MÜSHƏF

Description
Uca Allahın bəndəsi üçün göstərişləri vardır. Bunu iman əhlinin bələdçisi olan Qurani-kərim və hədisi-şəriflərdən soruş.

@Tural_Salmanov1
Advertising
We recommend to visit

تنها کانال رسمی گوناز تی‌وی
Güney Azərbaycan Televizyonu


Admin: @gunaztelevision

www.gunaz.tv

https://facebook.com/gunazTv

https://www.youtube.com/@guneyazerbaycanteleviziyasi/

صفحه جدید اینستاگرام ??
https://instagram.com/gunaztv247

Last updated 2 months ago

@Bahzadmolamvardi
مالک کانال = بهزاد مولام وردئ
09127932251

Last updated 2 months, 3 weeks ago

العبـ.ـرة ليـ.ـست بعـ.ـدد المتـ.ـابعيـ.ـن
إنمـ.ـا العبـ.ـرة هـي فهـ.ـم مـ.ـا ننشـ.ـره . .??
التواصل الاداره @khitabkataabbot
أّلَأّنِصّـأّريِّ أّلَدٍلَيِّمًيِّ•التواصل التبادل
@aldulaimibot
?꙰᭄?آּا̍ڷــمۘ ا̍ڷــڣــڕٰا̍ڦ??꙰᭄
https://t.me/xxZrbjddbd99

Last updated 2 months, 3 weeks ago

1 month, 2 weeks ago
İmamət səmasının on birinci parlaq ulduzu, …

İmamət səmasının on birinci parlaq ulduzu, İmam Həsən Əsgərinin (ə) mövludu münasibəti ilə hər birinizi təbrik edirəm.

- İmamların həyat dövrələri: Vilayət, İslam məarifi və qeybət dönəminə hazırlıq.

- İmam Həsən Əsgərinin (ə) mühüm bir göstərişi.

#imamət

https://youtu.be/E4ERFDUy2D8?si=VjBERDcy8onDJeA9

1 month, 2 weeks ago

Yaxşı iş görmək xüsusiyyəti mömin insanlarda ötəri bir xüsusiyyət deyil, bu, onların canına, qanına hopmuşdur.

Nümunə Təfsiri | Bəqərə 112

https://chat.whatsapp.com/Fwg7HwEo1IO6KWChgRUsOl

1 month, 3 weeks ago

*Mən müəllim olaraq göndərildim.

Hz Məhəmməd peyğəmbər. (s)*

2 months ago

Allah Rəsulu (s) və İmam Sadiqin (ə) mübarək mövludu münasibəti ilə hər birinizi təbrik edirəm.

Bu günləri müqəddəs şəriətin buyurduğu kimi qeyd etmək hər bir müsəlmanın Allah Rəsuluna (s) olan sevincinin təzahürüdür. Şeyx Müfid (r,ə) müqəddəs şəriət əsasında bu günləri necə bayram olaraq keçirilməsi barəsində belə yazır:

"Rəbiul-əvvəl ayının 17-si Allah Rəsulunun (s) mövlududur. Bu gün mübarək və olduğca bərəkəti bir gündür. O Həzrətin (s) nəslindən olan saleh insanlar keçmişdən bu günə qədər bu günü əzəmətli tutmuş, bu günün dəyərini bilmiş, ona hörmətlə yanaşmış və rəğbətlə bu gündə oruc tutmuşlar. Ona görə də bu gündə sədəqə vermək, müqəddəs yerləri ziyarət etmək, xeyirxah işlər görmək və iman əhlini sevindirmək müstəhəbdir."

#mövlud

https://t.me/salmanovtural

2 months, 1 week ago

*İmam Rza (ə) buyurub:

- "İnsanlar sağa-sola getdiklərində, sən bizim (Əhli-beytin (ə)) yolumuza bağlan. Çünki kim Bizə (Əhli-beytə (ə)) bağlanarsa, Biz də ona bağlanarıq (onu qoruyarıq). Kim də Bizi tərk edərsə, Biz də onu tərk edərik."

__
*?Biharul-ənvar, cild-2, səh.-115.**

https://t.me/mushefsherif

2 months, 1 week ago

***Hər gün Quran və hədislə

4.7 Allahın zülmkarların cəzasından qafil olmaması**

Zalımların etdikləri əməllərdən Allahın xəbərsiz olduğunu sanma. (Allah) sadəcə onları (cəzalandırmağı) gözlərin bərələ qalacağı günə saxlayır.
*?İbrahim, 42*

İzah: Kafirlərin dünyada rifah içində yaşamasının bütün (sözügedən) hikmətləri ilə yanaşı bu məqamı da nəzərdən qaçırmaq lazım deyil ki, Allah heç zaman kafirlərin çirkin əməllərindən xəbərsiz olmamışdır və onları dünya əzablarından daha böyük əzablara düçar edəcəkdir. Bu, zahirən sadə və ibtidai məsələ olsa da dünyada ilahi ədalətin gerçəkləşməsi üçün bir çox şübhələrə cavab verir. Yəni hamıya təkid edir ki, ilahi ədalət Axirət dünyasında tam olaraq həyata keçəcəkdir. O zaman ki, hər kəsdən ona verilən fürsətlər, bacarıqlar və imkanlar qədər tələb olunacaq, möminlər həqiqi mükafatlarını, yaxşı əməllərinin layiq olduğu əvəzi alacaq, kafirlər isə əməllərinin gerçək cəzasına çatacaqlar.

**Hədis:

İmam Əli (ə):
- “Elə bir günə hazırlaşın ki, gözlər bərələcək və nigaran-nigaran baxacaq, ağıl və huş qorxunun şiddətindən (başdan) çıxacaq”.
?(Qürərul-hikəm, c.2, səh.-269, hədis:2573).*
_

https://t.me/mushefsherif

2 months, 1 week ago

***Hər gün Quran və hədislə

4.6 Kafirlərin çox sərvətlə əzab-əziyyət çəkməsi**

Onların nə malları, nə də övladları səni heyrətləndirməsin. Allah bunlarla, dünya həyatında onlara əzab vermək və onların canlarının kafir kimi çıxmasını istəyir.
*?Tövbə, 55*

İzah: Quran, rifahı və firavan maddi imkanlara sahib olmağı kafirlər üçün başağrısı və çətinlik hesab etmiş və onlar üçün bir növ dünyəvi əzab kimi təqdim etmişdir. Bu mətləb bir çox ayələrdə - o cümlədən yuxarıdakı ayədə - bəyan olunmuşdur. Yuxarıdakı mətləbin izahı odur ki, kafirlərə əzab verilmə yollarından biri elə dünyəvi imkanlardır. Çünki bir tərəfdən onları ömürlərinin sonuna qədər hərisliyə və tamaha vadar edir, bir tərəfdən vardövlətlərini qorumaq üçün iztiraba və təhlükəyə salır, digər tərəfdən isə ölüm zamanı bütün bu nemətlərdən vaz keçmək xoşagəlməz və acı olur. Bundan başqa, belə insanların həyatı bir çox hallarda paxıllıq, yersiz rəqabətlər və deprsessiya, ruh düşkünlüyü kimi psixi xəstəliklərlə keçir. Belə ki, həzz və şirinliklər onlar üçün zəhər-zəqquma çevrilir.

**Hədis:

İmam Baqir (ə):
- “Dünyada həris insan baramaqurdu kimidir. O, nə qədər çalışırsa, daha çox barama hörür və xilası daha da çətinləşir. Nəticədə hərisliyin və kədərin şiddətindən ölür”.
?(Kafi, c.2, səh.-316, hədis:7).***

_
https://t.me/mushefsherif

2 months, 2 weeks ago

***Hər gün Quran və hədislə

4.5 Kafirlərə günahlarını artırmaq üçün möhlət verilməsi**

Kafirlər elə güman etməsinlər ki, Bizim onlara möhlət verməyimiz xeyirlərinədir. Biz onlara ona görə möhlət veririk ki, günahlarını daha da artırsınlar. Onlar üçün alçaldıcı bir əzab hazırlanmışdır.
*? Ali-İmran, 178*

İzah: Ötən mətləbdə kafirlərin dünya rifahından daha çox faydalanmasının dəlillərindən biri olaraq tədricilik ənənəsindən söhbət açdıq. Bu sahədə Allahın digər ənənəsi isə möhlət verməkdir. Belə ki, Allah bütün insanlara, o cümlədən kafirlərə möhlət verir ki, bəlkə yanlış yoldan dönər, tövbə edər və ya günahını artırar və daha çox azğınlığa qərq olar. Bu, Allahın rəhmət nümunələrindəndir. Bəndələrini – bəhanələri kəsilməsinə baxmayaraq, – dərhal cəzalandırmır. Amma bu mərhəmət kafirlər üçün əks nəticə verir. Çünki onlar bu fürsətdən yararlanmır və öz əzablarını daha da ağırlaşdırırlar. Sözügedən iki ənənəyə – tədricilik və möhlət vermək – nəzərən kafirlərin dünyada rifah içində yaşamasının hikməti müəyyən qədər aydın olur.

Hədis:

İmam Rza (ə):
- “Allaha and olsun ki, O, (kafirlərin günahını artırmaq üçün) möhlət verməkdən daha ağır əzab verməmişdir”.
*? (Ricali-Kəşşi, səh.-554, hədis:1045).
_

https://t.me/mushefsherif

2 months, 2 weeks ago

Bu gün qəməri təqvimi ilə rəbiül-əvvəl ayının 8-i İmam Həsən Əsgərinin (ə) şəhadət günüdür. İmam Həsən Əskəri 28 il ömür sürüb, 7 il imamət edib.

İmamın Həsən Əskərinin (ə) şəhadəti münasibətilə oğlu İmam Zaman (ə) başda olmaq bütün dünya müsəlmanlarına başsağlığı veririk. Allah bizləri dünyada İmamın (ə) ziyarətindən, axirətdə isə şəhadətindən binəsib etməsin!

https://t.me/salmanovtural

9 months, 1 week ago

*Əli ibn Məhziyar İmam Cavada (ə) dedi:
- “Sənə fəda olum, İmam Rzanın (ə) ziyarəti fəzilətlidir, yoxsa İmam Hüseynin (ə)?”

Buyurdu:
- “Atamın ziyarəti daha fəzilətlidir. Ona görə ki, İmam Hüseyni (ə) hamı, atamı (İmam Rzanı) isə yalnız xas şiələrimiz ziyarət edir”.

__
*?Kamiluz-ziyarat, səh.-552, hədis-11(796).**

https://t.me/mushefsherif

We recommend to visit

تنها کانال رسمی گوناز تی‌وی
Güney Azərbaycan Televizyonu


Admin: @gunaztelevision

www.gunaz.tv

https://facebook.com/gunazTv

https://www.youtube.com/@guneyazerbaycanteleviziyasi/

صفحه جدید اینستاگرام ??
https://instagram.com/gunaztv247

Last updated 2 months ago

@Bahzadmolamvardi
مالک کانال = بهزاد مولام وردئ
09127932251

Last updated 2 months, 3 weeks ago

العبـ.ـرة ليـ.ـست بعـ.ـدد المتـ.ـابعيـ.ـن
إنمـ.ـا العبـ.ـرة هـي فهـ.ـم مـ.ـا ننشـ.ـره . .??
التواصل الاداره @khitabkataabbot
أّلَأّنِصّـأّريِّ أّلَدٍلَيِّمًيِّ•التواصل التبادل
@aldulaimibot
?꙰᭄?آּا̍ڷــمۘ ا̍ڷــڣــڕٰا̍ڦ??꙰᭄
https://t.me/xxZrbjddbd99

Last updated 2 months, 3 weeks ago