Səhabələrin Həyatı

Description
✍🏻| Səhabələr Peyğəmbərimizi ﷺ görüb ona iman gətirən və bu din üzərində ölən şəxslərə deyilir. Məhz onlar həqiqi möminlərdir...

İnstagram səhifəmiz;

instagram.com/sehabelerin_heyati

✉️ Digər kanal; @qurani_kerimm
Advertising
We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )

Last updated 3 days ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 2 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 12 months ago

2 months ago

Odu söndürmək🔥

🌸Əbu Musa ⏩️ demişdir:

"Bir dəfə gecə vaxtı Mədinədə bir ev içindəki sakinləri ilə birlikdə yandı. Bu haqda Peyğəmbərə *✔️ xəbər verildikdə, o belə buyurdu: "Bu od sizə düşməndir. Odur ki, yatmaq istədiyiniz zaman onu söndürün."*

📖 Buxari, Muslim, İbn Macə

🔔 t.me/sehabelerinheyati

2 months ago

3 nəfərdən 2-sinin gizli danışması *🔽
Abdullah ibn Məsud
⏩️ rəvayət edir ki, Peyğəmbər ✔️*** belə buyurmuşdur:

"Üç nəfərdən ibarət bir toplum camaata qaynayıb qarışanadək, onlardan ikisi öz aralarında pıçıldaşıb üçüncüsünü kənarda qoymasınlar. Çünki bu hərəkət onu kədərləndirər."
Buxari, Muslim

↖️ t.me/sehabelerinheyati

2 months, 1 week ago

🐚 Aişə ▶️ demişdir:

"İnsanlardan sözündə, danışığında və oturuşunda Peyğəmbərə *👑 Fatimədən daha çox oxşayan bir adam görməmişəm. Peyğəmbər 👑 Fatimənin onun yanına gəldiyini gördükdə ona: "Xoş gəldin!"- deyər, sonra da ayağa qalxıb onu öpərdi Sonra Peyğəmbər 👑 onun əlindən tutar və gətirib öz yerində otuzdurardı Həmçinin, Peyğəmbər 👑 onun yanına gəldikdə Fatimə ona: "Xoş gəldin!"- deyər, sonra da ayağa qalxıb onu öpərdi. (Nəhayət,) vəfat etməsinə səbəb olan xəstəliyə tutulduğu zaman Fatimə onun yanına gəldi. Peyğəmbər 👑 yenə ona: "Xoş gəldin"-dedi. Fatimə Peyğəmbərə tərəf əyildikdə Peyğəmbər 👑 onu öpdü və ona pıçıltı ilə bir söz dedi. Fatimə ağlamağa başladı. Sonra yenə ona pıçıltı ilə söz dedi. Fatimə güldü. Mən qadınlara dedim: "Düşünürəm ki, bu qadının digər qadınların yanında üstünlüyü vardır. Halbuki, o da bir qadındır. O, əvvəlcə ağlamağa başladı, sonra isə güldü. Mən ondan soruşdum. "Peyğəmbər 👑 sənə nə dedi?" Fatimə dedi: "Əgər mən bunu desəm sirri yaymış olaram." Peyğəmbər 👑 vəfat etdikdən sonra Fatimə dedi: "Peyğəmbər 👑 (əvvəlcə) mənə pıçıldayıb: "Mən ölürəm!" dedi. Mən də buna ağladım. Sonra yenə mənə pıçıldayıb: Ailəmdən mənə qovuşan ilk adam sən olacaqsan!" dedi və mən buna sevindim, bu, mənim xoşuma gəldi.
💌* Buxari, Muslim, Nəsai

t.me/sehabelerinheyati

2 months, 1 week ago

💎Əbu Hureyrə ⏩️ rəvayət edir ki, Peyğəmbər ✔️ demişdir:

"Sizdən biriniz yatağına uzanmaq istədikdə, izarının ətəyinin iç tərəfi ilə çarpayısını çırpıb təmizləsin" və "Bismilləh!"- desin. Çünki o, özündən sonra yatağa nəyin girdiyini bilmir. Uzanmaq istəsə, qoy, sağ tərəfi üstündə uzanıb desin: "Ey Rəbbim, Sən pak və müqəddəssən. Sənin sayəndə böyrümü yerə qoydum, Sənin sayəndə də qaldıraram. Ruhumu tutub saxlasan, onu bağışla! Onu buraxsan, əməlisaleh qullarını qoruduğun kimi onu da qoru!
🟣 Əbu Davud, 5050.

💎 t.me/sehabelerinheyati

2 months, 1 week ago

📌Bacılar üçün Mədinə 1, 2 kursu

Dərslər fərdi şəkildə tədris olunur. Ödənişlidir. Yanaşı əlavə kitablarda götürülür. Ətraflı məlumat 👉🏻 @ereb_ders_bot

2 months, 2 weeks ago

🌸 Fatimənin *▶️ *fəzilətləri;

🕳🕳. Fatimə, qəbirə qoyularkən üzərinə örtük çəkilən ilk qadındır; Ummu Cafar *▶️ rəvayət edir ki, Muhəmmədin qızı Fatimə ölüm yatağında ikən Peyğəmbərin ✔️ zövcəsinə dedi: "Ey Əsma! Qadınların sadəcə kəfənə bükülmüş halda dəfn edilməsi mənim xoşuma gəlmir. Çünki belə olduğu təqdirdə onların bədən üzvləri bilinir. Əsma ona: "Ey Rasulullahın ✔️ qızı! Həbəşistanda gördüyüm bir şeyi sənə göstərimmi?"- dedi, sonra da yaş budaqlar gətizdirib yerə qoydu və onun üzərinə örtük tutdu." Onda Fatimə dedi: "Bu nə gözəldir! Bunun sayəsində kişini qadından fərqləndirmək olar. Mən öləndən sonra məni ancaq sən və bir də (ərim) Əli yusun, habelə, sizdən başqa heç kəsi mənim yanıma buraxmayın." Fatimə vəfat etdikdən sonra Əsma və Əli onu yudu, (sonra da onu Əsmanın məsləhət gördüyü tərzdə dəfn etdilər.)" (Sunan əl-Beyhaqi, 7180)

Muhəmməd Nasirəddin al-Albani bu əsəri nəql etdikdən sonra demişdir:

"Peyğəmbərin ✔️ ciyərparəsi olmuş Fatiməyə bir baxın, görün o, ölü qadının libasının necə olmasını təmənna edir. (Təmanna edir ki, kişilər onun bədən əzalarını görməsinlər.) Və şəkk yoxdur ki, Fatimə bir qadının sağlığında ikən açıq-saçıq geyinməsinə daha çox və daha çox nifrət bəsləyirmiş. Belə isə o dövrdəki qadınlarla bu dövrdəki açıq-saçıq geyinən, zinət yerlərini naməhrəmlərə göstərən bəzi müsəlman qadınları müqayisə edin! Qoy, bu qadınlar Uca Allahdan bağışlanma diləsinlər, Ona tövbə etsinlər və Rəsulullahın bu hədisini qulaqlarında sırqa etsinlər. Rəsulullah ✔️ demişdir: "Həya ilə iman tamamilə bir-birinə bağlıdırlar. Bunlardan biri aradan qaldırılsa, digəri də aradan qaldırılar (yəni həyası əlindən getmiş adamın imanı da əlindən gedər)"* (Mustədrək əl-Hakim, 58)

🕳🕳. Peyğəmbərin *✔️ nəslindən bu günümüzə qədər yalnız Fatimədən dünyaya gəlmiş kimsələrin nəsli davam etməkdədir, Uca Allah Muhəmməd peyğəmbərə ✔️ yeddi övlad bəxş etmişdir. Onların dördü qız, üçü isə oğlan uşağı olmuşdur. Oğlanları - Abdullah, Qasim və İbrahim üçü də uşaq ikən vəfat etmişdir. Qızları isə böyüyüb həddi-büluğa çatmış və ərə getmişlər. Böyük qızı Zeynəbin, Əbul-Asdan Umama adlı qızı və Abdullah adlı oğlu olmuşdur. Abdullah uşaq ikən vəfat etmiş, Umamə isə böyüyüb həddi-büluğa çatmış və ərə getmişdir. Lakin ondan olan uşaqlardan Peyğəmbərin ✔️ nəsli davam etməmişdir. Ruqiyyəni isə Peyğəmbər ✔️ Osman ibn Əffana ərə vermiş, lakin ondan övladı olmamışdır. Ruqiyyə vəfat etdikdən sonra Peyğəmbər Ummu Kulsumu Osmana ərə vermişdir. Osmanın Ummu Kulsumdan qızı olmuş, lakin o, körpə ikən vəfat etmişdir. Nəhayət, Peyğəmbər ✔️ Fatiməni Əli ibn Əbu Talibə ərə vermiş və ondan Peyğəmbərimizin dörd nəvəsi olmuşdur. Həsən, Hüseyn, Zeynəb və Ummu Kulsum. Ummu Kulsum Ömər ibn Xattaba ərə getmiş və ondan dünyaya iki övlad gətirmişdir. Lakin hər ikisi uşaq ikən vəfat etmişdir. Zeynəbi isə Abdullah ibn Cəfər almış, ancaq ondan övladı olmamışdır. Demək, Rəsulullahın ✔️ nəsli, yalnız Həsən və Hüseyndən davam etmişdir. Yəni, Rəsulullahın nəslindən olduğunu iddia edən hər kəs, bu iki səhabədən birinin nəslindən ola bilər.
🕳*🕳. Qiyamətə yaxın gələcək, "Mehdi" ləqəbi ilə tanınacaq Muhəmməd ibn Abdullah məhz Fatimənin nəslindən, daha dəqiq desək, Həsən ibn Əli ibn Əbu Talibin *👍 zürriyyətindən olacaq.*

t.me/sehabelerinheyati

2 months, 2 weeks ago

🌿Ənəs ⏩️ demişdir:

"Səhabələr heç kəsi Peyğəmbəri **✔️* görmək istədikləri qədər çox görmək istəmirdilər. Lakin buna rəğmən onlar Peyğəmbəri ✔️ gördükdə, onun üçün ayağa qalxmazdılar. Çünki onlar Peyğəmbərin ✔️ bu əməli xoşlamadığını bilirdilər." ¹
⬆️***¹Bu, dəlildir ki, bir adamı əzəmətləşdirmək məqsədilə onun üçün ayağa qalxmaq qadağandır.

📖 Tirmizi (2/125), Əhməd (3,132)

✔️ t.me/sehabelerinheyati

2 months, 2 weeks ago

Asqırdıqda rəhm diləmək*📌
🟢Əbu Burda ⏩️*** demişdi:

"Bir dəfə mən Əbu Musanın yanına gəldim. O, Ummu (Kulsum bint) Fədl ibn Abbasın¹ evində idi. Bu əsnada mən asqırdım, lakin Əbu Musa mənə: "Yərhəmukallah" demədi. (Ummu Kulsum) asqırdıqda isə Əbu Musa ona: "Yərhəmukillah" dedi. Mən bunu anama xəbər verdim. Sonra Əbu Musa anamın yanına gəldikdə anam dedi: "Niyə mənim oğlum asqırdıqda ona: "Yarhamukallah" demədin? Ummu Kulsum asqırdıqda isə ona: "Yərhəmukillah" - dedin?" Əbu Musa dedi: "Mən Peyğəmbərin *✔️ belə dediyini eşitmişəm: "Sizdən biriniz asqırıb, Allaha həmd etsə, ona rəhmət diləyin. Yox, əgər Allaha həmd etməzsə, ona rəhmət diləməyin." Sənin oğlun asqırıb, Allaha həmd etmədi deyə, mən ona rəhmət diləmədim. Ummu Kulsum isə asqırıb, Allaha həmd etdi, mən də ona rəhmət dilədim." Anam ona dedi: "Əhsən sənə!*✉️Muslim (8/225) *➡️ ¹Hərçənd, kitabın bu nüsxəsində "Ummu Fadl ibn Abbas" deyilir, lakin bəzi nüsxələrdə "bint Fadl ibn Abbas" deyilir. Doğru olanı da məhz budur. Bu, İmam Muslimin "Səhih"ində (2992) nəql edilmiş rəvayətdə öz əksini tapmışdır. Bu qadın Əbu Musanın zövcəsi və Fədi ibn Abbasın qızı Ummu Kulsumdur. Qeyd edək ki, Əbu Burda Ummu Kulsumun oğlu yox, Əbu Musanın o biri zövcəsindən - Ummu Abdullah bint Əbu Dumədən olan oğludur.*

t.me/sehabelerinheyati

2 months, 3 weeks ago

Daş atmaq

🌿 Abdullah ibn Muğəffəl əl-Muzəni ⏩️ rəvayət edir ki, Rəsulullah ✔️ daş atmağı qadağan edib demişdir:

"Atılan daş nə ovu öldürər, nə də düşməni məhv edər. O, ancaq göz çıxarar və diş sındırar."

📖 Əbu Davud, 5270.

Hədisin tam variantında rəvayət edilir ki, bir dəfə Abdullah ibn Muğəffəl bir nəfərin barmaqlarının ucu ilə daş atıb heyvan ovladığını görüb dedi: "Bu cür daş atmaqla ov etmə! Çünki Peyğəmbər *✔️ bu üsulla ov etməyi qadağan etmiş və demişdir: "Bu üsulla na ov etmək, nə də düşmən öldürmək olar. Bununla sadəcə diş sındırmaq və göz çıxartmaq olar" Abdullah onun yenə daş atdığını görəndə dedi: "Mən sənə Peyğəmbərin ✔️ bu üsulla ov etməyin qadağan olunmasına dair hədisini rəvayət edirəm, sən isə öz bildiyini edirsən?! Mən səni filan vaxta qədər danışdırmayacağam."*

t.me/sehabelerinheyati

5 months, 1 week ago

Allahım! Bizimlə günahlar arasında pərdə olan Sənin qorxundan, bizi Cənnətinə yetişdirməkdə vəsilə olan Sənə itaətdən, bu dünya müsibətlərini bizim üçün yüngülləşdirməkdə vasitə olan yəqinlikdən bizə pay ver! Allahım! Bizi yaşatdığın müddət ərzində eşitmə, görmə və güc nemətilə mükafatlandır. Bu nemətləri bizim övladlarımıza da bəxş et! İntiqamımızı bizə zülm edənlərə qarşı yönəlt və düşmənlərimiz üzərində qələbə çalmaqda bizə yardım et! Müsibətimizin dinimizdə olmasına yol vermə, dünyanı ən başlıca dərdimiz, qayğımız və elmimizin son pilləsi etmə! Bizə qarşı mərhəmətli olmayanları üzərimizə göndərmə!

?Tirmizi, 5/528, Hakim, 1/258.

t.me/sehabelerinheyati
#İcabətsaatı
#Dua

We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )

Last updated 3 days ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 2 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 12 months ago