Dive into the Ultimate Free Library: Your One-Stop Hub for Entertainment!

ALLAHA DOĞRU

Description
Allaha doğru

Linki silmədən bütün paylaşımları götürə bilərsiz.

Qurupun linki👇
https://t.me/+f1Nkniezo-hmNDAy
Advertising
We recommend to visit

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 7 months, 2 weeks ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
💡 Doğrunu bizdən öyrənin
🔹 Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 4 months, 3 weeks ago

ℹ️ Dünyada və ölkəmizdə baş verən bütün hadisələri və xəbərləri buradan öyrənin!

📝Reklam və iş birliyi @swommfreeaz

Last updated 5 days, 10 hours ago

1 month, 2 weeks ago

Ramazan ayında qədr gecələri neçə gün davam edir?

➪ K𝚊𝚗𝚊𝚕: @islamda_suallar

➪ 𝙰𝚍𝚖𝚒𝚗: @toplu_admini

1 month, 2 weeks ago

İmam Əlinin (ə) müsəlmanlara son vəsiyyəti

Əbul Fərəc nəql edir ki, İmam Əli (ə) zərbətlənəndən sonra Kufə həkimləri yanına gəlir. Onların içində Əsir ibni Əmr kimi mütəxəssisi yox idi. O, yaraları müalicə etməkdə tanınmış mütəxəssis idi. Bu həkim zərbətin yerini görən zaman əmr edir ki, qoyunun ağciyərini gətirsinlər. O, ağciyərdəki damarları çıxardır və həmin damarları yaraya qoyur. Bir qədər sonra çıxardıb onları müşahidə edir. Üzünü Həzrətə (ə) çevirib deyir: “Ey Əmirəl-möminin! Nə vəsiyyətin varsa et ki, bu düşmənin zərbəsi beyninə çatıbdır və müalicənin faydası yoxdur”. Bu zaman İmam Əli (ə) kağız və qələm istəyir və vəsiyyətinə başlayır.
Bu vəsiyyətin qısaldılmış şəklinə nəzər salaq:

“Bismilləhir-Rahmənir-Rahim!

Bu, o vəsiyyətnamədir ki, Əli ibni Əbutalib (ə) onu vəsiyyət edir. Şəhadət verirəm ki, Allahdan başqa məbud yoxdur və şəriki yoxdur. Həmçinin şəhadət verirəm ki, Muhəmməd (s) Onun bəndəsi və Rəsuludur. Allah onu haqq dininə hidayət etmək üçün göndərmişdir ki, bütün dinlərə qalib etsin. Baxmayaraq ki, müşriklər onu xoş qarşılamırlar, Allahın salam və bərəkəti olsun ona!

Həqiqətən, mənim namazım, pərəstişim, həyatım və ölümüm Allahdandır ki, aləmlərin Pərvərdigarıdır. Onun şəriki yoxdur və mən ilk müsəlmanlardanam.

Ey Həsən! Mən səni, bütün övladlarımı və nəslimi və bu vəsiyətnamənin çatdığı hər bir kəsi sizin Pərvərdigarınız olan Allahdan qorxmağa və təqvaya dəvət edirəm. Gərək müsəlman olmamış ölməyəsiniz. Hamınız İlahi kəndirdən yapışın və dağılmayın. Çünki həqiqətən, mən Allahın Rəsulundan (ə) eşitmişəm ki, buyurub: “İnsanların arasını islah etmək - bütün namaz və orucdan yaxşıdır. O şey ki, dini məhv edər, insanların arasında olan fəsaddır. “Lə həvlə vəla qüvvətə illə Billahil-Əliyyil-azim”.

Qohumlarınıza diqqət edin və onlarla sileyi-rəhm edin ki, Allah Qiyamət günü hesabı sizə asan etsin.

Allahdan qorxun, Allahdan qorxun, yetimlərə görə. Ürəyinizin daşlaşmasına görə onların ağızlarına növbə qoymayın.

Allahdan qorxun, Allahdan qorxun, qonşularınıza görə. Rəsulallah (s) onlara görə tövsiyə etmişdir. Belə ki, biz güman edirdik ki, qonşu qonşudan irs aparır. Onların hörməti o qədər böyükdür ki, malından onlar üçün pay ayırmışdır.

Allahdan qorxun, Allahdan qorxun, Qurana görə. Məbada kimsə ona əməl etməkdə sizi qabaqlayar.

Allahdan qorxun, Allahdan qorxun, Allahın evinə görə. Məbada hələ ki, sağsınız, o ev sizdən boş qalsın. Əgər boş qalsa, möhlət verilməz. Əzaba düçar olarsınız, əgər sizdən boş qalarsa, İlahi əzab həyatınıza fürsət verməz.

Allahdan qorxun, Allahdan qorxun, malınızın zəkatını verən zaman. Zəkat İlahi qəzəbi yatızdırar.

Allahdan qorxun, Allahdan qorxun, Ramazan ayının orucuna görə. Çünki o, sizin üçün cəhənnəm atəşindən yaxşı qalxandır.

Allahdan qorxun, Allahdan qorxun, yoxsullara görə. Onları həyatınıza şərik edin, yeyəcək və geyəcəklərinizdən onlara verin.

Allahdan qorxun, Allahdan qorxun, Peyğəmbərinizin (s) ümmətinə görə. Məbada aranızda zülm olsun.

Allahdan qorxun, Allahdan qorxun, Peyğəmbərin (s) səhabələrinə görə. Çünki Rəsulallah (s) onlara görə tövsiyələr vermişdir.

Allahdan qorxun, Allahdan qorxun, əlinizin altında olanlara, kəniz və nökərlərinizə görə. Çünki Peyğəmbərin (s) son tövsiyə bu idi ki, buyurub: “Mən sizə əlinizin altına olan iki gücsüzü sifariş edirəm”.

Namaz, namaz. Hər kim sizə zülm etsə, ya pis düşüncədə olsa, Allah ona kifayət edər.

İnsanlarla gözəl danışın, necə ki, Allah buyurub.

Əmr be-məruf və nəhy-əz-munkəri tərk etməyin. Əks halda hər nə dua etsəniz, Allahdan şəri dəf etməsini istəsəniz, qəbul olmayacaqdır.

Zinhar olsun ayrılıqdan, təfriqədən, dağınıqlıq və bir-birindən üz döndərməkdən.

Bir-birinizin yardımçısı olun. Günah və zülmdə kömək etməyin ki, Allahın əzab və işgəncəsi çox ağırdır.

İndi sizinlə vidalaşıram və sizi Allaha tapşırıram”.

Həzrət (ə) vəsiyyət edəndən sonra davamlı olaraq “Lə İləhə illəllah” deyir və müqəddəs ruhunu tapşırır.

1 month, 3 weeks ago

Ustad Fateminiya:

"Həzrət Peyğəmbərdən(s) soruşdular:

-Qədr gecəsi Allahdan nə istəyək?
Həzrət (s) buyurdu:
- Afiyət (salamatlıq) istəyin."

Özünüz və başqaları üçün ən yaxşı dua afiyətdir.
Bütün duaları afiyətlə bərabər istəyin.
اللهم عافنا في جميع الامور
"İlahi! Bütün işlərimizdə bizə afiyət ver."

Xəstəlik afiyətin ziddidir.
Qeyri saleh övlad afiyətin ziddidir.
Pis qonşu afiyətin ziddidir.
Abırsızlıq afiyətin ziddidir.
Pis nə varsa hamısı afiyətin ziddidir.
Deməli afiyət istəmək hər şeydir.

Ps: Məxsusən bu gecələrdə bir-birimizi dua etməyi unutmayaq.
https://t.me/turalceferi

1 month, 3 weeks ago

❗️Model sinaqlar, Buraxılış və Blok üçün hər gün sinaqlar, Blok suallar üçün nəzər yetirmək, Təzə test toplularin PDF-ləri, İstənilən PDF-lər, Təhsil haqqinda rəsimi xəbərlər, Dini haqqinda bütün qeydlər, Rəsimi xəbərlər ⤵️

➪ K𝚊𝚗𝚊𝚕: @islamda_suallar

➪ 𝙰𝚍𝚖𝚒𝚗: @toplu_admini

1 month, 3 weeks ago

"Danışdığımız bir çox sözlər bizim əməl dəftərimizi ağırlaşdırır. Bəzi suallar var ki, biz yersiz olaraq onu ətrafımızdakı insanlardan soruşuruq, onlar da məcbur qalıb ya yalan danışırlar, ya da ki riyakarlıq edirlər. Bihudə sözləri tərk edin".

Ayətullah Müctəhid Tehrani

T.me/turalceferi

1 month, 3 weeks ago

"Mən sükut etməyin fövqəladə təsirini çox görmüşəm. Qırx gecə-gündüz sükut edin, zəruri sözlərdən başqa heç nə dilinizə gətirməyin, daima Allahı yad edin bu sizin ruhunuza səfa və nuraniyyət bəxş edəcək".

Əllamə Təbətabai

T.me/turalceferi

2 months ago

Ayətullah Sistani ağaya əsasən Novruz bayramı günü oruc tutmağın hökmü nədir?

➪ K𝚊𝚗𝚊𝚕: @islamda_suallar

➪ 𝙰𝚍𝚖𝚒𝚗: @toplu_admini

2 months ago

‼️ 2024 Model sınaqları, blok üçün sinaqlar, PDF-lər, Təzə cixan kitablarin pdf-ləri, sinaqlarin video şəkilndə izahlari, motivasiyalar, təhsil haqqinda bütün xəbərlər, dini haqqinda bütün sözlər, qeydlər, xəbərlər⤵️.

➪ K𝚊𝚗𝚊𝚕: @islamda_suallar

➪ 𝙰𝚍𝚖𝚒𝚗: @toplu_admini

2 months ago

Elə fikirləşməyin ki, günah
etməmək özü çox asan və sadə bir işdir. Bəzən zahirdə sadə
görünən bu işin özü çox çətindir. Günahları tərk etmək axar
çeşməyə bənzəyir. Əvvəlcə siz günahları tərk edin, sonrakı
ibadət və tapşırıqlar özü sizə tərəf gələcək.”

Ayətullah Behcət (r.ə)

T.me/turalceferi

2 months, 1 week ago

Hacı Ismayıl Dolabinin Ramazan ayı ilə bağlı göstərişləri :

1.Çalışın az danışın.
2.Televizorda göstərilən proqramlar ya əyləncə üçündür, ya da uşaqlar üçün. Boş, mənasız şeylərə qulaq asmayın.
3.Gözünüzü qoruyun.
4.Namazdan sonra yarım saat və ya bir saat əyləşib təfəkkür edin.
5.Quran oxuyun. Əlbəttə mənasını başa düşərək oxuyun.
6.Bacardığınız qədər Ramazan ayının səhər və gecə dualarını hər gün oxuyun.
7.Bu ayda ata - ananıza çox yaxşılıq edin.
8.Ailədə həyat yoldaşınız və övladlarınızla mehriban olun. Bir az kobudluq etsəniz, bu ayın bərəkətindən məhrum olarsınız.
9.Fəqirlərə yardım etməyi unutmayın. Bu ayda çoxlu sədəqə verin.

T.me/turalceferi

We recommend to visit

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 7 months, 2 weeks ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
💡 Doğrunu bizdən öyrənin
🔹 Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 4 months, 3 weeks ago

ℹ️ Dünyada və ölkəmizdə baş verən bütün hadisələri və xəbərləri buradan öyrənin!

📝Reklam və iş birliyi @swommfreeaz

Last updated 5 days, 10 hours ago