Risalah

Description
Sual və təkliflər üçün əlaqə: t.me/azeboot

• Hədəfimiz gerçək islamı öyrənmək və öyrətməkdir.
• Tərcümələr hamısı profilə məxsusdur.
• Kanal mədinə tələbəsi tərəfindən idarə edilir.
• Kanalı maksimum paylaşaq ki, xeyiri daha çox yayaq.
We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )

Last updated 2 months ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 4 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 1 year, 2 months ago

1 week ago

İbni Abbas رضي الله عنهما

**إن للحسنة ضياء في الوجه ونوراً في القلب وقوة في البدن وسعة في الرزق ومحبة في قلوب الخلق وإن للسيئة سواداً في الوجه وظلمة في القلب ووهناً في البدن ونقصاً في الرزق وبغضة في قلوب الخلق .

Yaxşı əməlin, insana beş təsiri vardır: üzdə bir parıltı, qəlbdə bir nur, bədəndə bir güc, ruzidə bir genişlik və insanların qəlbində bir sevgi yaradar.

Günahın isə beş zərəri vardır: üzdə bir qaralma, qəlbdə bir qaranlıq, bədəndə bir zəiflik, ruzidə bir azalma və insanların qəlbində bir nifrət oyadar.**

[الوابل الصيب , 30]

https://t.me/risalaah

1 week ago

Abdullah ibn Məsud رضي الله عنه:

**إنكم فـي ممر الليل والنهار في آجالٍ منقوصةٍ، وأعمالٍ محفوظةٍ، والموت يأتي بغتة، من زرع خيراً يوشك أن يحصد رغبة، ومن زرع شراً يوشك أن يحصد ندامة، ولكل زارع مثل ما زرع.

Siz gecə və gündüzün içində axıb gedən bir yolçuluqdasınız. Ömürləriniz tükənir, əməlləriniz yazılır və ölüm qəfil gələr. Kim xeyir əkərsə, ümid etdiyi mükafatı biçər. Kim isə şər əkərsə, yalnız peşmançılıq içində biçər. Hər kəs öz əkdiyinin qarşılığını alacaqdır.**

[سير أعلام النبلاء ٤٩٧/١]

https://t.me/risalaah

1 week, 1 day ago

Dünyanın ən böyük ləzzəti iki şeydədir. Biri Namaz, biri də Elm. Və ən əzəmətli elm isə Qurandır. Bu isə ibadətdə ən böyük ləzzətdir. Bu isə dünyadaki ən böyük ləzzətdir. Kimin üçün ki, bu iki ibadət qapısı açılıb, o şəxslər çox dünyada ən sevincli , səadətli insanlardır.

Şeyx Abdus-Sələm əş-Şuvayer dərsindən…

https://t.me/risalaah

2 months, 3 weeks ago

Müsəlmanı qorxutmaq haramdır. Hətta zarafata olsa belə. Müsəlmana qarşı edilmiş bir zülümdür.

Rasulullah صلى الله عليه وسلم:

مَن روَّعَ مسلمًا روَّعه الله يومَ القيامة.
Kim bir müsəlmanı qorxutarsa, Allahda o şəxsi qiyamət günü qorxudar.

[سنن أبي داود رقم 5004 سنده حسن]

Başqa bir hədisdə:

**لا يحِلُّ لمسلمٍ أن يُروِّعَ مسلمًا.

Bir müsəlmanın başqa bir müsəlmanı qorxutması halal deyildir.**

[صحيح أبي داود رقم 5004 صحيح]

https://t.me/risalaah

2 months, 4 weeks ago

Dörd şey vardır ki, insan ömrü boyu əsla bu şeyləri tərk etməməlidir:

1 — Əsla şükür etməyi tərk etməki, hətta artıq nemətdən məhrum olmayasan.

Allah təala buyurur:

**ولئن شكرتم لازيدنكم.

Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram.**

(İbrahim,7)

2 — Allahı zikir etməyi əsla tərk etməki, hətta Allahın zikirindən məhrum olmayasan.

Allah təala buyurur:

**فاذكروني أذكركم.

Məni yad edin ki, Mən də sizi yad edim!**

(əl-Bəqərə, 152)

3 — Əsla Allaha dua etməyi tərk etməki, hətta sənə cavab verilməkdən məhrum olmayasan.
**ادعوني استجب لكم.

Mənə dua edin, Mən də sizə cavab verim.**

(Ğafir, 60)

4 — İstiğfarı əsla tərk etməyin ki, hətta nicata (qurtuluşa) çatmağdan məhrum olmayasan.

**وما كان الله معذبهم وهم يستغفرون.

Bağışlanmalarını dilədikləri zaman da Allah onlara əzab verən deyildir.**

(əl-Ənfal,33)

https://t.me/risalaah

3 months ago

Din adına ona aid olmayan məsələri danışan avam gördüyünüz zaman istər müsəlman olsun istər qeyri müsəlman fikir verməyin onu ciddiyə belə almayin. Avam ilk öncə getsin Allahın dinin nazil olduğu dili öyrənsin. Dili öyrəndikdən sonra Allahın kitabını doğru səlist oxusun. Və açar elmləri qavradıqdan sonra. Hər hansısa bir məsələdə şəriət çərçivəsində danışa bilər. İnsanları həssas məsələr ilə qorxudurlar bax filan şeyi etməsən kafir olacaqsan bidətçi olacaqsan. Nətər yəni bu məsələ mənə görə belədir?! Filan tələbədən çox bilirsən?! Kimi ifadələrlə müsəlmanları səhih mənhəcdən yayındırırlar.

https://t.me/risalaah

3 months, 1 week ago

Namazda istisna hallar xaric yersiz hərəkətlər, tərpənmələr etmək olmaz. Bu hətta namazı batil edə bilər. Ən çoxda bu hərəkətlər namazda önə arxaya doğru hərəkət edərək bədəni yelləndirmək və ya sağa sola hərəkət etmək. Gözləri sağa sola hərəkət elətdirmək. Saqqal ilə oynamaq. Yersiz əl-qol hərəkətləri etmək icazəli deyil.

https://t.me/risalaah

3 months, 1 week ago

Rasulullah صلى الله عليه وسلم : **المؤمن للمؤمن كالبنيان يشد بعضه بعضاً.

Mömin, mömin üçün binanın daşları kimidir. Biri digərini dəstəkləyir.**[əl-Buxari və Muslim]https://t.me/risalaah

3 months, 1 week ago

Özünüzdə, ailənizdə müsəlman qardaşınızda xoşunuza gələn bir şey gördüyünüz zaman mütləq bu duanı və onun üçün bərəkətli olsun deyə dua edin.

Uca Allah buyurur:

**ولولا إذ دخلت جنتك قلت ما شاء الله لا قوة إلا بالله.

Bağına girdiyin zaman: “Maşallah (Allahın istədiyidir)! Qüvvət yalnız Allaha məxsusdur!”– deməli deyildinmi?**

[əl-Kəhf, 39]

Rasulullah صلى الله عليه وسلم də göz dəymədən qorunmaq üçün bunu söyləməyi tövsiyə etdiyi rəvayət olunur:

İbn Abbas رضي الله عنه rəvayət edir ki, Rəsulullah صلى الله عليه وسلم buyurmuşdur:

مَنْ رَأى شَيْئًا فَأَعْجَبَهُ فَقالَ: ما شاءَ اللَّهُ لا قُوَّةَ إِلاَّ باللَّهِ، لَمْ يَضُرَّهُ.

“Kim bir şey gördüyü zaman ‘MəşəAllah, la qüvvətə illa billah’ desə, ona heç bir göz dəyməz.”
[İbnul Munzir, Beyhəqi, əl-Həkim və İbn Kəsir əl-Kəhf , 39-un təfsirinə baxa bilərsiz]

Bu ifadəni gözəl bir şey gördükdə demək həm şükür ifadəsidir, həm də bəd nəzərdən qorunmaq üçün təsirlidir.

https://t.me/risalaah

5 months, 4 weeks ago

İbn Abdul-Bərr رحمه الله :
ومما يفسد الذهن ثلاثة: الهم والوحدة والفكر.

Üç şey insanın zehnini xarab edir:

1-Kədər (üzüntü).
2-Yalnızlıq.
3-Çox fikir etmək.

[Bəhcətu'l-məcəlis]

https://t.me/risalaah

We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )

Last updated 2 months ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 4 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 1 year, 2 months ago