✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )
Last updated 1 month ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 3 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 1 year ago
*🖋️.•° Nə üçün ayağa qalxanda "Ya Əli" deyirik?!*
Əbu nəim isfəhani və ibn əsakir rəvayət etmişlər ki:
كَانَ لَا يَقُومُ أَحَدٌ مِنْ بَنِي أُمَيَّةَ إِلَّا سَبَّ عَلِيًّا؛
"Bəni üməyyədən olan hər bir fərd hər vaxt öz yerindən qalxanda, Əliyə (ə) lənət edərdi."
*📓: Əbu nəim isfahani, hilyətul övliya və təbəqatul əsfiya, c 5, s 322.
ibn əsakir, tarixi mədineyi dəməşq, c 50, s 96.*
✓ Şiələrdə düşmənin bu alçaq hərəkətinə qarşı mübarizədə, yerlərindən qalxanda "Ya Əli" deyirlər.
*📓: ƏMİRƏL-MÖ'MİNİN ƏLİYYİBNİ ƏBİTALİBİN (Ə) QƏZAVƏTLƏRİ*
*🖋️: AYƏTULLAH MƏHƏMMƏDTƏQİ TUSTƏRİ*
*⬛ 101-Cİ QƏZAVƏT*
✓ ALLAHIN KİTABINA VƏ PEYĞƏMBƏR (S.Ə.A.S) SÜNNƏSİNƏ İSTİNAD
1 - ƏLAQƏNİN DİYƏSİ
Bir nəfər bir qadının qarnına bir zərbə vurdu, nəticədə onun bətnində ələqə şəklində olan rüşeym siqt oldu. Əli (ə) buyurdu: – O kişi ələqənin diyəsini – 40 dinarı o qadına verməlidir. (Sonra bu ayəni tilavət etdi:)
"Həqiqətən Biz insanı palçıqdan yaratdıq, sonra onu möhkəm bir yerdə (ana bətnində) qərar verdik, sonra o nütfəni bir parça laxta qan şəklinə saldıq, sonra o qan parçasını əzilmiş ət şəklinə saldıq, sonra o əti sümüklərə döndərdik, o sümükləri də ətlə örtdük, daha sonra onu yeni bir yaradılışda qərar verdik (insan şəklinə salaraq ona ruh verdik). Xəlq edənlərin ən yaxşısı olan Allah necə də əzəmətlidir!"
(Sonra buyurdu:)
Nütfənin diyəsi 20 dinar, ələqənin diyəsi 40 dinar, müzğənin diyəsi 60 dinar, xilqət tamamlanmazdan qabaqkı sümük bağlanan rüşeymin diyəsi 80 dinar, ruh daxil olmamışdan qabaq kamil rüşeymin diyəsi 100 dinar, ruh daxil olduqdan sonra isə 1000 dinardır.
("İrşad" (Şeyx Mufid), səh.119)
Əvvəldə qeyd olundu ki, Əbu Bəkr Qurandakı "əbb" və "kəlalə" kəlmələrinin mənasını bilməyib aciz qaldığı zaman Həzrət Əli (ə) onların mənasını izah edərkən Quran ayələrinə istinad etdi. Ömər də məcburiyyət qarşısında qalaraq zinaya yol verən bir qadına hədd vurmaq istədiyi zaman Həzrət Əli (ə) "fəmənizturrə ğəyrə bağin və la adin fəla ismə ələyh" ("Bəqərə", 173) ayəsinə istinad etmiş, bununla da o qadına nahaq yerə hədd vurulmasına mane olmuşdu.
Osman isə, altı ay tamam olduqdan sonra uşaq dünyaya gətirmək istəyən bir qadına hədd vurmaq istədiyi zaman Həzrət Əli (ə) iki ayəyə – "Və həmluhu və fisaluhu... ("Əhqaf", 13) və "Vəl-validatu yurzinə ovladəhunnə" ("Bəqərə", 233) istinad edərək bu işin qarşısını aldı.
(Həzrət Əli (ə)-ın "cüz", "səhm", "hiyn" və "qədim" sözlərinin mənasında da Quran ayələrinə necə istinad etdiyi əvvəldə bəyan olundu.)
*♨️• Əhli sünnə alimi Təbərani (360) Mocəmül Əvsət kitabı c 6, səh 163, İmam Əlidən (ə) Peyğəmbərə (s) şikayət etdikdə…*
فخرج مغضبا, وقال: ما بال أقوام ينتقصون عليا؟ من ينتقص عليا فقد انتقصني, ومن فارق عليا فقد فارقني, إن عليا مني وأنا منه, خلق من طينتي, وخلقت من طينة إبراهيم
Peyğəmbər (s) qəzəblənərək buyurdu: Əlidə nöqsan və eyb axtarmaqla nə düşünürlər ???!!
Əli məndən mən Əlidənəm, Əli mənim tinətimdən məndə İbrahim peyğəmbərin tinətindən xəlq olmuşam və mən İbrahimdən üstünəm”
✓ (Tinət - yəne yaradılış meyarımız birdir, varlığımız eynidir, çox yaxınıq bir birmizə)
Kərbala hadisəsindən sonra Ümmül Bənin İmam Hüseyn (ə) və övladları üçün elə əza saxladı ki, hətta Əhli-Beyt (ə) düşmənləri də o həzrətin halına ağlayırdı. Həzrət Ümmül Bəninin məzarı Mədinə şəhərində olan məşhur Bəqi qəbristanlığında yerləşir.
*🥀• ÜMMÜL BƏNİN (S.Ə) KİMİN NƏSLİNDƏNDİR?*
Ümmül bəninin atası Hizam ibn Xalid, Bəni Kəlab qəbiləsindən1, anası isə Leyla ya Səmamə, Səhl ibn Amir ibn Malikin qızıdır.2
*🥀• XANIMIN İMAM ƏLİ (Ə) İLƏ EVLƏNMƏSİ*
Xanım Fatimeyi Zəhranın (s.ə) şəhadətindən sonra İmam Əli (ə) qardaşı Əqil ilə məsləhətləşərək igid və cəngavərlər dünyaya gətirə biləcək bir xanım haqqında sorağlaşdı. Əqilin təklifindən sonra Həzrət Əli (ə) xanım Fatimə binti Hizam ilə evləndi.3 Bu izdivacın tarixi haqqında da dəqiq məlumat yoxdur. Hətta xanım Zəhradan (s.ə) sonra ikinci yoxsa üçüncü xanım olduğu haqda dəqiq məlumat əlimizə gəlib çatmamışdır.4 Xanım Ümmül Bənin (s.ə) Həzrət Əlidən (ə) sonra heç kəslə evlənməmişdir.
Rəvayət olunur ki, İmam Əli (ə) xanım Fatimə binti Xizam (əs) ilə evləndikdən bir müddət sonra xanım, həzrət Əliyə (ə) təklif edərək dedi ki, bundan sonra onu İmam Həsən (ə) və İmam Hüseynin (ə) yanında əsas adı olan Fatimə deyə çağırmasın ki, bu adı uşaqlar eşidəndə anaları yadına düşür. Bundan sonra İmam Əli (ə) xanımı Ümmül Bənin (oğlanlar anası) adlandırdı.5
*🥀• ÜMMÜL BƏNİN (S.Ə) KƏRBƏLA HADİSƏSİNDƏN SONRA*
Ümmül bənin Kərbəlada iştirak etmədi. Kərbəla əsirləri Mədinə şəhərinə daxil olanda bir nəfər övladlarının şəhadət xəbərini o xanıma çatdırdı. Lakin xanım İmam Hüseynin (ə) haqqında ilk olaraq soruşdu. Ümmül Bənin dörd oğlu və İmam Hüseynin (ə) şəhadət xəbərini eşidəndə belə dedi: “ey kaş övladlarım və yer üzündə olan hər bir şey Hüseynə (ə) fəda olardı amma Hüseyn (ə) sağ qalardı.”6
*🥀• ÜMMÜL BƏNİNİN (S.Ə) ÖVLADLARINA MATƏM SAXLAMASI*
Övladları şəhid olduqdan sonra xanım Ümmül Bənin (əs) hər gün nəvəsi Übeydullah (Həzrət Abbasın (ə) oğlu) ilə birlikdə Bəqi qəbristanlığına gedib, orada öz yazdığı qəmli şeirlərini oxuyar və ağlayırdı. Mədinə sakinləri onun ətrafına toplaşar, onunla birlikdə ağlayardı. Hətta deyilənlərə görə Mədinənin hakimi Mərvan ibn Həkəm də onlara qoşulardı.7
*🥀• ÜMMÜL BƏNİNİN (S.Ə) VƏFATI*
Ümmül Bəninin vəfatı ilə bağlı əlimizdə dəqiq məlumat olmasa da ən çox qəbul olunan nəzər budur ki, o xanım hicrətin 64-cü ili Cəmadiüs Sani ayının 13-də vəfat etmiş və Bəqi qəbristanlığında dəfn olunmuşdur.8
Bəzi tarixçilər isə o xanımın vəfat tarixini elə həmin ilin Cəmadiüs Sani ayının 18-də qeyd etmişdir.
Əziz və dəyərli izləyicilərimiz! Xanım Ümmül Bəninin (s.ə) qəmli vəfatı münasibətilə öndə İmam Zamanı (ə.c) və həzrət Ayətullah Xamenei ağamıza, sonra siz əzizlərə başsağlığı verir hamınıza Qiyamət günü o həzrətin şəfaətini diləyirik.
Mənbələr:📓**
1. Ümdətüt Talib, səh 356.
2. Xəsaisul Abasiyyə, səh 63.
3. Ümdətüt Talib, səh 357
4. Səqqaye Kərbəla, səh 83.
5. Çohreye derəxşane Qəmər Bəni Haşem, c 1, səh 69
6. Rəyahinuş Şəriət, c 3, səh 293.
7. Məqatilut Talibin, səh 85
8. Çohreye derəxşane Qəmər Bəni Haşem, c 2, səh 76.
*🥀• Ummul-Bənin (salamullah əleyha) haqqında qısa məlumat*
Bismilləhir-Rahmənir-Rahim
1438 hicri- qəməri ili, cumadəs-saniyə ayının 13-ü Həzrət Ummul-bəninin (əleyhasalam) vəfatının il dönümüdür.
Həzrət Əmirəl-möminin Əli əleyhissəlamın övladlarına rəşadət və şücaət dərsi verən o cəlalətli və şərafətli xanımın vəfat gününü bütün Əhli-Beyt (əleyhimussəlam) sevərlərinə və Kərbəla şəhidlərinin xatirəsini yaşadan mömin bacı-qardaşlarımıza təsəlli və başsağlığı deyirik.
Ummul-Bənin adı ilə məşhur olan Həzrət Fatimə binti Hizzam (əleyhasalam), Həzrət Əmirəl-müminin Əli ibn Əbi Talibin (əleyhissəlam) həyat yoldaşı, Peyğəmbər (sallallahu əleyhi və alih) və Əhli-beyt (əleyhimussəlam) tərəfdarları olan şiələr arasında böyük hörmət qazanmış şəxslərdən biridir. O, Aşura günü Kərbəlada üç qardaşı ilə birlikdə şəhid olan Həzrət Əbul-Fəzl Abbasın (əleyhissəlam) anasıdır. Bu mərəkədə şəhid olmuş digər üç qardaşın adları tərtiblə, Abdullah, Cəfər və Osmandır (Allah məqamlarını daha da uca etsin).
Kərbəla hadisəsi baş verəndən sonra Həzrət Ummul-Bənin (əleyhasalam) İmam Hüseyn (əleyhissəlam) və övladları üçün elə tərzdə matəm saxlayırdı ki, hətta Əhli-Beyt (əleyhimussəlam) düşmənləri belə onunla həm səda olurdular.
Nəsəb və vəfatı:
Həzrət Ummul-Bəninin (əleyhasalam) atası Əbul-Məcl Hizzam ibn Bəni-Kəlab”dır (1).
Anası isə Leyla və ya Təmamə bint Suheyl ibn Amir ibn Malikdir (2).
Xanımın vəfatı barədə dəqiq tarıx qeyd edilməyib. Amma məşhur budur ki, 13 Cumadəs-saniyə ayı vəfatının il dönümü günüdür. Müqəddəs qəbri Mədinə şəhəri, Bəqi qəbiristanlığındadır.
*🕋• İslamın böyük şəxsiyyətlərinin Həzrət Ummul-Bəninin (s.ə) barədə kəlamlarından:*
Mərhum Zəynuddin Amili (Şəhid sani) xanım barədə deyir:
“Həzrət Ummul-Bənin (əleyhasalam) olduqca mərifətli və fəzilətli bir qadın, Peyğəmbər ailəsinə nisbət (sallallahu əleyhi və alih) olduqca məhəbbətli, ixlaslı və şiddətlı bağlılığa malik idi. Özünü onlara xidmət üçün həsr etmişdir. Peyğəmbər ailəsi də (əleyhimussəlam) ona yüksək mənzilət qail və xüsusi ehtiram edirdilər. Bayram günlərində xanıma ehtiram olaraq hüzuruna gəlib ona qayğıkeşlik edirdilər (3)”.
Ümid edirik Əhli-Beyt (əleyhimussəlam) aşiqləri bu yüksək məqam və şərafətə malik olan Xanıma ehtiramən, onun vəfat günündə öz qəm-qüssələrini Həzrət İmam Zaman Əleyhissəlama bildirərək o Həzrətin diqqət və nəzərini özlərinə cəlb etmiş olalar. İnşaallah!
1- Təbəri, “Tarix”, c. 4, s. 118.
2- İbn Ənbəh, “Umdətut-talib”, s. 356.
3- “Setareye derəxşane Mədinə, Həzrəte Ummul-Bənin (əleyhasalam)”, səh. 7.
*🥀• KƏRBƏLANI MƏDİNƏDƏ YAŞADAN XANIM – HƏZRƏT ÜMMÜL BƏNİN (S.Ə)*
Adı Fatimə idi amma Ümmül Bənin deyə səslərdi onu mövla! Ey oğlanlar anası! Baxmayaraq sən Hüseynin (ə) qəm-qüssəsini azaltmaq və qəminə şərik olmaq üçün Kərbəlada ola bilmədin amma Mədinədə qalaraq, yeni cücərməkdə olan Aşuraya ağacını göz yaşlarını yaşlarınla sulayaraq onu canlandırıb, damarına qan axıdıb bu uca dəyəri yaşatdın.
Ey Beytul Əhzanın (Hüzn evinin) çırağı, sən ey başıuca xanım! Zəhranın (s.ə) və Hüseynin (ə) şəfaəti sənin bütün aşiqlərinə də çatacağına ümid edirik. Başın uca oldu xanım Zəhra (s.ə) yanında xoş halına, ey igidlər anası!
Ey dörd oğlu olan məqtuli Aşura
Ey rövzəxanlıq edən matəmi tasua
Harda səni görsəydi Zeynəbi Kübra
Deyərdi ey vay gəlmədi həzrəti Səqqa
Ümmül Bənin (s.ə)!
O igidlər anası, baxmayaraq Kərbəlada olmadı lakin qəlbi əbədi olaraq Kərbəlada, gözü isə üfüqlərdə qaldı ki, görəsən “eşq karvanı” qayıdacaq yoxsa yox?
Həzrət Ümmül Bənin həmin anadır ki, “fərat” kənarında qəlbi, şücaət və gözəllikdə bənzəri olmayan oğlunun matəmində yandı.
Ümmül Bənin (oğlanlar anası) kimi tanına Fatimə binti Hizam (s.ə) İmam Əlinin (ə) həyat yoldaşı və şiələrin yanında möhtərəm bir xanım kimi tanınır. Onun Həzrət Abbas (ə), Abdullah, Cəfər və Osman adında dörd oğlu Aşura günü İmam Hüseynin (ə) yanında şəhid oldular. Bu dörd oğlu olduğu üçün ona Ümmül Bənin (oğlanlar anası) kimi məşhur oldu.
*📓: Nəhcül-bəlağə.
(18-ci xütbə)*
İmam Əli əleyhis-salamın əks fətva verən (hökmü «şəriət» dəlilləri ilə deyil, «qiyas» əsasında, öz rəyləri ilə verən) üləmaları məzəmmət etdiyi kəlamlarındandır.
Üləmaların birindən dinin əhkamı barəsində bir məsələ soruşulduqda, o, öz rəyi əsasında fətva verir, həmin məsələ digər qazıdan soruşulduqda, onun fətvası birinci qazının fətvasının əksinə olur, bu zaman bir-birinə zidd hökmlərilə onları qazı təyin edən rəhbərin ətrafına toplanırlar (onun təsdiq etməyini istəyirlər). Qazılar qazısı onların, Allahı, bir, Peyğəmbəri bir, Kitabı bir olduğu halda hamısının rəyinin düzgün olduğunu söyləyir. Allah-təala onlara (eyni bir məsələdə) ziddiyyətli fətva verməyə əmr edibmi ki, onlar da onun göstərişinə itaət ediblər? (Ziddiyyət, heyrət və sərgərdanlığın səbəbidir, belə bir işə isə əmr verməyin Allah-təalanın şəninə layiq olmadığı aydındır.) Ya onları ziddiyyətdən çəkindirib, onlar isə itaətsizlik və günah ediblər? (Belə isə qazılar qazısının fikir ziddiyyətlərini düzgün hesab etməsi və onların hamısının doğruluğuna hökm verməsi yersizdir.) Yaxud da Allah-təala naqis bir din göndərib, onu tamamlamaq üçün onlardan kömək istəyib? (Bu da düzgün deyildir, çünki Xaliqin məxluqdan kömək istəməsi ağıla ziddir.) Və ya özlərini Allaha şərik bilib (öz rəylərinə əsasən istədikləri kimi) hökm verirlər və O da razıdır? (Bu da batildir. Çünki Allahın heç bir şəriki olmadığı aydındır.) Və ya Allah-təala tam bir din göndərmiş, (qazıların ixtilafının səbəbi budur ki,) Allahın rəsulu (səlləlahi əleyhi və alih) isə onun təbliğində və çatdırılmasında bir nöqsan etmişdir?
Halbuki (belə deyildir, çünki) Allah-təala (Qur’ani-Kərimdə Rəsulu vasitəsi ilə camaata Ən’am surəsinin 38-ci ayəsində) buyurub:
«Biz Qur’anda heç bir şeyi əsirgəməmişik»
(deməli olduğumuzu demişik). وَ قاَلَ فِيهِ تِبْيانُ كلِّ شىءٍ yəni, orda hər bir şeyin bəyan olunduğunu buyurub və xatırladır ki, Qur’anın bəzi hissələri başqa hissələrini təsdiq edir, onda heç bir ixtilaf yoxdur, beləliklə, (Nisa surəsinin 82-ci ayəsində) buyurub:
«Əgər bu Qur’an Allahdan qeyrisi tərəfindən olsaydı (necə ki, kafirlərin və münafiqlərin onun Allah tərəfindən deyil, bir insan tərəfindən bəyan edildiyinə etiqadları vardır) onda çoxlu ziddiyyətlər tapardınız».
Qur’ani-Kərimin zahiri heyrətamiz və gözəl, batini isə dərin və sonsuzdur (belə isə hər kəs onun sirlərini əldə edə bilməz), qəribəlikləri (incəlikləri və sirləri) tükənməzdir (onları öyrənmək üçün nə qədər çalışılsa belə tükənməz), qaranlıqlar (cəhl, nadanlığı və şübhələrin qaranlığı) ondan başqa heç nə ilə aradan qaldırılmaz.
★•••★•••★•••★•••★•••★•••★•••★
_"HƏR KİM DUNYADA MADDİ LƏZƏTLƏRƏ VƏ BAĞLİLİQLARA GÖZ YUMSA, ONA ZİYAN GÖZU İLƏ BAXSA, KİM ELMİ LƏZZƏTLƏR AXTARİŞİNDA OLSA, RUHUNU MƏNƏVİ ZİYNƏTLƏRƏ, MƏSƏLƏN, ƏDALƏT, GUC, AZADLİQ, HƏQİQƏT VƏ SAİR İLƏ BƏZƏSƏ, O DÜNYA HÜZUR VƏ RAHATLİQ İCƏRİSİNDƏ KÖCƏCƏYİ ANİ GÖZLƏMƏLİDİR."_
_© HACİ TALE BAGİRZADƏNİN "İMAM ƏLİ İNSAN ƏDALƏTİNİN SƏSİ" KİTABİNDA MÜTALİƏ QEYDLƏRİNDƏN._
✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )
Last updated 1 month ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 3 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 1 year ago