Ədalətli və vicdanlı xəbərlərin ünvanı
Reklam və əməkdaşlıq, məlumat göndərmək, əlaqə yaratmaq üçün instagram @arazaxmadov (direktə)
Last updated 1 day, 19 hours ago
?️ Kitabları sevin, onlardan sizə zərər gəlməz...
? PDF kanalımız: @kitabchi
?️ İstək və müzakirə qrupumuz: @kitabseverler
? Ödənişli reklam qəbul olunur - @HiDearly
Last updated 2 months, 4 weeks ago
Təzə şeirlərim))
İsti havada,
Öz torundan sallanıb yellənən
ərincək hörümçək.
Qadın sürüşüb yıxılır,
Kişi də sürüşüb yıxılır.
Onların ikisi də ayağısürüşkəndir.
Axşam evə qayıdanda,
Səhvən özgə evinə gedib çıxasan.
Səhvən özgə adamlarla şam eləyəsən.
Yanan da mən
Yaman da mən
Amin də mən
Yamal da mən
Amil də mən
Amal da mən.
Plaşının başlığını
dazlaşan başından çıxaran kişi,
Geniş daş eşafota dırmaşıb
qaşını qaşıya-qaşıya düşündü:
Danışası heşnəyi qalmamışdı.
Ağıllı insanlar öz aralarında ciddi şeylərdən qeyri-ciddi danışırlar.
Axmaq insanlar öz aralarında qeyri-ciddi şeylərdən ciddi danışırlar.
Ah, ay ana,
sənə kim demişdi,
soruşub-eləməmiş məni doğasan?!..
Həkim sənin dizlərinə
Çəkiclə döyəclədikcə
Tullanan ayağınla
Həkimin çənəsinə balaca bir təpik ilişdirirsən,
beləcə sonda
bu yöndə sualları cavablayırsan:
On beş il əvvəl necə və nə vaxt skarlatinaya yoluxmusan?
Sevda xanım Xəyal Rzanın "Maya" filmindən yazıb.
Bircə şeylər razı deyiləm. Sevda xanım yazıb ki, Xəyal bəyin zəhmətini, onun özünü yeni sahələrdə sınamaq cəhdini dəyərləndirirəm.
Mən heç onu da dəyərləndirmirəm. Belə film olmur. Xəyal özünə film çəkməyi qadağan etməlidir.
Telegram
Sevdalı kino
Şair, Yazıçılar Birliyi İdarə Heyətinin üzvü Xəyal Rzanın “Maya” “sənədli filmi” film deyil. Ümumiyyətlə film deyil, burda kinodan əsər-əlamət yoxdur. Qəhrəman Ağdamdan qaçqın düşmüş, dramatik bir həyat yaşamış Maya adlı, gözləri ağrı və kədərlə dolu, əsl…
Nazpəri xanımın bu videosu yaddan çıxmaq, unudulmaq, prime dönəmin bitməyi, reallıqla barışa bilməmək, heç nəyin əbədi olmamağı, şöhrətin, məşhurluğun, gördüyün işlərin, idealların, prinsiplərin, ümumiyyətlə, həyatın ötəriliyi, bayağılığı, mənasızlığı haqqında çox kədərli videodur.
Billi Wilderin "Sunset Bulvarı" filmi yadıma düşdü. Vaxtı keçmiş, aristokrat, müasir film sənayesi ilə heç cür barışa bilməyən, böyük bir malikanədə tək yaşayan, keçmişdə ilişib qalan, hirsli, əsəbi, təzədən məşhur olmaq üçün hər şeyindən keçməyə hazır yaşlı bir aktrisanın faciəsi...
Deyir ki, üstündə mənim şəklim olan karopkalar yeni formada istehsal olunur, bu da o deməkdir, Nazpəri hələ yaşayır, ona olan sevgi hələ də əvvəlki kimi böyükdür.
Dəhşətdir. Manıs şokolad karopkasının üstündə olsa belə, yenə də yaşamaq istəyir. Heç cür reallıqla barışmır. Botokslar, bir ton makiyaj, müasir şokolad karopkaları, köhnə mahnıların təzədən ifası, daha nələr-nələr. İnsanın dünyadan yapışıb tutmağı necə kədərlidir. Mərhələ isə bitib.
Sopranosda bir hissə var, mafiyanın üzvləri küçədən həftəlik xəracı yığmaq üçün təzə açılan Starbucksa gəlirlər. Ofisianta deyirlər, pul ver, yoxsa səni döyərik, buranı yıxarıq-zad. Qaqaş deyir, yıxarsız, təzəsini açacaqlar, 10 000 dənə dükanları var. Mən burda ofisiantam. Bir dənə qəhvənin də hesabını tuturlar, sizə pul versəm məni qovarlar.
Çox dəhşət söhbətdi. Bir mərhələnin bitdiyini, köhnə dövrün bitib təzə dövrün başlandığını, dövrün mənzərəsini, bir industriyanın necə yox olmağını, bu yox olmanın insanlara necə təsir etdiyini möhtəşəm izah edir. Starbucksdan necə xərac alacaqsan? Mümkün deyil.
YouTube
The Sopranos - Patsy and Burt failed extortion attempt at "Starbucks"
Təzə haykularımı (?) sizinlə bölüşürəm.
Fikirlərinizi bildirin.
Yutubda shorts videolara baxmaqla,
Bacım oğlu ilə Spaydermen pazılını yığmaqla,
Adapterimi rozetkaya taxıb-çıxarmaqla,
Gönü verirəm suya.
Anamın ən böyük arzusu,
"Bu şəhərdə"nin konsertinə getməkdir.
Beş birin beş,
Beş ikinin on,
Beş üçün on beş,
Beş dördün iyirmi,
Beş beşin iyirmi beş,
Beş altının otuz,
Beş yeddinin otuz beş,
Beş səkkizin qırx,
Beş doqquzun qırx beş,
Beş onun əlli.
Avtobusu saxlatdırmaq istəyən kişi
iki barmağını ağzına salıb,
fit verir.
"Hər nə alsan bir manata" adlı dükandan,
toppuş arvad qıf alır.
Dostumgilin yeznəsi
elə bilir ki,
Allah kişidir.
– Bir dənə denən yüz
– Yüz.
– Get tualetdə üz.
Vüqar özünə
"Beyləqan ət aləmindən"
ət alır.
Buratinoya oxşayan manatlıq taksi sürücüsü,
Qabaqda oturan qıza özünü göstərmək üçün,
"Her kesin axtardigi qemli mahni"nı qoşdu.
Barda lepka vuran Cəlilabadlı dostum deyir ki:
"Mən bu tərəfdə lepka vureyəm,
Qızlar o tərəfdə arağ içeylər".
Əgər xoşunuza gəldisə, Mirmehdi Ağaoğluna deyəcəyəm, Mədəniyyət tv-də yayımlanan, Səyyarə Səyyafın aparıcısı olduğu "Ovqat" verilişində haykularımı səsləndirsin))))
Təzə yazım. Vaxtınız olsa, oxuyarsız. Ədəbiyyatla, Azərbaycan yazıçısı ilə paralellər-filan. Dəhşət dərin yazıdı??
https://kulis.az/xeber/media/alinlarinda-bir-soz-yazilib-ugursuz-hormetsiz-futbolcularimiz-53559
Kulis.az
Alınlarında bir söz yazılıb: “uğursuz” – Hörmətsiz futbolçularımız
Alınlarında bir söz yazılıb: “uğursuz” – Hörmətsiz futbolçularımız
Qismətin "Meqapolis hüznləri" kitabındakı şeirləri oxuyurdum bayaq. Bir şeir çıxdı qarşıma. Əvvəlcə, elə bildim şeirin müəllifi Yetim Eyvazdır. Gözlərimə inanmadım, üzümə şillə vurdum, qolumu çimdiklədim, getdim su içdim, gördüm, yox, Yetim Eyvaz deyil, şeirin müəllifi Qismətdir.
Məəttəl qalmışam. Şairlərin gənc vaxtı çox pis, zəif, alınmayan şeirləri olur, bu normaldır. Amma bu şeir, nə bilim, pis də deyil. Başa düşmürəm, Qismət bunu niyə yazıb? Bunu Yetim Eyvaz, Bayram Kürdəxanlı yazmalı idi. Qismət bunu niyə yazıb? Təəssüf ki, bir cavab tapa bilmirəm. Buyurun, şeirin ən yetimeyvazski yerlərini paylaşıram.
*Bakıya toxundum… əsdi ürəyim,
Toxunmaz olaydım Bakı dəyişib.
Geyinib əyninə dekolte geyim,
Burnu kiçilibdir, dodağı şişib…
Burdan milyardlarla qonaq ötürüb,
Indi öz-özünə qonaq, şəhərim.
Röyadan düzəlmə burun götürüb,
Aygündən silikon dodaq, şəhərim.
Açıb yarıyacan öz sinəsini,
Biabır eləyib məni bu şəhər.
Kəsib qayçılayıb gödəkçəsini,
Geyinib əyninə mini, bu şəhər.
Şirinlik qalmayıb şirinliyindən,
Qadınlar soyunub çıxır şəhərə.
Mavi ekranların dərinliyindən,
Masmavi “kişilər” axır şəhərə…
Hər tində ümidə bir qəbir qazan,
Adama xəcalət çəkdirən şəhər.
Şairi acından şeirlər yazan,
Mollası villalar tikdirən şəhər
Neyləyim sevməyə bilmirəm səni…*
Həyatda iki şeyi görəndə ətim ürpəşir, ürəyim bulanır, çimçəşirəm.
Biri Komodo ejderi dilini çıxaranda, biri də bu qaraçı qaqaş "tənqidi" videolar çəkəndə.
Ədalətli və vicdanlı xəbərlərin ünvanı
Reklam və əməkdaşlıq, məlumat göndərmək, əlaqə yaratmaq üçün instagram @arazaxmadov (direktə)
Last updated 1 day, 19 hours ago
?️ Kitabları sevin, onlardan sizə zərər gəlməz...
? PDF kanalımız: @kitabchi
?️ İstək və müzakirə qrupumuz: @kitabseverler
? Ödənişli reklam qəbul olunur - @HiDearly
Last updated 2 months, 4 weeks ago