✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )
Last updated 1 month, 1 week ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 3 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 1 year, 1 month ago
Telegramın ən böyük və ən faydalı elmi, dini, xəbər, motivasiya kanalları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla qeyd etdiyimiz kanallara abunə ola bilərsiniz.
Sənə lazım olana toxun və abone ol ?
➪ ?????: @toplu_admini
Vəhabilərin baxışında Allah Sual: Allah vəhabilikdə necə tanıdılır? Vəhhabilərin Allahı təsvir etməsi İbn Teymiyyə və İbn Qəyyimdən götürülmüşdür və vəhabilər bu iki sələfi şəxsiyyətin ardıcıllarıdır. Vəhhabilərin baxışına görə, Allah insan kimi təsvir…
Vəhabilərin baxışında Allah
Sual:
Allah vəhabilikdə necə tanıdılır?
Vəhhabilərin Allahı təsvir etməsi İbn Teymiyyə və İbn Qəyyimdən götürülmüşdür və vəhabilər bu iki sələfi şəxsiyyətin ardıcıllarıdır. Vəhhabilərin baxışına görə, Allah insan kimi təsvir edilir və məkan, ayaq, əl, ağırlıq və oturduğu kürsü kimi xüsusiyyətlərə malikdir. O, peyğəmbərlər və şəhidlərlə görüşlər keçirir. Həmçinin, vəhhabilərin fikrincə, Allah göylər arasında gəzib dolaşır və hətta namaz qılanın qarşısında dayanır.
Allahın mövqeyi
Vəhhabilər inanırlar ki, Allah yuxarıda və yüksəkdə yerləşir və bunu zəruri və fitri bir məsələ hesab edirlər. Vəhhabilərin əsas köklərindən biri olan İbn Teymiyyə bu yüksəkliyi belə izah edir: Hava yerin üstündədir, buludlar havanın üstündədir və göylər buludların və yerin üstündədir, ərş isə göylərin üstündədir və Allah bütün bunların üstündədir. O, bu məsələni vurğulamaq üçün deyir ki, Allahı görməyi qəbul edən, lakin Allah üçün yüksəkliyi təsdiq etməyənlərin dedikləri zəruri ağıl hökmünə görə məlum fəsaddır! Halbuki Allah buyurur:
فَأَیْنَما تُوَلُّوا فَثَمَ وَجْهُ اللَّه
“Hara dönsəniz, Allahın üzü oradadır.”
Və ya buyurur:
وَ هُوَ مَعَکمْ أَینَ مَا کُنتُم
“Harada olsanız, O sizinlədir.”
İbn Teymiyyə və İbn Qəyyim inanırlar ki, Allah kainatdakı varlıqları yaratmazdan əvvəl qalın bir buludun içində idi ki, onun altında hava yox idi və üstündə də heç bir şey yox idi və kainatda heç bir varlıq yox idi və Allahın ərşi suyun üstündə idi!
Ardı var...
Allah Rəsulu (s) buyurub:
“Dünyaya həris və dolanışıqda tamahkar olma. Var-dövlət toplama, çünki kimin üçün mal topladığını bilmirsən. Sən bilmirsən öz torpağında və ya başqa torpaqda öləcəksən. Həqiqətən də, ruzi bəndələr arasında bölünmüşdür. İnsanın əziyyəti bir fayda verməz. Tamahkar olan hər kəs fəqirdir. Qane olan hər kəs isə zəngindir”.
(Camiul-əxbar, səh 192, hədis 5(659).)
İmam Sadiq (ə) buyurub:
“Dörd şey zay olar:
Vəfasız şəxsə bəxş edilən məhəbbət;
Təşəkkürünü etməyən şəxsə edilən yaxşılıq;
Dinləməyən şəxsə öyrədilən elm;
Qoruya bilməyən şəxsə əmanət edilən sirr”.
(əl-Xisal, cild 1, səh 126.)
*Bir şəxs İmam Baqirdən (ə) soruşur:
- Dostlarınızdan (Əhli-beyt dostlarından) biri günaha yol versə, nəticəsi nə olar?
İmam (ə):
- Allah ona xəstəlik göndərər, ağrılar günahının kəffarəsi olar.
- Əgər xəstəlik göndərməsə?
- Ona pis qonşu qismət edər.
- O da olmasa?
- Pis dost yetirər, bu dostun əzabı kəffarə olar.
- Pis dost göndərməsə?
- Həyat yoldaşı (zövcəsi) pis olar, bu yolla kəffarə verər.
- Zövcəsi pis olmasa necə?
- Ölümündən qabaq ona xalis tövbə tövfiqi verər.
- Tövbə edə bilməsə?
- Biz əlindən tutarıq (şəfaət edərik)...
Ayətullah Müctehidi Tehraninin (r) söhbətlərindən.*https://t.me/kelamlardan
"Ey səfərdə olanlar! Öz səfər yüklərinizi bağlayıb hazırlaşın. Həqiqətən qarşıda çoxlu keçid və dəhşətli mənzillər vardır ki, hamınız hökmən oradan
keçməlisiniz."
Sonra buyurur:
اهُ مِنْ قِلَّةِ الزَّادِ وَطُولِ الطَّرِيقِ وَ بُعْدِ السَّفَرِ وَعَظِيمِ الْمَوْرِدِ
"Ah, yol azuqəsinin azlığı, yolun uzunluğu va düşərgənin
böyüklüyündən!"
İmam Sadiq(s):
من تعلَّقَ قلبُه بالدُّنيا تَعَلَّقَ قَلْبُه بثلاثٍ خصال: هَمٌّ لا يَفني، و أَمَل لا يُدرَكُ، و رجاءٌ لا يُنالُ.
Qəlbini dünyaya bağlayanın qəlbi 3 şeyə bağlanar:
1. Həll olmayan dərdə
2. Çatmadığı arzuya
3. Yetirmədiyi ümidə
Elmi, dini, motivasiya, xəbər, abituriyentlər və s. hamısı bir arada.
✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )
Last updated 1 month, 1 week ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 3 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 1 year, 1 month ago