Last updated 1 month, 3 weeks ago
Ünvan: Lənkəran şəhəri 2-ci mikrorayon LDU 2-ci korpusun ətrafı Ceylan's Shop ? Çatdırılma var ?
Instagram/tiktok: ceylans_shop23
Əlaqə: 050-883-26-99
Istənilən parfümlər,saatlar, gül buketləri ? ?️
Last updated 2 months, 3 weeks ago
Böyük Əhli-sünnə alimi Əbu Bəkr Əbdürrəzzaq Sənani, İbn Üyəynədən, o da Əmr İbn Dinardan belə nəql edir: "Xalid İbn Vəlid öldüyü zaman bir sıra qadınlar Məymunənin evində yığışıb ona ağlamağa başladılar. Ömər, İbn Abbasla birlikdə gəldi, onda qamçı var idi. O belə dedi: "Ey Abdullah (İbn Abbas), Ümmül-mömininin (Məymunənin) yanına daxil ol, ona örtünməsini tapşır və o qadınları mənim üçün çölə çıxart". İbn Abbas onları Ömər üçün çölə çıxartmağa başladı, Ömər isə onları qamçı ilə vururdu, bu vaxt qadınlardan birinin örtüyü düşdü. Bunu görənlər dedilər: "Ey Möminlərin əmiri, örtüyü düşdü!" Ömər isə dedi: "Boşlayın onu! onun heç bir hörməti yoxdur!"
Məmər onun "Onun heç bir hörməti yoxdur" sözünə təəccüb edərdi.
Əhli-sünnə mənbəsi:
Əbdürrəzzaq Sənani, "Əl-Müsənnəf", c. 3, səh. 415, hədis: 6788, çap: Darut-Təsil.
? PAYLAŞAQ.
?Allahın izni ilə yaxın günlərdə oxucuların ixtiyarına veriləcək.
?Postu dostlarla paylaşmağınız xaiş olunur.
https://www.instagram.com/merifetullah_?igsh=MTlpOXI3ODBmdzB4eA==
SƏFİNƏ HƏDİSİ
(Əhli-beytin (ə) Nuhun (ə) gəmisinə bənzədilməsi)
Əbu Zərrdən nəql olunur ki, o Kəbənin qapısından tutan bir halda belə buyurdu:
Allah Rəsulunun (s) belə buyurduğunu eşitmişəm:
"Agah olun ki, sizin aranızda Əhli-beytimin misalı, Nuhun gəmisinin misalındadır. Kim ona mindisə nicat tapdı, kim ondan geri qaldısa (ona sığınmadısa) həlak oldu".
Böyük Əhli-Sünnə alimi Şərəfuddin Hüseyn İbn Abdullah İbn Muhəmməd Tiybi hədisin şərhində yazır:
"Başqa bir rəvayətdə belə gəlir: (Hədisin əvvəlində Əbu Zərr deyir): "Kim məni tanıdısa, mən elə onun tanıdığı kəsəm, kim məni tanımadısa (bilsin ki), mən Əbu Zərrəm Allah Rəsulunun belə buyurduğunu eşitmişəm: (həmin hədis).
Əbu Zərr "Mən elə onun tanıdığı kəsəm" və "Mən Əbu Zərrəm" sözləri ilə bunu demək istəyirdi ki, "Mən doğru danışmağda və rəvayətdə siqə (etimadlı) olmaqda məşhuram və həqiqətən bu hədis SƏHİHDİR VƏ HEÇ BİR VƏCHLƏ RƏDD OLUNA BİLMƏZ".
Daha sonra Tiybi qeyd edir ki, dünya və onda olan zəlalətlər zülmət dənizlər kimidir və ondan həmin gəmiyə sığınmaqdan başqa heç bir yol yoxdur...Sonra Fəxr Razinin bu sözünü gətirir: "Biz Əhli-Sünnə Allaha həmd olsun Əhli-Beytə məhəbbət gəmisinə minmişik".
Tiybi kitabının müqəddiməsində Peyğəmbərə salavat göndərəndə Əhli-Beytinə belə salavat göndərir:
"...Və onun hidayət olmuş hidayətçilər olan, Nuhun gəmisinə bənzətdiyi Əhli-Beytinə".
Əhli-Sünnə mənbəsi:
Tiybi, "Şərhut-Tiybi əla Mişkatil-Məsabih", səh. 17-3918-3919, çap: Məktəbətu-Nəzzar Mustafa Əl-Baz, Məkkeyi-Mükərrəmə - Riyad
Last updated 1 month, 3 weeks ago
Ünvan: Lənkəran şəhəri 2-ci mikrorayon LDU 2-ci korpusun ətrafı Ceylan's Shop ? Çatdırılma var ?
Instagram/tiktok: ceylans_shop23
Əlaqə: 050-883-26-99
Istənilən parfümlər,saatlar, gül buketləri ? ?️
Last updated 2 months, 3 weeks ago