Ədalətli və vicdanlı xəbərlərin ünvanı
Reklam və əməkdaşlıq, məlumat göndərmək, əlaqə yaratmaq üçün instagram @arazaxmadov (direktə)
Last updated 1 day, 19 hours ago
?️ Kitabları sevin, onlardan sizə zərər gəlməz...
? PDF kanalımız: @kitabchi
?️ İstək və müzakirə qrupumuz: @kitabseverler
? Ödənişli reklam qəbul olunur - @HiDearly
Last updated 2 months, 4 weeks ago
Azərbaycan isə mənimsədiyin məbləğ nə qədər çox olarsa sənin məsuliyyətdən yayınma şansın da o qədər çox olar. Çünki istənilən cinayət işini pulla həll etmək olar!
Sonda bir daha qeyd edirəm ki, qətlə yetirilən polis əməkdaşları məhz ölkədəki korrupsiyanın qurbanlarıdır!
Qətlə yetirilən polis əməkdaşları məhz ölkədəki korrupsiyanın qurbanlarıdır.
Bir necə gün əvvəl bir nəfər silahlı şəxs üç polis əməkdaşı və bir mülki şəxsi güllələyərək qətlə yetirməsi xəbəri ölkəni silkələdi. Hadisənin təfərrüatları ilə maraqlananda dəhşətə gəldim. Polis əməkdaşlarını qətlə yetirən Rövşən Allahverdiyev vətəndaşları aldadaraq onlara məxsus torpaq sahələrinin özəlləşdirilməsinə, müxtəlif orqanlarda işə düzəlməsinə köməklik edəcəyi adı ilə külli miqdarda pullarını mənimsədiyindən 2023-cü ilin mart ayında ölkə hüdudlarını Türkiyə istiqamətində tərk etməyə cəhd göstərərkən saxlanılaraq istintaq orqanlarına təhvil verilib.
R.Allahverdiyevin vətəndaşın 320.000 manatını ələ keçirməsi faktı üzrə DİN-də Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılaraq R.Allahverdiyev 30 mart 2023-cü il tarixdə CM-in qeyd olunan maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.
Eyni zamanda R.Allahverdiyevin torpaq sahəsini özəlləşdirmək adı ilə digər vətəndaşın 139.000 manatını dələduzluq yolu ilə ələ keçirməsi faktı üzrə 25 mart 2023-cü il tarixdə CM-in 178.2.4-cü maddəsi ilə başlanılmış cinayət işi R.Allahverdiyevin barəsində istintaq edilən digər cinayət işi ilə birləşdirilib.
İstintaq prosesində 29 avqust 2023-cü il tarixində R.Allahverdiyevin barəsində seçilmiş həbs qətimkan tədbiri müdafiə tərəfinin vəsatəti ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməklə həmin şəxs həbsdən azad edilib.
Bundan əlavə, R.Allahverdiyevin vətəndaş K.Ə.-ni Dövlət Gömrük Komitəsinə işə düzəltmək adı ilə aldadaraq 20.000 manat pulunu dələduzluq yolu ilə ələ keçirməsi faktı ilə bağlı 28 iyun 2023-cü il tarixdə CM-in 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılmış, istintaq zamanı onun digər vətəndaş M.E.-ni də aldadaraq torpaq sahəsini özəlləşdirmək adı ilə 1.141.500 manat pulunu dələduzluq yolu ilə ələ keçirməsi müəyyən edildiyindən əməli CM-in 178.4-cü maddəsinə tövsif edilib, 9 sentyabr 2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində cəlb edilməklə yenidən barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
15 sentyabr 2023-cü il tarixində Bakı Apellyasiya Məhkəməsi tərəfindən təqsirləndirilən şəxs R.Allahverdiyevin barəsində Səbail Rayon Məhkəməsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək sonuncu təkrarən həbsdən azad olunub. Qeyd olunan faktlarla bağlı DİN-in istintaq qurumlarında aparılan cinayət işinin ibtidai istintaqı zamanı təqsirləndirilən şəxs R.Allahverdiyev istintaq orqanından gizləndiyinə görə 30 oktyabr 2023-cü il tarixdə barəsində axtarış elan edilib.
Əlbəttə, 4 ailənin işığını söndürmüş dələduz layiqli cəzasını aldı. Ancaq baş verənlərdə günahkar tək bu dələduzdurmu?!
Əminliklə deyirəm ki, 3 polis əməkdaşının və 1 mülki vətəndaşın qətlə yetirilməsinin əsas günahkarları dələduz Rövşən Allahverdiyevi uzun müddət rüşvət müqabilində himayə edən məhkəmələr, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Baş Prokurorluğunun rüşvətxor məmurlarıdır!
Törətdiyi cinayətdən sonra ölkəni tərk etmək istəyən cinayətkar haqqında ev dustaqlığını seçən hakim bunu necə əsaslandırıb?! Axı ev dustaqlığı istintaqdan yayınmayan, onun göstərişlərini əməl edən şəxslərə tətbiq edilə bilər?!
Qanunsuz qətimkan tədbiri seçən hakimin qərarından nə üçün Prokurorluq protest verməyib?!
Əminliklə deyirəm ki, hakimlər qətimkan tədbirini istintaq və prokurorluq orqanları ilə razılaşdırmamış heç vaxt dəyişməz. Sadəcə cinayətkardan növbəti rüşvəti almaq prosesi ikinci dəfə məhkəmə, prokurorluq və istintaqla birgə həyata keçirilir.
Yuxarıda qeyd olunanlardan gəldiyim nəticə odur ki, bu ölkədə DƏLƏDUZLUQ artıq bir peşəyə çevrilib, çünki bu prosesin başında hakimiyyət orqanları durur. Normal ölkələrdə mənimsədiyin məbləğ nə qədər çox olarsa, cəzan da o qədər çox olar.
Sosial şəbəkələrdə fəaliyyətə başladığım ilk günlərdən Sizə söz vermişdim ki, bu səhifələrdən öz şəxsi məqsədlərim, siyasi və s. maraqlar üçün istifadə etməyəcəm, hansısa klanlarda, qruplarda təmsil olunmayacam. Məqsədim sosial şəbəkələr vasitəsilə ictimai qınağın formalaşması olacaq, Sizə həmişə düz bildiklərimi çatdıracam. 10 ildən artıq müddətdə nə qədər çətin, bəzən mümkünsüz olsa da dediklərimə əməl etdim. Bu müddət ərzində dəfələrlə təhqirlərə, böhtanlara, təqiblərə məruz qaldım. Mənə qarşı aşırı haqsızlıq olduğunu görə-görə əksər hallarda seyrçi olduğunuz üçün bəzən Sizlərdən küssəm də fəaliyyətimi davam etdim. Məni öz maraqlarına tabe etdirə bilməyən güc sahibləri bu ölkədə nə qədər şərəfsiz, əxlaqdan xəbərləri olmayanlar varsa hamısını üstümə qısqırtdılar, Sizi mənim kimlərinsə adamı olduğuma inandırmaq istədilər, əvəzində o yaramazların özlərini və doğmalarını fəxri adlarla, mənzillər, bizneslər və digər “pay”larla mükafatlandırdılar.
Bu gün hakimiyyətin ən üst qatında təmsil olunan həmin güc sahibləri son illər taktikalarını dəyişiblər. Əgər əvvəllər "Aslan İsmayılov problemi"ni güc yolu ilə, yəni vəkillikdən xaric etmək, haqqımda cinayət, mülki işlər açmaqla həll edirdilərsə, indi daha yaramaz üsul seçiblər. Vəkillikdən xaric etmirlər, əvəzində 2 ildən artıq fəaliyyətim dövründə icraatımda olan cəmi 7 işin heç birində ədalətli qərar qəbul edilməsinə yol vermirlər. Əgər əvvəllər haqqımda cinayət işləri qaldırır, DİN-in cürbəcür strukturlarında fiziki və psixi zorakılıq işlədirlərdisə, heç bir vəzifəli şəxs qəbul etmirdisə, indi bütün qapıları açıq saxlayıb, ən yüksək səviyyədə təmtəraqla qəbul edib, atılası addımların əksini atırlar, dəfələrlə qəbul edib, "dərhal tədbir görəcəyik" deyib, otaqlarından çıxan kimi əksini etməklə məni ələ salmaq və mənən məhv etmək yolunu seçiblər.
Ancaq bir daha təkrar edirəm ki, nə qədər sağlamlığım imkan verir tutduğum yoldan dönən deyiləm və bu gün uzun illər özümün inandığım, Sizi də inandırmağa çalışdığım islahat komandasının ancaq mənim şişirdilmiş arzum olduğunu bildirirəm. Bu islahat komandasının keçmiş yırtıcı komandadan bir fərqi var. Bunlar da köhnələrin etdiklərini edirlər, ancaq başqa formada - Harvard, Yel, Kolumbiya, Kembric, Oksford təhsillərinə uyğun olaraq daha mədəni və intellektual formada, yəni köhnələr oğurluqlarını açıq aşkar torbalarla, çemodanlarla aldıqları halda yeniləri offşor köçürmələrlə, M&A əməliyyatlarla, yaxtalarla, bahalı saatlarla, Excel üzərindən reallaşdırırlar. Bir neçə dəfə ən yüksək vəzifəlilərə (xüsusilə hüquq-mühafizə orqanlarına) təyinatı uğurlu sayıb alqışlamışdım. Bu da mənim çox ciddi səhvim olub.
Sonda onu bildirirəm ki, yaşım və sağlamlığımla bağlı əvvəlki kimi fəal olmasam da cəmiyyəti, dövlətçiliyimizi narahat edən hadisələrə kimliyindən asılı olmayaraq hökmən fikir bildirəcəm. Allah böyükdür və əminəm ki, tarix hamıya layiq olduğu qiyməti verəcək!
Tanınmış hüquqşünas Ələsgər Məmmədlinin həbsi daxil olmaqla son həbsləri, xüsusilə həyata keçirilmə formasını qətiyyətlə pisləyirəm. Bu cür addımlar Azərbaycan Dövləti üçün utancdır!
Bu yerdə Martin Nimöllerin tarixi sözləri yadıma düşür:
“Nasistlər kommunistlərin dalınca gələndə, mən susdum, çünki mən kommunist deyildim. Onlar sosial-demokratları içəri atanda, mən susdum, çünki mən sosial-demokrat deyildim. Sonra onlar həmkarlar ittifaqlarının nümayəndələri üçün gəldilər, mən heç nə demədim, çünki həmkarlar ittifaqının üzvü deyildim. Sonra onlar yəhudilərin dalınca gəldilər, mən heç nə demədim, çünki mən yəhudi deyildim. Onlar mənim dalımca gələndə, buna etiraz edəcək heç kim qalmamışdı…”.
Sosial şəbəkələrdə çox maraqlı bir ənənə var. Bir tərəfdən hansısa bəd xəbəri yaymağa sanki hamı növbəyə düzülüb. İnsan xəstələnən kimi artıq onun ölüm xəbərini yaymaq uğrunda da yarış gedir. Digər tərəfdən xəbər nə qədər əxlaqsızdırsa, bayağıdırsa oxunma, paylaşma sayı da o qədər çox olur.
Xoş, tərbiyələndirici, maarifləndirici xəbər isə diqqətdən kənarda qalır. Siyasi yüklü analitik yazıları, hər birimiz üçün vacib və faydalı olan iqtisadi təhlilləri, işgüzar təklifləri demirəm, insan sağlamlığı üçün faydalı olan yazıları, əhvalımıza xoş təsir edən ciddi xəbərləri də oxuyan yoxdur.
P.S. Bu ənənə dəyişməyincə yaşam vəziyyətimiz də dəyişməyəcək.
2 fevral – Gənclər Günü münasibətilə bütün Azərbaycan gənclərini təbrik edir, hər birinizə möhkəm cansağlığı, haqqınızın bərqərar olmasını, yüksək əhvali-ruhiyyə və gələcək işlərinizdə uğurlar arzulayıram.
Əziz Gənclər, Siz 44 günlük Vətən Müharibəsi zamanı və ondan sonra aparılan əməliyyatlar zamanı bir daha sübut etdiniz ki, Siz Azərbaycan adlı ölkənin ən ləyaqətli vətəndaşlarısınız.
Təbrikimdə haqqınızın bərqərar olması sözlərini elə belə yazmamışam. Bəli, son illər ən çox haqqı yeyilən məhz Azərbaycan gəncləridir, ona görə ki, həm hakimiyyətdə, həm də ictimai qurumlarda vəzifələrdə olanlar uzun illərdir ki, pensiyada olmaq əvəzinə kreslolarından möhkəm yapışıb Sizin inkişaf yolunuzda maneəyə çevriliblər. Hakimiyyətin üst qatları, orta qatlarını da demirəm, ən aşağı qatlarına qədər vəzifədə olanların əksəriyyəti çoxdan pensiya yaşını keçiblər. İctimai qurumların rəhbərliyində - Yazıçılar ittifaqı, Rəssamlar İttifaqı, Teatrlar və digər ittifaqların başında 30-40 ildir ki, eyni insanlar əyləşiblər. Gənclər inkişaf etmək, istedad, bacarıqlarını göstərmək şansından məhrum olublar. Mənim nəslimin gəncliyini oğurlayanlar indi də Sizin gəncliyinizi oğurlamaqda davam edirlər. Əgər bu gün vəzifədə gənclər varsa onların da mütləq əksəriyyəti pensiya yaşında bizim haqqınızı yeyənlərin balaları, nəvələridir.
Təmsil olunduğum məhkəmə və hüquq-mühafizə orqanlarında da gəncləri görsəniz bilin ki, onlar da 44 günlük Vətən Müharibəsi qəhrəmanları yox, uzun illərdir ki, kreslolarda qocalmışların törəmələridirlər. Vəkillikdə ən yüksək bal toplayan çoxlu sayda Vətən müharibəsi iştirakçıları var ki, məhkəmə, prokurorluq orqanlarında təmsil olunmalıdırlar. Ancaq…
Əminəm ki, həqiqi, müstəqil, inkişaf edən Azərbaycanı Sovetlər Birliyini görməyənlər qura bilərlər. İnanıram ki, 7 fevral Prezident seçkilərindən sonra xarici siyasətdə qazandığımız uğurlar daxili siyasətdə də davam edəcək və bunun üçün gözükölgəliyimizi qürurlu duruşla əvəzləyən gənclər üçün yaşıl işıq yandırılacaq.
Gəncədə məktəbli sinif yoldaşını bıçaqla qətlə yetirdi. Bu bir cümlədə bir ailənin yox, bir ölkənin faciəsinin əks olunduğunu hələ də çoxları anlamır. Biz isə bu barədə illər əvvəl deputatlar qanuni oğrunun nəşini daşımasını qürurla mətbuatda tirajlayanda, gəncləri “vor”lara oxşamağa çağıranda yazırdıq. TV-lər əxlaqsızlığı, oğru dünyasını, əxlaq nə olduğunu bilməyənlərin dəbdəbəli villalarını, həyat tərzini tirajlayanda da deyirdik. Bu gün ailə, namus, həya, elm nə olduğunu bilməyənlərin mavi ekranlardan cəmiyyətə əxlaq dərsi keçməsi də cəmiyyətin faciəsidir. Belə davam edərsə bizi daha çox faciələr gözləyəcək.
Dünyanın bir çox yerlərində iş qurmuş bir nəfər Azərbaycanda iş qurarkən rastlaşdığı problemləri danışdı. Qanunsuzluğun, haqsızlığın, iş adamlarına maneələrin olduğunu bilirdim, ancaq bu qədər də yox.
Bundan sonra hesab edirəm ki, Azərbaycanda iş qurmuş şəxsə halallıqla “Əmək və Səbr Qəhrəmanı” adı vermək olar.
PS. Şərhlərdə iş adamlarına yaradılan maneələrdən yazın ki, cavabdeh şəxslər vəziyyəti görsünlər.
İTV-yə müsahibəsində Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov deyib ki, ölkəmizdə Qafqazın ən böyük reabilitasiya-terapiya mərkəzinin açılması nəzərdə tutulur. Onsuz da tək Qafqazın yox, həm də dünyanın ən böyük, ən analoqsuz nəyi varsa Azərbaycandadır. Tək Bakıda Diaqnostika Mərkəzi, Yeni Klinika da ən böyüklərdəndir. V.Qurbanovdan xahiş edirəm ki, Azərbaycanda dünyanın ən böyük yox, ən kiçik müalicə müəssisəsi tikin ki, müalicə üçün kasıblarımız İrana, ortabablar Türkiyəyə, varlılar isə ABŞ və Avropaya getməsinlər.
Ədalətli və vicdanlı xəbərlərin ünvanı
Reklam və əməkdaşlıq, məlumat göndərmək, əlaqə yaratmaq üçün instagram @arazaxmadov (direktə)
Last updated 1 day, 19 hours ago
?️ Kitabları sevin, onlardan sizə zərər gəlməz...
? PDF kanalımız: @kitabchi
?️ İstək və müzakirə qrupumuz: @kitabseverler
? Ödənişli reklam qəbul olunur - @HiDearly
Last updated 2 months, 4 weeks ago