✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )
Last updated 2 months, 3 weeks ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 5 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 1 year, 2 months ago
﷽
Dünya və axirətdə möminin üç zinəti
İmam Sadiq (ə):
ثَلاَثَةٌ هُنَّ فَخْرُ الْمُؤْمِنِ وَ زِينَتُهُ فِي الدُّنْيَا وَ الْآخِرَةِ: الصَّلاَةُ فِي آخِرِ اللَّيْلِ وَ يَأْسُهُ مِمَّا فِي أَيْدِي النَّاسِ وَ وَلاَيَةُ الْإِمَامِ مِنْ آلِ مُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ
Üç şey möminin fəxri, dünyada və axirətdə zinətidir:
❶ Gecə namazı;
❷ İnsanların əlində olana göz dikməmək;
❸ Əhli-Beytdən olan imamın vilayəti.
📗Şeyx Səduq,"Əmali", səh.544
﷽
İmam Əli (ə):
التَّواضُعُ أنْ تُعْطِیَ النّاسَ ما تُحِبُّ أنْ تُعْطاهُ
"Təvazökarlıq odur ki, insanlarla elə davranasan ki, onların səninlə elə davranmasını istəyirsən".
***📗***"Əl\-Kafi",c.2,səh.124
﷽
Etibarlı şəxsi necə tanıyaq?
Həqiqətən də, bu, çox aktual bir mövzudur. Elə bir insan yoxdur ki, bu sual onun maraqlandırmasın. Çünki biz həyatımız boyu bu məsələ ilə qarşı-qarşıyayıq ki, bu şəxsə güvənmək olar ya yox? Bu şəxs mənim etimadımı doğruldacaq, yoxsa mənim ona olan güvənimdən sui-istifadə edəcək? Bəzən bu məsələ bizi o qədər düşündürür ki, ruhi almalığımızı bizdən alır. Doğurdan, bu narahatlığımıza necə son qoya bilərik? Görəsən bu problemin çözümü varmı? Etibarlı insanı tanıya bilmənin bir yolu varmı? Əlbəttə ki, bu problemin çözümü var. Mən burda özümdən bir söz demədən, sadəcə İmam Sadiqin (ə) — o ilahi mürşiddən bu barədə nəql olun bir hədisi qeyd etmək istəyirəm. Həzrət bu hədisində bizə etibarlı bir şəxsi tanımanın yolunu göstərir. Buyurur: "Bir şəxs üç şey: — mal, sir və namus — ona etibar edilib onları qorumayana qədər əmanətdar (etibarlı şəxs) sayılmaz. Əgər bunlardan ikisini qoruyub, birini zay etsə (qoruya bilməsə), o, əmanətdar deyildir". (Tuhəful-uqul, səh.315)
Yəni sən birini etibarlı və güvəniləcək bir şəxs olmasını bilmək istəyirsənsə, onu üç şeylə sınağa çəkməlisən:
Birincisi, bir miqdar malını onun yanında əmanət qoy və bax gör onunla nə cür davranır.
İkincisi, ona bir sirrini ver və bax gör o, sirrini qoruya bilirmi, yoxsa gedib elə o andaca başqalarına yetişdirir? Ələxsus aranızda anlaşılmazlıq yarandıqda, sözünüz çəp gəldikdə, aranızda soyuqluq yarandıqda, bax gör sənə olan qəzəbindən sirrini faş edirmi, yoxsa yox? Əlbəttə, onu deyim ki, çalış ona həqiqi sirrini vermə ki, onu faş etdikdə peşman olasan. Əksinə onda elə təsəvvür yarat ki, onun sənin sirrin olduğuna inansın.
Üçüncüsü və ən mühümü, bax gör o sənin namusunu öz namusu bilir, ya yox? Sənin namusuna öz namusu kimi sahib çıxa bilir, yoxsa yox?
Əgər gördün ki, bunların hər üçündə özünü doğrultdu, bil ki, o, etibarlı bir şəxsdir və ona gövənə bilərsən. Yox, əgər görsən ki, bunlardan hansısa birində özünü doğrultmadı, onunla gec olmadan yollarını ayır.
﷽ İşa namazından sonra oxunan dua İlahi, ruzimin harada olduğunu bilmirəm və onu ürəyimə keçən fikirlərdə axtarıram. Ona görə də onun ardınca şəhərləri, ölkələri gəzirəm. İstədiyim şeyin axtarışında sərgərdan şəxs kimiyəm (çaşıb qalmışam). Bilmirəm ruzim…
﷽
İşa namazından sonra oxunan dua
İlahi, ruzimin harada olduğunu bilmirəm və onu ürəyimə keçən fikirlərdə axtarıram. Ona görə də onun ardınca şəhərləri, ölkələri gəzirəm. İstədiyim şeyin axtarışında sərgərdan şəxs kimiyəm (çaşıb qalmışam). Bilmirəm ruzim düzəndədir, yoxsa dağda? Yerdədir, yoxsa göydə? Qurudadır, yoxsa dənizdə? Kimin əlindədir və kimin tərəfindən mənə çatacaq? Lakin bunu bilirəm ki, onun elmi Sənin yanındadır (ruzimin harada olduğunu Sən bilirsən) və onun səbəbləri də Sənin əlindədir; Onu Öz lütfünlə paylayan və mərhəmətinlə səbəbləri düzüb-qoşan Sənsən! İlahi, Muhəmmədə və onun Əhli-beytinə salavat göndər, ey Rəbbim, ruzini mənim üçün bol və firavan, onu əldə etməyi mənim üçün asand və əldə olunacağı yeri yaxın et. Məni mənim üçün onda ruzi müqəddər etmədiyin şeyi axtarmaqla əziyyətə salma! Çünki Sənin məni incitməyə ehtiyacın yoxdur və mənim isə Sənin mərhəmətinə ehtiyacım var. Elə isə, Muhəmmədə və onun Əhli-beytinə salavat göndər və Öz lütfünlə (bu) quluna kərəm et, çünki Sən böyük lütf və kərəm sahibisən!
﷽
İmam Əli (ə):
اَلْخَيْرُ لا يَفْنى
"Yaxşılıq aradan getməz".
?"Ğürərul-hikəm", c.1, səh.51
﷽
Peyğəmbərin (s) dualarından:
اَللّهُمَّ إنّي أعوذُ بِكَ مِن عِلمٍ لا يَنفَعُ ، و قَلبٍ لا يَخشَعُ ، و دُعاءٍ لا يُسمَعُ ، و نَفسٍ لا تَشبَعُ
"Allahım, fayda verməyən elmdən, qorxmayan qəlbdən, eşidilməyən (qəbul olunmayan) duadan və doymayan nəfsdən Sənə sığınıram!"
***?***"Kənzul\-ummal",h.3609
﷽
İnsan övladı necə də qəribədir! Özünün və ailəsinin rifahı üçün gecə-gündüz demədən çalışıb sağlamlığını əlindən verir, sonra da sağlamlığını geri qazanmaq üçün bir ömür sərf edib əldə etdiyi rifahını fəda edir...
﷽
Can, yoxsa din?
Əmirəlmöminin İmam Əli (ə):
إِذَا حَضَرَتْ بَلِيَّةٌ فَاجْعَلُوا أَمْوَالَكُمْ دُونَ أَنْفُسِكُمْ وَ إِذَا نَزَلَتْ نَازِلَةٌ فَاجْعَلُوا أَنْفُسَكُمْ دُونَ دِينِكُمْ وَ اِعْلَمُوا أَنَّ اَلْهَالِكَ مَنْ هَلَكَ دِينُهُ وَ اَلْحَرِبَ مَنْ سُلِبَ دِينَهُ
"Əgər bir bəla gəlsə, mallarınızı canlarınıza fəda edin. Əgər dininizi təhdid edən bir təhlükə yaranarsa, canlarınızı dininizinə fəda edin. Bilin ki, həqiqətən həlak olan şəxs, dinini itirən şəxsdir, və həqiqi ziyana uğrayan, dinini əlindən verən insandır".
***?***"Tuhəful\-uqul",səh.216
✍? Hədisdən belə başa düşülür ki, dini təhdid edən bir təhlükə dedikdə, söhbət insanın etiqadını təhdid edən və ya onun fərdi ibadətinə maneçilik törədən bir problemdən getmir, bəlkə söhbət cəmiyyətdə dini aradan aparan, dinin sütunlarını sarsan, Allahın halallarını haram, haramlarını halal edən bir təhdiddən gedir. Çünki etiqad qəlbə aid bir məsələdir; onu zorla nə kimdənsə almaq olar, nə də kiməsə zorla qəbul etdirmək. Bəli, şübhələr, iradlar insanın etiqadı üçün böyük bir təhdid sayılır və onun çaşqınlığa düşməsinə səbəb olur. Lakin bu növ təhdidlə mübarizədə insan etiqadının möhkəmlənməsi üçün gərək elmə sarılsın, nəinki canını etiqadını təhdid edən şübhələrin önündə sipər etsin. Fərdi ibadətlərə gəlincə, bu növ ibadətlərdə insanın önündə onun canını təhdid edən bir manə yarandıqda, din bizə canı qorumağı və həmin durumda təqiyyə etməyi tövsiyə edir. Lakin ictimaiyyətdə dinin aradan getməsinə, dini sütunlarının sarsılmasına gəlincə, din bizə bu kimi durumlarda canımızı dinin yaşaması uğrunda fəda etməyi əmr edir. İnsana: "təqiyyə et, canını qoru",— deyən din, zamanı gəldiyində, ona: "canını dininə qurban ver",— deyə göstəriş verir. Bu onu göstərir ki, dinimizə əsasən, insan təkcə özünün deyil, başqalarının da hidayətində məsuliyyət daşıyır və bu dinin qorunması — hansı ki, insanların hidayəti bu dinin qorunmasına bağlıdır — hər bir müsəlmanın mənəvi və şəri borcudur.
✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )
Last updated 2 months, 3 weeks ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 5 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 1 year, 2 months ago