✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )
Last updated 3 days ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 2 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 12 months ago
Hay-küy salıblar ki, ermənilər məsciddə donuz saxlayıb. İran harda idi?
Dad-bidad! Haray-həşir. Dindarı dinsizə qarışıb, məmuru mollaya, yəhudisi müsəlmana...
Hamı məscid qeyrəti çəkən olub. Elə bil bu torpaqları kim satmışdı, bundan xəbərləri yoxdur.
Hələ demirik ki, deyilənlərə görə bu videolar Əliyevlər rejimimin növbəti şousu idi. Zatən Əliyevlər etdi bu işi, ya ermənilər, çox fərqi yoxdur.
Yəni hamı başa düşdü ki, donuz murdar heyvandır, nəcisdir, onu məscidə buraxmaq olmaz. Yəni şərab kimi...
Amma bu dili qurumuşların biri demədi ki, "cənab ali baş komandan", "müzəffər prezident", "dəmir yumruq" və s... özün də başa düşdün ki, donuz, şərab nəcisdir, murdardır. Bu zəhrimarları qarnınıza tökməyin, bunların inkişafı üçün büdcədən vəsait ayırmayın, camış kimi bu nəcisləri basıb yeməyin. Olmaz!
Donuzdan murdar əxlaqsız bəzi insanların məscidə salınmasını isə heç kim görmədi, ya da görmək istəmədi...
Ürəkbulandırıcı yaltaqlıq, ümumi eyforiya və ikiüzlülük...
© Şeyx Orxan Məmmədov
Amerika Küveytin sərvətlərini talamaq üçün əvvəlcə İraqın Küveyti işğal etməsinə şərait yaratdı, daha sonra isə xilaskar mələk görkəmində Küveyti "xilas" edərək talamağa başladı. Cuhudlar və qərb də eynilə bucür Azərbaycanın işğalına şərait yaratdılar, daha sonra isə qurtarıcı mələk qismində gəlib ölkəmizi talamağa başladılar...
© Şeyx Orxan Məmmədov
Azərbaycanda təbliğat aparırlar ki, İran Azərbaycanla müharibə edəcək. Bir daha izah verim; İran Azərbaycanla heç vaxt müharibə etməyəcək. Bu, mümkün deyil. Heç vaxt!
Bu sözü deyən ya yalançıdır, ya cahildir! Çünki İran İslam Respublikasının Azərbaycan xalqına minnətsiz bir məhəbbəti var və həmişə xalqımızın həqiqi hamisi olub.
Amma İran İslam Respublikası Azərbaycanı işğal etmiş sionist ünsürlərə, NATO tör-töküntülərinə, təkfirçi ikiayaqlılara, onların ölkə daxilində hamilərinə qarşı əməliyyat apara bilər.
Qarışdırmayın, cənablar! Bu ünsürlərin heç biri Azərbaycan deyil və Azərbaycan xalqının nümayəndələri sayılmır!
Hər şeyi öz adı ilə adlandırın!
© Şeyx Orxan Məmmədov
İstedad sarıdan özünüzü lider (rəhbər) kimi, nəfs sarıdan isə möminlərin ayaqqabılarını cütləyən biri kimi tərbiyə edin...
© Şeyx Orxan Məmmədov
Azərbaycanda xalqın imkansız, kasıb təbəqəsi və güclü təbəqəsi var. Dində deyilən "pis işlərdən çəkindirmə prinsipi" adətən zəif kütlə üzərində tətbiq olunur və bu təbəqəyə qarşı hər kəs tələbkardır. Əslində isə tələbkarlığımız güclü təbəqəyə yönəlməlidir.
Bundan əlavə müsəlman xalq olaraq əvvəlcə mənəvi zəiflikdən qurtulmalıyıq. Peyğəmbər (s) buyurur: "Allah, dini olmayan zəif möminlərə qarşı qəzəblidir." O həzrətdən dini olmayan zəif möminlərin kim olduğu soruşulanda "pis işlərdən çəkindirməyən mömin dinsizdir." cavabını verir.
Dinsiz mömin. Bu, çox qorxuludur. Dinsiz mənəviyyat cərəyanı. Bu cərəyan bütün dünyada fəallaşıb.
Bəli, mömin mehriban olmalıdır. Amma həmişə yox! Güclülərin və xalqın haqqını yeyənlərin qarşısında elə olmalıyıq ki, onlar bizdən çəkinsinlər. Bəziləri gəlib İslamı ancaq “gül-çiçək” dini kimi təbliğ edirlər, bu həqiqətdə dinsiz mənəviyyatdır. Dinin bizdən tələbləri var, qanunları var, bu qanunların icrası həm təbəssüm və həm də qəzəb tələb edir. Bunların ikisi də rəhmətdir.
Bu cür laqeyd "dinə" mənsub olanlar həqiqətdə dinsiz "möminlərdir"...
© Şeyx Orxan Məmmədov
Belə deyil ki, əgər bir insan səhv ideologiyanın dalınca gedirsə, o ideologiya onun üçün məntiqlidir. Xeyr! O ideologiya onun daxili nəfsani istəklərinə cavab verir. Əgər onun daxili pak, təmiz və tahirdirsə, pak bir ideologiya axtarışında olacaq. Yox, əgər daxili xarab və çirkindirsə, o cür bir ideologiyanın dalınca olacaq.
© Şeyx Orxan Məmmədov
✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )
Last updated 3 days ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 2 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 12 months ago