✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )
Last updated 4 days ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 2 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 12 months ago
**Uşaqlar üçün faydalı cizgi filmləri linkləri
❓ Uşaqların ekranla münasibəti necə olmalıdır
❌?❌
Uşaqlar üçün musiqisiz, faydalı və çox maraqlı cizgi filmləri linkləri. Bu cizgi filmlərini seyr etmək uşaqların ərəb dili inkişafına təkan verir və eyni zamanda uşaqlara dini əhkamlardan da məlumat verilir. Bu linkdəki cizgi filmlərin bəziləri Qurani Kərimdən peyğəmbərlərin qissələrinə aiddir.
? Bəziləri isə uşaqlar üçün halal və haram anlayışını ifadə edən səhnələr ilə "yaxşılığı əmr edərək, pislikdən çəkindirmək" məfhumu üzərindədir.
❌ İndiki zamanda uşaqların əxlaqının və psixologiyasının korlanmasına ən böyük səbəblərdən biri məhz baxdıqları cizgi filmləridir. Bu səbəbdən övladının hansı cizgi filminə baxdığına və ümumən onun nələri seyr etdiyinə nəzarət etmək valideynlərin üzərində böyük məsuliyyətdir.
? Uşaqların sağlam şəkildə böyüməsi, sağlam zehni və əxlaqi normalara uyğun yetişməsi üçün onların maksimum dərəcədə ekrandan uzaq tutulması gərəkir.
Uşaqlar üçün belə islami cizgi filmlər onların xəyallarını da ancaq islamın və peyğəmbərin həyatının gözəllikləri ilə bəzəyir. Uşaqlar öz yaşına və kiçik xəyal dünyalarına uyğun bir şəkildə peyğəmbərin yaşadığı həyat dövrünü, səhabələrini və onların tarixini, onların mərdliyini, ibadət üzərində olan yaşamlarını gözündə canlandırır. Ümid edilir ki, belə xəyal dünyası ilə böyüyən körpələrin gələcəyi və psixologiyası çox sağlam olacaq inşəAllah
LİNKLƏR ?**https://youtu.be/BF0CS0iABn0?si=lYabj3ti8ca0GVS9https://youtu.be/XoEQsOqeZHk?si=2HVbrQdGApnMYemwhttps://youtu.be/jIDm_3Fq6DA?si=ChdcmbeTvquXnUMIhttps://youtu.be/akxKivcmuPQ?si=x9oE2LVoQi2HFJLDhttps://youtu.be/_IpwU7qOdPU?si=-75Zh7Gm-eBlpoyqhttps://youtu.be/akxKivcmuPQ?si=x9oE2LVoQi2HFJLD
? ƏDƏB ?
Ədəb* _ gözəl olan hər bir söz və hərəkətdir. Özündən yaşlıları ucaltmaq, özündən kiçiklərə münasibətdə isə mülayim olmaqdır.
ƏDƏB*_ Yaradanın insana bəxş etdiyi əxlaqı qorumaqdır.
Həyatımızı Allah Rəsulunun (Allahın ona salavat ve salamı olsun ) həyatından nümunələr ilə zənginləşdirməkdir.
İbn əl Qeyyim ( Allah ona rəhməti olsun) buyurmuşdur .
"Ədəb, qulda xeyirli olan xüsusiyətlərin cəm edilməsidir
Mədəricus - Səlikin 2/ 375
Ədəblə əqidə və iman bir - biri ilə sıx əlaqəlidir. Ədəbli olmaq müsəlmanın boynuna düşən vəzifələrdəndir Çünki insan dan Rəbbinə, insanlara və özünə qarşı daima ədəbli olmaq tələb olunur. Məhz buna görə, əxlaqında naqislik olan müsəlmanın əqidəsində də naqislik vardır İslam alimlərinin əxlaqı əqidənin daxilində zimir etmələri, bunun nə qədər vacib, nə qədər önəmli olduğundan xəbər verir.
Peyğəmbər ( Allahın ona salavat və salmı olsun ) buyurur
" Mömünlərin içində iman baxımından daha kamil olanı əxlaqı daha yüksək olandır
?**Əbu Davud 4682 ət Tirmizi 1162 Əhməd 7296 əl Albani hədisin həsən səhih olduğunu bildirmişdir
Həmçinin, yüksək ədəbə sahib olmaq insanı Cənnətə salan ən böyük səbəblərdəndir.
Əbu Hureyra ( Allah ondan razı olsun ) rəvayət edirki, Peyğəmbər ( sallallahu aleyhi və səlləm )
İnsanları ən çox Cənnətə salan nədir ?" - deye soruşduqda, o :
"Allah qorxusu və gözəl əxlaqa sahib olmaq ",- deyə cavab verdi.
?Ət Tirmizi 2004https://t.me/tevhidkidstv
? Ədəbsiz olma❗️
*Aişə (رضي الله عنها) deyir ki, bir dəstə yəhudi Peyğəmbərin (صلى الله عليه وسلم) yanına gəlib:
"Əssamu aleykə ey Əbul Qasim!" (Ey Əbul Qasim sənə ölüm olsun!) – dedilər.
Peyğəmbər (صلى الله عليه وسلم) dedi: "Sizə də."
Aişə (رضي الله عنها) deyir ki, mən onlara "Elə sizə ölüm və məzəmmət olsun!" – dedim.
Peyğəmbər (صلى الله عليه وسلم) dedi: "Ey Aişə ədəbsizlik etmə."
Aişə (رضي الله عنها): "Eşitmədin nə dedilər?!"
Peyğəmbər (رضي الله عنه) dedi: "Mən onlara "Sizə də" deyib dediklərini özlərinə qaytarmadımmı?"
Müsəlman bacım! Peyğəmbərin (صلى الله عليه وسلم) bu tövsiyəsi gözəl əxlaqa təşviq edir, pis əxlaqdan isə çəkindirir. Əksər müsəlmanlar elə zənn edirlər ki, təqva insanların deyil, təkcə Allahın haqlarını ödəməkdən ibarətdir. Əslində bu səhv düşüncədir. Gəlin bir anlığa öz-özümüzə "gözəl əxlaq sözünün mənası nədir?" – deyib, sual verək.
Bu suala cavab axtarsan görərsən ki, gözəl əxlaq hər bir xeyirli əməli etmək və hər cür şərdən uzaq olmaqdır.
Əməlisaleh sələflərimiz gözəl əxlaqın nə olduğunu bizə anlatmaq üçün bir çox vəsflər söyləyiblər. Onlardan aşağıdakıları qeyd etmək olar: ? Həsən əl-Basri demişdir: "Gözəl əxlaq, səxavətlilik, çalışqanlıq və dözümlülükdür." ? İbn əl-Mubarək: "Gözəl əxlaq, gülər üzlü olmaq, yaxşılıq etmək və pislikdən çəkinməkdir." ? Əhməd ibn Hənbəl: "Gözəl əxlaq, qəzəblənməmək və nifrət etməməkdir."*? İshaq ibn Raheveyh: "Gözəl əxlaq gülər üzlü olmaq və qəzəblənməməkdir."? *Əl-Vasiti: "Gözəl əxlaq, gizlidə və aşkarda yaradanı razı salmaqdır."
Digər elm adamları isə deyirlər ki, "gözəl əxlaq qəzəbini boğmaq, gülər üzlü olmaq, bağışlamaq, müsəlmana və ya əhd bağlayan qeyri müsəlmana əziyyət verməməkdir. Bidətçilərə, günahkarlara və zalımlara gəlincə, onlara qarşı özlərinə münasib rəftar etmək lazımdır." ✨《Gözəl əxlaq sahibi xəsis deyil, səxavətli, qorxaq deyil şücaətli olar.
》✨*?Peyğəmbər (صلى الله عليه وسلم) "qiyamət günü bəndənin ən dəyərli və tərəzinin gözündə ən ağır əməli onun gözəl əxlaqıdır." – sözləri ilə gözəl əxlaqa böyük dəyər vermişdir. Əbu Dərda (رضي الله عنه) Peyğəmbərin (صلى الله عليه وسلم) belə dediyini rəvayət edir: "Tərəzidə ən ağır əməl gözəl əxlaqdır."https://t.me/tevhidkidstv
*♦️* Əziz valideynlər! Övladlarınızı yeni növ dostlardan qoruyun!
? Günümüzdə yeni növ dostlar və tanışlar vardır ki, hansıki onlar bundan əvvəlki dostlar kimi deyillər. Günümüzdə yeni çıxan dostlar və tanışlar insana əvvəlki dostlardan daha sürətli təsir edirlər. Çünki əvvəlki dostlarla və tanışlarla bir araya gəlmək yalnız münasibət günlərində idi. Yəni toy mərasimlərində, əqiq mərasimlərində, elçiliklərdə, bayram günlərində və yaxud da ki, hansısa bir hadisə olanda, xəstə oland və üzür düşəndə. Bu baxımdan da onların insana təsiri çox gec olurdu. Amma günümüzdəki dost və tanışların təsiri insana ona görə sürətlə təsir edir ki, çünki onlar hər zaman sənin yanındadırlar: Yəni sən yatanda, duranda, yemək yeyəndə, yol gedəndə, hamamda olanda, dərs hazırlayanda, yemək bişirəndə hər zaman səninlə olurlar.
? Söhbət sosial şəbəkələrdə qazanılmış dost və tanışlardan gedir. İnternet sayıtları, vatsap, telegram, instagram və digər sosial şəbəkələr.
? Uşaqların hər zaman əllərində telefon olması bu cür sosial şəbəkələrə qoşulmaq üçün böyük bir səbəbdir. Əgər valideyn mütəmadi olaraq uşağına nəzarət etməzsə, onun telefonuna baxış etməzsə, ona nəzarət etməyə tənbəllik edərsə bu zaman həmən o sosial şəbəkələrdəki dost və tanışların həmən uşağa olan təsiri çox sürətli olur.
? Həm dini cəhətdən, həm əxlaqi cəhətdən, həm tərbiyə cəhətdən, həm psixoloji, həm fikir formalaşma cəhətdən çox sürətli təsiri olur.
? Nə qədər gənc qız və oğlan bu sosial şəbəkələr səbəbilə şantaj edilmiş, çoxları özlərinə intihar edərək dünyalarını dəyişmiş və yaxud da ki, haqq yolundan azmışlar. İş o yerə gəlib çatıb ki, sosial şəbəkələr səbəbilə böyük günahlar edilmiş və nə qədər bədbəxtçiliklər baş vermiş, bundan sonra da nələr olacağını yalnız Allah bilir.
?Hamımız bilirik bu sosial şəbəkələr vasitəsilə nə qədər xeyirlər əldə etmək olar. Amma bu baxımdan valideynlərin məsuliyyəti daha çoxdur. Mütamadi olaraq uşaqların əllərində olan telefonlara ciddi nəzarət edin. Deməyin ki, "mən özövladıma inanıram, o belə şeylər etməz"..... elə ən böyük problem də budur.... etibar etmək və yoxlamamaq....
? Hətta uşaqların sosial şəbəkələrdə oynadıqları bir çox oyunlar vardır ki, büdpərəstliyi təbliğ edir, insanlara islamı terrorist kimi təqdim edir. Bütün bunlar insana zehni olaraq təsir edir və gələcəkdə başqa fikir və əqidə formalaşdırır.
? Günümüzdə ateist və deizmin çoxalmasının səbəbi də məhz sosial şəbəkələrdir. Gənclərin və böyüklərin bu xarab əqidə və fikirlərə düşməsinə səbəb də, sosial şəbəkələrdir.
? Dini məsələlərdə qarşısına keçənə qulaq asmaq, onu sevmək və sonunda da onun
haqq yoldan azmasına aparıb çıxardır.
? Hə qədər evli qadın və kişilər, bu sosial şəbəkələr vasitəsilə özlərinin və başqalarının ailələrinin dağılmasına səbəb olmuşlar. Evli qadın başqa kişiyə qoşulub qaçmış və digər haramlar etmişlər.
??? Hörmətli valideynlər! Sosial şəbəkələrinin ciddi təhlükə mənbəyi olduğunu bildiyiniz halda, övladlarınızı qoruyun! Onlara nəzarət etməyi unutmayın və tənbəllik etməyin! Unutmayın ki, əgər qarşısını vaxtına ala bilməsəniz, sonrakı peşmançılığınız fayda verməyəcək! Çalışın övladlarınız üzərindı məsuliyyətli olasınız! Çünki siz bu barədə qiyamət günü sorumlu olacaqsınız!**https://t.me/tevhidkidstv
*?* VALDEYİNLƏR SALEH ZÜRİYYƏTİN SƏBƏBKARLARIDIR
ÖVLAD TƏRBİYƏSİ
– İbn Qeyyim (Allah ona rəhm etsin) belə demişdir: “Kim övladına fayda verəcək şeyləri öyrətmir və onu başlı-başına buraxırsa, o öz övladına ən böyük pisliyi etmişdir. Bir çox uşaqların korlanmasına səbəb valideynlər özləri olublar. Ya birbaşa özləri uşaqlara təsir edib, ya da ki onları başlı-başına buraxaraq dinin vaciblərini və sünnətlərini onlara öyrətməyiblər”.
(“Tuhfətul-məvdud”, səh. 229).
DÜŞÜN ❗️
? Valdeyinin əsas qayğısı yemək, təmizliyi və internet olduğu halda saleh övlad necə yetişəcək ?!
?Bir alimin, fəqihin, hafizin övladı necə yetişəcək ki, Ata Ana sosial şəbəkələrdə saatlarla oturur amma uşaqlari ilə bir saat oturub , yarım səhifə Quran əzbərlətməyə və ya elm almaq da onlara kömək etmeyə zamanı olmur
?Əgər ata ana övladı ilə bir saat oturub ona Peyğəmbərlərin həyatlarını danışmaği ağlına belə gətirməzsə, saleh övlad necə yetişəcək ?!
?Ana Ata qonşularla, dost-tanışlarla aramsız telefon danışarsa ağıllı, balanslı uşaq necə yetişəcək ?!
?Ata Ana bütün qonşularınin eşidə biləcəyi bir səsdə qışqıraraq danişarsa , sakit və ədəbli uşaq necə yetişəcək ?!
?Ana Ata davamlı olaraq qardaşlarının, dostlarının yanında övladını təhqir edir, aşağılayır, tənqid edirsə, xarakteri, xasiyyəti güclü olan bir uşaq necə yetişəcək ?!
Mən düşünmürəm ki, kimsə övladları barəsində Allahdan qorxsun və onları tərbiyə etməkdə şəriətin qoyduğu yola tabe olsun və nəticədə Allah onun övladlarını hidayət etməsin.”
“Fətəva Nurun aləd Dərb”, 2/24
Həqiqətən Allah Qiyamət günü övladı atası barəsində hesaba çəkməzdən əvvəl atanı övladı barəsində hesaba çəkəcəkdir. Atanın oğlunun üzərində haqqı olduğu kimi,, eləcə də oğulun atası üzərində haqqı vardır.”
(İbnul Qayyim, “Tuhfətul Məvdud bi-Əhkəmil Məulud”, səh. 229)
Dua etmək.❗️
Həqiqətən bu amillərin ən əhəmiyyətlilərindən biri də duadır insanın öz övladları üçün dua etməsidir. Bu (dua etmək), övlad dünyaya gəlməmişdən əvvəl də sonra da olur. Onlar dünyaya gəlməmişdən öncə valideynlər Allahdan saleh zürriyyətlə ruzilənmələrini istəməli, dünyaya gəldikdən sonra isə Allahdan onlar üçün hidayət, islah, doğru yola yönəlmələrini, din üzərində sabit qalmalarını istəməlidirlər. Necə ki, bunu peyğəmbərlər etmişlər –
?Ey Rəbbim! Mənə əməlisalehlərdən olan (övlad) bəxş et!””
(əs-Saffət, 100)
? Ey Rəbbim! Məni də, nəslimdən olanları da namaz qılan et! Ey Rəbbimiz! Duamı qəbul elə!”
(İbrahim, 40)
Allahummə Əmin**
https://t.me/tevhidkidstv
*?* EY BACIM DİN HAQQINDA CAHİL OLMA.
? Qadın dindən bixəbər olduqda, ailəsinə qarşı diqqətsiz olur və buda davranışlarında pis ədəb-ərkanı, həyasızlığı həm əməlində, həm də sözdə özünü göstərir.
Rəftarında ədəbin əhəmiyyətini və zəruriliyini dərk etmir. Ünvanında ərindən qınaq gördükdə isə bunu aqressiv, təkəbbürlü və məzəmmətlə qəbul edir.
? AĞILLI qadın gözlərini aşağı salıb sakitcə ərinin iddialarına qulaq asıb onu narahat edən şeyi düzəltməyə tələsəcək, lakin münasibətlərinə mane olanı aradan qaldırmaqdan imtina edərək bərabərlik axtarmayacaq, səsini ucaltmayacaq, hırıldayıb qapını çırpmayacaq.
?️Hafiz ibn Kəsir (Allah ona rəhmət etsin) çox gözəl sözlər demişdir:
“Kişinin himayədarlığı onun qadının ağası olmasında və xasiyyəti əyilməyə başlayanda onu tərbiyə etməsində təzahür edir.”
Bax: “Təfsirul-Küranil-’Azim”, 1/741.
? Bəzi qadınlar kişinin gözündə güclü və müstəqil olmaq istəyirlər lakin bunu anlamırlarki Qadının əsil Gücü onun zərifliyində zəyifliydəndir və Bunuda bilməlidirlər ki Bir kişinin bir qadına olan cazibə dərəcəsi qadının nə qədər qadınsı olamasına bağldir
? Onun istək və tələblərini nə qədər hiss etməsinə ona necə ehtiyac duyduğuna ( sözün əsil mənasında ) ona necə heyran olduğuna və Allah üçün onu necə sevdiyinə hörmət etməsinə qiymətləndirməsinə bağldir
? Allah hikmət sahibidir və qadını kişi üçün rahatlıq hər zaman şəfqət və qayğı əhatə edəcək sığınacaq olaraq yaratmışdır kişi Onun yanında hər zaman rahatlıq, sevinc ,huzur cazibə sədaqətinə və səmimi sevgisinə inam hiss etməlidir
? Qadının gözəlliyi daxildən gəlir və xarici görünüşündə isə iz qoyur, danışıq və davranış tərzində qadın İslamın ona öyrətdiklərini nə qədər çox bilirsə, yoldaşininda gözündə bir o qədər heyranlığa, hörmətə səbəb olacaqdır**https://t.me/tevhidkidstv
**?* UŞAQ BÖYÜTMƏKDƏ ÇƏTİNLİK ÇƏKƏN HƏR KƏSƏ..
Fudeyl ibn İyad'ın (Allah ona rəhmət etsin) elmə qətiyyən həvəsi olmayan, qeyri-ciddi və söz dinləməyən Əli adlı oğlu var idi.
– Bir gün Fudeyl (oğlu üçün) Allaha belə dua etdi:
اللَّهُمَّ إِنِّيْ اجْتَهَدْتُ أَنْ أَؤدِّبَ عَلِيًّا فَلَمْ أَقْدِرْ عَلَى تَأَدِيْبِهِ فَأَدِّبْهُ أَنْتَ
«Allahım, mən Əlini tərbiyə etməyə çalışdım, amma bacarmadım, Sən Özün onu tərbiyə et».
Allah-Təala atanın oğlu üçün etdiyi duasını qəbul edərək Əliyə hidayət verdi.
– Sonralar İmam Zəhəbi öz yazılarında Fudeyl ibn İyadın oğlu Əlini vəsf edərək belə deyərdi:
«Əli ibn Fudeyl salehlərdən biri idi. Əli daim Allaha təvazökarlıqla ibadət edən, Allahdan qorxan, müdrik, doğru yol göstərən, müəllim və insanlar arasında çox hörmətli bir insan idi».
?Mənbə: «Siyar Ə'ləm ən-Nubələ» 7/408.***https://t.me/tevhidkidstv
✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )
Last updated 4 days ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 2 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 12 months ago