Why Pay for Entertainment? Access Thousands of Free Downloads Now!

Xəbərlər +

Description
Xəbərlər • fotolar • videolar • xeber • xeberler

Əlaqə: @azemedia_contact
Advertising
We recommend to visit

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 7 months, 1 week ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
💡 Doğrunu bizdən öyrənin
🔹 Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 4 months, 2 weeks ago

ℹ️ Dünyada və ölkəmizdə baş verən bütün hadisələri və xəbərləri buradan öyrənin!

📝Reklam və iş birliyi @swommfreeaz

Last updated 1 day, 19 hours ago

1 month, 1 week ago
Peşəkar Mühasib Sertifikatı artıq hər bir …

Peşəkar Mühasib Sertifikatı artıq hər bir mühasib üçün əlçatan oldu

https://marja.az/115119/pesekar-muhasib-sertifikati-artiq-her-bir-muhasib-ucun-elcatan-oldu

1 month, 1 week ago
**İş elanları paylaşan** **Telegram kanalları:*****🔈***

İş elanları paylaşan Telegram kanalları:🔈

🚀 Bütün vəzifələr üzrə vakansiyalar: https://t.me/azvakaz

🚀 Qadın işləri: https://t.me/qadinisleri

🚀 Təcrübə proqramları: https://t.me/tecrubeproqrami

🚀 Müəllim vakansiyaları: https://t.me/muellimvakansiyalari

🚀 Mühasib vakansiyaları: https://t.me/muhasibvakansiyalari

🚀 Maliyyə sektorunda vakansiyalar: https://t.me/maliyyevakansiyalar

🚀 İKT, kompüter işləri: https://t.me/iktisleri

🚀 Hüquq üzrə vakansiyaları: https://t.me/huquqvakansiyalari

🚀 Turizm, otel, restoran sahələrində vakansiyalar: https://t.me/turizmvakansiyalari

🚀 İnşaatçı, mühəndis, memar vakansiyaları: https://t.me/muhendismemarinsaat

🚀 Sürücü və anbar işləri: https://t.me/surucuanbardar

🚀 Satıcı vakansiyaları: https://t.me/saticivakansiyalari

🚀 Tibb və gözəllik sektorunda vakansiyalar: https://t.me/tibbvakansiyalari

🚀 Açıq qapı və Karyera günləri - https://t.me/kariyeragunleri

🚀AzVak - Azərbaycanda Vakansiyalar

1 month, 1 week ago

https://marja.az/115078/taksi-minik-avtomobiline-dair-telebler-mueyyenlesib

marja.az

Taksi minik avtomobilinə dair tələblər müəyyənləşib

Nazirlər Kabineti “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”i təsdiqləyib. “Müntəzəm və ta

Xəbərlər +
1 month, 1 week ago

Azərbaycan millisi İrəvana getməkdən imtina edib
Azərbaycan milli komandası İrəvanda keçiriləcək sambo üzrə Dünya Kubokunda iştirak etməyəcək.

Bu barədə Azərbaycan Sambo Federasiyasının rəsmisi Yaqub Abdullayev məlumat verib.

Abdullayevin sözlərinə görə, yarışda iştirakdan imtinanın əsas səbəbi iki ölkə arasında olan gərginlikdir: "Daha əvvəl Ermənistanın ev sahibliyi etdiyi digər idman növləri üçün nəzərdə tutulan yarışlarda idmançılarımızın məruz qaldığı rəftar hər kəsə məlumdur. Bu həm motivasiya olaraq idmançılarımıza mənfi təsir edir, həm də təhlükəsizlik qayğılarını artırır. Ona görə də, federasiya olaraq qərara gəldik ki, İrəvanda təşkil olunacaq Dünya Kubokuna qatılmayaq”.

Yaqub Abdullayev əsas məqsədlərinin may ayında Serbiyada keçirilməsi nəzərdə tutulan sambo üzrə Avropa çempionatına hazırlaşmaq olduğunu bildirib:

“Qarşımızda təlim-məşq toplanışı var. Mayda keçiriləcək Avropa çempionatına qatılmaq üçün hazırlıq prosesi keçəcəyik. Hazırda komanda olaraq fikrimizi buna yönəltmişik”.

Xatırladaq ki, daha əvvəl Ermənistan Sambo Federasiyasının prezidenti Mikael Ayrapetyan Azərbaycan və Türkiyənin İrəvanda keçiriləcək Dünya Kubokunda iştirak etməyəcəyini, bu ölkələrdən iştirak üçün hansısa müraciətin daxil olmadığını bildirib.

Qeyd edək ki, Ermənistanın paytaxtı İrəvanda təşkil olunacaq sambo üzrə Dünya Kuboku aprelin 4-5-də keçiriləcək.

1 month, 2 weeks ago

Azərbaycanda terror aktları planlaşdıran şəxslər ifşa olunmuşdur

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılmış araşdırmalar zamanı Azərbaycan Respublikasının vətəndaşı, Rusiya Federasiyasının Murmansk şəhərində yaşamış, 1988-ci il təvəllüdlü Əskərov Bəhruz Əliməmməd oğlunun digər şəxslərlə əlaqəyə girərək ölkə ərazisində ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan hərəkətləri etməklə müşayiət olunan terror aktı törətməyə hazırlıq görməsinə əsaslı şübhələr yaranmışdır.

Müəyyən edilmişdir ki, Bəhruz Əskərov respublikanın müxtəlif rayonlarında yaşayan şəxsləri gizli əlaqəyə cəlb edərək, onlara Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının həyatına sui-qəsdin təşkil olunması barədə tapşırıqlar vermişdir.
Həmçinin Bəhruz Əskərovun əlaqəsində olan şəxslərə Azərbaycanın bəzi rayonlarında fərdi qaydada ingilis dili müəllimi kimi fəaliyyət göstərən xarici ölkə vətəndaşına qarşı sui-qəsd həyata keçirməyi tapşırması da təsbit edilmişdir.

Keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində Bəhruz Əskərovun tutularaq Cinayət Məcəlləsinin 28, 214.2.1 (terrorçuluğa hazırlıq) maddələri ilə Azərbaycan Respublikasında cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunmuş, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Eyni zamanda müəyyənləşdirilmişdir ki, Bəhruz Əskərov sövdələşərək əlaqə yaratdığı şəxslərin xarici dövlətin ərazisində hərbi təlimlər keçməsini təşkil etməyi planlaşdırmış, lakin DTX tərəfindən görülən tədbirlər nəticəsində bu cinayət əməllərini həyata keçirə bilməmişdir.

Hazırda cinayət işi üzrə bütün xüsusatların araşdırılması istiqamətində kompleks istintaq-əməliyyat tədbirləri davam etdirilir. 

1 month, 2 weeks ago

Prezident İlham Əliyev Vladimir Putinə başsağlığı verib

Martın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Dövlətimizin başçısı “Crocus City Hall” konsert zalında törədilmiş terror aktı nəticəsində xeyli sayda insanın həlak olması ilə bağlı öz adından və Azərbaycan xalqı adından Vladimir Putinə, Rusiya xalqına, həlak olanların ailə üzvlərinə və yaxınlarına bir daha başsağlığı verib, bütün yaralananların tezliklə sağalmasını arzulayıb.

Prezident İlham Əliyev Azərbaycan tərəfinin bu dəhşətli terror aktını qətiyyətlə pislədiyini bildirərək ölkəmizin və xalqımızın bu ağır saatlarda Rusiyanın və Rusiya xalqının yanında olduğunu qeyd edib.

Rusiya Prezidenti başsağlığına və göstərilən həmrəyliyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Dövlət başçıları gələcəkdə də terrorçuluğa qarşı mübarizə sahəsində birgə səylərin davam etdiriləcəyini vurğulayıblar.

1 month, 2 weeks ago

Azərbaycan Ordusunun zabiti odlu silahdan istifadə etməklə özünü öldürüb

Bu barədə hərbi prokurorunun böyük köməkçisi, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Mətbuat Xidmətinin rəhbəri, Baş ədliyyə müşaviri Firad Əliyev bildirib.

O, qeyd edib ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin zabiti, Musayev Şəhriyar Nizami oğlunun odlu silahdan istifadə etməklə özünü öldürməsi barədə Füzuli hərbi prokurorluğuna məlumat daxil olub.

Daxil olmuş məlumat əsasında Füzuli hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, eləcə də izahatlar alınmış və digər hərəkətlər icra edilmişdir.

Fakt üzrə Füzuli hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilərək icraya yönəldilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır.

1 month, 2 weeks ago
**Dünyanın ən xoşbəxt 10 ölkəsi açıqlanıb: …

**Dünyanın ən xoşbəxt 10 ölkəsi açıqlanıb: Azərbaycan neçənci yerdədir?

Ətraflı:** https://marja.az/114959/dunyanin-en-xosbext-10-olkesi-aciqlanib-azerbaycan-necenci-yerdedir

1 month, 3 weeks ago

Bayram günlərindən sonrakı ilk dərs günlərinin vaxtı açıqlanıb

Novruz bayramı ilə əlaqədar istirahət günlərindən sonra ilk dərs gününün vaxtı açıqlanıb.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” 9 dekabr 2023-cü il tarixli 447 nömrəli Qərarına əsasən, Novruz bayramından sonra 5 günlük qrafiklə işləyən təhsil müəssisələrində ilk iş günü 27 mart, 6 günlük qrafiklə işləyən müəssisələrdə isə ilk iş günü 26 mart tarixidir.

1 month, 3 weeks ago

"Növbə meneceri” (supervisor) tələb olunur - Restoran sahəsində təcrübə mütləqdir
Papa John’s Azərbaycan, tanınmış Amerika brendi olan, “Daha yaxşı inqrediyentlər daha yaxşı pizza” şüarı ilə addımlayan, pizza restoranlar şəbəkələsi “Növbə Meneceri” (supervisor) vakansiyasını elan edir:

Tələblər:
Komandada işləmək bacarığı.
İşə qarşı məsuliyyətli olmaq.
Restoran sahəsində minimum 3 illik iş təcrübəsi.

Öhdəliklər:

Müştərilərə səmərəli və mədəni xidmət, onlara rahat (komfortlu) şəraitin yaradılması üzrə işi həyata keçirmək.
Material qiymətlilərinin qorunmasına nəzarəti təmin etmək.
Münaqişəli halların qabağının alınması və aradan qaldırılması üzrə tədbirlər görmək.
Müştəri məmnuniyyətsizlik xidməti ilə əlaqədar iddiaları araşdırmaq, zəruri texniki-təşkilati tədbirləri keçirmək.
Vaxtaşırı olaraq, işin əvvəlində bütün ofisiantlarla iclaslar keçirmək. Onlara öhdəliklərini yadına salmaq, xidmətin keyfiyyətini yaxşılaşdırmağa kömək edtmək, restoranın qayda və üsullarını onların nəzərinə çatdırmaq.
Ofisiantlar üçün təlimlər keçirmək.
Otaqların müvafiq tərtibatına nəzarəti yerinə yetirir, otaqlarda və binada reklamın yerləşdirilməsi, təzələnməsi və vəziyyətinə diqqət yetirir. Otaqlarda və ona və ya binaya bitişik ərazidə təmizliyi və nizam-intizamı təmin etmək.
Tabeçiliyində olan işçilər tərəfindən əmək və istehsal intizamına, əməyin mühafizəsi üzrə qayda və normalara, istehsal sanitariyası və qiqiyenası tələblərinə riayət olunmasına nəzarət etmək.
Müştərilərə xidmət üzrə mövcud çatışmazlıqlar, onların aradan qaldırılması üzrə görülən tədbirlər barədə rəhbərliyi məlumatlandırmaq.
Müəssisə rəhbərliyinin göstərişlərinin işçilər tərəfindən yerinə yetirilməsini təmin etmək.

İş Şərtləri
6 günlük iş həftəsi.
Növbəli iş rejimi.
İşə qəbul tam rəsmi əmək qanunvericiliyinə uyğun olaraq həyata kecirilir.
Forma şirkət tərəfindən təqdim olunur.

Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Növbə Meneceri” (supervisor) mövzusu altında hr@papajohns.az elekton ünvanına göndərə bilərlər.

We recommend to visit

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 7 months, 1 week ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
💡 Doğrunu bizdən öyrənin
🔹 Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 4 months, 2 weeks ago

ℹ️ Dünyada və ölkəmizdə baş verən bütün hadisələri və xəbərləri buradan öyrənin!

📝Reklam və iş birliyi @swommfreeaz

Last updated 1 day, 19 hours ago