Əhli-Beyt Maarifi Nəşrləri

Description
Advertising
We recommend to visit

FOLLOW ME
📲📞☎️WHATSAPP TELEGRAM
+90 (555) 006 89 16

Last updated 2 months ago

𝐒ə𝐧 𝐦ə𝐧𝐢𝐦 𝐝ə𝐫𝐝𝐥𝐢 𝐛𝐚𝐡𝐚𝐫ı𝐦ı𝐧 ö𝐥ü 𝐭𝐨𝐫𝐩𝐚ğı𝐬𝐚𝐧🥀

Last updated 3 weeks, 6 days ago

1 month ago

📃 Cabir Cufi deyir: “İmam Baqirdən (ə) soruşdum: “Sizin fərəciniz nə zaman baş verəcək?”

İmam (ə) buyurdu: “Heyhat, heyhat! Bizim fərəcimiz siz ələkdən keçirilməmiş, silkələnməmiş, silkələnməmiş və bundan sonra yenə də silkələnməmiş baş verməyəcək. Bununla da, aludəçiliklər aranızdan getməli, xalisləşməlisiniz”.

📕 Çapa hazırladığımız "Parlayan Günəş" kitabından.

🌐 http://t.me/ehli_beyt_maarifi

1 month, 4 weeks ago

📃 İmam Kazim (ə) öz atasından (ə) belə nəql edir: “Allah rəsulunun (s) vəfatı yetişdikdə ənsarı çağırıb buyurdu:

....(hədisin əvvəli var)

Ey ənsar toplum! Allaha and olsun ki, sizə əhd etdiyini Allah və Onun rəsulu üçün mütləq iqrar edəcək, yaxud da məndən sonra mütləq zillətə düşəcəksiniz. Ey ənsar toplum və burada olanlar! Eşidin (və itaət edin!) Şübhə yoxdur ki, Fatimənin qapısı mənim qapım, onun evi mənim evimdir. Buna riayət etməyən kəs Allahın müqəddəslik pərdəsini yırtmış olar!”
İsa ibn Mustəfad deyir: “İmam Kazim (ə) uzun-uzadı ağladı və hədisin qalanını kəsdi. O, aramsız ağlayaraq buyurdu: “Allaha and olsun ki, Allahın (müqəddəslik) pərdəsi yırtıldı! Allaha and olsun ki, Allahın (müqəddəslik) pərdəsi yırtıldı! Allaha and olsun ki, Allahın (müqəddəslik) pərdəsi yırtıldı – Allahın və Fatimənin pərdəsi! Anacan, anacan! (Allahın salamı olsun ona!)”.

📕 İsa ibn Mustəfad Bəcəli - "əl-Vəsiyyə" kitabından

🌐 t.me/ehli_beyt_maarifi

2 months ago

📃 İmam Sadiq (ə) Peyğəmbərin (s) belə buyurduğunu nəql edir:

"Həqiqətən də, Fatimə mənim bir parçamdır. Kim onu incitsə, məni incitmişdir. Kim onu sevsə, məni sevmişdir. Kim onu şad etsə, məni şad etmişdir".

📕 Şeyx Qazi Əbu Hənifə, "Şərhul-əxbar", cild 3, səh. 30

🌐 t.me/ehli_beyt_maarifi

4 months, 1 week ago

? İmam Əli ibn Hüseyn (ə) buyurub:

“Möminin duası üç nəticədən birini verər: Ya onun üçün axirətə azuqə kimi saxlanılar, ya bu dünyada tez qəbul edilər, ya da yetişəcək bir bəlanı özündən uzaqlaşdırar”.

? İbn Şöbə Hərrani, "Tuhəful-uqul", səh. 289, hədis 18

? t.me/ehli_beyt_maarifi

4 months, 1 week ago

? İmam Əli ibn Hüseyn (ə) buyurub:

“Bütün xeyirlər insanın nəfsini qorumasıdır”.

? İbn Şöbə Hərrani, "Tuhəful-uqul", səh. 288, hədis 9

? t.me/ehli_beyt_maarifi

4 months, 1 week ago

? İmam Əli ibn Hüseyn (ə) buyurub:

“Yalandan çəkinin, istər böyük olsun, istərsə də kiçik, istər ciddi olsun, istərsə də zarafat. Çünki insan kiçik yalan danışdıqda böyük yalana da cürət edəcək”.

? İbn Şöbə Hərrani, "Tuhəful-uqul", səh. 287, hədis 7

? t.me/ehli_beyt_maarifi

6 months, 3 weeks ago

? Şeyx “əl-Əmali” kitabında isnadı ilə Abdullah ibn Yezidin atasından belə nəql etdiyini yazmışdır:

“Rəsulullah (s) buyurdu: “Əli ibn Əbu Talib hər bir mömin kişinin və qadının mövlasıdır. O, sizin məndən sonrakı vəlinizdir”.

? Seyid Haşim Bəhrani , "Qədir-Xum hədisinin nəql yollarına dair mühüm izah", səh. 84, hədis 31

? t.me/ehli_beyt_maarifi

6 months, 3 weeks ago

? Şeyx Tusi özünün “əl-Əmali” kitabında Ənəs ibn Malikin isnadı ilə onun Qədir-Xum günü Rəsulullahdan (s) belə buyurduğunu eşitdiyini nəql etmişdir:

“Mən möminlərə görə onların özlərindən daha dəyərli, daha üstünəm”. O, Əlinin (ə) əlini qaldıraraq buyurdu: “Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. Ey Allahım, ona dost olana dost, ona düşmən kəsilənə düşmən ol!”

? Seyid Haşim Bəhrani , "Qədir-Xum hədisinin nəql yollarına dair mühüm izah", səh. 18, hədis 9

? t.me/ehli_beyt_maarifi

6 months, 3 weeks ago

? “Zeyd ibn Əlidən (ə) Rəsulullahın (s): “Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır”. – deyə buyurması haqda soruşdular. O, cavab verərək dedi: “O (Peyğəmbər), Əlini təfriqə zamanı Allah firqəsinin tanınması üçün bir əlamət (meyar) təyin etdi”.

? Seyid Haşim Bəhrani , "Qədir-Xum hədisinin nəql yollarına dair mühüm izah", səh. 12, hədis 5

? t.me/ehli_beyt_maarifi

6 months, 4 weeks ago

? Zeyd İmam Sadiqin (ə) belə buyurduğunu nəql edir:

"İmam Əli (ə) belə dua edərdi: "İlahi, Sənə təvəkkül etməyi, hər şeyi Sənə həvalə etməyi, Sənin qəza-qədərinə razı olmağı, işlərinə (heç bir etiraz hissi olmadan) tabe olmağı mənə bəxş et! Ta ki, təxirə saldığının tezləşməsini və tezləşdirdiyinin də təxirə salınmasını istəməyim. Ey aləmlərin Rəbbi".

? On altı əsas, səh. 9, hədis 9/9

? t.me/ehli_beyt_maarifi

We recommend to visit

FOLLOW ME
📲📞☎️WHATSAPP TELEGRAM
+90 (555) 006 89 16

Last updated 2 months ago

𝐒ə𝐧 𝐦ə𝐧𝐢𝐦 𝐝ə𝐫𝐝𝐥𝐢 𝐛𝐚𝐡𝐚𝐫ı𝐦ı𝐧 ö𝐥ü 𝐭𝐨𝐫𝐩𝐚ğı𝐬𝐚𝐧🥀

Last updated 3 weeks, 6 days ago