✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )
Last updated 2 months, 1 week ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 4 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 1 year, 2 months ago
Əshabi-kəhfin qeybi (Uzunmüddətli qeybə dair) söylədiklərimizə başqa bir nümunə Əshabikəhfin əhvalatıdır ki, Quran onların durumunu bəyan etmişdir. O cümlədən, dindar olduqlarına görə qaçmaları, xalqlarından gizlin olmaları qeyd edilmişdir. Əgər Quran Əshabi…
🖊️Şeyx Tusi (r) İmam Məhdinin (ə.f) qeybini inkar edənlər üçün keçmiş Peyğəmbərlərdən nümunə yazır: 🗣️Xızırın (ə) qeybi (Nümunə baxımından) Bu Xızırdır ki, əksər müsəlmanların etiqadına əsasən, bizim dövrümüzdən (əsrlər) öncə, habelə Musanın (ə) zamanında…
🖊️Şeyx Tusi (r) İmam Məhdinin (ə.f) qeybini inkar edənlər üçün keçmiş Peyğəmbərlərdən nümunə yazır:
🗣️Xızırın (ə) qeybi (Nümunə baxımından) Bu Xızırdır ki, əksər müsəlmanların etiqadına əsasən, bizim dövrümüzdən (əsrlər) öncə, habelə Musanın (ə) zamanında yaşamış və indiyədək yaşamaqdadır. Sirə və tarix əhlinin yekdil fikrinə əsasən, onun yaşayış yeri məlum deyil. Kimsə onun əshabını tanımır. Fəqət Quran onun Musa ilə əhvalatından söz açmışdır. Bəzi kəslərin qeyd etdiyi budur ki, Xızır camaata görsənmişdir. Ancaq kimsə onu tanımamışdır. Onu görən kəs elə güman etmişdir ki, zahid bir adamı görmüşdür. Ondan ayrılan zaman fərqinə varmışdır ki, həmin zahid kəs elə Xızırın özümiş (yaxud Xızır ola biləcəyini xəyal edib). Amma görüş əsnasında Xızırı heç vaxt tanımamış, hətta Xızır ola biləcəyini güman belə, etməmişdir. Bəlkə zənn etmişdir ki, həmin dövrün adi əhalisindən biridir.
Musanın (ə) qeybi Musa ibn İmran (ə) Firon və dəstəsinin qorxusundan öz vətənindən qaçdı. Qurani-kərim Musanın qeyb hekayətini açıqlamışdır. Bir müddətə qədər heç kəsin ona əli çatmamış və onu tanımamışdır. Nəhayət, Allah onu peyğəmbər olaraq göndərmiş, camaatı ona itaət etməyə dəvət etmişdir. Bu vaxt dostu da, düşməni də onu tanıdı.
Yusifin (ə) qeybi Qurandan bir surənin adını daşıdığı və barəsində gəlmiş olan Həzrət Yusifin hekayəsi bunu ehtiva edir ki, o həzrətin xəbəri Allah peyğəmbəri olan, səhər-axşam vəhy olunan atasından gizli qaldı. Yusifin durumunun (hansı vəziyyətdə olma) xəbəri Yəqubun övladlarından da məxfi oldu. O vaxta qədər ki, Yəqubun övladları Yusifin yanına getdilər və onunla müamilə etdilər (qarşılıqlı anlaşdılar). Ancaq bu əsnada onu tanımadılar. Nəhayət çox illər keçdi və Allah Yusifin məsələsinin üzərindən pərdəni qaldırdı və onun xəbərini üzə çıxartdı, onu atası və qardaşları ilə bir araya gətirdi. Baxmayaraq ki, bu macəra ürfümüzə uyğun deyil və onun kimisini eşitməmişik.
Ardı paylaşılacaq
?️İmam Əlinin (ə) əbu bəkrə (L) yazdığı məktub:
?️“Nicat və qurtuluş gəmilərinin sinəsi ilə fitnə dalğalarını yarıb keçdilər; loğvalıq əhlinin tacını xəyanət əhli üçün yerə atdılar; nurlar öz nuru ilə yollarına işıq saldılar. Pak əməlisalehlərin miraslarını öz aralarında böldülər, seçilmiş Peyğəmbərin (s) hədiyyəsini qəsb etmək günahının yükünü daşıdılar. Dəvə dəyirman daşını fırlatmaq üçün dövrə vurduğu kimi, sizin azğınlıq içində dövrə vurduğunuzu görürəm. Allaha and olsun ki, sizin elminiz olmayan şeylərdə mənə icazə verilsəydi, dəmirdən olan qılıncla, buğdanın başı biçildiyi kimi, sizin başınızı bədənlərinizdən biçib ayırardım. Ən şücaətlinizin başını qoparmaqla qəlblərinizə yara vurar və sizi vəhşət halına salardım. Həqiqətən, mən – bildiyiniz kimi – siz evinizə qısıldığınız vaxt döyüşçüləri həlak edən, orduları məhv edən, yaşınızı yandıran, odunuzu söndürən və meydan sulayanları doğrayanam. Mən dünən sizin imamınız idim. Atam-anamın canına and olsun ki, siz xəlifək və nübuvvətin bizdə olmasını heç vaxt xoşlamayacaqsınız. Siz Bədrin kin-küdurətini və Ühüdün qisasını xatırlayırsınız. And olsun ki, Allahın sizin barənizdə əvvəlcədən olan hökmünü söyləsəm, qabırğalarınız dəyirman daşının dişləri kimi qarınlarınıza girər. Əgər danışsam, “həsəd üzündən danışır” deyəcəksiniz. Əgər sükut etsəm, “Əbu Talibin oğlu ölümdən qorxdu” deyəcəklər. Heyhat! Heyhat! İndi mənim barəmdə belə deyilir? Halbuki öldürən ölüm, qaranlıq zülmət gecənin içində hər bəlaya baş vuran, iki ağır qılınc, iki ağır nizəni daşıyan, (düşmənin) izdihamı içində döyüş bayraqlarını sındıran, yaranmışların ən sevimlisinin (Peyğəmbərin) üzündən dərd-qəmi silib aparan mənəm! Bəsdirin! Allaha and olsun ki, Əbu Talibin oğlunun ölümə meyli südəmər uşağın anasının sinəsinə olan meylindən daha artıqdır. Övladı ölən analar sizə ağlasın! Əgər Allahtaalanın kitabında sizin barənizdə nazil etdiyini açıb söyləsəm, dərin quyunun içinə sallanmış ip kimi titrəyər, evinizdən çıxıb qaçar, üzü üstə iməkləyərsiniz. Lakin mən qəzəbimi sakitləşdirirəm ki, Rəbbimlə kəsilmiş əllə (yardım edənlərin olmamasına işarə edir – red.) və sizin ləzzətiniz olan buğda aparmadan görüşüm. Sizin dünyanız mənim üçün bulud kimidir; ucaldı, qatılaşdı, yayıldı, parça-parça oldu və yoxa çıxdı. Yavaş olun! Qısa bir zamanda sizin üçün qatı tozlar aradan gedəcək, əməlinizin acı meyvəsini dərəcək, əllərinizlə əkdiyiniz acı, zəhərli və öldürücü əkini biçəcəksiniz. Allahın hakim, Peyəmbərin (s) isə sizin əleyhinizə olması və Qiyamət günü hesab üçün sorğu-suala dayanmaq yetərlidir. Qiyamət günü Allah sizdən başqasını rəhmətindən uzaqlaşdırmayacaq və sizdən qeyrisini bədbəxt etməyəcək. Hidayət yolunu tutub gedənlərə salam olsun!”
?Əllamə Təbərsi, (r.ə) "Əl-İhticac", səh 167-168. Bakı çapı
?️İmam Əli (ə) soruşdu: “Ey Əbu Bəkir, Allahın kitabını oxuyursanmı?” O: “Bəli” – deyə cavab verdi.
?️İmam Əli (ə) buyurdu: “Allah-taalanın “Ey Əhli-Beyt! Həqiqətən, Allah sizdən (hər cür) çirkinliyi (pisliyi, günahı) aparmaq və sizi pakdan da pak etmək istər” (Əhzab surəsi, Ayə 33) ayəsinin kimin barəsində nazil olduğunu mənə söylə. Bizim barəmizdə nazil olub, yoxsa başqalarının?” O dedi: “Sizin barənizdə nazil olmuşdur”. İmam Əli (ə) soruşdu: “Əgər şahidlər Allah rəsulunun qızı Fatimənin pis bir iş etdiyinə şahidlik edərsə, sən nə edərsən?” O dedi: “Müsəlman qadınlara olduğu kimi, ona da hədd cəzası verərəm”. İmam Əli (ə) buyurdu: “Deməli, sən Allah yanında kafirlərdənsən”. O soruşdu: “Nə üçün?” İmam Əli (ə) buyurdu: “Ona görə ki, sən Allahın onun barəsində paklıq şahidliyini rədd edib, insanların onun əleyhinə şahidliklərini qəbul etdin. Necə ki, Peyğəmbərin (s) Fədək bağını Fatiməyə hədiyyə etməsi və hələ (Peyğəmbər) həyatda ikən ora sahib olmasına baxmayaraq, Allah və Onun rəsulunun (s) hökmünü rədd edərək dabanına sidikləyən bir bədəvinin onun əleyhinə şahidliyini qəbul etdin. Fədək bağını ondan alıb, müsəlmanların ərazisi olduğunu iddia etdin. Allah rəsulu (s) buyurmuşdur: “İddia edən şahid gətirməli, əleyhinə iddia olunan isə and içməlidir”. Sən Allah rəsulunun (s) iddia edənin dəlil gətirməsi və əleyhinə iddia olunanın and içməli olması hökmünü rədd etdin”.
?Əllamə Təbərsi, (r.ə) "Əl-İhticac", səh 164. Bakı çapı
*?️Allah rəsulu (s) buyurur:
?️“Xurmanı acqarına yeyin, çünki bu, mədədəki qurdları öldürür”.*
?"Səhifətur-Rza (ə)", səh 105 hədis 49. Bakı çapı
?️ #birincidünyamuharbəsi #tarix #döyüş
?️Birinci dünya müharibəsində, ümumiyyətlə, 10 milyon civarında hərbçinin öldüyü təxmin edilir. Bu, müharibənin davam etdiyi hər dəqiqədə 4 əsgərin ölməsi deməkdir. Müxtəlif səbəblərdən ən azı 7 milyon dinc sakinin də ölməsi ilə ümumi insan itkiləri 17 milyona çatır. Ən azı 50 milyon da ispan qripinin qurbanı oldu.
Dünya müharibəsi ciddi siyasi dəyişikliklərə səbəb oldu. Dörd imperiya - Osmanlı, Avstriya-Macarıstan, Rusiya və Almaniya süqut etdi, ərazilərində yeni dövlətlər yarandı. Müharibəyə qədər cəmi 26 müstəqil dövlətin olduğu Avropanın müasir siyasi xəritəsinin əsası məhz bu zaman qoyuldu
-Kamil_din-
?Yadigar Sadıqlı, "Tarixdən səhifələr", səh 64
?️İmam Əli (ə) buyurdu:
*?️"Ey Rümeylə, elə bir mömin kişi və qadın yoxdur ki, xəstələndikdə xəstələnməyək, hüznləndikdə hüznlənməyək, dua etdikdə duasına "amin" deməyək, gileyləndikdə onun üçün dua etməyək".*
?Şeyx Hüseyn Xəsibi, (r.ə) "Əl-Hidayətul-Kubra", səh 169. Bakı çapı
✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )
Last updated 2 months, 1 week ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 4 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 1 year, 2 months ago