✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )
Last updated 1 month, 4 weeks ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 1 month ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 11 months ago
?İbn Teymiyyə (rahiməhullah) anasına məktub yazır və ondan uzun müddət uzaq olduğu üçün və dini məsələlərə dəvət işlərinə görə Misirdə qaldığına görə üzrxahlıq edir. Anasına məktub çatdıqda oğlunun məktubuna belə cavab verir:
Sevimli oğlum Əhməd ibn Teymiyyə, Sənin üzərinə Allahın salamı, rəhməti, bərəkəti, məğfirəti və razılığı olsun! Allaha and olsun ki, səni bu şeyə görə tərbiyə etmişəm, İslam və müsəlmanlara xidmət etmək üçün nəzir etmişəm və sənə hər şeyi şəriətə uyğun öyrətmişəm və elə zənn etmə ki, mənə yaxın olmağın (mənim yanımda olmağın) başqa şəhərlərdə dininə - islama və müsəlmanlara xidmət etməyindən daha sevimlidir. Əksinə ey övladım,səndən razı qalmağım dininə və müsəlmanlara təqdim etdiyin xidmətin miqdarındadır. Çünki mən sabah Allahın qarşısında səndən,niyə məndən uzaq olmağını soruşmayacağam. Çünki mən sənin harda və kimlərin arasında olduğunu bilirəm. Lakin ey Əhməd əgər dininə və ona tabe olan müsəlman qardaşlarına olan xidmətində naqisliklərə yol versən Allahın qarşısında səndən bunun hesabını soruşacağam.
Allah səndən razı olsun, getdiyin yolu nurlandırsın,qədəmlərini sabit etsin, məni və səni heç bir kölgənin olmadığı gündə Öz ərşinin kölgəsi altında cəm etsin!
Vassələmu aleykum va rahmatullahi va bərakətuhu.
?("Məcmu əl-fətəva,28/48)
https://t.me/islamtarixinde
*© İslam tarixində*
*?Aşura günündə nələr baş verib?*
*Bu günə “Aşura” deyilməsinin səbəbi, Məhərrəm ayının onuncu gününə təsadüf etdiyi üçündür. Hədis kitablarında keçdiyi kimi, bu günə bu adın verilməsinin hikməti, o gündə Allah təalənin on peyğəmbərinə on müxtəlif hədiyyə və ehsan etdiyi üçündür. Bunlar aşağıdakılardır:
1- Allah Musa Peyğəmbərə (Ona Allahın salamı olsun) Aşura günündə bir möcüzə ehsan etmiş, dənizi yararaq Firon ilə ordusunu sulara qərq etmişdir.
2- Nuh Peyğəmbər (Ona Allahın salamı olsun) gəmisini Cudi dağının üzərinə Aşura günündə dəmirləmişdir.
3- Yunus Peyğəmbər (Ona Allahın salamı olsun) balığın qarnından Aşura günü xilas olmuşdur.
4- Adəm Peyğəmbərin (Ona Allahın salamı olsun) tövbəsi Aşura günündə qəbul edilmişdir.
5- Yusif Peyğəmbər (Ona Allahın salamı olsun) qardaşlarının atmış olduğu quyudan Aşura günü çıxarılmışdır.
6- İsa Peyğəmbər (Ona Allahın salamı olsun) Aşura günü dünyaya gəlmiş və o gün səmaya yüksəldilmişdir.
7- Davud Peyğəmbərin (Ona Allahın salamı olsun) tövbəsi həmin gün qəbul edilmişdir.
8- İbrahim Peyğəmbərin (Ona Allahın salamı olsun) oğlu İsmayıl Peyğəmbər (Ona Allahın salamı olsun) o gün anadan olmuşdur.
9- Yaqub Peyğəmbərin (Ona Allahın salamı olsun) oğlu Yusifin (Ona Allahın salamı olsun) həsrətindən bağlanan gözləri o gün görməyə başlamışdır.
10- Eyyub Peyğəmbər (Ona Allahın salamı olsun) xəstəliyindən o gün şəfaya qovuşmuşdur.*
? (Səhih Muslim şərhi, 6/140.)
https://t.me/islamtarixinde
©İslam tarixində
?İmam Hüseyn (Allah ondan razı olsun) Hicətin 60-cı ili (Kərbəla hadisəsi) Mədinədə olan Hüseyn ibn Əli və Abdullah ibn Zubeyr Yezidə beyət etməmişdilər. Onlardan Yezidə beyət etmələri tələb olunduqda Abdullah ibn Zubeyr dedi: Qoyun bu gecə fikirləşim sonra…
*?Culeybib (Allah ondan razı olsun)*
Culeybib sözünün mənası "az böyümüş" deməkdir və "cəlbəb" sozünün kiçildilmiş formasıdır. Bu addan məlum olur ki, Culeybib (Radiyallahu anhu) çox kiçik boylu idi. Bundan əlavə, o "dəmim" kimi təsvir olunmuşdu yəni eybəcər, şikəst və ya nifrət doğuran zahiri görünüşə malik biri kimi. İslama girdikdən sonra Peyğəmbər ﷺ onun üçün zövcə seçmiş, Osman ibn Affan və Əli ibn Əbu Talib (Allah onlardan razı olsun) evlənmək üçün ona maddi kömək etmişdilər.
Culeybib (Allah ondan razı olsun) haqqında. ⤵️
https://t.me/islamtarixinde
©İslam tarixində
*?Dört Məzhəb imamının həyatı.*
*?Monqol-tatarlar üzərində qələbə: (Ramazan ayı)*
Bu qələbə tarixdə «Aynı-Calut» adlanan yerdə, hicrətin 658-ci ilində, Ramazan ayının 24-də baş vermişdir. Bu qələbə Allahın böyük yardımı idi. Hər yerdə müsəlman qanı axıdanların, evləri dağıdanların, Fələstinə qədər insanları qıranların böyük qətliamına mübarək Ramazan ayında son qoyulmuşdu. İlk öncə Allahın yardımı, sonra isə müsəlman ordusunun komandiri Qutuz və müavini Baybersin səyləri ilə müsəlmanlar böyük bir zülmdən xilas oldular və misli görünməmiş bir qələbə qazandılar.
✍ Sahib Əsədov
https://t.me/islamtarixinde
©İslam tarixində
**?Şeyx Abdur-Razzaqın gözəl əxlaqının səmərəsi.*
Şeyx Abdur-Razzaq (Allah onu qorusun) Mədinənin böyük alimi şeyx Abdul-Muhsin əl-Əbbəd'in (Allah onu qorusun və ömrünü uzatsın) oğludur. Mədinədə Peyğəmbər məscidində dərs deyir. Şeyx çox gözəl əxlaqlı və heybətli şəxsdir. Şeyx Abdur-Razzaq İmam Nəsəinin "Kitəb ən-Nu'ut min Sünənil-Kubra" əsərini şərh edərkən belə bir hekayə danışdı:
"İllər öncə, Ramazan ayının 27-ci gününün səhəri yolla gedərkən bir dəstə gəncin musiqi dinlədiyinin şahidi oldum. Musiqinin səsini çox vermişdilər. Onlara yaxınlaşıb dedim: "Siz belə bir ayın son on mübarək günlərində, özü də belə bir gündə musiqi dinləyirsiniz? Allahdan qorxun! Xeyir edə bilmirsiniz, heç olmasa, bu musiqinin səsini alın!"
Onlar musiqini söndürürlər. Sonra onlara bu gecədə edəcəkləri duanı öyrətməyə çalışdım. Gənclərdən birinə dedim ki de:
"Allahummə innəkə Afuvvun, tuhibbul-afvə fəafu anni"
Mənası: (Allahım sən Əfv edənsən, Əfv etməyi sevirsən, məni əfv et!)
O bu duanı deyə bilmədi. Bir neçə dəfədən sonra o gənc bu duanı əzbərlədi. Digərləri də bu mübarək gecədə deyəcəkləri duanı eşitdilər. Onlara bu gecə bu duanı çoxlu demələrini və bəlkə də bu duanın Allahın onları bağışlamasına səbəb olacağını bildirdim və onlardan ayrıldım.
Artıq bu hadisədən beş-altı il keçmişdi. Dini idarələrdən birinə getmişdim. Orada gülərüz və mehriban bir şəxs ilə rastlaşdım.
Mənə dedi ki: Şeyx! Məni tanıdınızmı?
Dedim: Xeyr, tanımadım.
Dedi: "Mən illər öncə Ramazan ayında qədr gecəsində edəcəyimiz duanı öyrətdiyiniz gənclərdən biriyəm! Allah mənim qəlbimi hidayətə tərəf açdı. Mən o gündən bəri o duanı deyirəm!"
Mədinə şəhəri. 2016. 20 iyun. Peyğəmbər məscidi.
Qeyd: Bu gənc Allahın hidayəti və sonra şeyxin gözəl əxlaqı, hikmətli dəvəti səbəbiylə doğru yola yönəlmişdi.*
?Əndəlüsün fəthi (İndiki İspaniya (Ramazan ayı)
Hicrətin 92-ci ilində, Ramazan ayının 28-də müsəlman komandir Tariq ibn Ziyad’ın rəhbərliyi altında müsəlmanlar elə həmin şərəfli komandirin adı ilə bu gün də anılan Cəbəlutariq boğazını keçərək Əndəlüs (İspaniya) ərazilərini fəth edirlər. Bu fəthdən sonra Əndəlüs elm və mədəniyyət mərkəzinə çevrilir, hətta, avropalılar belə öz övladlarını müsəlman elm adamlarından təhsil almağa göndərirdilər.
✍ Sahib Əsədov
https://t.me/islamtarixinde
©İslam tarixində
?Bədr döyüşü (Ramazan ayı)
Bu, müsəlmanların Məkkədə Qüreyşli qeyri-müsəlmanlara (müşriklərə) qarşı ilk döyüşüdür. Hicrətin ikinci ili Ramazan ayının 27-si cümə günü baş vermişdir. İslam Bədirlə qalib gəldi, şirk və bütpərəstlik məğlub oldu və bu müharibədə Əbu Cəhl öldürüldü. Bu gün uca Allahın haqqı batildən ayırdığı Furqan* günüdür. Uca Allah Bədr döyüşü haqqında Ali İmran surəsidə belə buyurmuşdur:
**123) Siz zəif olduğunuz halda Allah, Bədrdə sizə yardım etdi. Elə isə Allahdan qorxun ki, bəlkə şükür edəsiniz.
124) O vaxt sən möminlərə demişdin: “Rəbbinizin göndərdiyi üç min mələyin köməyinizə çatması, sizə bəs etmirmi?”Bədr döyüşü haqqında daha ətraflı aşağıdakı linkə daxil olaraq oxuya bilərsiniz. ⤵️***
https://t.me/islamtarixinde/337
*?Peyğəmbərimizin ﷺ Meracı bu gün olmuşdur*.
Dəlillərimizdən bəzisini ona (Peyğəmbərə) göstərmək üçün Öz qulunu gecə vaxtı Məscidulharamdan ətrafına xeyir-bərəkət verdiyimiz Məsciduləqsaya aparan Allah pak və müqəddəsdir. (İsra,1)
*Bu hadisə Məkkədə Peyğəmbərlikdən sonra və hicrətdən bir il əvvəl 27 Rəcəb 621- ci ildə baş verib.
Peyğəmbər ﷺ on il Allahın əmrinə tabe olaraq tövhidə dəvət etdi. On ildən sonra göylərə yüksəldi. Merac (ARACƏ) sözündən götürülüb. URUC qalxmaq, yüksəlmək deməkdir. İsra (ƏSRA) sözündən götrülüb. Bəzilərinin dediyinə görə Peyğəmbər ﷺ Merac səfərini yuxuda edib, digərlərinin dediyinə görə o ﷺ, Meraca yalnız ruhu ilə gedib. Lakin səhih odur ki, həm ruhu, həm də cəsədi ilə gedib və ömründə bir dəfə olub.*
Aşağıdakı linklərə toxunaraq Merac hadisəsi haqqında daha ətraflı oxuya bilərsiniz ⤵️
https://t.me/islamtarixinde
©İslam tarixində
✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )
Last updated 1 month, 4 weeks ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 1 month ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 11 months ago