Dive into the Ultimate Free Library: Your One-Stop Hub for Entertainment!

AZERTAC

Description
Azərbaycan və dünya xəbərləri
Advertising
We recommend to visit

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 7 months, 2 weeks ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
💡 Doğrunu bizdən öyrənin
🔹 Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 4 months, 3 weeks ago

ℹ️ Dünyada və ölkəmizdə baş verən bütün hadisələri və xəbərləri buradan öyrənin!

📝Reklam və iş birliyi @swommfreeaz

Last updated 5 days, 10 hours ago

5 days, 2 hours ago

Nazir müavini: Kənd Təsərrüfatı Nazirliyində zərərli tullantıların azaldılması üçün xüsusi komissiya yaradılıb.

azertag.az/xeber/3002774

5 days, 2 hours ago

Gömrük orqanlarına xidmətə qəbul olmaq istəyənlər üçün müsabiqə elan edilir.

azertag.az/xeber/3002674

5 days, 3 hours ago

🛢️ Dünya bazarında Azərbaycan nefti ucuzlaşıb.

AZƏRTAC xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,15 dollar və ya 1,36 faiz azalaraq 83,33 dollar olub.

2 months ago

İlin sonunadək Azərbaycanın Xorvatiyaya ixrac missiyası təşkil oluna bilər - AÇIQLAMA Biz ənənəvi olaraq Xorvatiya ilə bir neçə ildən bir forumlar keçiririk. Dinamikamız çox müsbətdir. Azərbaycan-Xorvatiya biznes-forumunda Xorvatiyadan 14 şirkət, Azərbaycandan isə 25-dək şirkət iştirak edib. Eyni zamanda, forumda dövlət nümayəndələri də iştirak edib. Düşünürük ki, bu forum ikitərəfli əlaqələrə yaxşı töhfə verəcək.

Bunu AZƏRTAC-a açıqlaması zamanı Bakıda keçirilmiş Azərbaycan-Xorvatiya biznes-forumu zamanı Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev deyib.

azertag.az/xeber/2951323

2 months ago

Qərbi Azərbaycan İcmasının üzvü BMT-nin tribunasından ailəsinin Ermənistandan zorla qovulmasından danışıb

azertag.az/xeber/2951299

2 months ago

Xocalıda kütləvi məzarlıqda aşkarlanmış insan qalıqlarının sayı 18-ə çatıb

İşğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkar olunması faktı ilə bağlı araşdırmalar aparılır.

Bu barədə Baş Prokurorluq və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası birgə məlumat yayıb.

Qeyd olunan ərazidə həyata keçirilən baxış istintaq hərəkəti nəticəsində aşkar edilmiş insan qalıqlarının müayinəsi zamanı onların ən azı 18 nəfər şəxsə məxsus olması (4 nəfərin azyaşlı olması ehtimal edilir), onların müxtəlif üsullarla işgəncə, fiziki zorakılıq və qeyri-insani rəftara məruz qalmaları, fərdi şəkildə və mənsub olduqları dinin tələblərinə uyğun qaydada dəfn olunmamaları, həmişə tapıla bilmələri üçün lazımi qaydada qorunmaları və nişanlanmalarının təmin olunmaması müəyyən edilib.

Baş Prokurorluq tərəfindən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsi, Azərbaycan Milli Elmlər Akademiyası və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Nümayəndəliyinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilərək aşkar edilmiş sümük fraqmentləri üzrə zərərçəkmişlərin şəxsiyyətinin, həmçinin, iş üzrə həmiyyət kəsb edən digər halların müəyyən edilməsi məqsədilə ekspertiza və laborator müayinələr aparılır, eləcə də digər zəruri prosessual hərəkətlər həyata keçirilir.

Məhkəmə-genetik ekspertizasının hazırkı mərhələsində 8 nəfərin şəxsiyyəti müəyyən edilib:

(Xocalı rayon sakinləri)

1. Əliyev Ağaəli Naib oğlu - 01.06.1933-cü il
2. Əliyeva Sürəyya Behbud qızı – 01.06.1933-cü il
3. Mahmudov Akif Seydulla oğlu – 01.06.1962-ci il
4. Səlimov Xəzər Səyavuş oğlu – 01.09.1974-cü il
5. Səlimova Tamilla Ağamirzə qızı – 01.06.1935

(Xankəndi şəhər sakinləri)

6. Cavadov Əli Müsül oğlu - 15.06.1954-cü il
7. İsmayılov İsmayıl Bəhman oğlu – 01.08.1955-ci il
8. Məhərrəmova Bəsirə Vəli qızı - 01.06.1954-cü il

İstintaq materiallarına əsasən qeyd edilən şəxslərin hamısı 26.02.1992-ci il tarixdə Xocalı rayonu ərazisində itkin düşüb.

Toplanmış materiallar Baş Prokurorluğun İstintaq idarəsində ibtidai istintaqı aparılan cinayət işinə əlavə edilərək araşdırılır, nəticəsi barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir.

4 months ago

Səudiyyə Ərəbistanı Krallığının hökuməti bu ölkənin Kral Salman Humanitar Yardım Mərkəzi vasitəsilə Azərbaycanda həyata keçirilən humanitar minatəmizləmə fəaliyyətinə maliyyə dəstəyi göstərəcək.

AZƏRTAC xəbər verir ki, bu məqsədlə yanvarın 16-da Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov və Kral Salman Humanitar Yardım Mərkəzinin Tibb və Ətraf Mühit Departamentinin direktor müavini Abdullah Məhəmməd Əlvadeyi arasında Maliyyə Yardımı Memorandumu imzalanıb

4 months ago

Prezident İlham Əliyevin Lənkəran rayonuna səfəri

“Lenk Fruit” MMC-nin sitrus bağında yaradılan şəraitlə tanışlıq

azertag.az/xeber/2884765

azertag.az

Prezident İlham Əliyevin Lənkəran rayonuna səfəri  “Lenk Fruit” MMC-nin sitrus bağında yaradılan şəraitlə tanışlıq YENİLƏNƏCƏK

**Prezident İlham Əliyevin Lənkəran rayonuna səfəri**
4 months ago

Azərbaycanda yanvarın 17-nə gözlənilən hava proqnozu açıqlanıb

azertag.az

Bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var

Azərbaycanda yanvarın 17-nə [gözlənilən](https://azertag.az/xeber/bezi_dagliq_erazilerde_qar_yagacagi_ehtimali_var-2885338) hava proqnozu açıqlanıb
4 months, 1 week ago

Yeni üzgüçülük hovuzunun açılışı olub

AZƏRTAC xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar onun xatirəsinə inşa olunan idman obyektinin açılışında gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev iştirak ediblər.

Onlara idman obyektində yaradılmış şəraitlə bağlı məlumat verilib. Sonra isə yerli və beynəlxalq yarışlarda uğur əldə etmiş Azərbaycan üzgüçüləri hovuzda xüsusi idman nömrələri nümayiş etdiriblər.

azertag.az/xeber/2877238

We recommend to visit

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 7 months, 2 weeks ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
💡 Doğrunu bizdən öyrənin
🔹 Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 4 months, 3 weeks ago

ℹ️ Dünyada və ölkəmizdə baş verən bütün hadisələri və xəbərləri buradan öyrənin!

📝Reklam və iş birliyi @swommfreeaz

Last updated 5 days, 10 hours ago