• дᴧя ᴧюбиᴛᴇᴧᴇй? | ᴄᴏхᴩᴀняᴛь?
• нᴀɯ ғʟᴏᴡ ?️ | ʙᴀɯ ʙᴋуᴄ?
• иʍᴇᴇʍ ᴄᴛиᴧь? | иʍᴇᴇʍ ʙᴄᴇх ?
Reklama | @ch1chen
?Kanalımıza qoşularaq e-kitabları rahatlıqla yükləyə və oxuya bilərsiniz.
? Reklam: @admpdf
✅Namazda yemək və içmək, istər az olsun, istərsə də çox olsun, namazı pozur. Amma ağızda qalan yemək qırıntılarını udmaq, yaxud ağızda qalan cüzi miqdarda qənd və şəkəri sovurmaq namazı pozmur. Həmçinin namazda səhvən və ya unutqanlıq üzündən nə isə yemək və içmək namazın surətini aradan aparmadığı təqdirdə namazı pozmur.
#namaz #yeməiçmə
?leader_az
Ayətullah Seyyid Əli Xamenei
Ali Məqamlı Rəhbərin rəsmi kanalı
❓Sual: Əgər bir şəxs dövlət tərəfindən və ya şəri-hakimin hökmü ilə öz torpağını və ev əşyalarını satmağa vadar edilərsə, bunu bilən başqa bir şəxs sözügedən əşyaları ondan ala bilərmi?
✅Cavab: Əgər bu şəxsin öz torpağını və ev əşyalarını satmağa vadar edilməsi haqlı olarsa və bu iş şəri baxımdan səlahiyyətli şəxs tərəfindən həyata keçirilərsə, başqalarının sözügedən əşyaları ondan almalarının maneəsi yoxdur. Əks təqdirdə, sövdələşmənin düzgünlüyü bu şəxsin sonradan sövdələşməyə icazə verməsi ilə şərtlənir.
#alver #ticarət
?leader_az
Ayətullah Seyyid Əli Xamenei
Ali Məqamlı Rəhbərin rəsmi kanalı
❓Sual: Bəzən İmam Rzanın (ə) möcüzələrini ehtiva edən yazıların ziyarətgahlarda və məscidlərdə ziyarət kitablarının arasına qoyularaq insanlar arasında yayıldığını görürük. Bunları yazıb yayan şəxs aşağıda qeyd edir ki, kim bu möcüzələri oxusa, hacətinə çatması üçün onu müəyyən sayda yazıb camaat arasında paylamalıdır. Bu söz düzgündürmü? Kim bu yazıları oxusa, bunları yazıb yayan şəxsin istəyinə əməl etməlidirmi?
✅Cavab: Bu işlərin düzgünlüyü barəsində şəri baxımdan bir dəlil mövcud deyildir. Bu yazıları oxuyan şəxs də bunları yazıb yayan şəxsin istəyinə əməl etmək vəzifəsini daşımır.
#dua #istixarə
?leader_az
Ayətullah Seyyid Əli Xamenei
Ali Məqamlı Rəhbərin rəsmi kanalı
❓Sual: Bir iş üçün neçə dəfə istixarə etmək düzgündür?
✅Cavab: İstixarə qərarsızlığı aradan qaldırmaqdan ötrü olduğuna görə, birinci istixarə ilə qərarsızlıq aradan qalxdıqda yenidən istixarə etməyin mənası yoxdur. Amma əgər məsələ dəyişərsə, yenidən istixarə etmək olar.
#dua #istixarə
?leader_az
Ayətullah Seyyid Əli Xamenei
Ali Məqamlı Rəhbərin rəsmi kanalı
• дᴧя ᴧюбиᴛᴇᴧᴇй? | ᴄᴏхᴩᴀняᴛь?
• нᴀɯ ғʟᴏᴡ ?️ | ʙᴀɯ ʙᴋуᴄ?
• иʍᴇᴇʍ ᴄᴛиᴧь? | иʍᴇᴇʍ ʙᴄᴇх ?
Reklama | @ch1chen
?Kanalımıza qoşularaq e-kitabları rahatlıqla yükləyə və oxuya bilərsiniz.
? Reklam: @admpdf