastronom mağazası, İzzət bəy Rüstəmbəyovun qrammofon valları mağazası, İosif Samuiloviç Rudnikin kauçuk mağazası, Sukyasov qardaşlarının qastronom mağazası, Hacı Həsənovun məbtəəsi və dəftərxana malları mağazası, S.Əbilov və M.A.Haxverdovun nəşriyyatları, «Zarya» sinematoqrafı bu küçədə cəmləşmişdi.
Burada həmçinin məhəllə məscidi, hamam, İran şəfaxanası, "Mürsəl ocağı" türbəsi və məzarlığı, xristian Georgi kilsəsi, H.Ağayevin evi burada yerləşirdi.
Məhəllə əhalisi buradan keçən Karxana arxının suyundan istifadə edirdilər. Məhəllədə bir sıra məşhur şəxslərin mülkləri olmuş və bəziləri buradakı evlərdə yaşamışdır. Onlardan Rasim və İdris Mehdiyev qardaşları, Həsən bəy Ağayev qardaşları, həmçinin 1930-cu illərdə alim Həsən Əliyev və Heydər Əliyev, aktyor Mehdi Məmmədov bu küçədəki evlərdən birində yaşamışdır.
Ərazisi, sərhədləri, əhatə etdiyi yerlər və küçələr:
Əttarlar məhəlləsi şimaldan İmamlı, Mürsəl ojağı qəbiristanlığı, şərqdən Gəncəçayı və Aleksandr bulvarı, cənubdan Zərrabi, qərbdən isə Qəssablar məhəlləsi ilə Şah Abbas meydanını əhatə edirdi. O, indiki Əttarlar, Həsən Əliyev küçəsinin Heydər Əliyev prospektindən şərqə tərəf olan hissəsini, Gəncə küçəsinin Heydər Əliyev prospektindən körpüyə tərəfini, Mirəli Qaşqay, Həsənəli qardaşları, Heydər Əliyev prospektinin və Sabir küçələrinin müvafiq hissələrini əhatə edirdi.
Adı və Etimologiyası:
Əttarlar məhəlləsinin adı ərəb-fars kökənli söz olan “əttar” (“ittar” “attar”) sözündəndir. Əttar təbii bitkilər və kimyəfi məmulatlardan hazırlanan efir yağıdır. Onu hazırlayana və ətriyyat, rəngsazlıq, əczaxana və hər cür xırda yeyinti malları ilə alver edən tacirlərə də Əttar deyirdilər. Bu məhəllədə bu peşə ilə məşğul olan insanlar yaşadığı üçün məhəllənin adı Əttarlar olaraq qalmışdır. Məhəllə sakinləri XIX əsrdə Gəncənin “Şeytan bazar” adlanan bazarın yaxınlığında zəfəran, sarıkök, istiot, darçın, sumax, zəncəfil, zirə, mixək, hil, xaş-xaş, lumu cövhəri və s. ədviyyat mallarının satışı ilə məşğul olurdular. Əttarlar kəndbəkənd gəzərək xalqa məlum olan dərman bitkilərini, müalicə vasitələrini toplayır və daha sonra onların satışı ilə məşğul olurdular. XIX əsrdə Gəncəbasarda tibb məntəqələrində həkimlərin azlığı və olmamasına baxmayaraq yerli əttarlar hazırladıqları müalicəvi dərman vasitələri ilə xəstələrin müalicəsi ilə məşğul olurdular.
Gəncə 22 sentyabr 1991-ci il.
Ayaz Mütəllibov, Nursultan Nazarbayev və Boris Yeltsin.
Гянджа. Аяз Муталибов, Нурсултан Назарбаев и Борис Ельцин, 1991 год
1854-cü ilin statistikasına əsasən Gəncə şəhərində müxtəlif istiqamətdə fəaliyyət göstərən sənətkarlar və onların sayları.
1909-cu il, Gəncə xəbərlərindən:
2) Şəhər böyük bir həyəcana düşüb qırmızısaqqal, qarasaqqal hacı, kərbəlayı, məşədilər saqqalarını buluya-buluya söylüyürlər ki, Axund Pişnamazzadə lap «tazə müsəlman» olub, çünki nitqində dedi ki, həzarət, köhnə üsul ilə üsuli-cədidin təfavütünü [fərqini] görün, məktəbə kömək edin, nicatımız məktəbdədir... Hacılar böylə qərar qoydular ki, tazədən genə də «danosbazlığa» iqdam olunsun, çünki axundun sözlərindən və cəmaətdən kömək istəməyindən böylə anlaşıldı ki, niyyəti əhalini soymaqdır.
3) Ayın 24-ndə şəhərə böyük bir səs düşdü. Hamı bir-birinə dəydi, iranlılar konsul təvəssütü ilə qubernatora asi oldular... İxtişaşa səbəb gənə bir «intelligent» olmuş, mərdi-azar doktor Ağayev bir pristav da götürüb düçdü çayçı dükanlarının canına ki, nə var nə var, mən tiryək və tiryək çəkənləri axtarıram, gərək bu tiryəkxanaları bağlıyam və qoymuyam ki, gəncəlilər də iranlılar kimi tərəqqi edib tiryəkə adət eləsinlər... Yazıq doktor elə bilir ki, xanlıq karvansarayından bir də daş qostindən [mehmanxanasından] beş hoqqa (tiryək çubuğu) ilə bir girvənkə tiryək tutmaq ilə bizə bir şey eliyə biləcək; zərəri yoxdu, qoy bu iki tiryəkxana bağlansın, o biri çayçıxanalarda çəkərik; mərdi-azarlıq doktorun özünə qalar... Cəmaəti özündən razı eləməkdən isə daha da narazı eləyir... Yazıq çayçıların ruzilərini kəsir... Beş-altı müsəlmanı çörəkdən salır... Axı bu yazıqlar da tiryək satmaq ilə dolanırlar... Nə deyim... Allah özü imanını dürüst eləsin...
@Yusifİsmayıl
Gəncədə tarixi mülklərin birində yerləşən maraqlı barelyef. Barelyef XX əsrin əvvəllərində Rusiyada o cümlədən Qafqazda məşhur olan Polşanın "Fink Wille" şirkətinin istehsal etdiyi isitmə peçinin üzərində həkk olunub. Barelyefdə üzərində "massonik" simvol olan lövhə saxlayan başsız mələk təsvir olunub.
1941-ci ildə Sankt-Peterburq şəhərinin blokadada olduğu zaman Ermitaj muzeyində dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 800 illiyinə həsr olunmuş təntənəli yığıncağın dəvətnaməsi.
Пригласительный билет Государственного Эрмитажа на торжественное заседание, посвященное 800-летию со дня рождения великого Азербайджанского поэта Низами Ганджеви. Эрмитаж. 19 октября 1941 г.
✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )
Last updated 2 months ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 4 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 1 year, 2 months ago