Həqiqi və Saxta Din

Description
İmam zühur edəndə, o Həzrətə deyəcəklər ki, sən yeni bir din gətirmisən. Elə isə indidən batil inanclarımızı sorğulayaq...
Advertising
We recommend to visit

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 7 months, 2 weeks ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
💡 Doğrunu bizdən öyrənin
🔹 Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 4 months, 3 weeks ago

ℹ️ Dünyada və ölkəmizdə baş verən bütün hadisələri və xəbərləri buradan öyrənin!

📝Reklam və iş birliyi @swommfreeaz

Last updated 5 days, 10 hours ago

2 days, 13 hours ago

📚Kanal adına toxun və həmin kanallardan istədiyinə abunə ol

Hazırladı: @toplu_admini

3 days, 13 hours ago

Bir-birindən gözəl, hikmətli sözlərlə, maraqlı şəkil və videolarla, tarixi faktlarla, elmi kanallarla tanış olmaq istəyirsinizsə, aşağıdakı butonlardan birinə toxunun.

Hazırladı: @toplu_admini

5 days, 13 hours ago

Ümumiyyətlə islam bərabərliyin özünü belə hər vəziyyətdə ədalətli hesab etmir və cəmiyyətdə hər kəsin istedadı və çalışqanlığına uyğun şəkildə qiymətləndirilməsini tələb edir. Bunun əksini bərabərlik şəklində görünsə belə ədalətə uyğun saymadığı üçün rədd edir.

Bu nəzəri mərhələdəki fərqlilikdir.

Praktiki mərhələdə isə yenə də ilkin vəziyyətdə uyğunluq görünür; Hər iki ideologiya kadr sistemini ixtisaslar üzrə peşəkarlıq, yəni şəxslərin icra edəcəyi vəzifələrinə ləyaqəti əsasında bölür, zənginlik, rəng, irq, imtiyazlı ailədə doğulma kimi səbəblərin ortaya çıxardığı fərqlilikləri qəbul etməyib, hər kəsə bərabər imkanlar tanınmasını əmr edir.

Hətta islam insanlar arasında yeganə üstünlük ölçüsü saydığı təqvanı belə burda əsas ölçü vahidi qəbul etmir.

Lakin sonrakı mərhələdə çalışma və istedadı ilə yüksələnlərin öncüllüyünü təsdiq edir və tanıyır.

Kommunizm isə hər iki mərhələdəki şəxsə bərabər maddi imkanların tanınması xəttini izləyir.

Tənbəl ilə çalışqan necə eyni imkanlara sahib ola bilər?!...

Korla görən ya zülmətlə nur eyni ola bilərmi?!... (Rə’d 16)

Tarixin müxtəlif dövrlərində müsəlmanlardan bir qrupu islamı dərindən bilmədikləri və bu dinin mükəmməl bir din olduğuna düzgün şəkildə iman gətirmədikləri üçün İlahi inancın kənarında başqa ideologiya və məktəblərə yönəlmiş, onlardan nəsə alaraq islama qatmağa çalışmışlardır.

Bunlardan biri də Doktor Əli Şəriəti olmuşdur. O gözəl natiq və publikanın düşüncəsinə müdaxilə etməyi bacaran vaiz idi. Şəxsiyyətindəki müsbətlər saymaqla bitməz. Məhz buna görədir ki, adını tarixə zalım şahla mübarizə aparan bir şəxs olaraq yazdırdı və onun cənazə namazı İmam Musa Sədr tərəfindən qılındı. Amma Əli Şəriəti islamın iqtisadi idarəetmə konsepsiyasını kommunizmdən naqis görürdü...

Biz bu məqalədə Əli Şəriətinin şəxsiyyətini deyil, düşdüyü ideoloji boşluğu sorğuladıq və göstərdik ki, islam bütün ideologiyaların fövqündədir. İslam dininin gözəlliklərindən biri də, müctəhidlərin belə ictimai mövqe və fikirlərini sorğulamağa, tənqid etməyə icazə verməsidir.

İslama hansısa ideologiyadan nəyisə əlavə etmək lazım deyil. Əksinə digər ideologiyalar islamdan bəhrələnməlidirlər. İslam bütöv, digər ideologiyalar isə hissədirlər və hissələrin bütövdən kiçikliyi bədihi bir anlayışdır.

Müsəlman kommunist yox, kommunist müsəlman ola bilər.

Çünki təkamül naqisin kamilə doğru hərəkətidir və kamil olan ideologiya islamdır.

Yer üzünün xaliqi olan Uca Allah bu sözümüzü təsdiq edir və peyğəmbərinə son vida həccində buyurur;

‎الْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ

Bugün sizin üçün dini kamil etdim...

‎وَأَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِي

Sizə olan nemətimi tamamladım...

‎وَرَضِيتُ لَكُمُ الإِسْلاَمَ دِينًا

Və sizlər üçün din olaraq islamı seçdim...

Maidə 3

https://t.me/heqiqi_ve_saxta_din

1 week, 5 days ago

Allaha və axirətə möhkəm etiqadı olan, canından və malından Allah yolunda sərf edən qeyrət əhlinin üçüncü sifəti isə həssas məqamlarda boş danışığa yox, əmələ üstünlük vermələridir. Sən onlara gəl demədən onları ən öndə görərsən. Sən onları çağırmamış hazır dayandıqlarını görərsən. Onlar uca Allahın əmri ilə meydana doğru addımlayarkən ata-analarından icazə almadıqları kimi, (Ya Rəsulallah) səndən də icazə almazlar... Ölümlərinə doğru şövqlə addımlayarlar. Çünki ölüm onlar üçün Allahla görüşdür və Allahla görüşə ən gözəl libaslarını geyinib, başları əllərində, qan içində gələrlər... Onların ölümə olan rəğbəti uşağın ana südünə olan rəğbətidir... Nə böyük görüşdürki bu, Allah onların bu görüşə gələrkən peyğəmbərdən belə icazə almaması ilə fəxr edir...

•Din xətərdədirsə və sən Allahın dinini müdafiə məqamında müctəhiddən fətva gözləyirsənsə, özünə qarşı azca səmimi olsan görərsən ki, bu müctəhidə ehtiramından yox, daxilindəki qorxaqlıqdan və məsuliyyətdən yayınmaq istəyindən qaynaqlanır. Çünki həmin ayədən sonra Allah buyurur;

“Səndən icazə gözləyənlər isə Allaha və axirət gününə iman gətirməyənlərdir. Onların qəlbi hələ də şəkk içindədir...” Tövbə 45

https://t.me/heqiqi_ve_saxta_din

1 week, 5 days ago

“Din qeyrəti...”

“Allaha və axirət gününə iman gətirənlər malları və canları ilə cihad etmək barəsində səndən izn istəməzlər...”

Tövbə surəsinin 44-cü ayəsində Allah qeyrət əhlinin sifətlərini bəyan edir. Qeyrət hərəkətverici bir qüvvə şəklində insanın əməllərinə yön verir və möminləri canları və malları ilə birgə cihad meydanına tələsdirir... Elə bir tələsmək ki, hətta Allahın rəsulundan belə izn almırlar... Şəhid Nəvvab demişkən; “Evinə oğru girsə, müdafiə olunmaq üçün müctəhiddənmi izn alacaqsan?!...” Din qeyrəti də belədir. İnsan dininə bir xətər hiss etdikdə kimsədən izn almadan meydana atılır...

Bu ayədə bir neçə mühüm nöqtələr var;

Birincisi budur ki, qeyrətli insanın əqidəsi olur. “Allaha və axirət gününə iman bəsləyir”. Ayənin ilk kəlmələri də belədir; ALLAHA və AXİRƏT GÜNÜNƏ İMAN... Təsadüfi deyil ki, dilimizdə küfr əhli üçün işlətdiyimiz əqidəsiz kəlməsi həm də biqeyrət insanlar üçün işlənir. Burda qəsdimiz inancsız insanları təhqir etmək deyil və bugün müasir materialist düşüncə sahiblərinin özləri də toplumlara peyğəmbərlər vasitəsilə çatdırılan dəyərləri (qeyrət, namus, iffət, həya və s.) qəbul etmədiklərini dilə gətirirlər. Yəni onlar Allahı qəbul etmədikləri üçün “allahsız” kəlməsini necə adi qəbul edirlərsə, qeyrət kimi məfhumları da qəbul etmədikləri üçün “qeyrətsiz” kəlməsini də o cür adi qəbul edirlər. Bu həm də maddi aləmdən savayı mücərrəd bir aləmin var olduğuna iman gətirmədikləri və qeyrəti də mücərrəd bir anlayış kimi qəbul etdikləri üçün belədir.

Yəni Allah qeyrət əhlinin sifətlərini bəyan edərkən ilk olaraq iman şərtini qeyd edir və bu həm də imamlardan nəql olunan “dini qeyrəti olmayanın belə qeyrəti də olmaz” hədisinin təsdiqidir.

Ayədə Allahın ikinci qeydi qeyrətlilərin canları və malları ilə meydana atılmalarıdır. İnsanın dininə bir xətər hiss etdikdə canını və malını ortaya atması qeyrətinin nişanəsidir. Bəzi insanlar üçün din yolunda mallarını sərf etmək asan, amma can təhlükəsini gözə almaq çətindir. Can şirindir. Bəzi insanlar üçün isə canı ortaya qoymaq asan, malından sərf etmək isə çox çətindir. Hər ikisinə misal gətirək;

Bugün İmam Hüseyn yolunda malından xərcləyən milyonlarla insan var, amma məsələ dövrün Hüseyni və Yezidinə çatanda sükut edirlər. İmam Hüseyn kimi canlarını ortaya qoya bilmirlər. Yaşadıqları ölkədə dinə hansı xəncərlər sancıldığının fərqində belə deyillər. Hətta bəzən minbərə çıxıb; “Nə zalıma lənət-lənət salmısınız?!... Ondansa bir yetimə əl tut” və s. deyirlər. Bunlar mallarını sərf edən, amma cana xətər olanda zalıma lənət deməkdən belə qorxan tayfadır ki, Allah Quranda bunlara biqeyrət deyir. Çünki Allahın qeyrət üçün qoyduğu cihad düsturu mal və can ilə olandır. Bu qaydanı dəyişmək isə Allaha üsyandır.

İkinci dəstəyə misal isə Seyyid Əzimin bu şeirində çox gözəl qeyd olunub;

Bu deyilmi qərəzin başını sən yarmaqdan,
Yəni ki, canımı Cananə edərdim qurban.
Bəs nə üçün malını eyləməyirsən ehsan?
Quru baş yarmağa sən etmisən adət Hadi...

Yəni bir qrup insan var ki, iddialıdır. Əsir, gurlayır, canım imama fəda deyir və s. Seyyid Əzim bu tayfanın hiyləgərliyini çox gözəl ortaya çıxarır; Bəs nə üçün malını eyləməyirsən ehsan?!... Dahi şair də gördüyünüz kimi Quran məntiqi ilə danışır və cihadı can və mal ilə birgə hesab edir.

Bugün əgər biz cəmiyyətə nəzər salsaq bu tayfanın da milyonlarla olduğunu görərik. Daim dillərində “canımız dinə fəda” deyənlərin din üçün əllərini ciblərinə atmamaları necə də acınacaqlıdır...

•Bu sualları hərdən insan gərək özünə verə;

Haqqın cəmiyyətə yayılması üçün neçə nəfərə bir kitab alıb vermişik?

Nə vaxt 5 manat xərcləyib bir sosial şəbəkədə həqiqətləri insanlara çatdırmağı düşünmüşük?

Nə zaman öz məvacibimizlə din təbliği işində bir addım atmışıq?

Belə yüzlərlə sual bilər hər kəs özünə...

Bəzən nəinki dinin təbliği və ya batilin ifşası üçün addım atırıq, hətta hazır yazı, məqalə, təbliğ və s. materialları belə paylaşmaq istəmirik. Yəni din üçün nə zamanımızdan, nə cibimizdən, nə malımızdan, nə də hörmətimizdən xərc etmək istəmirik, amma “canımız fəda” filan deyirik...

2 weeks ago
2 weeks, 4 days ago

Peyğəmbərlərin qissələri yarımçıq oxunulmalıdır. İmam Əli, İmam Həsən ilk fürsətlərində müsəlmanları batil hakimlə (Müaviyə ilə) müharibəyə səslədilər. İmam Hüseyn ağa da kufəlilər söz verib onu çağırdığı zaman üzü İraqa yola çıxdı. Yəni, bu üç böyük və əzəmətli şəxsiyyət elə ilk fürsətdə ilahi hakimiyyətin bərpası üçün addım atmışdılarsa, onların balası İmam Zaman (ə) üçün bu şərait niyə yaradılmasın və bunun üçün niyə çalışılmasın? Möminlərin izzəti üçün niyə addım atılmasın? İmam Hüseyn ağa "zillət bizdən uzaqdır"- deyib özü və dostlarını şəhadətə hazırladısa və bu şüar ilə Hz.Zeynəb və Əhli-Beyt qadınları əsir düşdüsə, niyə görə biz zilləti qəbul etməliyik və palaz kimi olmalıyıq?! Bu fikir açıq-aşkar İmam Hüseyn (ə) yoluna və Quranın istəyinə (Münafiqun 8-ci ayə) zidd deyilmi?!... Daha doğrusu, zidd-vilayətçilərin qənaətləri həm Quranın göstərişlərinə, həm vilayət hədislərinə, həm şəriətin cəza qanunlarına (ictimai-şəri hüdudlara) və həm də sağlam ağıl ilə vicdana müxalif deyilmi?!... Elə buna görə də müvəqqətidir, təsirsizdir və sadəcə oyunbazlıqdır...

https://t.me/heqiqi_ve_saxta_din

Telegram

Həqiqi və Saxta Din

İmam zühur edəndə, o Həzrətə deyəcəklər ki, sən yeni bir din gətirmisən. Elə isə indidən batil inanclarımızı sorğulayaq...

Peyğəmbərlərin qissələri yarımçıq oxunulmalıdır. İmam Əli, İmam Həsən ilk fürsətlərində müsəlmanları batil hakimlə (Müaviyə ilə) müharibəyə səslədilər. İmam Hüseyn ağa …
2 weeks, 4 days ago

Ziddi-vilayətçilər hədis əsasında danışmaq istəyirlər, lakin, çox zəif və mütəşabeh dəlillərə söykəndikləri üçün dediklərini qəbul etmək mümkün olmur. Əks dəlillər barəsində isə düşünmək belə istəmirlər. Bəhs etdikcə vəhhabilərin bəhs etmə forması yada düşür, amma, hiss edirsən ki, bunlar yanaşma çevrəsinin məhdudluğunda onlardan daha da zəifdir. Ən pisi isə budur ki, bəziləri sırf şəxsi maddi mənfəət naminə bu fikirləri yayırsa belə, bir qrup az bilikli insanlar isə birbaşa bunların təsirinə düşür. Bəzi şəxslər 3-5 gün onlarla oturub 10 dənə hədis öyrənəndən sonra alimnümalıq etməyə başlayırlar. Hədisi orijinalından oxumağı belə bacarmadığı halda hədis elmindəki terminlərdən sitat gətirir və özünü yəqinə çatmış, neçə ilin tədqiqatçısı kimi nümayiş etdirir. Belələri ilə sizin də kiçik bəhsiniz düşərsə, sadə bir suallar verməyinizi və onlardan bu sualları cavablandırmağı tələb etməyinizi istərdim. Suallarımı isə sona saxlayıb onların fikrini müqəddimə kimi təqdim etmək yaxşı olardı.

Deməli, ziddi-vilayətçilər hədis kitablarından birmənalı olmayan, mübhəm (qarışıq) və mütəşabeh əhadisə söykənərək bəzi nəticələr alırlar. O hədislərə daxil olmaq istəmirəm, çünki, təfərrüat bizi əsl hədəfdən ayıracaq. Elə bu başdan onların gəldiyi və müxatəblərini (yəni, bizi) gətirmək istədikləri nəticəni yoxlamaq istəyirəm. Yəni, ərəblərin bəhs zamanı dediyi kimi "لو سلمنا (tutaq ki, qəbul etdik)" məntiqi ilə davranaq və bunların istinad etdiyi hədisləri tək-tək araşdırmadan gəlmək istədikləri nəticəni qəbul edək. Nəticə isə budur;
"İmam Zaman (ə) ağa zühur edənə kimi heç bir nizama, hakimiyyətə qarşı çıxa bilməzsən. Heç bir şiə aliminin hökümət qurmasına icazə yoxdur. Hökm Allaha məxsus olduğu kimi höküməti də yalnız İmam (ə) özü gəlib qura bilər. O Həzrət (ə) gələnə kimi palaz olmalıyıq, yəni, ayaqlar altında qalmalı və əzilməliyik ki, onun zühuru daha da tezləşsin. Yer üzündə ədalətsizlik və möminlərin əziyyəti çoxalsın ki, o da daha tez zühur etsin"...

İndi isə bu zidd-vilayətçilərin gəldikləri nəticəni kiçik şəkildə analiz edək. Görəsən, zülmə məruz qalıb susmaq, susmaqdan əlavə bunu xoş qəbul etmək və zühuru tezləşdirən səbəb kimi göstərmək bizim əqidədə mövcud ola bilərmi? Görəsən, zühurun tezləşməsi üçün bütün möminlər zillətə düşməlidirmi? Ümumiyyətlə, belə şəkildə düşünmək nə dərəcədə Quran və Əhli-Beyt sirəsinə uyğundur?

Cavab üçün çox geniş və ətraflı bəhs açmaq istəmirəm. Sadə bir üsuli qaydanı qeyd etmək və düşünmək kifayətdir zənnimcə. Məşhur qayda belədir ki, hədislər arasında zahiri ziddiyyət yarandığı və bunu həll etmək mümkün olmadığı zaman Qurani-Kərimə müraciət olunur. Hansı qrup hədis onunla uyğun olarsa, qəbul edilir və əks tərəfdəki əhadis ya kənara qoyulur, ya da mümkün olduğu halda fərqli və xüsusi mənada başa düşülür.

Bir qrup hədislər, hətta ayələr vardır ki, ilahi insanın (Peyğəmbər, İmam, Naib və ya fəqih) hakimiyyət qurmasını zəruri hesab edir. Fəqihin vilayətinə dair gətirilən hədislər, zidd-vilayətçilərin öz əqidəsi üçün göstərdikləri hədislərlə uzlaşmadığı zaman əlbəttə ki, Qurana müraciət etmək zəruri olur. Görəsən, hansı tərəf düz deyir? Vilayətçilər deyir ki, fəqih hakimiyyət qurmağa çalışmalı və möminlər izzətli olmalıdırlar. Zidd-vilayətçilər isə deyirlər ki, heçnə etməməliyik və palaz kimi olub zillətlə zühuru gözləməliyik. Bunlardan hansının sözü Qurani-Kərimə uyğundur?

Sözsüz və şübhəsiz ki, insanın vicdanı və sağlam əqli rahatlıqla hökm edir ki, zidd-vilayətçilər açıq-aşkar xəta içindədirlər.

İzzətli olan və möminlərin də izzətli olmasını istəyən, “izzət və qüdrət Allaha, Onun Rəsuluna və möminlərə məxsusdur” deyən Allah (Münafiqun 8) onlara palaz olmağı necə əmr edə bilər? "Nə zülm edin, nə də zülmə məruz qalın"- deyə əmr edən (Bəqərə 278) və bəndələrinə zərrəcə zülm etməyən uca Allah necə əmr edə bilər ki, hər cür zülmün çoxalmasına razı olaq?! Bütün böyük Peyğəmbərlər zalım hakimə qarşı çıxdığı halda və onlar hər kəsə bir nümunə olduğu vəziyyətdə necə ola bilər ki, İmam Zamanın (ə) zühuruna qədər qaldırılan bütün bayraqlar batil olsun? Elə isə Quranın yarısı tətil edilməlidir və

2 weeks, 6 days ago

İmam Xomeyninin VİLAYƏTİ-FƏQİH kitabının müzakirəsi

Vilayəti-Fəqih məsələsini ilk dəfə İmam Xomeynimi ortaya atıb?

İmam Xomeyniyə qədər Vilayəti-Fəqih mövzusu olmayıbmı?

Fəqihin ümumiyyətlə vilayəti varmı? Varsa hansı həddədir?

PDF Kitabxana

3 weeks, 6 days ago

Modernizm nədir?

Yaranma səbəbləri və tarixi.

Modernizmin İslamda yeri.

PDF Kitabxana

We recommend to visit

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 7 months, 2 weeks ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
💡 Doğrunu bizdən öyrənin
🔹 Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 4 months, 3 weeks ago

ℹ️ Dünyada və ölkəmizdə baş verən bütün hadisələri və xəbərləri buradan öyrənin!

📝Reklam və iş birliyi @swommfreeaz

Last updated 5 days, 10 hours ago