DUALAR ve ZIKRLER

Description
Salam aleykum. Bu kanalda " DUALAR ve ZİKRLER " paylaşılacaq😊
Hər növ zikrlər, dualar, və məsum Əhli Beyt kəlamları. İnşə Allah birlikdə əməl edib öz nəfsimizə qalib qələrik👐
BEYENSEZ LİNKİ PAYLAWİN KANALA DESTEK OLUN👈
We recommend to visit

Mustafa Tuzkaya
5651 sayılı kanuna göre yer sağlayıcı hükmündedir.

Reklam ve iletişim
@Malumatci

Last updated 1 month ago

My Neighbor Totoro mmsub

Last updated 2 years, 5 months ago

𝖵ə 𝖻𝗂𝗋 𝗀𝗎‌𝗇 𝖻𝗎 𝗄𝖺𝗇𝖺𝗅𝖽𝖺 𝗈‌𝗅ə𝖼ə𝗄.𝖡𝗎𝗋𝖽𝖺 𝗈𝗅𝖺𝗇𝗅𝖺𝗋 𝗂𝗌ə 𝗑𝖺𝗍𝗂𝗋ə 𝗈𝗅𝖺𝗋𝖺𝗊 𝗊𝖺𝗅𝖺𝖼𝖺𝗊,𝗒𝖺𝗌‌𝖺𝗇𝖺𝗇 𝗁𝗂𝗌𝗌𝗅ə𝗋𝗌ə ə𝖻ə𝖽𝗂 𝖻𝗂𝗓𝗂𝗆𝗅ə..
𝖢𝗋𝖾𝖺𝗍𝖾𝖽:⁰⁸'⁰⁶'²⁰²²🏹

🐆⃤Öɗəᥒişᥣi rᥱκᥣᥲⲙ🐆⃤

Last updated 1 month, 3 weeks ago

1 Monat, 2 Wochen her

*‼️ D İ Q Q Ə T ‼️*

Əziz izləyicilər son məlumatlara görə Suriyada vəhhabi-təkfirçi qruplaşmalar Xanım Zeynəbin (s.ə) mübarək hərəmi ətrafındadılar.Xəbərlərdə qeyd edilir ki,terrorçular Həzrət Zeynəbin (s.ə) hərəminin əmlakını oğurlayıb,dağıdıblar və müqəddəs hərəmin ətrafındakı ağacları və hasarları yandırıblar.

Xanım Zeynəbin (s.ə) hərəminin müdafiəsi üçün zikr halqası başladırıq.Hər kim nə qədər bacararsa salavat zikr etsin və bu zikrləri Həzrət Əbulfəzl Abbasa (ə) hədiyyə etsin.Kərbəla Ələmdarına (ə) təvəssül edək ki,yezidin qoşunu yenidən xeymələrə yaxın düşməsin.Zəhmət olmasa bu məsələyə biganə qalmayaq.

1 Monat, 2 Wochen her

ŞƏNBƏ GÜNÜNDƏ HƏZRƏT PEYĞƏMBƏRİN (S) ZİYARƏTİ

Əşhədu ən la ilahə illəllahu, vəhdəhu lə şərikə ləh, və əşhədu ənnəkə rəsuluhu, və ənnəkə Muhəmməd ubnu Əbdillah, və əşhədu ənnəkə qəd bəlləğtə risaləti rəbbikə, və nəsahtə liummətikə, və cahədtə fi səbililləhi bil hikməti, vəl məv izətil həsənəti və əddəytəlləzi əleykə minəl həqqi, və ənnəkə qəd rəuftə bil mumininə və ğələztə ələl kəfirin, və əbədtəllahə muxlisən həttə ətakəl yəqin, fəbələğəllahu bikə əşrəfə məhəllil mukərrəmin, əlhəmdulilləhilləzis tənqəzənə bikə minəş şirki vəz zalələti. Allahummə salli əla Muhəmmədin və alihi vəc əl sələvatikə və səlavati mələikətikə və ənbiyəikəl mursəlin və ibədikəs salihin, və əhlis səməvəti vəl ərəzin, və mən səbbəhə ləkə ya Rəbbəl ələminə minəl əvvəlinə vəl axirin, əla Muhəmmədin əbdikə və rəsulikə və nəbiyyikə və əminikə və nəcibikə və həbibikə və safiyyikə və sifvətikə, və xassatikə və xalisatikə və xiyərətikə min xəlqikə və tihil fəzlə vəl fazilətə vəl vəsilətə, vəd dərəcətər rəfi ətə vəb əshu məqamən məhmudən yəğbituhu bihil əvvəlunə vəl axirun. Allahummə innəkə qultə və ləv ənnəhum iz zaləmu ənfusəhum cəukə fəstəğfərullahə vəstəğfərə ləhumur rəsulu ləvəcədullahə təvvəbər rahimə, ilahi fəqəd ətəytu nəbiyyəkə mustəğfirən taibən min zunubi, fəsalli ələ Muhəmmədin və alihi vəğfir hali ya səyyidəna ətəvəccəhu bikə və bi əhli bəytikə iləllahi təala rəbbikə və rəbbi liyəğfirəli.

Sonra üç dəfə de:

İnnə lilləh və innə ileyhi raciun.

Daha sonra de:

Usibnə bikə ya həbibə qulubina fəmə əzaməl musibətu bikə həysun qataə ənnəl vəhyu və həysu fəqədnəkə fəinnə lilləh və innə ileyhi raciun, ya seyyidənə ya rəsulallah salavatullahi ələykə və əla ali bəytikət tahirin, haza yəvmus səbti və huvə yəvmukə və ənə fihi zayfukə və cərukə fəəzifni və əcirni fəinnəkə kərimun tuhibbuz ziyafətə və məmurun bil icarəti fəəzifni və əhsin ziyafəti və əcirnə və əhsin icərətənə bimənzilətillahi indəkə və ində ali bəytikə və bimənzilətihim indəhu və biməstəvdə əkum min ilmihi, fə innəhu əkrəmul əkrəmin.

Mərhum Şeyx Abbas Qumminin qeyd etdiyi kimi, bu ziyarətdən qabaq İbn Əbu Nəsr Bəzəntinin İmam Rzadan (ə) səhih sənədlə nəql etdiyi kiçik ziyarəti də oxumaq olar. Bəzənti nəql edir ki, mən İmam Rzanın (ə) yanına gedib ona ərz etdim: “Namazdan sonra Rəsulallaha (s) necə salam və salavat deyək?” İmam Rza (ə) buyurdu: “Belə de:

Əssəlamuələykə ya rəsuləllahi və rəhmətullahi və bərəkətuh, əssəlamu ələykə ya muhammədəbnə əbdillah, əssəlamu ələykə ya xiyərətəllah, əssəlamu ələykə ya həbibəllah, əssəlamu ələykə sifvətəllah, əssəlamu ələykə ya əminallah, əşhədu ənnəkə rəsulullahi və əşhədu ənnəkə muhəmmədubnu əbdillah və əşhədu ənnəkə qad nəsahtə li ummətikə və cəhədtə fi səbili rabbikə və əbədtəhu həttə ətakəl yəqin fə cəzəkəllahu ya rəsuləllahi əfzələ ma cəza nəbiyyən ən ummətihi, allahummə salli əla muhəmmədin və ali muhəmməd əfzalə ma salləytə əla ibrahimə və ali ibrahim innəkə həmidun məcid.

----------------------------

1 Monat, 3 Wochen her

ZİKR -- İMANININ SÜTÜNÜ VƏ ŞEYTANDAN lən. AMANDA QALMAĞIN MƏNBƏYİDİR

💠İnsan hər nə qədər Allahı yada salar can və ruhunda onun səmərələrini hiss edər, o qədər çox insanı Allahın dostuna çevirər.

💠Zikr insanın kamala çatmasına və inkişaf etməsinə səbəb olar. Bəs zikirin səmərələri hansılardır? 

*🔅1. Özünü islah etməyin açarıdır.🔅
İmam Əli (ə) buyurur:
“Zikrdə davamlı olmaq - ruhun qidası və paklığın açarıdır”.
Həzrət Əli (ə) buyurur:
“Ürəyin paklıq və islah olmaq kökü – onun Allah zikrini etməsidir”.*

İmam Əli (ə) yenə buyurur: “Hər kim ürəyini Allahı davamlı olaraq yada salmaqla abad edər, aşkarda və gizlində yaxşı rəftarlı olar”.

*🔅2. Qəlbin həyatıdır.🔅
Həzrət Peyğəmbər (s) buyurur:
“Allahı yada salmaqla ürəklər dirilər və Onu unutmaqla – ölər”.*

İmam Əli (ə) buyurur: “Hər kim Sübhan Allahı yadına salar, Allah ürəyini diri, düşüncə və ağlını aydın edər”.

*🔅3. Rahatlıq.🔅
Zikirin səmərələrindən biri – batini rahatlıqdır.
İmam Əli (ə) buyurur:
“Allahı yada salmaq sinələri saflaşdırar, ürəklərə rahatlıq verər”.*

İmam Səccad (ə) buyurur: “Allahım, ürəklər Səni yada salmaqdan başqası ilə aram olmaz, canlar Səni görməkdən başqası ilə rahatlıq tapmaz”.

*🔅4. Nifaqı dəf edər.🔅
Həzrət Peyğəmbər (s) buyurur:
“Hər kim Allahı çoxlu yada salar, nifaqdan uzaq qalar”.*

İmam Əli (ə) buyurur: “Allah Təalanı çoxlu yada salın ki, o, ən üstün yada salmaqdır. Nifaqdan amanda qalar və atəşdən saxlayar”.

*🔅5. Allahın məhəbbəti.🔅
Həzrət Peyğəmbər (s) buyurur:
“Hər kim Allahı çoxlu yada salar, Allah onu sevər”.*

*🔅6. Günahdan uzaq olmaq.🔅*
Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq ki, Sübhan Allah buyurub nə zaman bəndəm Məni yada salsa, onun qəflətə düşməyinə mane olaram.

*🔅7. Sinəsi geniş olar.🔅
İmam Əli (ə) buyurur:
“Allahı yada salmaq sinə genişliyi bəxş edər”.*

*🔅8. Şeytanı (lən) dəf edər.🔅
Həzrət Peyğəmbər (s) buyurur:
“Həqiqətən şeytan öz burnunu adəmizadın ürəyi üzərinə qoymuşdur. Nə zaman Allahı yada salsa, burnunu kənara çəkər, nə zaman Allahı unutsa, şeytan nəcva edər (vəsvəsə edər). Budur Xənnasın vəsvəsəsi”.*

İmam Əli (ə) buyurur: *“Allahı yada salmaq - imanın sütunu və şeytandan amanda qalmağın mənbəyidir”.

6 Monate her

ŞƏNBƏ GÜNÜNÜN DUASI

Rəhman və rəhim Allahın adı ilə. Pənah aparanların kəlməsi və sığınanların sözü olan Allahın adı ilə; sitəmkarların sitəmindən, həsəd aparanların məkrindən və zalımların zülmündən Allaha pənah aparıram; mən həmd edənlərin həmdindən Onu daha çox həmd edirəm. Ey Allahım, Sən şəriki olmayan yeganə və hökmdarlıq verilməyən hökmdarsan, Sənin hökmünə müxalif olan və hökmdarlığında Sənə qarşı çıxan yoxdur; Səndən istəyirəm ki, bəndən və elçin olan Məhəmmədə salam göndərəsən, məni Sənin razılığının nəhayətinə qovuşduracaq qədər Sənin nemətlərinə şükür etməyi mənə nəsib edəsən, Sənə itaət, bəndəlik, ibadət etmək və Sənin mükafatlarına layiq olmaqda Öz lütfünlə mənə kömək edəsən, nə qədər ki sağam, məni Sənə qarşı itaətsizlikdən çəkindirməklə mənə rəhm edəsən, mənə faydalı olan işlərə həyatım boyu məni müvəffəq edəsən, Kitabın (Quran) ilə qəlbimi (həqiqətləri dərk etmək üçün) açasan, onu oxumaqla günahlarımı təmizləyəsən, dinimdə və nəfsimdə mənə salamatlıq əta edəsən, yaxınlarımı məndən incik salmayasan, qalan ömrümdə Öz ehsanını mənə tamamlayasan, necə ki, ömrüm boyu mənə ehsan etmisən, ey rəhimlilərin ən rəhimlisi.

ŞƏNBƏ GÜNÜNÜN DUASI

Bismillahir rəhmanir rəhim. Bismillahi kəlimətul mu təsimin, və məqalətil mutəhərrizin, və əuzu billahi təala min cəvril cairin,və kəydil hasidin, və bəğyiz zalimin, və əhməduhu fəvqə həmdil hamidin, Əllahummə əntəl vahidu bila şərik vəl məliku bila təmlik, la tuzaddu fi hukmikə və la tunazəu fi mulkik, əs əlukə ən tusəlliyə əla Muhəmmədin əbdikə və rəsulik, və ən tuziəni min şukri nu makə ma təbluğu bi ğayətə rizak, və ən tuinəni əla taətik, və luzumi ibadətikə vəstihqaqi məsubətikə bilutfi inayətik, və tərhəməni bisəddi (və suddəni) ən məasik, və əhyəytəni və lima yənfəuni ma əbqəytəni, və ən təşrəhə bikitabikə sədri, və təhuttə bitilavətihi vizri, və təmnəhənis səlamətə fi dini, və nəfsi və la tuhişə bi əhlə unsi, və tutimmə ihsanəkə fima bəqiyə min umri, kəma əhsəntə fima məza minhu ya ərhəmər rahimin.

6 Monate her

*🗓️TƏQVİM*

_*🌙Hicri Qəməri 2️⃣1️⃣ Məhərrəm 1445*_

_*🌎(Miladi 2️⃣7️⃣ İYUL 2024*)_

*☀️Bu günün mühüm əməli Hz Əli (ə) Səbah duası*

( یا رَبَّ الْعالَمین؛📿)

(📿“Ya Rabbəl-aləmin” )

(📿Ey Aləmlərin Rəbbi).

_( 💯 dəfə 📿)_

_☀️( Şənbə günü Peyğəmbər günü kimi qeyd edilib)_
Hz Əkrəmin ziyarəti

_🌎Günün Mühüm Hadisəsi_!

*☀️Mühüm Hadisə gözlənilmir !*

_☀️ŞƏNBƏ GÜNÜNÜN NAMAZI_

🪷Seyyid ibn Tavus İmam Həsən Əsgəridən (ə) belə rəvayət edir: "Ata-babalarımızın kitablarında oxudum ki, şənbə günü 4 rəkət namaz qılıb, onun hər rəkətində "Həmd", "İxlas" və "Ayətəl-kürsi"-ni oxuyan şəxsin adını Allah peyğəmbərlərin, şəhidlərin və salehlərin cərgəsində yazar. Və onlar ən gözəl dostlardır."

6 Monate, 2 Wochen her

BAZAR GÜNÜNÜN DUASI

Rəhman və rəhim Allahın adı ilə. O Allahın adı ilə başlayıram ki, Onun fəzl və ehsanından başqa heç nəyə ümidim yoxdur, Onun ədalətindən başqa heç nədən qorxmuram, Onun sözündən başqa heç nəyə etimad etmirəm və Onun ipindən başqa heç nədən yapışmıram; ey əfv və razılıq sahibi,mən zülm və ədavətdən, dövranın hadisələrindən, ardıcıl üz verən kədərdən, qəfil bəlalardan, hazırlığım olmadan ömrümün başa çatmasından Sənə pənah aparıram; mənim məsləhətim və islahım olan işdə Səndən hidayət istəyirəm, mənim nicatım və uğurumun yaxın olduğu işdə Səndən kömək istəyirəm, kamil, hərtərəfli və davamlı sağlamlıq və salamatlıq libasını (əldə etməkdə) yalnız Sənə ümid edirəm; ey Rəbbim, mən şeytanın vəsvəsələrindən Sənə pənah gətirir və padşahların zülmündən Sənin padşahlığına sığınıram; elə isə, mənim namaz və orucumu qəbul et, sabahkı və ondan sonrakı günlərimi bu saatdan və bu günümdən daha yaxşı et, məni qohumlarım arasında əziz et, yuxuda və oyaqlıqda məni qoru, Sən qoruyanların ən yaxşısı olan Allahsan, Sən rəhimlilərin ən rəhimlisisən. Ey Allahım, mən bu gündə və sonrakı günlərdə şirk və dinsizlikdən Sənin dərgahına şikayət edirəm; duamın qəbul olması üçün Səni ixlasla çağırır və Sənin savabına ümid edib nəfsimi Sənə itaətə vadar edirəm; elə isə, Məhəmmədə və onun xanidanına - məxluqatının ən üstünü və Sənin həqqaniyyətinə dəvət edən kəslərə - salam göndər; məni Öz əbədi izzətinlə izzətli et və yuxuya getməyən gözlərinlə qoru; işimə Öz əlinlə və ömrümə Öz məğfirətinlə son qoy, həqiqətən Sən bağışlayan və rəhimlisən.

BAZAR GÜNÜNÜN DUASI

Bismilləhir rahmənir rahim. Bismillahilləzi la ərcu illa fəzləh, və la əxşa illa ədləh, və la ə təmidu illa qəvləh, və la umsiku illa bihəblih, bikə əstəciru ya zəl əfvi vər rizvani minəz zulmi vəl udvani və min ğiyəriz zəmani və təvaturil əhzani və təvariqil hədəsan və mininqizail muddəti qəblət tə əhhubi vəluddəti və iyyakə əstərşidu lima fihissəlahu vəl islah, və bikə əstinu fima yəqtərinu bihin nəcahu və iyyahə ərğəbu fi libasil afiyəti və təmamiha və şumulis səlaməti və dəvamiha və əuzu bikə ya rabbi min həməzatiş şəyatin, və əhtərizu bisultanikə min cəvris səlatini fətəqəbbəl ma kanə min səlati və səvmi, vəc əl ğədi və ma bə dəhu əfzələ min saəti və yəvmi və əizzəni fi əşirəti və qəvmi vəhfəzni fi yəqzəti və nəvmi fə əntəllahu xəyrun hafizən və əntə ərhəmur rahimin.

6 Monate, 2 Wochen her

*?️TƏQVİM*

_*?Hicri Qəməri 8️⃣ MƏHƏRRƏM*_

*? ? Miladi təqvim: 1️⃣4️⃣ İYUL*

*☀️Bu günün mühüm əməli Hz Əli (ə) Səbah duası*

(☀️ Bazar gününün zikri)

یا ذَالْجَل الِ وَالْاِکْرام؛

_?“Ya Zəl-cəlali vəl-ikram” (ey cəlal və kəramət sahibi)._

_( ? dəfə ?)_

☀️(İmam Əli (ə) və Xanım Zəhra (ə) ziyarətnaməsi !

_☀️Günün Mühüm Hadisəsi_!

? İmam Hüseyn (ə) oğlu Əli əsğərin şəhadət günü?!

_☀️BAZAR GÜNÜNÜN NAMAZI_

?İmam Həsən Əsgəridən (ə) nəql olunmuşdur ki, bazar günündə 4 rəkət namaz qılıb onun hərəkətində "Həmd" və "Mülk" surələrini oxuyan şəxsə Allah-Təala behiştdə istədiyi yerdə yer verəcək.

6 Monate, 3 Wochen her

Sual: - Namazı diqqətlə qılmaq və hüzuri qəlb tapmaq üçün nə etməliyik...?! Namazın qəbul olması üçün bəs nə lazımdır?
Nə edək və ya necə edək ki, bizim qıldığımız namazları Allah Taala qəbul etsin? xahiş edirik bizə yol göstərəsiniz.

Cavab:
Sonuncu peyğəmbər həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

“Allah dərgahında namaz qəbul olarsa o biri əməllər də qəbul olacaqdır...”

📚 Əyanuş şiə 4-cü cild 440-cı səhifə

🕋 Deməli, insanın əməllərinin Allah Taala tərəfindən qəbul olmasının əsas səbəbi namazın qəbul olmasıdır.

🔰 Qurani-Kərimin ayələrinə və eləcə də hədislərə əsasən, namazın qəbul olması üçün əsas şərt namazın diqqətlə, yəni “hüzuri-qəlb” (qəlbin Allah hüzurunda olmanı dərk etməsi) ilə olmasıdır. Hüzuri-qəlb iki əsas hissədən ibarətdir:
“Xüzu” cismin Allah qarşısında təvazökarlığı
“Xüşu” qəlbin diqqətinin Allaha tərəf yönəlməsi.

📝 İmam Cəfər Sadiq əleyhissalam buyurur:

اَن العبدَ لیُرفعُ لهُ مِن صلاتهِ نصفُها او ثلُثها او ربعُها او خمسُها و ما یرفعُ لهُ الّا ما اقبلَ علیهِ بقلبهِ

“İnsan namaz qıldıqda bəzən namazın ikidəbiri, bəzən isə üçdəbiri, dörddəbiri, beşdəbiri göyə qalxır. İnsanın namazının nə qədəri qəbul olursa həmin qədəri də göyə qalxır.”

📚 Biharul ənvar 84-cü cild 238-ci səhifə

Namazı “hüzuri-qəlb”, “xüzu” və “xüşu” ilə qıla bilmək üçün nə etməliyik.

1- Əvvəlcə bunu bilmək lazımdır ki, namazı “hüzuri-qəlb”, “xüzu” və “xüşu” ilə qıla bilmək üçün zamana ehtiyac var. Əxlaq ustadları namazı hüzuri-qəlb ilə qılmağı xəttatlığa və rəssamlığa bənzədiblər. İnsan xəttatlıq və ya rəssamlıq sənətinə daxil olduqda elə ilk gündən gözəl xəttat və ya gözəl rəssam ola bilməz. Bunun üçün uzun zaman çalışmağa ehtiyac var.
.
2- Namazının müqəddimatına ciddi yanaşmaq lazımdır. Namazın müqəddimatı dedikdə dəstəmaz, azan, iqamə və sair əməllər nəzərdə tutulur. Dəstəmazı düzgün almaq, dəstəmaz alarkən dəstəmazın dualarını oxumaq, dəstəmazın fəlsəfəsi barədə düşünmək, bir azdan Allah Taalanın qarşısında duracağını dərk etmək və sair. Həmçinin hər vacibi namazı başlamamışdan əvvəl azan və iqamə oxumağın insanın hüzuri-qəlb, xüzu-xüşu ilə namazı qılmasına böyük təsiri var. Bundan başqa Namazın ədəblərinə riayət edin. Dişinizi təmizləyin, ətir vurun, Kərbala türbəsinə səcdə edin, təsbehiniz yanınızda olsun, təmiz geyinin...
.
3- Namaz qılmaq üçün münasib yer seçmək lazımdır. Səs-küylü yerlərdə, camaatın söhbətləri eşidilən yerlərdə namaz qılmaq insanın fikirini namazdan yayındırır...
.
4- Namaz üçün münasib vaxt seçin. Ən münasib vaxt namazın əvvəl vaxtıdır.
İmam Cəfər Sadiq əleyhissalam buyurur: “Namazın əvvəl vaxtının axır vaxtından üstünlüyü, axirətin dünyadan üstünlüyü kimidir.”
Namazı əvvəl vaxtında qılmaq insanın diqqətinin namazda olmasına və namazı hüzuri-qəlb ilə qılmasına çox böyük təsiri vardır.
.
5- Namazlarınızı çalışın ki, məscidlərdə, hüseyniyyələrdə və ya ziyarətgahlarda qılasınız. Xüsusilə də mənəvi cəhəti daha çox olan camaatla namaz qılın.
.
6- Namazı aramla qılın, tələsməyin. Namazda Fatihə surəsindən sonra hansı surəni oxuyacağınızı əvvəlcədən təyin edin. Namazın sözlərinin mənasını və şərhini öyrənməyə çalışın. Nə dediklərinizi başa düşün.
.
7- Namazda gözlərinizi o tərəf bu tərəfə baxmağa qoymayın. Çalışın qiyam halında olarkən möhürə baxasız, rükuda olarkən iki dabanınızın ortasına baxın, səcdədə olarkən burnunuza tərəf baxın, təşəhhüd halında möhürə və ya səcdə etdiyiniz yerə baxın, salamları deyərkən iki dizinizin ortasına və ya sinənizə baxın...
.
8- Qəlbinizi dünya sevgisindən və dünya işlərindən boşaldın və onu Allah sevgisi ilə doldurun. Çünki insan nəyi ya kimi daha çox sevirsə əsas fikiri və diqqəti onda olur. Deməli, insanın namazının kamil olması üçün həmin insanın əsl sevgisi Allaha olmalıdır...
.
9- Xəyal qüvvəsini cilovlamaq lazımdır. İnsan o qədər müxtəlif mövzularda xəyala dalır ki, zaman keçdikcə insan öz xəyal qüvvəsinə nəzarəti əldən verir. Özündən asılı olmadan və özü istəmədiyi mövzularda belə xəyala dalır. Ona görə də belə insanların fikirləri namazda o tərəf bu tərəfə yayılır.

We recommend to visit

Mustafa Tuzkaya
5651 sayılı kanuna göre yer sağlayıcı hükmündedir.

Reklam ve iletişim
@Malumatci

Last updated 1 month ago

My Neighbor Totoro mmsub

Last updated 2 years, 5 months ago

𝖵ə 𝖻𝗂𝗋 𝗀𝗎‌𝗇 𝖻𝗎 𝗄𝖺𝗇𝖺𝗅𝖽𝖺 𝗈‌𝗅ə𝖼ə𝗄.𝖡𝗎𝗋𝖽𝖺 𝗈𝗅𝖺𝗇𝗅𝖺𝗋 𝗂𝗌ə 𝗑𝖺𝗍𝗂𝗋ə 𝗈𝗅𝖺𝗋𝖺𝗊 𝗊𝖺𝗅𝖺𝖼𝖺𝗊,𝗒𝖺𝗌‌𝖺𝗇𝖺𝗇 𝗁𝗂𝗌𝗌𝗅ə𝗋𝗌ə ə𝖻ə𝖽𝗂 𝖻𝗂𝗓𝗂𝗆𝗅ə..
𝖢𝗋𝖾𝖺𝗍𝖾𝖽:⁰⁸'⁰⁶'²⁰²²🏹

🐆⃤Öɗəᥒişᥣi rᥱκᥣᥲⲙ🐆⃤

Last updated 1 month, 3 weeks ago