MU'MİNUN🖋️

Description
Mu'minun surəsi, 1:

۞ قَدْ أَفْلَحَ ٱلْمُؤْمِنُونَ

Möminlər, həqiqətən də, nicat tapmışlar; ❤️‍🩹
Advertising
We recommend to visit

🔴JONLI EFIR VA GOLLAR 👇

Last updated 2 months, 2 weeks ago

??ДХХ Чегара қўшинлари расмий канали

?youtube.com/@sarhad_24
?www.instagram.com/sarhaduz24/

Last updated 1 month, 4 weeks ago

@sirdaryoonlayn_bot мурожаат учун

Last updated 2 weeks ago

1 Monat, 2 Wochen her
1 Monat, 2 Wochen her

Yasser Al-Dosari qiraəti ilə İnsan surəsi 🎧

1 Monat, 2 Wochen her

🔔 İ C A B Ə T / D U A  E T!

***Ləə iləəhə illəə əntə subhəənəkə innii kuntu minəzzaalimiiin. Allahım mənim böyük-kiçik, bildiyim-bilmədiyim bütün günahlarımı əfv et. Məni bağışla. Bağışla ki, xeyir qapıları üzümə açılsın. Bağışla ki, istəklərim gerçəkləşsin. Yəə Mucib, bütün istəklərimi mənim üçün xeyirli şəkilə sal, sonra isə mənə nəsib et. İstəklərimə çatdıqdan sonra layiqli şükür etməyi mənə unutdurma.

Allahım, biz Səndən Firdous Cənnətini və ona yaxınlaşdıran sözləri deməyi  və əməlləri etməyi diləyirik və Sənə cəhənnəm odundan, ona yaxınlaşdıran sözləri deməkdən və əməlləri etməkdən sığınırıq.

Allahım! Səndən Öz elminlə mənə kömək etməyi və Öz qüdrətinlə mənə qüdrət verməyi diləyirəm. Səndən, Sənin böyük lütfünü diləyirəm. Sənin (hər şeyə) qüdrətin çatır, mənimsə qüdrətim çatmır, Sən (hər şeyi) bilirsən, mən isə bilmirəm. Qeybləri bilən Sənsən. Mənə görünən və görünməyən, dünyam və axirətim üçün lazım olan bütün xeyirləri nəsib et. Məni görünən və görünməyən, dünyam və axirətim üçün zərərli olan bütün şərlərdən uzaq et.

Ey Rəbbimiz! Haqq-hesab günü məni, valideynlərimi və möminləri bağışla!

Ey Rəbbimiz! Bizi və bizdən əvvəl iman gətirmiş müsəlmanları bağışla. Bizim qəlbimizdə iman gətirənlərə qarşı nifrət və həsədə yer vermə. Ey Rəbbimiz! Həqiqətən də, Sən Şəfqətlisən, Rəhmlisən!

Ey Rəbbim! Mənə, mənim özümə və valideynlərimə bəxş etdiyin nemətə şükür etmək və Sənin razı qalacağın yaxşı işləri görmək üçün ilham ver, nəslimi də mənim üçün əməlisaleh et. Mən Sənə tövbə etdim. Həqiqətən, mən müsəlmanlardanam!

Ey Rəbbim! Mənə hikmət ver və məni əməlisalehlərə qovuşdur! Sonra gələnlər arasında həmişə yad edilim deyə mənə yaxşı ad qismət elə! Məni Nəim bağının varislərindən et!

Ey qəlbləri döndərən! Qəlbimi dinin üzərində sabit et!

Ey Rəbbim! Köksümü açıb genişlət! İşimi yüngülləşdir!

Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağışlanma diləyirik, dönüş də yalnız Sənədir!

Allahım! Öyrətdiklərinlə mənə fayda ver, fayda verəcək şeyləri mənə öyrət və elmimi artır!

Allahım! Sən məni gözəl biçimdə yaratdın. Əxlaqımı da gözəl et!

Allahım, hidayəti, Allah qorxusunu, iffətli və qənaətkar olmağı Səndən diləyirəm.

Allahım, günahımı bağışla, yaşadığım yeri genişlət və mənə verdiyin ruzini bərəkətli et!

Allahım! Səndən faydalı elm, təmiz ruzi və məqbul əməl diləyirəm!

Allahım, mənə verdiyin nemətin tükənməsindən, verdiyin uğurun dəyişməsindən, qəfil qisas almağından və bütün qəzəbindən Sənə sığınıram!

Ey Rəbbim! Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin yaxud yaratdıqlarından kiməsə öyrətdiyin yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et.

Allahım! Mən özümə çoxlu zülm etmişəm. Günahları yalnız Sən bağışlayırsan. Özün günahımdan keçməklə məni bağışla və mənə rəhm et. Həqiqətən, Sən Bağışlayansan, Rəhmlisən!

Allahım! İsmətli olan dinimi, yaşadığım dünyamı və qayıdacaq axirətimi islah et Xeyirli işlər üçün ömrümü artır, ölümümü isə şər əməllərdən qurtarmaq üçün rahatlıq vasitəsi et!

Allahım, nəfsimi təqvalı et və onu təmizə çıxart, Sən təmizə çıxaranların ən xeyirlisisən. Sən nəfsimin qəyyumu və hamisisən!

Allahım! Bilə-bilə Sənə şərik qoşmaqdan Sənə sığınıram və bilmədiklərimə görə də Səndən bağışlanma diləyirəm!

Allahım! Filistində yaşayan müsəlmanlara öz qüdrətinlə yardım et! Onlara asanlıq ver, başlarına gələn müsibət üçün çoxlu səbr ver savablarına yaz! Allahım! Əqsa məscidini işğalçı yəhudilərin əlindən qurtar.
🌻*** T.me/islamisualcavabb

4 Monate, 1 Woche her

✍?İbn Qeyyim (rahiməhullah) demişdir:

«Kim qəlbinin genişlənməsini, günahlarının bağışlanmasını, sıxıntıdan qurtulmasını və üzüntüsünün ondan getməsini istəyərsə, Peyğəmbərə ﷺ salavat deməyi çoxaltsın.»

?

4 Monate, 2 Wochen her

**✨Rəbbimiz isə, hər gecənin son üçdə biri dünya səmasına enir və bələ deyir: «Məndən bağışlanma istəyən varmı onu bağışlayım»**

4 Monate, 2 Wochen her
4 Monate, 2 Wochen her

السلام عليكم و رحمة اللّٰه و بركته

Zəhmət olmasa kanalımızın linkini paylaşaraq xeyirə səbəb olun ⬇️

? T.me/islamisualcavabb

4 Monate, 3 Wochen her

?Yağış yağanda edilən dua:

Allahummə sayyibən nafian.

Allahım, bu yağışı faydalı et!

????????:??'?????

4 Monate, 3 Wochen her

*?Şeyx Abdurrahmən əs-Sədi rahiməhullah belə demişdir:*

**?«Kamil mömin o kəsdir ki, darlıqda və boluqda, çətinlikdə və asanlıqda, öz Rəbbini tanıyır və bilir.»**

*?*


https://t.me/muminuntelegram

6 Monate, 4 Wochen her

Muaz ibn Cəbəl (radiyallahu anhu) rəvayət edir ki, mən dedim:
«Ey Allahın Rəsulu! Məni Cənnətə salacaq və Cəhənnəmdən uzaqlaşdıracaq əməl haqqında xəbərdar et.» O belə buyurdu:

**?«Sən çox əzəmətli bir şey haqqında soruşdun. Həqiqətən, bunu Uca Allah kimin üçün asanlaşdırıbsa, həmin şəxslərə asandır. Gərək Allaha ibadət edib Ona heç nəyi şərik qoşmayasan. Namaz qılasan, zəkat verəsən, Ramazan orucu tutasan və Evi həcc edəsən.» Sonra dedi: «Səni xeyir qapılarına yönəldimmi? Oruc sipərdir. Sədəqə günahları, su odu söndürdüyü kimi söndürür. Kişinin gecə yarı qıldığı namaz belədir.» Sonra (bu ayəni) oxudu: «Onlar ibadət üçün yataqlarından qalxar...» və «heç kəs bilməz!» [Səcdə surəsi, 16-17] yerinə (oxuyub) çatdı. Sonra dedi: «Sənə ən əsas işi, onun sütununu və zirvəsini xəbər verimmi?» Mən dedim: «Bəli, ey Allahın Rəsulu!» O buyurdu: «Ən əsas iş İslamdır. Onun dayağı namazdır. Hürgücünün zirvəsi isə cihaddır.» Sonra dedi: «Bütün bunların hamısına malik olan barədə sənə xəbər verimmi?» Mən dedim: «Bəli, ey Allahın Rəsulu!» O dilini tutaraq dedi: «Buna hakim ol.» Mən dedim: «Ey Allahın Rəsulu! Biz danışdıqlarımıza görə sorğu-sual olunacağıq?» O buyurdu: «Anan səni ağlasın, ey Muaz! Məgər insanlar üzü üstə odun içində dillərinin danışdığına görə sürünmürlərmi?»**

Tirmizi 2616. İbn Macə 3973. Albani səhih demişdir.


https://t.me/muminuntelegram

We recommend to visit

🔴JONLI EFIR VA GOLLAR 👇

Last updated 2 months, 2 weeks ago

??ДХХ Чегара қўшинлари расмий канали

?youtube.com/@sarhad_24
?www.instagram.com/sarhaduz24/

Last updated 1 month, 4 weeks ago

@sirdaryoonlayn_bot мурожаат учун

Last updated 2 weeks ago