Fantasy Queen 👸
Follow Me On Instagram - https://www.instagram.com/ananya.thakre/profilecard/?igsh=NWgwMG4xbXo0bHVx
Last updated 1 week, 1 day ago
Berdaq atındaǵı Qaraqalpaq mámleketlik universiteti Jaslar awqamı baslanǵısh shólkemi rásmiy telegram kanalı
?Murajaat hám usınıslar ushın
@qmu_jaslar_murojaat_bot
?Kanal 2020-jıl 29-yanvar kúni ashılǵan.
Last updated 2 months ago
🟢GÜNAHLARI SİLƏN ZİKR
"مَا عَلَى الْأَرْضِ أَحَدٌ يَقُولُ: لَا إِلٰهَ إِلَّا
اللَّهُ وَاللَّهُ أَكْبَرُ، وَلَا حَوْلَ وَلَا قُوَّةَ إِلَّا بِاللَّهِ، إِلَّا كُفِّرَتْ عَنْهُ خَطَايَاهُ، وَلَوْ كَانَتْ مِثْلَ زَبَدِ الْبَحْرِ."
🔷Abdullah ibn Amr (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Rəsulu ﷺ buyurdu:
🔶"Yer üzündə elə bir insan yoxdur ki, «Lə iləhə illəllah, Vallahu əkbər va lə həvlə va lə quvvatə illə billəh” desin, lakin onun günahları bağışlanmasın – hətta dənizdəki köpüklər qədər çox olsa belə."
💠Mənası: (Allahdan başqa haqq ilah yoxdur, Allah ən böyükdür .
Bütün güc və qüvvət yalnız Allahdandır - günahlardan çəkinmək və itaət etmək yalnız Allahın gücü və yardımı ilə mümkündür)
📚Tirmizi. Ş. Albani-səhih.
♾ Digərlərinə göndərməklə xeyirə vasitəçi olan , onu edən kimidir.🤲
🫂ƏSL DOST NÜMUNƏSİ
🔶قال ابن قتيبة رحمه الله: "وكان يقال: أخوك من وعظك برؤيته قبل أن يعظك بكلامه".
[عيون الأخبار 2/319].
🔷İbn Quteybə (Allah ona rəhmət eləsin) deyib: "Belə deyilərdi: Qardaşın odur ki, sənə sözləri ilə nəsihət verməzdən əvvəl, onu sadəcə görməklə , özü sənə nəsihət (nümunə) olsun."
[📚Uyun əl-Əxbar, 2/319]
❇️İbn Quteybənin bu gözəl sözü qardaşlıq və dostluq haqqında dərin bir məna daşıyır. Bu ifadə göstərir ki, həqiqi qardaş və ya sadiq dost, sözləri ilə nəsihət verməzdən əvvəl, davranışları və əməlləri ilə sənə nümunə olmalıdır. Yəni, onun yaxşı əməlləri və davranışları özü-özlüyündə bir nəsihət və doğru yol göstəricisidir, bəzən sözə belə ehtiyac qalmır.
✳️Bu fikir, yaxşı nümunənin insanlara təsirini və onun əhəmiyyətini vurğulayır. Həmçinin, doğru və təqvalı bir dostun və ya qardaşın yalnız davranışları ilə belə ətrafdakıları müsbət yöndə təsirləndirə biləcəyini ifadə edir.
🟤SƏBR ET VƏ MÜKAFATA TƏLƏSMƏ.
🔅﴿وَلَنَجْزِيَنَّ ٱلَّذِينَ صَبَرُوٓا۟ أَجْرَهُم بِأَحْسَنِ مَا كَانُوا۟ يَعْمَلُونَ ﴾
🔹لا تتعجل ثمرة عملك الطيب واصبر وإن سُخر من ثباتك فما أعده الله لك من خير أكثر وأكبر وأدوم.
🔅“Biz səbr edənləri, etdikləri ən gözəl əməllərinin əvəzi ilə mükafatlandıracağıq.”
📗(Ən-Nəhl, 96)
🔹Xeyir əməl etdikdə onun bəhrəsini tez görmək üçün tələsmə və səbr et. Əgər sədaqətinə və sabitliyinə görə lağa qoyulursansa, bil ki, Allahın sənə hazırladığı mükafat daha böyük, əbədi və daha dəyərlidir.
?رِجَالٌ لَا تُلْهِيهِمْ تِجَارَةٌ وَلَا بَيْعٌ عَنْ ذِكْرِ اللَّهِ وَإِقَامِ الصَّلَاةِ وَإِيتَاءِ الزَّكَاةِ ۙ يَخَافُونَ يَوْمًا تَتَقَلَّبُ فِيهِ الْقُلُوبُ وَالْأَبْصَارُ.
?O kəslər ki, nə ticarət, nə də alış-veriş onları Allahı anmaqdan, namaz qılmaqdan və zəkat verməkdən yayındırar. Onlar qəlblərin və gözlərin çevriləcəyi (iztirab çəkəcəyi) bir gündən qorxarlar.
? Nur 37
?ƏMƏL DƏFTƏRİ BAĞLANMAYAN..
?كلُّ الميِّتِ يُختَمُ على عملِهِ إلَّا المرابطَ ، فإنَّهُ يَنمو لَهُ عملُهُ إلى يومِ القيامةِ ، ويؤمَّنُ من فتَّانِ القبرِ
?Peyğəmbər ﷺ deyib: "Hər bir ölən şəxsin əməlinə xitam verilir, yalnız (Allah yolunda) keşik çəkən (şəhid) istisna. Onun öncədən etdiyi xeyir əməllər, qiyamət gününə qədər yazılır və qəbirdə sorğu-sual edənlərdən (iki mələkdən) güvəndə olur.
?Əbu Davud .səhih.
?GECƏ NAMAZINDAN MƏHRUM..
?قال الحسن البصري رحمه الله: إن الرجل ليذنب الذنب فيحرم به قيام الليل.
?Həsən əl-Bəsri (رحمه الله)
deyib: "Həqiqətən bir şəxs günah edər, bununla da o, gecə namazından məhrum olar."
?️CƏNNƏTİN VƏSFİ.
⚜️(Cənnətdə) onlar üçün qızıl teştlər və qədəhlər içində (yemək-içmək) dolandırılacaqdır. Orada onların ürəkləri istəyən və gözlərini oxşayan hər şey olacaqdır. Siz orada əbədi qalacaqsınız!
? Zuxruf 71.
?Peyğəmbər ﷺ deyib: " Kim cənnətə daxil olacaqsa, ancaq nemətlər görəcək və heç vaxt (nədənsə) korluq çəkməz, paltarları köhnəlməz və daim cavan qalarlar (yaşlanmazlar). "
? Muslim.
??..BİR AZ MÖHLƏT VER..
?وَأَنْذِرِ النَّاسَ يَوْمَ يَأْتِيهِمُ الْعَذَابُ فَيَقُولُ الَّذِينَ ظَلَمُوا رَبَّنَا أَخِّرْنَا إِلَىٰ أَجَلٍ قَرِيبٍ نُجِبْ دَعْوَتَكَ وَنَتَّبِعِ الرُّسُلَ ۗ أَوَلَمْ تَكُونُوا أَقْسَمْتُمْ مِنْ قَبْلُ مَا لَكُمْ مِنْ زَوَالٍ.
?İnsanları onlara əzab gələcəyi günlə qorxut. O gün zalımlar: “Ey Rəbbimiz! Bizə bir az möhlət ver. Biz Sənin dəvətini qəbul edər (iman gətirər) və peyğəmbərlərə tabe olarıq!” deyərlər. Bəs əvvəlcə sizə heç bir zaval toxunmayacağı barədə and içməmişdiniz?!
? İbrahim: 44
??CƏHƏNNƏMƏ APARAN ÜÇ QAPI.
?دخل الناس النار من ثلاثة أبواب: باب شبهة أورثت شكاً في دين الله. وباب شهوة أورثت تقديم الهوى على طاعته ومرضاته. وباب غضب أورث العدوان على الآخرين.
?İbnul-Qayyim (رحمه الله) deyib: " İnsanlar cəhənnəmə üç qapıdan daxil olurlar :
1.Allahın dinində şəkk etməyə aparan " şübhə" qapısı.
2.Nəfsi istəkləri , Allahın razılığından və ona itaətdən önə çəkməyə aparan "şəhvət" qapısı.
3.Başqalarına qarşı ədavətə aparan " qəzəb" qapısı ."
? əl-Fəvaid.
?XƏZİNƏ TOPLA..
?Şədddəd ibn Avs ( Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini nəql edir:
"Ey Şəddəd ibn Avs! Görsən ki insanlar qızıl və gümüşdən xəzinə toplayıblar , sən də bu kəlmələrdən xəzinə topla :
?اللَّهمَّ ! إنِّي أسألُك الثَّباتَ في الأمرِ ، والعزيمةَ على الرُّشدِ ، وأسألُك موجِباتِ رحمتِك ، وعزائمَ مغفرتِك ، وأسألُك شُكرَ نعمتِك، وحُسنَ عبادتِك، وأسألُك قلبًا سليمًا، ولسانًا صادقًا، وأسألُك من خيرِ ما تعلَمُ، وأعوذُ بك من شرِّ ما تعلَمُ، وأستغفرُك لما تعلَمُ؛ إنَّك أنت علَّامُ الغيوبِ.
?[Allahummə inni əs'əlukə-śśəbətə fil-əmr, val-əziymətə alər-ruşdi, va əs'əlukə mu-cibəti rahmətik, va azəimə məğfirətik, va əs'əlukə şukra ni'mətikə, va husnə íbə-dətik, va əs'əlukə qalbən səliymən , va lisə-nən sa-diqan. Va əs'əlukə min xayri mə tə'ləmu, va əužu bikə min şərri mə tə'ləmu, va əstəğfirukə limə tə'ləmu, innəkə əntə alləmul-ğuyub]
✳️Ey Allah ! Səndən bütün xeyir işlərdə sabit qədəm olmağımı, saleh əməllərdə əzmkar olmağımı diləyirəm. Səndən rəhmətini qazandıracaq işlər görməyimi və məğfirətini təkid edən əməllər diləyirəm. Səndən nemətlərinə şükr etmək, gözəl şəkildə ibadət etmək diləyirəm. Səndən salamat qəlb və doğru danışan olmağımı diləyirəm. Səndən bildiyin xeyirləri diləyirəm və sənin bildiyin şerlərdən sənə sığınıram. Barəmdə bildiklərindən bağışlanma diləyirəm. Həqiqətən sən qeybləri ən yaxşı bilənsən."
? Silsilə Sahih..3228
Fantasy Queen 👸
Follow Me On Instagram - https://www.instagram.com/ananya.thakre/profilecard/?igsh=NWgwMG4xbXo0bHVx
Last updated 1 week, 1 day ago
Berdaq atındaǵı Qaraqalpaq mámleketlik universiteti Jaslar awqamı baslanǵısh shólkemi rásmiy telegram kanalı
?Murajaat hám usınıslar ushın
@qmu_jaslar_murojaat_bot
?Kanal 2020-jıl 29-yanvar kúni ashılǵan.
Last updated 2 months ago