✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )
Last updated 3 days ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 2 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 12 months ago
Müddətli əmək müqaviləsi ilə II iş yerində müəllim çalışmaq istəyənlər üçün ərizə qəbulu başlayır
-----
Dağlıq Şirvan Regional Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində hazırda vakant olan yerlərə müddətli əmək müqaviləsi ilə çalışmaq istəyən müəllimlər üçün ərizə qəbulu elan edilir.
Çalışmaq istəyən müəllimlər 20-23 noyabr 2024-cü il tarixlərində saat 09:00-dan 18:00-a kimi Dağlıq Şirvan Regional Təhsil İdarəsinə (Şamaxı şəhər, Şəhriyar küçəsi 21) yaxınlaşaraq ərizə ilə müraciət edə bilərlər.
Qeyd edək ki, ərizə ilə yalnız həmin rayonlar üzrə ümumi təhsil müəssisələrində müəllim kimi fəaliyyət göstərən şəxslər iştirak edə bilərlər.
Həmçinin 1 vakant yerə 2 və ya daha artıq seçim olduqda müvafiq fənn üzrə ixtisas balı və eyni zamanda ixtisas üzrə əmək stajı nəzərə alınacaqdır.
Əlavə olaraq nəzərinizə çatdırırıq ki, qeyd olunmuş vakant yerlər ilk olaraq 2024/2025-ci tədris ili üzrə müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinə elan edilmiş, lakin müvafiq turlarda tutulmayan boş qalmış yerlərdir.
Vakant yerlərlə linkə daxil olaraq tanış ola bilərsiniz:
Musiqi rəhbəri vəzifəsinə işə qəbul üzrə müsabiqəyə başlanılır.
- - - - -
Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində vakant olan musiqi rəhbəri vəzifəsinə işə qəbul üzrə müsabiqəyə start verilir.
Müsabiqədə musiqi ixtisası üzrə ali və ya orta ixtisas təhsilli şəxslər iştirak edə bilərlər.
Qeyd olunan vəzifə üzrə işə qəbul olmaq istəyən şəxslər 7 noyabr saat 18:00 tarixindən 17 noyabr saat 23:00 tarixinədək https://forms.gle/aNni8pBn5fDE5f2D8 link vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Vakansiyaları sizə təqdim edirik:
https://ref.az/EM2NY5
Qeydiyyatdan keçən zaman tələb olunan sənədlər: şəxsiyyəti təsdiq edən sənədin surəti, təhsil haqqında sənədin (diplomun) surəti və əmək kitabçasının (olduğu halda)surəti;
Müsabiqə 2 mərhələdən (qeydiyyat və müsahibə) ibarətdir.
Müsahibə mərhələsində 2 və daha çox namizəd uğur qazandığı halda, aşağıdakı ardıcıllıqla işə qəbuluna üstünlük veriləcək:
1. Şəhid ailəsi üzvlərinə;
2. Həyat yoldaşı və ya özü Vətən müharibəsi iştirakçısı olanlara;
3. Təhsil pilləsi (səviyyəsi) daha yüksək olanlara;
4. Pedaqoji stajı daha çox olanlara.
Yardımçı və digər pedaqoji heyət vəzifələri üzrə işə qəbul üçün müsabiqə elan edilir
-----
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində hazırda vakant olan Psixoloq, Kitabxana müdiri, Kitabxanaçı, Uşaq Birliyi Təşkilatı rəhbəri və Laborant vəzifələrinə işə qəbul üzrə müsabiqə elan edilir.
İşə qəbul prosesi test və müsahibə olmaqla iki mərhələdə həyata keçiriləcək.
✅Namizədlər üçün tələblər: (psixoloq)
- psixoloq ixtisası üzrə ali təhsil;
✅Tələb edilən sənədlər: (psixoloq)
- şəxsiyyəti təsdiq edən sənədin surəti;
- əmək kitabçasının surəti; (varsa)
- ali təhsil haqqında sənədin və əlavəsinin surəti;
- kadrlar uçotunun şəxsi vərəqəsi; (şəkilli və yazılı formada olmalıdır)
- tərcümeyi-hal;
✅Namizədlər üçün tələblər: (Kitabxana müdiri)
-kitabxanaçılıq üzrə orta ixtisas təhsili olduqda 5 ildən az olmayaraq əmək stajı, ali kitabxanaçılıq və ya ali pedaqoji təhsil olduqda 3 ildən az olmayaraq kitabxana işi sahəsində əmək stajı
✅Tələb edilən sənədlər: (Kitabxana müdiri)
- şəxsiyyəti təsdiq edən sənədin surəti;
- əmək kitabçasının surəti;
- ali təhsil haqqında sənədin və əlavəsinin surəti;
- kadrlar uçotunun şəxsi vərəqəsi; (şəkilli və yazılı formada olmalıdır)
- tərcümeyi-hal;
✅Namizədlər üçün tələblər: (Kitabxanaçı)
-kitabxanaçılıq ixtisası üzrə orta ixtisas və ya ali təhsil
✅Tələb edilən sənədlər: (Kitabxanaçı)
- şəxsiyyəti təsdiq edən sənədin surəti;
- əmək kitabçasının surəti; (varsa)
- ali təhsil haqqında sənədin və əlavəsinin surəti;
- kadrlar uçotunun şəxsi vərəqəsi; (şəkilli və yazılı formada olmalıdır)
- tərcümeyi-hal;
✅Namizədlər üçün tələblər: (Uşaq Birliyi Təşkilatı Rəhbəri)
-orta ixtisas və ya ali təhsil (pedaqoji)
✅Tələb edilən sənədlər: (Uşaq Birliyi Təşkilatı Rəhbəri)
- şəxsiyyəti təsdiq edən sənədin surəti;
- əmək kitabçasının surəti; (varsa)
- ali təhsil haqqında sənədin və əlavəsinin surəti;
- kadrlar uçotunun şəxsi vərəqəsi; (şəkilli və yazılı formada olmalıdır)
- tərcümeyi-hal;
✅Namizədlər üçün tələblər: (laborant)
- orta ixtisas və ya ali təhsil (fizika, kimya və bilologiya fənləri üzrə)
- texniki sahə üzrə orta ixtisas və ya ali təhsil (informatika laborantı)
✅Tələb edilən sənədlər: (laborant)
- şəxsiyyəti təsdiq edən sənədin surəti;
- əmək kitabçasının surəti; (varsa)
- ali təhsil haqqında sənədin və əlavəsinin surəti;
- kadrlar uçotunun şəxsi vərəqəsi; (şəkilli və yazılı formada olmalıdır)
- tərcümeyi-hal;
Tələblərə cavab verən namizədlər test imtahanı mərhələsinə dəvət olunacaqlar. Test imtahanı nəticəsi məqbul hesab edilən namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqlar.
Müsabiqədə iştirak etmək istəyən namizədlər tələb olunan sənədləri noyabrın 6-dan 19-dək (8, 9, 10, 11, 12, 13, 17 noyabr tarixləri qeyri iş günləri olduğu üçün sənəd qəbulu aparılmayacaq) Dağlıq Şirvan Regional Təhsil İdarəsinə (Şamaxı şəhəri, Şəhriyar küçəsi, 21) təqdim etməlidirlər.
Aşağıdakı keçid vasitəsilə sözügedən vəzifələr üzrə vakant olan ümumi təhsil müəssisələri ilə tanış ola bilərsiniz:
? Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində yerləşən və şagird sayı 151-500 aralığında olan ümumtəhsil müəssisələri üzrə direktor vəzifəsinə işə qəbul prosesi ilə bağlı sənəd qəbuluna başlanılır.
Sənəd qəbulu 23 avqust 2024-cü il tarixindən 29 avqust 2024-cü il saat 17:00-dək davam edəcək.
Müraciət etmək istəyən şəxslər zəruri sənədləri iş günləri ərzində saat 10:00-dan 17:00-dək Lənkəran-Astara Regional Təhsil İdarəsinin müvafiq rayon təhsil sektorlarına təqdim etməklə qeydiyyatdan keçə bilərlər.
Müsabiqədə iştirak üçün tələb olunan sənədlər:
? kadrlar uçotunun şəxsi vərəqəsi;
? şəxsiyyəti təsdiq edən sənədin surəti;
? əmək kitabçasının surəti;
? ali təhsil haqqında sənədin və əlavəsinin surəti.
Namizədlər üçün tələblər:
? pedaqoji ixtisas üzrə ali təhsil;
? 5 ildən az olmayaraq pedaqoji staj (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il);
? hazırda ümumi təhsil müəssisəsində pedaqoji fəaliyyət göstərməsi.
Şagird sayı 151-500 aralığında olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul müsabiqə (test və müsahibə) yolu ilə regional təhsil idarəsi tərəfindən həyata keçiriləcək.
Aşağıdakı keçiddən istifadə edərək Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan məktəblər üzrə vakansiyalarla tanış ola bilərsiniz:
? Vakant yerlərin siyahısı: https://shorturl.at/j8vGi
Qeyd üçün bildiririk ki, yeni vakansiyalar yarandıqca hazırda təqdim olunan siyahıya əlavələr ediləcək.
#LənkəranAstaraRTİ #MÜTDA #EduAz #DirektorlarınİşəQəbulu #müsabiqə #vakansiya
Şagird sayı 500-dək olan məktəblərə direktorların işə qəbuluna start verilir.
21 avqust 2024-cü il tarixindən etibarən şagird sayı 500-dək olan ümumtəhsil müəssisələri üzrə vakant direktor vəzifəsinə işə qəbul prosesi ilə bağlı sənəd qəbuluna başlanılır.
Sənəd qəbulu prosesi 26 avqust 2024-cü il tarixinədək davam edəcək.
Vakansiyalar:
- Abşeron rayonu Çaylı kənd tam orta məktəbi
- Xızı rayonu Şorabad qəsəbə M.A.Dadaşzadə adına tam orta məktəb
Müraciət etmək istəyən şəxslər əlavə olunmuş link vasitəsilə qeydiyyatdan keçə bilərlər.
- Qeydiyyat linki: https://forms.gle/5yoihfdSZuGtDpKF8
Namizədlər üçün tələblər:
- pedaqoji ixtisas üzrə ali təhsil;
- 5 ildən az olmayaraq pedaqoji staj (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il);
- hazırda ümumi təhsil müəssisəsində pedaqoji fəaliyyət göstərməsi.
Qeyd edək ki, şagird sayı 500-dək olan ümumi təhsil müəssisələrinə vakant direktor vəzifəsinə işə qəbul müsabiqəsi test və müsahibə mərhələlərindən ibarət olacaq.
Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən və şagird sayı 500 nəfərədək olan ümumi təhsil müəssisələri üzrə vakant direktor vəzifəsinə işə qəbul prosesi ilə bağlı sənəd qəbuluna başlanılır.
Sənəd qəbulu 22 avqust 2024-cü il saat 09:00-dan başlanacaq və 26 avqust 2024-cü il saat 18:00-dək davam edəcək.
Müsabiqədə iştirak edəcək namizədlər üçün tələblər:
✅pedaqoji ixtisas üzrə ali təhsil;
✅5 ildən az olmayaraq pedaqoji staj (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il);
✅hazırda ümumi təhsil müəssisəsində pedaqoji fəaliyyət göstərməsi.
Müsabiqədə iştirak etmək istəyən namizədlər aşağıdakı sənədləri iş günləri ərzində saat 09:00-dan 18:00-dək Beyləqan, İmişli, Saatlı və Sabirabad rayon təhsil sektorlarına qeyd olunan tarixlərdə təqdim etməlidirlər.
✅kadrlar uçotunun şəxsi vərəqəsi (müvafiq məlumatları daxil etməklə);
✅şəxsiyyəti təsdiq edən sənədin surəti;
✅əmək kitabçasının surəti;
✅ali təhsil haqqında sənədin və əlavəsinin surəti.
Şagird sayı 150 nəfərədək olan ümumi təhsil müəssisələrində vakant direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə yalnız müsahibə mərhələsindən, şagird sayı 151-500 nəfər aralığında olan ümumi təhsil müəssisələrində vakant direktor vəzifəsinə işə qəbul isə test və müsahibə mərhələsindən ibarət olmaqla, regional təhsil idarəsi tərəfindən həyata keçiriləcək.
Aşağıdakı keçiddən Mil-Muğan RTİ-nin tabeliyində olan məktəblər üzrə vakansiyalarla tanış ola bilərsiniz.
https://drive.google.com/file/d/1EXZMw3clcsgjsfAyVN0bfGetKur8G81v/view?usp=sharing
Müsabiqədə iştirak edəcək bütün namizədlərə uğurlar arzulayırıq.
✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )
Last updated 3 days ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 2 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 12 months ago