AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Description
Azərbaycanda vakansiyalar, iş elanları

Ödənişli iş elanı yayımı üçün: @AzVak_elan ya [email protected]

Əlaqə: 051 343 73 07

AzVak kanalı elanların məzmununa, həmçinin işaxtaran və işəgötürən arasında danışıqlara və razılaşmalara görə məsuliyyət daşımır.
Advertising
We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )

Last updated 3 weeks, 1 day ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 3 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 1 year ago

5 days, 15 hours ago

10 əraziyə KASSİR- SATICILAR tələb olunur
TAM STORE filialları üçün vakansiyalar elan edirik.

Ərazilər: Xətai, Bayıl, İnqilab, Badamdar, Əmircan, Gənclik, Nərimanov, Buzovna, Binə, Zirə .

Tələbələr üçün iş imkanları

Yaş həddi: Kişi- 16 - 60 / Qadın - 18 - 60
Namizəd : Kişi və Qadın

İş qrafiki: 08:00-17:00 ; 14:00-23:00
Həftədə 6 gün

İş şərtləri:
Əmək qanunvericiliyinə uyğun sənədləşmə
Dəyişkən iş qrafiki
Təcrübə vacib deyil.
Tələbələr üçün iş imkanları
Karyera inkişaf imkanları
Nahar və iş forması şirkət tərəfindən qarşılanır
Əmək haqqı 450-500 manat

Müraciət etmək üçün qeyd olunan 099 200 15 02 nömrə ilə əlaqə saxlaya bilərsiz

5 days, 16 hours ago

AŞBAZ tələb olunur

İşəgötürən: Fitway food

Tələblər: Yaş həddi 35-50
Yalnız qadın namizədlər

Vəzifələr:

Avropa yeməklərini bilən, şirniyyat bişirməkdən anlayışı olan qadın aşbaz tələb olunur.

Əmək haqqı: Minimum 800 - maksimum 1000 manat civarında
AR qanunvericiliyinə uyğun əmək müqaviləsi bağlanılır
İş saatı 12:00-21:00 (6 gün)

İş yerinin ünvanı: Bəsti Bağırova 15

Müraciət qaydası:
"Aşbaz" qeyd edib CV-nizi 050 977 17 88 nömrəsinə göndərilə bilərsiniz

6 days, 15 hours ago

“Danaça” ət dükanına KASSİR-SATICILAR tələb olunur

İş yeri: Danaça dükanı

Yaş həddi: 22-35 qadın namizəd

İş qrafiki: Növbəli, 6 gün
İş saatları: 09:00 - 15:00 və ya 15:00 - 21:00.
Maaş: 500 manat + bonus sistemi
Dil biliyi: Azərbaycan və Rus dilləri

Ünvan: 1 nömrəli asan xidmət, İnqlabda

Tel: 050-623-65-75 Rəşad bəy

satıcı

1 week ago

Bir neçə əraziyə Merçendayzer-satıcılar tələb olunur
Supertoys MMC Merçendayzer-satıcı vakansiyası elan edir.

İş yeri: Gənçlik, Əhmədli, Koroğlu, 20 Yanvar Bravoları

Vəzifə öhdəlikləri:

- Məhsulların ticarət nöqtələrində şirkətin təyin edilmiş standartlarına uyğun düzülüşünü təmin etmək
- Ticarət nöqtələrində olmayan məhsullar haqqında məlumatın satış şöbəsinə çatdırılması
- Vitrindəki məhsulların görünüşünün yoxlanılması
- Məhsulların satışını təmin etmək
- Müştərilər ilə gülərüz və mehriban rəftar etmək.
- Görülən işlər və nəticələr barədə hesabatların doldurulması

Namizədə dair tələblər:
- Yaş aralığı: 18-35 yaş
- Müvafiq vəzifə üzrə minimum 1 il iş təcrübəsi
- İntizamlı və məsuliyyətli
- Komanda ilə işləmək bacarığı

İş vaxtı: 09:00-18:00
Əmək haqqı: Fix 500 manat + 150 AZN bonus
055-220-23-72
Komandamızda olmaq istəyən maraqlı olan namizədlərdən CV-lərini mövzu hissəsində vəzifə adını “ Merçendayzer-satıcı “ qeyd etməklə [email protected]ünvanına göndərə bilər.

1 week ago

Qadın Kamera Müşahidəçisi tələb olunur

“SuperToys” oyuncaq mağazalar şəbəkəsi Kamera Müşahidəçisi vakansiyası elan edir

Vəzifə öhdəlikləri:
Kamera vasitəsi ilə müəyyən olunmuş obyektlərin iş gedişatını müşahidə etmək
Şirkət tərəfindən qoyulmuş standartlara əməl edilib edilməməsinə nəzarət etmək
Müşahidə nəticələrini araşdıraraq hesabat hazırlamaq
İşi ilə bağlı , rəhbərliyin verdiyi digər tapşırıqları icra etmək

Namizəd üçün tələblər:
Yaş həddi: 25-45 yaş xanım
Yalnız xanım namizədlər
Diqqətcil, məsuliyyətli
İş saatı 09:00-17:30

İş yeri; Sədərək Ticarət Mərkəzinin girişində ofisdə yerləşir
Əmək haqqı: 450-500 Azn
Əmək məcəlləsinə uyğun sənədləşmə

Qeyd:Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq.

Komandamızda olmaq istəyən maraqlı olan namizədlərdən “ CV ”-lərini mövzu hissəsində vəzifə adını “ Kamera müşahidəçi “ qeyd etməklə [email protected] ünvanına göndərə bilər.
055-220-23-72

1 week, 2 days ago

ÇATDIRILMA ÜZRƏ İŞÇİLƏR tələb olunur

Vəzifə: ONLAYN MAĞAZADA ÇATDIRILMA XİDMƏTİ ƏMƏKDAŞI

Biopet.shop Azərbaycanda ev heyvanları üçün ən böyük internet-portaldır. Fəaliyyətimiz ekspertiza, təcrübə və heyvanlara qarşı səmimi sevgi ilə dəstəklənir.

İş barədə məlumat:

- Məhsulların vaxtında qapıya qədər çatdırılması
- Sifarişlərin müştərilərə qayiməyə əsasən çatdırılması
- Şirkətin daxili nizam-intizam qaydalarına riayət edilməsi

Namizədə tələblər:

- Azərbaycan və rus dili biliyi mütləqdir
- Yaş: 25-40
- Ünsiyyətcil, diqqətli, məsuliyyətli və çalışqan
- B kateqoriyalı sürücülük vəsiqəsinin olması vacibdir
- Şəxsi avtomobilin olması (hibrid - dizel) vacibdir
- Bakı şəhəri və ətraf əraziləri yaxşı bilməli

İş şəraiti:

- 6 günlük növbəli tam ştat iş qrafiki
- 600-700 AZN-dən başlayan rəqabətli əmək haqqı
- AR ƏM əsasən rəsmiləşdirmə
- Mehriban kollektiv
- Yanacaq şirkət tərəfindən ödənilir
- Amortizasiya şirkət tərəfindən ödənilir
- Telefon zəngləri şirkət tərəfindən ödənilir

Namizədlərdən https://forms.gle/UeuPGsNGgS4wd7a88 anketdən keçməyiniz xahiş olnur, ve ya 0 10 232 92 67 nömrəsi ilə əlaqə saxlaya bilərsiz

1 week, 5 days ago

Təhlükəsizlik əməkdaşı (mühafizəçi) tələb olunur

İş vaxtının norması: Növbəli iş qrafiki.

Vəzifə üzrə əmək haqqı digər imtiyazlar:
Əmək haqqı: 650AZN + Yemək şirkət tərəfindən.

Əsas tələblər:
Təhsil dərəcəsi: Orta;
Yaş həddi: 18–30; Namizəd KİŞİ
Təcrübə: Müvafiq sahədə minimum 1il iş təcrübəsi;
Boy: minimum 1.80 sm;
Hərbi xidmətdə olmuş;
İdmanla məşğul olması üstünlükdür (diplom və sertifikatlar arzuolunandır).

Fərdi keyfiyyət göstəriciləri:
Diqqətcil;
Komanda ilə işləmə bacarığı;
Gərgin iş tempinə uyğunlaşa bilən;
İnsani münasibətləri güclü, səlis danışıq və düzgün diksiya.

İş barədə:

Təlimata əsasən tapşırılan obyektin müəyyən olunmuş vaxt çərçivəsində mühafizəsinin təşkili;
Jurnalda qeydlər aparmaqla qonaqların qəbul edilməsi və yola salınması;
Giriş qapısını və digər tapşırılan obyektləri daimi olaraq nəzarətdə saxlanılması;
Yanğın təhlükəsizliyi tədbirlərinin görülməsi;
Nizam-intizam qaydalarına riayət edilməsi, əməkdaşlardan və ziyarətçilərdən onların icrasını tələb edilməsi.

İş yeri:
Xırdalan şəhəri, Bakı-Quba şossesninin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı https://goo.gl/maps/iFLKeNz2rJoCoWDt5)
Bakı şəhəri, Nizami rayonu, Əlişir Nəvail küçəsi 17

Müraciət forması:
Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Təhlükəsizlik əməkdaşı (mühafizə)” yazmaqla [email protected] mail ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.Wp 0559000551

1 week, 5 days ago

Təftiş işləri üzrə mütəxəssis tələb olunur

İşəgötürən: Sirab Satış və Dağıtım MMC

5 günlük iş rejimi; saat 09:00/18:00

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
Əmək haqqı: Müsahibə əsasında
Yemək pulu və yanacaq pulu şirkət tərəfindən;
Korporativ telefon nömrəsi və danışıq paketi;

Əsas tələblər:

Minimum təhsil dərəcəsi: Bakalavr (İqtisadiyyat üzrə);
Komputer bilikləri: MS Office - orta;
Dil bilikləri: Azərbaycan-əla;
B kateqoriyalı sürücülük vəsiqəsinin və şəxsi avtomobilin olması mütləqdir.
Fərdi keyfiyyət göstəriciləri:
Komanda ilə işləmə bacarığı;
Riyazi biliklər və analitik düşünmə bacarığı;
Planlaşdırma və problem həll etmə bacarığı;
Müşahidə aparmaq və faktların müəyyən edilməsi bacarığı;
İnsani münasibətləri güclü, səlis danışıq və düzgün diksiya, ünsiyyətcil.
Digər tələb və üstünlük göstəriciləri:
ACCA və ya digər kvalifikasiyalar üzrə müvafiq imtahanlardan sertifikat arzuolunandır.

Vəzifə öhdəlikləri:

Satış nöqtələrində məhsulların rəfdə mövcudluğunun, qiymətlərin düzgünlüyünün və rəf payının yoxlanması;
Məhsul çeşidləri üzrə rəfdə FİFO və Planogram standardlarının tətbiqinin yoxlanması;
Müştəri qalıq (stok) hərəkəti tarazlığını yoxlanması;
Günlük plan üzrə təftiş prosesinin təşkili və həyata keçirilməsi;
Yoxlamaların nəticələri haqqında rəhbərliyə hesabatların təqdim olunması.

İş yeri:
Xırdalan şəhəri, Bakı-Quba şossesninin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı)

Müraciət forması:

Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Təftiş işləri üzrə mütəxəssis” yazmaqla [email protected] mail ünvanına göndərmələri xahiş olunur.

Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

1 week, 5 days ago

QADIN VƏ KİŞİ Merçendayzerlər tələb olunur

İşəgötürən: Sirab Satış və Dağıtım MMC

Faliyyət ofis xaricində olacaqdır, hər gün ofisə gəlinmir.

Əsas tələblər:

Minimum təhsil dərəcəsi: Orta;
Dil bilikləri: Azərbaycan – Əla;
Yaş həddi: 18 – 30;
Cinsi: Qadın və Kişi;
Təcrübə: Satış və market sahəsində (əsasən su və spirtli içkilər şöbəsində) minimum 1 il iş təcrübəsi.

Fərdi keyfiyyət göstəriciləri:
Dəqiqlik və detallara diqqətlilik;
Məsuliyyətlilik;
Operativlik;
Nəticə yönümlü;
Müştəri yönümlülük;
Komandada işləmək bacarığı.

İş barədə:
Təmsil etdiyi şirkətin məhsul və xidmətlərinin ən yaxşı şəkildə tanıdılması;
Satış nöqtələrində məhsulların rəfdə, soyuducuda mövcudluğunun və rəf payının təmin edilməsi;
Məhsul çeşidləri üzrə rəfdə FEFO və Planogram standardlarının uyğun düzülməsi;
Məhsulların vitrin və stok üzrə yoxlanması və mövcud olamayan məhsul haqqında satış təmsilçisinə məlumatın verilməsi;
Rəflərin səliqəli olmasının təmin edilməsi və nəzarət;
Müəyyən edilən rut planı üzrə marketlərin ziyarət edilməsi;

İş vaxtının norması: 09:00-18:00

İş yeri:
Xırdalan şəhəri, Bakı-Quba şossesninin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı https://goo.gl/maps/iFLKeNz2rJoCoWDt5).

Müraciət forması:
Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Merçendayzer” yazmaqla [email protected] mail ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

2 weeks, 4 days ago

SMM Menecer tələb olunur

Şirkət: Advert Media Reklam Agentliyi

Yaş həddi: 23-32
Namizəd: Kişi və ya qadın

Əsas üstünlük reklam agentliyində çalışan əməkdaş olmalıdır.
Təcrübəyə əsasən partime və ya Full time ola bilər eyni qaydada maaş təcrübələrə əsasən təyin ediləcək

Tələblər:

  1. Sosial Media İdarəetməsi:
    • Sosial media platformalarında (Facebook, Instagram, TikTok və s.) hesabların idarə olunması və inkişaf etdirilməsi.
    • Hədəf kütləyə uyğun cəlbedici məzmun strategiyalarının hazırlanması və həyata keçirilməsi.
  2. Məzmun Yaradılması:
    • Canva və digər dizayn alətləri ilə sadə və kreativ postların hazırlanması.
    • Həftəlik və aylıq məzmun planlarının tərtib edilməsi.
    • Şirkət imicinə uyğun dizayn və mətnlərin yaradılması.
  3. Reklam Kampaniyalarının İdarə Edilməsi:
    • Facebook Ads Manager və digər reklam platformalarında kampaniyaların qurulması və optimallaşdırılması.
    • Hədəf kütləni düzgün müəyyən etmək və effektiv reklam strategiyaları hazırlamaq.
    • Reklam büdcəsinin idarə olunması və nəticələrin təhlil edilməsi.
  4. Komanda İşbirliyi:
    • Komanda ilə birgə iş planlarının hazırlanması və həyata keçirilməsi.

  5. Təcrübə və Bacarıqlar:

• Rəqəmsal marketinq və sosial media idarəçiliyində ən azı 1-2 il təcrübə.
• Analitik düşüncə və reklam nəticələrini təhlil etmək bacarığı.
• Kreativ düşüncə və yeni trendləri izləmə qabiliyyəti.
• Copywriting bacarıqları üstünlükdür.

Əlaqə üçün:
"SMM " qeyd edib advertmedia.az@mail.ru Mail ünvanına və ya 055 975 55 53 whatsapp üzərindən Cv-nizi göndərə bilərsiniz..

We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )

Last updated 3 weeks, 1 day ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 3 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 1 year ago