Bəyan

Description
🔰İslam həqiqətlərinin bəyanı:
Quran
Hədis
Dua
Məqalələr
Əhkam
Əqaid
Tarix
Məhdəviyyət anlayışı
Videoların tərcüməsi
Şübhələrə cavab
We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )

Last updated 3 months, 3 weeks ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 6 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 1 year, 3 months ago

1 month, 2 weeks ago

📗Qurani-Kərimin mövzu üzrə ayələrinin qısa izahı

۞ إِنَّ اللَّهَ اشْتَرَىٰ مِنَ الْمُؤْمِنِينَ أَنْفُسَهُمْ وَأَمْوَالَهُمْ بِأَنَّ لَهُمُ الْجَنَّةَ ۚ يُقَاتِلُونَ فِي سَبِيلِ اللَّهِ فَيَقْتُلُونَ وَيُقْتَلُونَ ۖ وَعْدًا عَلَيْهِ حَقًّا فِي التَّوْرَاةِ وَالْإِنْجِيلِ وَالْقُرْآنِ ۚ وَمَنْ أَوْفَىٰ بِعَهْدِهِ مِنَ اللَّهِ ۚ فَاسْتَبْشِرُوا بِبَيْعِكُمُ الَّذِي بَايَعْتُمْ بِهِ ۚ وَذَٰلِكَ هُوَ الْفَوْزُ الْعَظِيمُ

Doğrudan da, Allah möminlərdən, Cənnət müqabilində onların canlarını və mallarını satın almışdır. (Çünki) onlar Allah yolunda vuruşub öldürür və öldürülürlər. (Bu, Allahın) Tövratda, İncildə və Quranda Öz öhdəsinə götürdüyü bir vəddir. Allahdan daha yaxşı əhdini yerinə yetirən kimdir? Elə isə sövdələşdiyiniz alış-verişə görə sevinin. Məhz bu, böyük uğurdur.

Tovbə surəsi, 111-ci ayə

Ayənin izahı
Cihad Allahla edilən qiymətli və şirin müamilədir ki, qiyməti ilahi nemətlərlə dolu cənnətdir. Bu həqiqət yuxarıdakı ayədə bəyan edilmişdir. Quran ümumilikdə dünya həyatını bazara bənzədir ki, satıcıları insanlardır. Satılan şey insanların canı və malı, dəyərləri isə cənnətdir.

💬Ayə ilə bağlı hədis:

إِنَّ أَبْدَانَكُمْ لَيْسَ لَهَا ثَمَنٌ إِلَّا الْجَنَّةُ فَلَا تَبِيعُوهَا بِغَيْرِهَا

İmam Kazim (ə) buyurmuşdur:
"Sizin dəyəriniz (qiymətiniz) cənnətdən başqa bir şey deyildir. Özünüzü cənnətdən başqa bir şeyə satmayın".

📚Üsuli-Kafi, cild 1, səhifə 19, hədis 12.

#Ayələrin_izahı #Cənnət #Cihad #Qiymət

https://t.me/beyan_beyan

1 month, 2 weeks ago

Şəkilin keyfiyyətli formatı

1 month, 2 weeks ago

✍️Düşün və Öyrən

"Liqaullah" nə deməkdir

⬇️Cavab:

💬"Liqaullah" ifadəsi Qurani-kərimdə dəfələrlə təkrar olunmuşdur. Onların hamısı “Qiyamət səhnəsində hazır olmaq” mənasında işlənir. Aydındır ki, “Liqa” (görüş) və Allahla görüş dedikdə insanların bir-biri ilə fiziki görüşmələri kimi görüş nəzərdə tutulmur. Çünki Allah nə cisimdir, nə də zahiri gözlə görüləcək rəngi və məkanı var. Burada, bəzi təfsir alimlərinin dediyi kimi onun qiyamət səhnəsindəki qüdrətini, yəni mükafatlarını, cəzalarını, nemətlərini və əzablarını müşahidə etmək nəzərdə tutulur, ya da bir növ batini və qəlbi müşahidə mənasında işlənir. Bəzən insan elə bir məqama çata bilər ki, sanki Allahı qəlb gözü ilə öz qarşısında müşahidə edir. Belə ki, onun üçün heç bir şəkk və şübhə qalmır.

Uyğun hal bu dünyada paklıq, təqva, ibadət və nəfsi saflaşdırmaq nəticəsində bir qrup şəxslər üçün yarana bilər. Necə ki, “Nəhcul-bəlağə”də oxyuruq:
Həzrət Əlinin (əleyhis-salam) Zələb Yəmani adında alim dostlarından biri ondan soruşur:
−Sən öz Rəbbini görmüsənmi?
İmam (əleyhis-salam) cavab verir:
−Mən görmədiyim Allaha pərəstiş edimmi?
O daha çox izah istədikdə, İmam əlavə etdi:

لاتُدْرِکُهُ الْعُیُونُ بِمُشاهَدَهِ الْعِیانِ وَ لکِنْ تُدْرِکُهُ الْقُلُوبُ بِحَقائِقِ الاِیمانِ

“Zahiri gözlər əsla onu görməzlər. Onu qəlblər iman nuru ilə dərk edərlər.”

Qiyamət günündə batini müşahidə olan bu hal hamı üçün yarana bilər. Çünki, Allahın əzəmət və qüdrətinin nümunələri orada o qədər aşkardır ki, hər qəlbi kor insan da tam iman gətirəcəkdir.

#Düşün_və_Öyrən #liqaullah #Ayətullah_Məkarim_Şirazi

https://t.me/beyan_beyan

3 months, 2 weeks ago
Bəyan
3 months, 2 weeks ago
**Sosial şəbəkəkər üçün video kəsmək**

Sosial şəbəkəkər üçün video kəsmək

Bəzi vaxtlar bir xütbə sosial şəbəkələrdə video formatda kəsintilərə məruz qalır. Bu iş iki cür baş verir.

  1. Kəsinti elə baş verir ki, xütbənin xülasəsi bu bir neçə dəqiqəlik videoda yığılır. Bunun heç bir eybi yoxdur.

  2. Kəsinti elə baş verir ki, bu kəsinti xətibin danışdığı mətləb ilə uyğunluğu olmur və ya təhrifə uğrayır. Bu cür kəsintilər caiz deyil.

#sadə_əhkam
https://t.me/beyan_beyan

3 months, 3 weeks ago

Hz. Fatimənin (s) isməti

Şiə məzhəbinə görə, Peyğəmbərin (s) qızı Fatimə (s) məsumiyyət məqamına malikdir və günahdan, səhvdən uzaqdır. Şeyx Müfid Həzrət Fatimənin (s) məsumiyyəti haqqında müsəlmanlar arasında icmanın olduğunu, Əllamə Məclisi isə, bu məsələnin şiələr arasında qəti icma ilə qəbul edildiyini bəyan etmişdir.

Həzrət Zəhranın (s) məsumiyyətini sübut olunması ilə alimlər tərəfindən bir sıra məqamların əldə edildiyi irəli sürülmüşdür:

  1. Peyğəmbərlərin (ə) və İmamların (ə) bəzi xüsusiyyətlərinə malik olmaq: Həzrət Fatimənin (s) məsumiyyətinin sübut edilməsi onun söz, davranış və təqririnin dəlil olması, dini rəhbərlik və dinin izahını verə bilmə səlahiyyətinə malik olmasını tələb edir.
  2. Haqq ilə batilin ayırd edilməsi: Həzrət Fatimənin (s) məsumiyyətinə əsasən onun müxtəlif məsələlərdə göstərdiyi əməlləri və mövqeləri, məsələn, İmam Əlinin (ə) xilafətinin qəsb olunmasına və Fədək torpağının müsadirə edilməsinə etirazları, haqq ilə batilin ayırd edilməsi üçün meyar rolunu oynayır.
  3. Nümunə olmaq: Həzrət Fatimənin (s) məsumiyyətinin qəbul edilməsi onun həyatın hər bir sahəsində mükəmməl bir nümunə kimi qəbul edilməsini təmin edir. Quranın bəzi ayələrində də peyğəmbərlərin (ə) bu cür nümunə olduğu vurğulanmışdır. Ardı var...

Mənbə: wikishia.az
https://t.me/beyan_beyan

We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )

Last updated 3 months, 3 weeks ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 6 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 1 year, 3 months ago