Sufre TV

Description
Süfrə TV-nin rəsmi teleğram kanalına xoş gəlmisiniz.

Süfrə TV dini kanaldır. İslam və Əhli-beyt (ə) maarifini təbliğ etmək məqsədini izləyir. Siz də bu mənəvi süfrədən uzaq düşməyin! Kanala abunə olmağı və onu paylaşmağı unutmayın...
We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )

Last updated 2 months, 1 week ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 4 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 1 year, 2 months ago

1 month, 3 weeks ago
Rəcəb ayı üçün əlamətdar islami günlər …

Rəcəb ayı üçün əlamətdar islami günlər - 2025 / Yanvar

1 Rəcəb – 2 yanvar - İmam Muhəmməd Baqirin (ə) mövludu;
1 Rəcəb - 4 yanvar - “Ləylətur-rəğaib” (İstəklər gecəsi – Rəcəb ayının ilk cümə axşamından ilk cüməsinə keçən gecə);
3 Rəcəb – 4 yanvar - İmam Əliyyən-Nəqinin (ə) şəhadəti;
10 Rəcəb –11 yanvar - İmam Muhəmməd Təqinin (ə) və imam Hüseynin oğlu həzrət Əliəsğərin (ə) mövludu;
13 Rəcəb – 14 yanvar - İmam Əmirəlmöminin Əlinin (ə) mövludu;
15 Rəcəb – 16 yanvar - Xanım Zeynəbin (s.ə) vəfatı və müsəlmanların qibləsinin Beytül-Müqəddəsdən Kəbəyə çevrildiyi gün;
19 Rəcəb – 20 yanvar - Qanlı 20 yanvar - Ümumxalq hüzn günü
25 Rəcəb –26 yanvar - İmam Kazimin (ə) şəhadəti;
27 Rəcəb – 28 yanvar - Peyğəmbəri – Əkrəmin (s) peyğəmbərliyə seçildiyi gün – “Məbəs” bayramı;
28 Rəcəb – 29 yanvar - İmam Hüseynin (ə) (60-cı hicri-qəməri ilində) Mədinədən Məkkəyə doğru hərəkət etdiyi gün.

@maideaz
#maideaz #islam #təqvim

2 months ago
Sufre TV
3 months ago

Nur” surəsi 36-cı ayədə buyurulur:
فِی بُیُوتٍ أَذِنَ اللَّهُ أَن تُرْفَعَ وَیُذْکَرَ فِیهَا اسْمُهُ یُسَبِّحُ لَهُ فِیهَا بِالْغُدُوِّ وَالْآصَالِ
“(İlahi nur) Allahın (şeytanların əlindən uzaq olmaq üçün) ucaldılmasına və öz adının zikr edilməsinə izn verdiyi o evlərdir ki, orada səhər-axşam Onu təqdis edib şə’ninə tə’riflər deyərlər.

Süyuti “Əd-durrul-mənsur” kitabında Peyğəmbərin (s) iki səhabəsindən – Ənəs ibn Malik və Büreydədən nəql edir ki, Peyğəmbər (s) bu ayəni tilavət edərkən, bir nəfər ayağa qalxıb soruşdu: “Ya Rəsuləllah! Bu ayədəki evlər kimlərindir? Peyğəmbər (s) buyurdu: “Peyğəmbərlərin evləridir.” Əbu Bəkr ayağa qalxıb dedi: Bu evlər mə’lum oldu. Bəs Əli və Fatimənin evi necə? Peyğəmbər (ə) buyurdu: “Bəli, bu o evlərin ən üstünüdür!
( “Əd-durrul-mənsur”, c.5, səh.50.)

https://t.me/SufreTV

3 months, 3 weeks ago
Sufre TV
3 months, 3 weeks ago

"ƏYYAMİ-FATİMİYYƏ" - FATİMİYYƏ GÜNLƏRİ

Allah Rəsulunun (s) sevimli qızı paklıq və ismət rəmzi Həzrət Siddiqətul-Kubra Fatimeyi-Zəhranın (s.ə.) müsibətli şəhadət günləri "Əyyami-Fatimiyyə" yaxınlaşır.

Maide.Az xəbər verir ki, o, Həzrətin şəhadət günü ilə bağlı iki tarix qeyd olunub: Cəmadiül-əvvəl ayının 13-ü (2024-cü il Noyabr ayının 15-i, -Peyğəmbərin (s) vəfatından 75 gün sonra) və Cəmadiül- sani ayının 3-ü (2024-cü il Dekabr ayının 5-i, Peyğəmbərin (s) vəfatından 95 gün sonra).

Bu münasibətlə Əhli-Beyt (ə) ardıcılları qeyd olunan hər iki tarixdə 3 gün əzadarlıq məclisləri təşkil edir və o həzrətə matəm saxlayırlar. Hər iki tarixdə qeyd olunan əzadarlığa "Əyyami Fatimiyyə" deyilir.

https://t.me/SufreTV

5 months, 1 week ago

Kişilərin ən pisi

Peyğəmbəri-Əkrəm (s):
أَلاَ أُخْبِرُكُمْ بِشِرَارِ رِجَالِكُم

“Sizə kişilərin ən pisindən xəbər verimmi?”

Dedilər:

بَلَى يَا رَسُولَ اَللَّهِ

“Bəli, ey Allahın Rəsulu!”

Həzrət buyurdu:

إِنَّ مِنْ شِرَارِ رِجَالِكُمُ اَلْبَهَّاتَ اَلْجَرِيءَ اَلْفَحَّاشَ اَلْآكِلَ وَحْدَهُ وَ اَلْمَانِعَ رِفْدَهُ وَ اَلضَّارِبَ عَبْدَهُ وَ اَلْمُلْجِئَ عِيَالَهُ إِلَى غَيْرِهِ

“Həqiqətən, siz kişilərin ən pisi (bu xüsusiyyətlərə sahib olanlardır):
1. böhtançı;

  1. söyüşcül;

  2. tək-tənha yemək yeyən;

  3. yaxşılığını əsirgəyən;

  4. köləsini döyən;

  5. əhli-əyalını (gündəlik ev xərclərində) başqasına möhtac edən.”
    (“Əl-kafi”, c.2, səh.292.)

http://T.me/SufreTV

5 months, 2 weeks ago

Kişilərin ən yaxşısı

Bir gün Peyğəmbəri-Əkrəm (s) səhabələrinə buyurdu:
ألا اُخبِرُكُم بِخَيرِ رِجالِكُم؟
“Siz kişilərin ən yaxşısı haqda xəbər verimmi?“
قُلنا بَلى يا رَسولَ اللّهِ
Dedilər: “Bəli, ey Allahın Rəsulu (s)!“
قالَ: إنَّ مِن خَيرِ رِجالِكُمُ التَّقِيَّ، النَّقِيَّ، السَّمحَ الكَفَّينِ، النَّقِيَّ الطَّرَفَينِ، البَرَّ بِوالِدَيهِ، ولا يُلجِئُ عِيالَهُ إلى غَيرِهِ
Buyurdu: “Həqiqətən, sizin aranızda ən yaxşı kişi təqvalı, (günahdan) pak, səxavətli, namuslu və iffətli olanınız, valideyninə yaxşılıq edəniniz və ailəsini başqalarına möhtac etməyəninizdir.“ 
 (“Əl-kafi“, c.2, səh.57, hədis 7.)

http://T.me/SufreTV

We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )

Last updated 2 months, 1 week ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 4 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 1 year, 2 months ago