RƏBBANİ TƏLİM

Description
وَلَٰكِن كُونُوا رَبَّانِيِّينَ بِمَا كُنتُمْ تُعَلِّمُونَ الْكِتَابَ وَبِمَا كُنتُمْ تَدْرُسُونَ
“Öyrətdiyiniz Kitabın və (ondan) öyrəndiyiniz şeyin sayəsində rəbbani din xadimləri olun!”
(Əli İmran 79)

(Admin :Mədinə İslam univ..məzunu Elnur Əliyev)
Advertising
We recommend to visit

🔴JONLI EFIR VA GOLLAR 👇

Last updated 4 days, 4 hours ago

@sirdaryoonlayn_bot мурожаат учун

Last updated 3 days, 13 hours ago

ДХХ Чегара қўшинлари расмий канали

youtube.com/@sarhad_24

Last updated 6 days, 10 hours ago

1 month, 3 weeks ago

🌒RAMAZANI NECƏ QARŞILAYAQ ?

🔅يَا أَيُّهَا الَّذِينَ آمَنُوا تُوبُوا إِلَى اللَّهِ تَوْبَةً نَصُوحًا عَسَىٰ رَبُّكُمْ أَنْ يُكَفِّرَ عَنْكُمْ سَيِّئَاتِكُمْ وَيُدْخِلَكُمْ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ.. (الآية)

🔸قال العلماء : التوبة النصوح هو أن يقلع عن الذنب في الحاضر ، ويندم على ما سلف منه في الماضي ، ويعزم على ألا يفعل في المستقبل . ثم إن كان الحق لآدمي رده إليه بطريقه .

🔹قال العلامة ابن عثيمين رحمة الله:
خيرُ ما يُستقبل به رمضَان التَّـوبة...
التَّـوبة النّصوح مَقبولة مهما عظُم الذنب .
[🎙️فتاوى نور على الدرب (٩٨) ]

🔅Ey iman gətirənlər! Allaha səmimi-qəlbdən tövbə edin! Ola bilsin ki, Rəbbiniz sizin pisliklərinizin üstünü örtər və Allah Peyğəmbərini və onunla birlikdə iman gətirənləri utandırmayacağı bir gündə sizi (ağacları) altından çaylar axan cənnətlərə daxil edər.

📗 Təhrim 8

🔹Alimlər deyib : " Nəsuh" tövbə (səmimi tövbə) günahı tam tərk edib və keçmişdə baş verənə görə peşmançılıq hissi duymaq və gələcəkdə birdaha ona qayıtmamaq üçün əzm etməkdir. Əgər insanlardan kiminsə onun üzərində haqqı varsa , ona lazım olan şəkildə qaytarılmalıdır.

📚 Təfsir ibn Kəsir.

🔸Böyük alim İbnul-Useymin (رحمه الله) deyib : " Ramazan ayını qarşılamaq üçün ən xeyirli əməl tövbədir. Günah nə qədər böyük olursa olsun "nəsuh"( səmimi) tövbə məqbuldur."

(🎙️Fətəva Nurun alə dərb 98)

https://telegram.me/RebbaniTelim

2 months ago

🟨"ARİFİN" CƏZASI.

🔸 (لكل شيء عقوبة وعقوبة العارف انقطاعه عن ذكر الله).

🔸İbnul-Qayyim nəql edir: " Hər bir şeyin cəzası var və arif insanın cəzası , Allahı zikr etməyi dayandırmasıdır."

📚 روضة المحبين

🖋️ İzah : "Arif"; ağıl sahibi , Rəbbini tanıyan bir iman əhli bilir ki, Allahı zikr etmək qızıl sədəqə verməkdən daha üstündür. Ama buna baxmayaraq, etdiyi günahlar ucbatından, davamlı zikr etməkdən məhrum olub çox böyük savabları əldən buraxır.

https://telegram.me/RebbaniTelim

2 months ago

🔸نقل ابن القيم:
أَوحَى اللهُ إلى مُوسَى: يا موسى كُنْ لي كَمَا أُريدُ، أَكُنْ لَكَ كَمَا تُريدُ.

🔸İbnul-Qayyim nəql edir:
"Allah Musaya vəhy edir : Ey Musa! Sən mənim istədiyim kimi ol ki ,məndə sənin istədiyin kimi olum!"

📚 روضة المحبين

https://telegram.me/RebbaniTelim

2 months ago

ALLAHI SEVMƏYİN ƏN YÜKSƏK HƏDDİ.

▪️عن الفضيل ابن عياض أن رجلاً سأله فقال: يا أبا علي متى يبلغ الرجل غايته من حب الله تعالى؟ فقال له الفضيل: إذا كان عطاؤه ومنعه إياك عندك سواء، فقد بلغت الغاية من حبه.

▪️Fudeyl bin İyaddan (رحمه الله ) nəql olunur ki: " Bir kişi ondan soruşur ki:" Ey Əbu Əli! Bir şəxs nə vaxt Allahı sevməyində ən yüksək həddə çatar?"
-Fudeyl cavabında deyir: "İstədiyin bir şeyi sənə verməsi ilə və istədiyin bir şeyi sənə verməməsi, sənin üçün eyni şey olarsa. Belə olduğu halda, Onu sevməyində ən yüksəyə çatmısan."

📚Hilyətul-Əvliyə..

https://telegram.me/RebbaniTelim

2 months, 1 week ago

📗 "QARİLƏRİN" AYI 🌙

🔸("Tabein" və hədis ravisi) Sələmə bin Kuheyl deyib : " Əvvəllər deyilərdi ki, Şaban ayı "qarilərin" ( quran oxuyanların) ayıdır ".

🔸(Hədis alimlərindən olan) Amr bin Qeys Şaban ayı girəndə dükanını bağlayar və quran oxumaqla məşğul olardı.¹

📜( Hicrətin üçüncü əsrində yaşamış, hədis nəql edən ) Əbu Bəkr əl-Bəlxi deyib : " Rəcəb ayının misalı (bulud gətirən) küləyə bənzəyir. Şaban ayı buluda bənzəyir. Və Ramazan ayı yağış kimidir. Kim Rəcəb ayında əkin əkməz və Şaban ayında onu sulamazsa , Ramzanda necə biçim etmək istəyir ?!

📚 1.Lətaif əl-Məarif s.135.

https://telegram.me/RebbaniTelim

2 months, 2 weeks ago

🌹وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ سَنُدْخِلُهُمْ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا ۖ لَهُمْ فِيهَا أَزْوَاجٌ مُطَهَّرَةٌ ۖ وَنُدْخِلُهُمْ ظِلًّا ظَلِيلًا.

🌹İman gətirib yaxşı işlər görənləri (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları cənnətlərə daxil edəcəyik. Orada onlar üçün tər-təmiz zövcələr vardır. Onları (orada) sıx kölgəliklərə daxil edəcəyik.

4 months ago

🔴QEYRİ-İSLAM BAYRAMLARI

🔅وَالَّذِينَ لَا يَشْهَدُونَ الزُّورَ وَإِذَا مَرُّوا بِاللَّغْوِ مَرُّوا كِرَامًا .

🔹قال أبو العالية ، وطاوس ، ومحمد بن سيرين ، والضحاك ، والربيع بن أنس ، وغيرهم : هي أعياد المشركين .
📚 تفسير ابن كثير.

🔹Onlar yalana şahidlik etməz, lağlağı məclisinə rast gəldikdə (oradan) ləyaqətlə ötüb keçərlər.

📗Furqan 73.

Abul- A'liyə, Tavus, Muhəmməd ibn Sirin, Dahhək, Rabiy ibn Ənəs və digərləri bu ayə barədə deyiblər: " Müşriklərin bayramlarında iştirak etməzlər"

📚 Təfsir İbni Kəsir .

4 months, 1 week ago

⚠️..BU BİR XƏSTƏLİKDİR.

🔷قال عمر بن الخطاب رضى الله عنه : «عليكم بذكر الله فإنَّه شفاء، وإيَّاكم وذكر الناس فإنَّه داء»
(الزهد لأحمد بن حنبل) .

🔷Ömər bin əl-Xattab ( Allah ondan razı olsun) deyib : " Sizə Allahı ( çox ) zikr etməyi tövsiyə edirəm çünki bu bir şəfadır . İnsanları müzakirə etməkdən çəkinin çünki bu bir xəstəlikdir.

📚 Əz-zuhd.

4 months, 1 week ago

🗣️TƏHQİR EDƏNƏ QARŞI NECƏ DAVRANMALI.

🔷Əbu Hureyra (Allah ondan razı olsun) nəql edir ki : " Bir şəxs Əbu- Bəkri ( Allah ondan razı olsun) təhqir etməyə başlayır və Peyğəmbər ﷺ Əbu- Bəkrin yanında oturmuşdu. Peyğəmbər ﷺ həm təəccüblənirdi , həmdə gülümsəyirdi. O adam təkrar-təkrar təhqirə davam etdi və Əbu-Bəkr bəzi sözlərini ona qaytardı. Bu an Peyğəmbər ﷺ qəzəbləndi və ayağa qalxıb gedərkən Əbu-Bəkr ona tərəf yürüyüb çataraq : "Ey Allahın Elçisi ﷺ , O məni təhqir edəndə Sən oturmuşdun və nə zaman ki , mən onun bəzi sözlərini özünə qaytaranda sən durub getdin. Peyğəmbər ﷺ dedi : " Həqiqətən sənin yanında səni müdafiə edən mələk var idi .Amma sən ona cavab qaytaranda, şeytan peyda oldu və mən şeytan olan yerdə oturmaram "...

📚 Abu-Davud /Musnəd / Sil.Sahihə 2376.

https://telegram.me/RebbaniTelim

5 months, 2 weeks ago

▪️وَكُلَّ إِنْسَانٍ أَلْزَمْنَاهُ طَائِرَهُ فِي عُنُقِهِ ۖ وَنُخْرِجُ لَهُ يَوْمَ الْقِيَامَةِ كِتَابًا يَلْقَاهُ مَنْشُورًا.
▪️اقْرَأْ كِتَابَكَ كَفَىٰ بِنَفْسِكَ الْيَوْمَ عَلَيْكَ حَسِيبًا

▪️Biz hər bir insanın əməlini öz boynundan asdıq. Qiyamət günü isə açıq vəziyyətdə qarşısına qoyulan kitabı ona göstərəcəyik.
▪️
Kitabını oxu! Bu gün sənə özün-özünü hesaba çəkməyin yetər.

📗 17 ; 14

We recommend to visit

🔴JONLI EFIR VA GOLLAR 👇

Last updated 4 days, 4 hours ago

@sirdaryoonlayn_bot мурожаат учун

Last updated 3 days, 13 hours ago

ДХХ Чегара қўшинлари расмий канали

youtube.com/@sarhad_24

Last updated 6 days, 10 hours ago